Əhməd-Cabir İsmayıl oğlu


Ərəbistan  xurması,  Xurma  palması



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix22.06.2020
ölçüsü2,16 Mb.
#31969
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
hm d-Cabir smay l o lu hm dov


 Ərəbistan  xurması,  Xurma  palması  –  Финиковая 
пальма
  –  Phoenix  dactylifera  L.  Palmalar  (Palmae)  fəsilə-
sindəndir.  Tropik  meyvə  olduğundan,  əsasən  şimali  Afrikada, 
MƏR-də  və  İranda  becərilir.  Türkmənistanın  cənub  rayonla-
rında yetişdirilir. Bu meyvə yarımşirəli olmaqla uzunsov yumru 
formadadır.  Ətli  hissəsinin  daxilində  sümük  çəyirdək  yerləşir. 
Pərakəndə  ticarətə  qurudulmuş  halda  daxil  olur.  Qurusunun 
tərkibində 17-28,7% su, 62% şəkər (invertli və saxaroza), 1,9-
3%  azotlu  maddə,  0,2-1%  yağ,  3,6%  sellüloza,  2,9-3,3% 
pentozanlar və 1,2-2% minerallı maddələr vardır. 
Ə
rəbistan  xurmasının  müalicəvi  xassələri.  Əsasən 
soldurulmuş və qurudulmuş şəkildə, bişmiş,  yağda qovrulmuş, 
bəzən  yumurta  ilə  bişirilmiş  halda  da  yeyilir.  Ərəbistan 
xurmasından  jele,  cem  və  desert  içkilər  də  hazırlanır.  Zərif 
budaqlarından alınan şirədən şərab hazırlanır. Tərkibində 70%-
ə
 qədər şəkər, yağ, zülal və 3,6% sellüloza, kalium duzları (611 
mq%),  fosfor,  maqnezium,  dəmir  var.  Xurmada  sellüloza  çox 
olduğundan,  kəskin  qastritlərdə,  kolitdə  və  anteritdə  istifadəsi 
arzuedilməzdir. Lakin xurma xroniki qəbizlikdə məsləhət görü-
 
180
lür.  Tərkibində  kaliumun  çoxluğu  ürək-damar  xəstəliklərində 
faydalıdır. Kökəlməyə meyilli və şəkər xəstəliyi olanlara xurma 
yemək məsləhət görülmür. 
 
İ
slami dəyərlərə əsasən xurmanın insan sağlamlığına 
faydaları 
 
Xurma  «Qurani Kərim»-də haqqında bir çox ayədə bəhs 
olunan, cənnət nemətləri arasında “bənzərsiz xurma” (Rəhman 
surəsi,  68)  ifadəsi  ilə  qeyd  edilən  bir  meyvədir.  Allahın 
«Qurani  Kərim»-də  bildirdiyi  bu  meyvə  tədqiq  ediləndə  onun 
bir çox əhəmiyyətli xüsusiyyətlərinin olduğu üzə çıxır. Məlum-
dur  ki,  xurma  məlum  olan  ən  qədim  bitki  növlərindəndir.  O, 
ləzzətli  dadı  ilə  yanaşı  qidalandırıcı  xüsusiyyətinə  görə  də 
ə
həmiyyət verilən bir qidadır. Hər ötən gün kəşf edilən fayda-
ları xurmaya həm qida, həm də dərman kimi istifadə edilən bir 
meyvə statusu verib. Xurmanın malik olduğu bu xüsusiyyətlərə 
“Məryəm” surəsində diqqət çəkilir:  
Allahın  Hz.  Məryəmə  “xurma  yeməsini”  bildirməsinin 
bir  çox  hikməti  var.  Allahın  Hz.  Məryəmin  doğuşunu  asan-
laşdırmaq  üçün  təqdim  etdiyi  nemətlərdən  biri  olan  xurmanın 
hamilə və yeni doğan zahı qadınlar üçün xüsusi əhəmiyyət kəsb 
etməsi  və  faydaları  elm  tərəfindən  bu  günlərdə  təsdiq  edilib. 
Xurma tərkibindəki 60-65% şəkərlə ən çox şirinliyə malik olan 
meyvələrdəndir.  Həkimlər  hamilə  qadınlara  doğduqları  gün 
tərkibində  meyvə  şəkəri  olan  qidaların  verilməsini  tövsiyə 
edirlər.  Burada  məqsəd  ananın  zəifləyən  bədəninə  enerji  və 
canlılıq  vermək,  həmçinin,  təzə  doğulan  körpəyə  zəruri  olan 
südün  yaranması  üçün  süd  hormonlarını  hərəkətləndirmək  və 
ana  südünü  çoxaltmaqdır.  Həmçinin,  doğuş  zamanı  baş  verən 
qan  itkisi  də  bədənin  şəkər  miqdarının  azalmasına  səbəb  olur. 
Xurma  bədənin  şəkər  ehtiyacının  təmin  edilməsi  baxımından 
vacibdir  və  təzyiqin  enməsinin  qarşısını  da  alır.  Xurmanın 
kaloriliyi  çox  yüksək  olduğu  üçün,  o,  xəstəlikdən  taqətsiz 
düşənlərə və yorğun olanlara xüsusilə faydalıdır. 

 
181
Bu  məlumatlar  Allahın  Hz.  Məryəmə  həm  onun  özünə 
enerji  və  canlanma  verəcək,  həm  də  körpənin  yeganə  qidası 
olan  südün  yaranmasını  təmin  edəcək  xurmadan  yeməsini  bil-
dirməsində böyük bir hikməti ortaya qoyur. Məsələn, xurmada 
insan  bədəninin  sağlam  və  gümrah  qala  bilməsi  üçün  həyati 
ə
həmiyyət  daşıyan  10-dan  çox  element  var.  Buna  görə  də 
müasir  dövrdə  alimlər  insanın  təkcə  xurma  və  su  ilə  yaşaya 
biləcəyini  bildirir.  Bu  sahənin  tanınmış  mütəxəssislərindən 
sayılan  V.H.Dauson  isə  bir  xurma  ilə  bir  stəkan  südün  bir 
insanın gündəlik qida ehtiyacını təmin etməyə kifayət edəcəyini 
deyir. 
Xurmadakı  oksitosin  maddəsindən  də  müasir  təbabətdə 
doğuşu  asanlaşdıran  bir  dərman  kimi  istifadə  edilir.  Oksitosin 
doğuşu  asanlaşdırma  təsirinə  görə  bir  çox  mənbələrdə  “rapid 
birth”, yəni “sürətli doğuş” ifadəsi ilə qeyd edilir. O, doğuşdan 
sonra  ana  südünü  artıran  təsirə  malik  olması  ilə  məşhurdur. 
Oksitosin əsasən beynin ifraz etdiyi doğuş sancılarını başladan 
bir hormondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu hor-
monun  sayəsində  başlayır.  Hormonun  təsiri  özünü  ana  bətnini 
təşkil edən əzələlərdə və ana südünün ifrazını təmin edən əzələ 
quruluşundakı  hüceyrələrdə  göstərir.  Doğuş  zamanı  ana 
bətninin  əhəmiyyətli  şəkildə  büzülməsi  doğuşun  gerçəkləşə 
bilməsi baxımından çox vacibdir. Oksitosin də bətni təşkil edən 
ə
zələlərin çox güclü şəkildə büzülməsini təmin edir. 
Oksitosin  həm  də  yeni  doğulan  körpənin  qidalanması 
üçün ana südünün ifrazına təkan verir. Xurmanın təkbaşına bu 
xüsusiyyəti  –  onun  tərkibində  oksitosinin  olması  –  «Qurani 
Kərim»-ın  Allahın  vəhvi  olmasının  daha  bir  mühüm  dəlilidir. 
Xurmanın  tibbi  faydasının  müəyyənləşdirilməsi  ancaq  yaxın 
vaxtlarda mümkün olub. Halbuki, «Qurani Kərim»-də təxminən 
1400 il əvvəl Allahın Hz. Məryəmə hamiləlik dövründə xurma 
ilə qidalanmağı vəhv etdiyi bildirilir. 
Xurmada  insan  bədənində  bol  miqdarda  hərəkət  və 
hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan istifadə edilən 
 
182
bir şəkər növü də var. Özü də bu şəkər qan şəkərini sürətlə yük-
səldən  qlükoza  yox,  meyvə  şəkəri  olan  fruktozadır.  Xüsusilə 
şə
kər  xəstələrində  qan  şəkərinin  sürətlə  qalxması  bir  çox 
orqanlara  mənfi  təsir  edir,  amma  bundan  ən  çox  zərər  görən 
orqan  və  sistemlər  göz,  böyrəklər,  qan-damar  və  sinir  sis-
temləridir. Gözün görmək qabiliyyətinin itirilməsinə kimi apa-
rıb  çıxaran  narahatçılıqların,  infarkt  və  böyrək  çatışmazlığı 
kimi  bir  çox  ciddi  xəstəliklərin  ən  mühüm  səbəblərindən  biri 
qan şəkərinin yüksəkliyidir. 
Xurmanın tərkibində müxtəlif vitamin və minerallar var. 
Xurma  lif,  yağ  və  proteinlər  baxımından  da  çox  zəngindir. 
Xurmada natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, 
fosfor  və  xlor  da  var.  Bundan  başqa,  xurmanın  tərkibində  A 
vitamini, betakarotin, B
1
, B
2
, B
3
 və B
6
 vitaminləri də bol miq-
dardadır.  Xurmanın  tərkibindəki  vitamin  və  mineralların  adi 
insan  bədənində  və  hamiləlik  dövründəki  faydalarından  bəzi-
lərini isə bu ardıcıllıqla qeyd edə bilərik: 
  Xurmanın qidalandırıcı gücü onun tərkibindəki mü-
nasib mineral balansından qaynaqlanır. Xurmada hamilə qadın-
ların qəbul etməli olduğu B vitamini qrupuna aid fol turşusu da 
vardır.  Fol  turşusu  (B
9
)  bədəndə  yeni  qan  hüceyrəsinin  yaran-
masında,  bədənin  əsasını  təşkil  edən  aminturşuların  təşəkkül 
tapmasında  və  hüceyrələrin  yeniləşməsində  mühüm  vəzifələri 
yerinə  yetirən  bir  vitamindir.  Buna  görə  də  hamiləlikdə  fol 
turşusuna olan ehtiyac özünü qabarıq göstərəcək dərəcədə artır 
və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi 
kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı 
isə  aşağı  olan  eritrosit  hüceyrələri  (qırmızı  qan  hüceyrələri) 
meydana  gəlir  və  qanazlığının  əlamətləri  özünü  göstərməyə 
başlayır.  Xüsusilə  hüceyrələrin  bölünməsində  və  hüceyrənin 
genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol 
turşusu  hamiləlik  zamanı  iki  dəfə  artıq  ehtiyac  hiss  edilən 
yeganə maddədir. Xurma da fol turşusu baxımından çox zəngin 
olan bir qida növüdür. 

 
183
  Digər  tərəfdən,  hamiləlik  zamanı  yaranan  uzun-
müddətli ürək bulanması və fizioloji reaksiyalar nəticəsində ka-
lium azlığı müşahidə olunur. Belə vəziyyətdə qadına əlavə ka-
lium verilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium, 
bu  baxımdan,  çox  böyük  əhəmiyyət  kəsb  edir,  bu  maddə 
bədəndəki  su  balansının  qorunması  baxımından  da  çox  fayda-
lıdır.  Kalium  beyinə  oksigenin  getməsinə  kömək  edərək  də-
rindən  fikirləşməyi  təmin  edir.  Bununla  yanaşı,  bədənin  ma-
yeləri üçün əlverişli alkalik xüsusiyyətini yaradır. O, bədəndəki 
zəhərli tullantıları ifraz etmək üçün böyrəklərə xəbərdarlıq edir. 
Yüksələn  qan  təzyiqinin  aşağı  salınmasını  və  sağlam  dərinin 
yaranmasını təmin edir. 
  Xurmanın  tərkibindəki  dəmir  qırmızı  qan  hüceyrə-
lərində  mövcud  olan  hemoqlobinin  sintezinə  nəzarət  edir.  Bu 
da  hamiləlikdə  qan  çatışmazlığının  qarşısının  alınmasını  və 
körpənin  inkişafı  üçün  həyati  əhəmiyyət  kəsb  edən  qandakı 
eritrosit  balansının  uyğun  hala  gəlməsini  təmin  edir.  Məlum 
olduğu  kimi,  eritrositlər  qanda  oksigen  və  karbondioksid 
daşıyaraq  hüceyrələrin  öz  mövcudluğunu  davam  etdirməsində 
vacib rol oynayır. Tərkibində çoxlu dəmir olduğu üçün bir in-
san gündə 15 ədəd xurma yeməklə bədəninin dəmirə olan ehti-
yacını  təmin  edə  və  dəmir  çatışmazlığının  yaratdığı  narahatçı-
lıqdan xilas ola bilər. 
  Xurmadakı  kalsium  və  fosfat  isə  skeletin  yaranıb 
formalaşması  və  bədənin  sümük  quruluşunun  balanslaşması 
üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor 
və  kalsiumla  sümük  xəstəliyindən  qoruyur  və  bu  xəstəliklərin 
azalmasına kömək edir. 
  Alimlər  xurmanın  gərginliyi  və  həyəcanı  aradan 
qaldırmaq  qabiliyyətinə  də  diqqəti  çəkir.  Berkli  Universiteti 
(ABŞ)  mütəxəssislərinin  apardığı  tədqiqatlar  sinirləri  güclən-
dirən  B
6
  vitamininin  və  əzələlərin  fəaliyyətində  mühüm  rolu 
olan  maqnezium  mineralının  xurmada  yüksək  miqdarda  ol-
duğunu  göstəriblər.  Xurmanın  tərkibindəki  maqnezium  böy-
 
184
rəklər üçün də son dərəcə əhəmiyyətlidir.  Bir insan  gündə 2-3 
xurma yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər. 
  Xurmadakı  B
1
  vitamini  sinir  sisteminin  sağlamlı-
ğ
ını asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevril-
məsinə,  protein  və  yağların  bədənin  başqa  ehtiyacları  üçün 
istifadə  edilməsinə  kömək  edir.  B
2
  vitamini  ilə  də  bədənin 
enerji  təminatı  və  hüceyrələrin  yeniləşməsi  üçün  protein,  kar-
bohidrat və yağların yandırılmasına yardım edir. 
  Hamiləlik  zamanı  A  vitamininə  ehtiyac  artır.  Xur-
ma tərkibindəki A vitamini sayəsində görmək gücünü və bədə-
nin  müqavimətini  artırır,  sümükləri  və  dişləri möhkəmləndirir. 
Xurma  betakarotin  (provitamin  A)  maddəsi  ilə  də  çox  zən-
gindir.  Betakarotin  hüceyrələrə  hücum  edən  molekulları  nə-
zarətdə  saxlayaraq,  xərçəngin  qarşısını  alan  xüsusiyyətə  ma-
likdir. 
  Başqa  meyvələr  protein  baxımından,  ümumiyyətlə 
zəngin  deyil.  Ancaq  xurmanın  tərkibində  protein  də  var  və 
bunun  sayəsində  bədənin  xəstəlik  və  infeksiyalardan  qorun-
masını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni 
balanslaşdırır.  Məsələn,  ət  də  faydalı  qidadır,  ancaq  xüsusilə 
belə  bir  dövrdə  təzə  xurma  qədər  fayda  verməyə  bilər,  hətta 
zəhərlənməyə səbəb ola bilər. Həzmi asan olan yüngül meyvə-
tərəvəz  məhsullarına  üstünlük  verilməsi  daha  münasib  seçim-
dir. 
Xurma  haqqındakı  bütün  bu  məlumatlar  Allahın  sonsuz 
elmini və insanlara olan mərhəmətini göstərir. Göründüyü kimi, 
müasir  tibbin  dövrümüzdə  müəyyənləşdirdiyi  xurmanın 
faydalarına, onun xüsusilə də hamiləlik dövründəki faydalarına 
“Qurani-Kərim”-də XIV əsr əvvəl işarə edilmişdir.  
Feyxoa  –  Фейхоа  –  Feyjoa  Sellowiana  Berg.  Mərsin 
(Myrtaceae)  fəsiləsindəndir.  Feyxoa  əsasən  Krımın  cənu-
bunda, Qafqazın Qara dəniz sahillərində, Suxumidə, Astara ra-
yonunda  becərilir.  Feyxoa  təzə  halda,  mürəbbə,  kompot,  mar-
melad, nalivka (meyvə arağı) və karamel içliyi hazırlanmasında 

 
185
istifadə  edilir.  Feyxoa  müalicəvi  əhəmiyyətə  malikdir.  Aşağı 
temperaturda  5  gündən  30  günə  qədər  saxlanılır.  Tərkibində 
80% su, 7% şəkər, 1,7% turşu (alma turşusu), şəkərlərdən 4% 
saxaroza, 2,5% qlükoza, fruktoza vardır. Feyxoa C vitamini və 
yodla  zəngindir.  Yayılmış  sortlardan  Andre,  Ətirli  Nikitin, 
tezyetişən Krım sortlarını göstərmək olar. 
Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-
li,  10E  №-li,  2E  №-li  və  12E  №-li  sort  tipidir.  Feyxoa 
keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna bölünür. 1-ci sorta 
aid  meyvələrin  ən  böyük  en  kəsiyi  30  mm-dən,  2-ci  sorta  aid 
olanlar isə 18 mm-dən az olmamalıdır. 
1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-
ci sortda 10%-dən çox olmamalıdır. 
Feyxoanın  müalicəvi  xassələri.  Tərkibində  üzvi  tur-
ş
ular,  pektin,  C  vitamini  var.  Feyxoada  suda  həllolan  yod  bir-
ləşmələri  vardır.  Məhz,  buna  görə  feyxoanın  böyük  müalicəvi 
ə
həmiyyəti  vardır.  Təcrübədə  müəyyən  edilmişdir  ki,  feyxoa 
meyvəsindən alınan təzə şirə aterosklerozda, tireotoksikozda və 
sinqa  xəstəliklərinin  müalicəsində  faydalıdır.  Feyxoa  endemik 
ur  (zob)  xəstəliyində  gözəl  profilaktiki  təsirə  malikdir.  Çünki 
yodun  miqdarına  görə  feyxoa  bütün  meyvələrdən  üstündür. 
Feyxoa yaşlılar, xüsusən aterosklerozdan əziyyət çəkənlər üçün 
daha  faydalıdır.  Feyxoa  pəhriz  qidasında  və  digər  maddələr 
mübadiləsi xəstəliklərində məsləhət görülən meyvədir. 
İ
nnab – Унаби – Ziziphus jujuba Mill. Murdarçakimi-
lər  (Rhamnaceae)  fəsiləsinin  innab  cinsinə  mənsubdur.  100 
növ kol və ya meyvə ağaclarından bir növü yayılmışdır. Yabanı 
halda  Orta  Asiyada,  Krımda  və  Zaqafqaziyada  rast  gəlinir. 
Azərbaycanda  qədim  zamandan  becərilir.  İnnab  Abşeron  ya-
rımadasında,  Göyçay,  Ucar  və  Ağdaş  rayonlarında  becərilir. 
Başqa  rayonlarda  isə  bunlara  tək-tək  qrup  şəklində  təsadüf 
olunur. 
Azərbaycanda  innab  bitkisinin  hündürlüyü  4-12  m-ə 
çatır.  Innab  iyun-iyulda  çiçəkləyir.  Çiçəkləri  bir  yerdən  top 
 
186
kimi  çıxır.  Çiçəyi  ulduzşəkilli,  beşləçəkli,  sarıdır.  Meyvəsi 
yumru,  yumurtavarı,  uzunsov-girdədən  armudabənzər  forma-
yadək dəyişir. Meyvəsinin hamar parlaq qəhvəyi və ya qırmızı-
qonur  rəngli  qabığı  altında  şirin,  turşməzə  və  yumşaq  sarımtıl 
ə
tliyi  vardır.  Çəyirdəyi  bərk,  təpəsi  sivri,  enli-yumurtavarı  və 
ya  uzunsov-oval  formalı,  uzunluğu  1,2-1,5  sm-dir.  Azər-
baycanda olan innab qırmızı qabıqlıdır. 
İ
nnabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 
1,5%  üzvi  turşu  (alma  və  kəhrəba  turşusu),  2,5%  pektinli 
maddə, 2% qatran, 1,2% aşılayıcı maddə, 880 mq% C vitamini 
vardır. Quru meyvələrinin tərkibində şəkər 70%-ə çatır. P vita-
mininin miqdarı limon qabığındakından çoxdur. Minerallı mad-
dələrdən kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır. 
İ
nnab  təzə  və  qurudulmuş  halda  yeyilir.  Ondan  konserv 
və  qənnadı  məmulatı  hazırlanmasında  istifadə  edilir.  Bir  çox 
ölkələrdə quru meyvələrindən un alırlar. Bu un qənnadı məmu-
latı istehsalında istifadə olunur. 
İ
nnabın  müalicəvi  xassələri.  Xalq  təbabətində  innabın 
yarpağından,  qabığından  və  meyvəsindən  istifadə  edilir.  Innab 
meyvələri  kataral  xəstəliklərin,  vərəmin,  öskürəyin  müalicə-
sində, eləcə də  yumşaldıcı, tonusqaldırıcı və sidikqovucu kimi 
tətbiq  olunur.  O,  həmçinin,  həzm  orqanlarının  işini  yaxşılaş-
dırır. Innab meyvəsi həm də qan təzyiqini nizamlayır. Nəticədə 
baş  və  ürək  nahiyəsində  ağrı  kəsilir  və  qanda  xolesterinin 
miqdarı  azalır.  Hipertoniya  xəstəliyində  gündə  3  dəfə  yemək-
dən  sonra  20  innab  meyvəsi  yemək  və  müalicəni  3  ay  davam 
etdirmək məsləhət görülür. 
İ
nnab yarpaqlarında 1020 mq% C vitamini, həm də şirin 
və acı dadı hiss edən reseptorları keyləşdirən maddə vardır. 
Kivi  –  Киви  –  Actinidia  chinensis.  Aktinidia  (Actini-
diaceae)  fəsiləsindəndir,  sinonimi  meymun  şaftalısı  adlanır. 
Vətəni  Çindir.  Sortlarından  Hayward,  Bruno,  Monty,  Abbott, 
Allison, Jones, Chico göstərilə bilər. Meyvəsinin diametri 5 sm, 
kütləsi  75-100  q-dır.  Qabığı  nazik,  tüklü,  yetişdikdə  yaşıl  və 

 
187
qəhvəyi  rəngdə  olur.  Şirəli  ətliyində  ağ  halqalar  görünür.  Da-
xilində xırda qara toxumları var. Dadı xoşagələn zərif turşaşirin 
və  ətirlidir.  Dadı  firəngüzümü,  çiyələk  və  qovunu  xatırladır. 
Ə
tliyi açıq yaşıldır. Təzə halda yeyilir, sous və şirin xörəklərin, 
cem, marmelad, jele və içkilərin hazırlanmasında istifadə edilir. 
Tərkibində 9,0-11,3% karbohidrat, o cümlədən 8,5-10% şəkər, 
0,3-0,7%  pektinli  maddə,  1,0-1,6%  zülal,  0,3-0,6%  yağ,  1,2-
1,5%  minerallı  maddə,  1,2-1,8%  üzvi  turşu,  70-100  mq%  C 
vitamini, 1,2 mq% E, 0,01-0,02 mq% B
1
, 0,05 mq% B
2
, 0,37-
0,4  mq%  β-karotin,  0,04  mq%  PP  vitamini  vardır.  Minerallı 
maddələrdən 295-370 mq% K, 38-56 mq% Ca, 20-23 mq% Mn 
və  0,8-2,0  mq%  Fe  var.  100  q  kivi  51  kkal  və  ya  231  kCoul 
enerji verir. 
Kivi  standarta  əsasən  əla,  1-ci  və  2-ci  əmtəə  sortuna 
bölünür. Bir  ədədin kütləsi əla sortda 95 q-dan,  1-ci sortda 70 
q-dan, 2-ci sortda isə 65 q-dan az olmamalıdır. 
Kumkvat  –  Кумкват  –  Fortunella  marqaritae.  Sədo-
kimilər  (Rutaceae)  fəsiləsindəndir. Vətəni cənubi-şərqi Çin və 
Hindi-Çindir.  Ölçüsünə  görə  sitrus  meyvələrinin  ən  xırdamey-
vəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 
2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 q olur. Forması yum-
ru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. 
Ə
tirli,  şirin  və  xoşagələn  dadlıdır.  Dadına  görə  portağalı 
xatırladır.  Ən  çox  yayılmış  sortlarından  Nagami  və  Meibanı 
göstərmək  olar.  Tərkibində  14,5%  karbohidrat,  o  cümlədən 
10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% mi-
nerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir), 
38 mq% C vitamini, 0,09 mq% B
1
, 0,08 mq% B
2
, 0,21 mq% β-
karotin  vardır.  100  qr-ı  65  kkal  və  ya  272  kCoul  enerji  verir. 
Qan təzyiqini aşağı salır. 
Qafqaz  xırniyi  –  Кавказский  хырник  –  Diospyros 
lotus  L.  Ebena  (Ebenaceae)  fəsiləsinin  xırnik  cinsinə 
mənsubdur. İki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, 
 
188
Subtropik xırnik. Subtropik xırnik yapon xurması da adlanır və 
mədəni halda becərilir. 
Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada 
yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 
m-dən hündür olur. İri ağaclar Şəki-Zaqatala zonasında çoxdur. 
Xırnik  mayın  əvvəllərində  yarpaqlar  əmələ  gəldikdən 
sonra  çiçəkləyir.  Çiçəkləmə  dövrü  10-20  gün  davam  edir. 
Meyvələri yarpaqları töküldükdən sonra oktyabrın ortalarından 
başlayaraq  dekabra  qədər  ağacın  üstündə  yetişir.  Meyvələri 
yumru,  boz-sarımtıl  və  tutqun  narıncı  rəngdədir.  Tam  yetiş-
dikdə  qaralır.  İçərisində  2-5  ədəd  yastı  çəyirdəkli  olur.  Çəyir-
dəksiz  formalarına  Zaqatala  rayonunun  bağlarında  rast  gəlinir, 
həm  də  bunlar  xırda  olur.  Meyvəsi  şirin  və  ağızbüzüşdürü-
cüdür. 
Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pek-
tinli və aşılayıcı maddə, limon turşusu, karotin (provitamin A) 
və 3-53 mq% C vitamini vardır. 
Xırnik təzə və qurudulmuş halda  yeyilir. Ondan bəkməz 
(doşab) bişirilir. Şərbət, cem, jele, likör və kvas da hazırlanır. 
Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan 
toxuculuq  sənayesi  üçün  məkik  hazırlanır.  Xalq  təbabətində 
xırnik  müxtəlif  mədə  xəstəliklərində  tətbiq  edilir.  Öz  xassə-
lərinə görə həzm pozuntularında pəhrizi məhsul kimi işlədilir. 
Qara tut (Xartut) – Шелковица черный (Xaртут) – 
Morus niqra L. Tut (Moraceae) fəsiləsindəndir. Qara (xartut) 
tutun vətəni Irandır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya 
tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartut-
dan  başqa  adi  qara  tut  da  vardır.  Lakin  bunların  əksəriyyəti 
dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların 
yarpaqları barama qurdu üçün qida hesab edilir. 
 Xartutun saplağı ağaca bərk  yapışdığından əl ilə yığılır. 
Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır, 
mis  qablarda  saxlanması  qorxuludur,  çünki  tərkibində  üzvu 
turşu nisbətən çoxdur. 

 
189
Xartutda dəmir ağ tuta nisbətən çoxdur. 
Xartutun  meyvələri  meyxoş,  dadlı  və  vitaminlidir.  Tər-
kibində 9% şəkər, 1,86% üzvi turşu, 2,03% zülal, 0,36% qeyri-
zülali azotlu maddələr, 0,55% pektinli maddələr vardır. 
Xartutdan mürəbbə, şirə və jele hazırlanır. Bir qədər kal 
yığıb qurudur və sumaq əvəzinə işlədirlər. Təzə halda yeyilir.  
Qara  tutun  müalicəvi  xassələri.  Ondan  kompot, 
mürəbbə, şərab və şərbət hazırlanır. Kal meyvələri yığılıb quru-
dulur, xırdalanır və sümağın əvəzedicisi kimi kulinariyada isti-
fadə olunur. Xartutun şirəsi və nastoyundan bəlğəmgətirici, tər-
lədici və sidikqovucu vasitə kimi istifadə edilir. Qafqazda qara 
tut şərbətindən ağızda əmələ gələn yaralara və boğazgəlməsinə 
qarşı  qarqara  şəklində  istifadə  olunur.  Əksər  hallarda  qara  tut 
ş
irəsini su ilə qarışdırıb ağzı yaxalamaq üçün istifadə edilir. Bu 
isə  qara  tutun  (xartutun)  şirəsinin  antiseptik  təsirinə  əsaslanır. 
Tinkturanı  2  xörək  qaşığı  əzilmiş  xartutu  1  stəkan  qaynanmış 
suda  hazırlayır,  4  saat  saxlayıb  süzür  və  gündə  4  dəfə  yemək-
dən əvvəl 1/4 stəkan içilir. 
Koreyanın ənənəvi tibbində qış mövsümündə tut ağacının 
qurudulmuş  tumurcuqlarından  alınan  tinkturadan  piylənməyə 
qarşı  və  ürək-damar  sistemi  xəstəliklərində  içirlər.  Ukraynada 
qara  tutdan  ürək-damar  xəstəliklərinin  müalicəsində  istifadə 
olunur. 
Qreypfrut – Грейпфрут – Citrus paradisi. Sədokimilər 
(Rutaceae)  fəsiləsindəndir.  Tərkibində  C  vitamini,  P  vitamini 
aktivliyində  maddələr,  antosianlar  olmaqla  bərabər  az  kalorili 
olduğundan  pəhriz  qidası  üçün  hər  gün  yeyilməsi  məsləhət 
görülür. Əsasən qırmızı ətlikli qreypfrutlar  çox xeyirlidir.  Ona 
görə də qreypfrutlar 2 qrupa bölünür: ətliyi açıq və qırmızı olan 
qreypfrut.  Ətliyi  açıq  rəngdə  olanlardan  Duncan,  Marsh 
Seedllss,  çəhrayı  və  qırmızı  ətliklilərdən  Marsh  Pink,  Marsh 
Rose,  Ruby  Red,  Red  Blush,  Star  Ruby  və  Rio  Red  göstərilə 
bilər.  Qreypfrutun  tərkibində  9,3%  karbohidrat,  o  cümlədən 
7,5%  şəkər,  0,6%  zülal,  0,2%  yağ,  1,7%  üzvi  turşu,  0,5% 
 
190
minerallı  maddə  (o  cümlədən  180  mq%  kalium,  10  mq% 
maqnezium,  0,3  mq%  dəmir),  44  mq%  C  vitamini,  0,2  mq% 
PP, 0,05 mq% B
1
, 0,02 mq% B
2
 və 0,02 mq% β-karotin vardır. 
100 q qreypfrut 41 kkal və ya 171 kCoul enerji verir. 
Qreypfrut təzə halda yeyilir. Onu bütün qış mövsümündə 
yaya  qədər  saxlamaq  olar.  Ondan  konservləşdirilmiş  halda, 
qənnadı  sənayesində  istifadə  edilir.  Ondan  şirə,  mürəbbə  və 
likör hazırlanır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin