Arpanın müalicəvi xassələri. Arpa dənində bakteriya-
lara öldürücü təsir edən maddələr, əsasən qram-müsbət mikro-
orqanizmlər tapılmışdır. Arpa şəkəri yuxarı nəfəs yollarının
iltihabi xəstəliklərində, öskürək və xırıltıda tətbiq olunur.
Arpa dənindən hazırlanan həlim yumşaldıcı, qarqaraedici
xassəyə malikdir, mədə-bağırsaq xəstəliklərində və kəskin
öskürək zamanı istifadə olunur.
Selikvarı həlim aşağıdakı kimi hazırlanır: 20 q arpa dəni
1 stəkan suda 4-5 saat saxlanılır, sonra 10 dəqiqə bişirilir və
süzülür. Gündə 4-6 dəfə 1 xörək qaşığı qəbul edilir.
Dərinin iltihabında və döşgəlmə xəstəliyində arpa səmə-
nisindən təpitmə hazırlanır. Arpa səmənisi hazırlamaq üçün
arpa dəni cücərmək üçün müvafiq şəraitdə nəm şəkildə sax-
lanılır. Cücərmiş dənlər qurudulur və xırdalanır. Bəzən dərinin
çox hissəsi xəstələndikdə arpa səmənisindən hazırlanmış vanna
qəbul edilir. Uşaqlar üçün 0,5 kq, yaşlılar üçün 1-1,5 kq səməni
götürülür. Arpa səmənisi 30 dəq. 2-3 litr qaynamış suda sax-
lanılır, süzülür və vannaya əlavə edilir.
Arpa səmənisinin sulu məhlulunu (2-3 xörək qaşığı arpa
səmənisi unu 1 litr suda saxlanılır) şərbət və ya şəkərlə şirin-
ləşdirib gündə 5-6 dəfə yarım stəkan içilir. Bu, orqanizmdəki
iltihaba qarşı, öskürəyi yumşaldıcı amil kimi, eləcə də mədə-
bağırsaq xəstəliklərində, böyrək və sidik yolları xəstəliklərində
istifadə olunur. Arpa səmənisi ekstraktından diabetə qarşı
68
istifadə olunur və bu qanda şəkərin miqdarını bir qədər azaldır.
Ekstraktı qurudulmuş arpa səmənisindən hazırlayırlar. Belə
ekstraktdan uşaqların qidasında da istifadə etmək olar. Arpa sə-
mənisi ekstraktı südə qatılıb uşaqlara verilir. Südəmər uşaqlara
vermək üçün arpa yarmasından həlim hazırlanır. 1 çay qaşığı
yarma 1 stəkan suda 20-30 dəq. qaynadılır, süzülür və uşaqlara
içirdilir.
Arpadan antibiotik kimi istifadə olunan qordesin maddə-
sinin alınması üsulu da işlənmişdir.
Bostan paxlası – Овощные бобы – Vicia Faba L.
Paxlalılar (Leguminosales) fəsiləsinə aid olan birillik bitkidir.
Qədimdən, Dəmir və Bürünc dövründən əkilib-becərilir. Bostan
paxlası qidalılıq dəyərinə görə bütün tərəvəzlərdən üstündür.
Tərkibində quru maddəyə görə 35%-ə qədər zülal, 55%
karbohidrat vardır. Paxlanın zülalı əvəzolunmaz aminturşuları
ilə zəngindir. Tərkibində C, B
1
, B
2
, PP və karotin (provitamin
A) vardır. Əsasən sous, şorba və konservləşdirmək üçün isti-
fadə olunur. Azərbaycanın bir çox bölgələrində paxla – şüyüd
plov hazırlanır. Paxlanın toxumlarından alınan un çörəyə qa-
tılır. Lakin podaqra xəstəliyindən əziyyət çəkənlərə paxladan
hazırlanmış xörəklərdən və konservlərdən istifadə etmək məs-
ləhət görülmür, çünki tərkibində purin əsaslı maddələr nisbətən
çoxdur. Paxlanı çiy və yarımbişmiş halda istifadə etmək məs-
ləhət görülmür. Tərkibində isti emal zamanı parçalana bilən
toksiki maddələr vardır. Ədəbiyyatlarda paxla ilə zəhərlən-
mələrə rast gəlinir. Bunun əlamətləri başağrısı, tez-tez qusma,
rəngin saralması və sidiyin bozarmasıdır. Sidiyin bozarmasına
səbəb qırmızı qan kürəciklərinin parçalanmasıdır. Paxla ilə
zəhərlənmə müşahidə edildikdə tezliklə həkimə müraciət etmək
lazımdır.
Bostan paxlasının müalicəvi xassələri. Xalq təbabə-
tində bişirilmiş paxladan və ya onun həlimindən qarın po-
zuntusu zamanı aşılayıcı və iltihaba qarşı istifadə olunur. Süddə
bişirilib, əzilmiş kütləni irinli yaraların sağalmasını sürətlən-
69
dirmək üçün istifadə olunur. Çiçəklərindən alınmış həlim və
cövhərlərdən kosmetikada üzü yumaq üçün istifadə olunur.
Buğda – Пшеница – (Triticum L.). Buğda taxıllar
(Gramineae) fəsiləsinin Triticum cinsinə aiddir. Buğda – əsas
ə
rzaq bitkisidir. Dünyada əkin sahəsinə görə birinci yeri tutur.
Buğda dənində 80-84% endosperm olması istehsal zamanı
yüksək sortlu un çıxarını artırır. Buğdanın botaniki və əmtəə
təsnifatı vardır. Cəmi 20 botaniki növü yayılmışdır. Bunlardan
ikisi ən geniş yayılmışdır: yumşaq və bərk buğda:
Triticum vulgare
– yumşaq buğda.
Triticum durum
– bərk buğda.
Yumşaq buğdanın sünbülü boş, qılçıqlı, dənin rəngi qır-
mızı, qəhvəyi və sarı, konsistensiyası yarımşüşəvarı, şüşəvarı
və unlu olur. Həm payızlıq və həm də yazlıq yumşaq buğda be-
cərilir. Yumşaq buğdadan alınan un, əsasən çörəkçilikdə, az
miqdarda isə makaron istehsalında istifadə olunur.
Bərk buğdanın sünbülü dolu, dəni uzunsov sarı, açıq və
ya tünd kəhrəba rəngində, konsistensiyası isə şüşəvarı olur.
Payızlıq və yazlıq bərk buğda becərilir. Bərk buğdadan dənəvər
və makaron unu istehsal edilir. Yumşaq buğdanın 9 növü, bərk
buğdanın 10 növü vardır. Əmtəə təsnifatına görə buğda stan-
darta əsasən 6 tipə və yarımtiplərə ayrılır.
Tip I – Yazlıq qırmızıdənli yumşaq buğda – 5 yarımtipə
bölünür.
1.1. Yarımtip – tündqırmızı dənli, şüşəvarılığı 75%-dən
az olmamalıdır;
1.2.
Yarımtip – qırmızıdənli şüşəvari, şüşəvarılığı 60%-
dən az olmamalıdır;
1.3. Yarımtip – açıq qırmızıdənli yarımşüşəvarı, şüşəva-
rılığı 40%-dən az olmamalıdır;
1.4. Yarımtip – sarı-qırmızıdənli (ala-bəzək), yarımşü-
şə
varı, şüşəvarılığı 40%-dən az olmamalıdır;
1.5. Yarımtip – sarı, unlu, şüşəvarılığı 40%-dən az olma-
malıdır.
70
Tip II – yazlıq bərk buğda (durum) aiddir.
2.1. Yarımtip – tünd kəhrəba rəngli;
2.2. Yarımtip – açıq kəhrəba rəngli.
Tip III – yazlıq ağdənli yumşaq buğda aiddir.
3.1. Yarımtip – ağdənli, şüşəvarı, şüşəvarılığı 60%-dən
az olmamalıdır;
3.2. Yarımtip – ağdənli, şüşəvarılığı 60%-dən az ol-
mamalıdır.
Tip IV – payızlıq yumşaq qırmızıdənəli buğda. Birinci
tip kimi 5 yarımtipə bölünür.
Tip V – payızlıq ağ buğda aiddir (yarımtipləri yoxdur).
Tip VI – yazlıq bərk buğda (yarımtipləri yoxdur).
Buğdanın texnoloji xarakteristikası onun tipə və ya-
rımtiplərə bölünməsi ilə əlaqədardır. Məsələn, I və IV tipin 1 və
2 yarımtipləri yüksək, 3-cü orta, 4 ortadan aşağı, 5 isə az key-
fiyyətli çörəkbişirmə qabiliyyətinə malikdir. III tipin I yarımtipi
çörəkbişirmə istehsalında çox qiymətli hesab edilir, eyni za-
manda, bu buğda makaron unu istehsalı üçün də çox əlve-
rişlidir. Bu tipin 2 yarımtipi isə orta keyfiyyətə malikdir. I tip
buğda çox nişastalıdır və qənnadı məmulatı üçün un istehsa-
lında işlədilir. Bu buğdadan çörək unu istehsal etdikdə şüşəvarı
buğda əlavə edirlər.
Bərk buğdanın tərkibində 13,0% zülal, 54,5% nişasta,
2,5% yağ, 2,2% sellüloza, 1,7% minerallı maddə, 0,8% şəkər,
B
1
, B
2
, PP, B
6
, E vitaminləri və β-karotin (provitamin A)
vardır.
Yumşaq payızlıq və yazlıq buğdanın tərkibində 11,2-
12,5% zülal, 54,0-53,0% nişasta, 2,1-2,3% yağ, 1,2-0,9% şəkər,
2,4-2,5% sellüloza, 1,7% minerallı maddə, B
1
, B
2
, PP, B
6
vitaminləri və β-karotin vardır.
Buğdanın tərkibində müxtəlif fermentlər, mineral duzlar
(fosfor, kalium, maqnezium duzları), Na, Ca, Fe və digər
minerallar vardır.
71
Ə
lbəttə, müxtəlif buğda sortlarının kimyəvi tərkibi onun
seleksiya sortundan, əkilib-becərildiyi torpaq-iqlim şəraitindən,
aqrotexnikasından, yetişmə dərəcəsi və yığılması müddətindən
və digər amillərdən asılı olaraq dəyişə bilər.
Buğdanın digər dənli bitkilərdən fərqi ondadır ki, buğda
zülali tərkibcə yaxşı dartılma qabiliyyətinə malik olan maddə
(kleykovina) ilə zəngindir. Buna görə buğda unundan maya ilə
hazırlanmış çörək yaxşı məsaməliliyə malik olmaqla orqa-
nizmdə yaxşı mənimsənilir.
Buğda unundan makaron məmulatı, unlu qənnadı məmu-
latı hazırlanır və kulinariyada geniş istifadə olunur. Buğdadan
spirt, nişasta, yarma və digər məhsullar alınır. Buğdadan alınan
mannı
yarması tərkibinə görə buğda rüşeymdən ibarət olub
yüksək qidalılıq dəyərinə malikdir. Mannı yarmasının tərki-
bində, demək olar ki, sellüloza yoxdur, uşaq və pəhriz qi-
dasında, mədə-bağırsaq xəstəliklərində istifadə olunur.
Buğdanın müalicəvi xassələri. Buğda kəpəyindən
qəbizliyə qarşı mədə-bağırsağı yumşaldıcı kimi istifadə olunur.
Qəbizlikdən əziyyət çəkənlərin hər gün 1 stəkan qatığa 1 xörək
qaşığı buğda kəpəyi qarışdırıb yatmazdan əvvəl qəbul etmələri
məsləhət görülür.
Buğda rüşeymindən alınan yağ yaraların, podaqranın və
digər xəstəliklərin müalicəsində istifadə olunur. Buğda yağında
E vitamini vardır. Bu vitaminin 20 mq-ı müalicəvi təsirə ma-
likdir. Lakin nəzərə alınmalıdır ki, qış mövsümündə uzun müd-
dət saxlanılmış buğda rüşeymi yağında zəhərli maddə toplanır
və bu maddə qanın tərkibinə pis təsir edir. Buğda nişastası
tozvarı və məlhəmşəkilli dərmanların hazırlanmasında istifadə
olunur.
Bəzi ekzema növlərinin müalicəsində fermentasiya olun-
muş buğda dənlərinin distilyatı tətbiq olunur. Buğda rüşey-
mindən tərkibində E (90 mq%), F vitamini və digər bioloji fəal
maddələr olan xolef-ekstrakt preparatı alınır.
72
Buğda kəpəyindən alınan həlim vitaminli içki kimi
müalicəvi qidalanmada əvəzsiz məhsuldur. Bunu hazırlamaq
üçün 200 q buğda kəpəyi 1 litr suda 1 saat qaynadılır, ikiqat
cunadan süzülür. Belə məhlul şorbalara əlavə edilir və ondan
kvas hazırlanır. Kvas hazırlamaq üçün 500 ml kəpək məhluluna
5 q sıxılmış maya və 25 q şəkər qatılıb 2-3 gün qıcqırdılır.
Xalq təbabətində buğda dənindən hazırlanan həlim or-
qanizmin qüvvətləndirilməsi üçün qəbul edilir. Buğda kəpə-
yindən alınan həlim balla yuxarı nəfəs yollarının iltihabında və
kəskin öskürək zamanı içilir. Buğda kəpəyindən təpitmə,
həlimdən islatma kimi əlin və dərinin kobudlaşmış hissələrini
yumşaltmaq məqsədilə istifadə olunur.
Çovdar – Рожь – Secale cereale L. Taxıllar
(Gramineae) fəsiləsinin Secale cinsinə aiddir. 13 növü vardır
ki, bunlardan biri (Secale cereale L.) daha çox yayılmışdır.
Ə
kin sahəsinə görə buğdadan sonra ikinci yeri tutur. Çovdar da
yazlıq və payızlıq əkilir.
Standarta əsasən çovdar 3 tipə bölünür.
Tip I – payızlıq şimal (yarımtipləri var).
Tip II – payızlıq cənub (yarımtipləri var).
Tip III – yazlıq (yarımtiplərə bölünmür).
Azərbaycanda çovdar, demək olar ki, becərilmir.
Çovdarın tərkibində 54,0% nişasta, 9,9% zülal, 2,2%
yağ, 1,5-2,0% şəkər, 2,5% sellüloza, 1,7% minerallı maddə
vardır. Vitaminlərin miqdarı buğdaya nisbətən çoxdur. Çovdar
yağında olein, palmitin və linol turşuları nisbətən çox, linolen
turşusu isə azdır. Tokoferolun (E vitamini) çox olmasına görə
çovdar yağı uzun müddət saxlanmaya davamlıdır.
Çovdarın müalicəvi xassələri. Xalq təbabətində çov-
darın sünbülü və gülündən hazırlanan həlim və tinkturalardan
nəfəs yollarının xəstəliklərində istifadə olunur. Çovdar kə-
pəyindən hazırlanmış həlim bəlğəmgətirici, yumşaldıcı vasitə
kimi bronxit və traxeit xəstəliklərində istifadə olunur. Yaralara
73
süddə isladılmış çovdar çörəyi qoyulduqda tez sağalır. Ilıq
çovdar xəmirindən yumşaldıcı təpitmələr hazırlanır.
Çovdar unundan hazırlanan çovdar, çovdar-buğda çörək-
ləri pəhriz qidalanmasında, o cümlədən, şəkər xəstəliyində, kö-
kəlməyə meyilli olanlar və yaşlılar üçün daha çox istifadə
olunur.
Darı – Просо – Panicum miliaceum L. Taxıllar
(Gramineae) fəsiləsinə aid birillik ot bitkisidir. 400-dən çox
növü məlumdur. Lakin dünyada daha çox becərilən 4 növündən
1 növü qida məqsədləri üçün yarma kimi istifadə olunan
Panicum miliaceum L. növüdür. Standarta görə darı 4 tipə
bölünür.
I tip – ağ və krem rəngli olub, yarma alınmasına sərf
olunur.
II tip – qırmızı (açıq qırmızıdan tünd qırmızıyadək) olub,
yaxşı keyfiyyətlidir.
III tip – sarı (sarıdan qəhvəyi rəngədək) olub, orta
keyfiyyətlidir.
IV tip – boz (bozdan qara rəngədək) aşağı keyfiyyətli
hesab edilir.
Normal darı dəninin tərkibində nüvə 74-75% təşkil edir.
Azərbaycanda Şəki darısı, Gədəbəy darısı-41, Sarı darı,
Qırmızı darı sortları becərilir. Bunların yarma çıxarı 66-75%-ə
qədərdir.
Darının tərkibində orta hesabla 54,7% nişasta, 11,2%
zülal, 3,9% yağ, 1,9% şəkərlər, 7,9% sellüloza, 2,9% minerallı
maddə, B
1
, B
2
, PP, fol turşusu (B
c
vitamini), fermentlər vardır.
Darı yarması kalium, natrium, maqnezium və fosforla
zəngindir. Darının aleyron təbəqəsi və rüşeymi yağla zəngindir.
Ə
sasən olein və linol yağ turşularından ibarətdir.
Darının müalicəvi xassələri. Darı yarması yaxşı dadına,
tez bişməsinə, yüksək qidalılığına görə digər yarmalardan
üstündür. Darıdan sıyıqlar, şorbalar və bişmişlər (zapekanka,
piroq, oladiki və s.) hazırlanır. Darı yarmasında kaliumun
74
miqdarı çox olduğundan ürəyin fəaliyyəti üçün əhəmiyyətlidir.
Pəhriz xörəyi kimi dənəvər darı sıyığı bəzi ürək-damar xəstə-
liklərində, aterosklerozda və xroniki qəbizlikdə məsləhət gö-
rülür. Bəzi insanlar darı yarmasını onun spesifik acı dadına
görə xoşlamırlar. Hətta rişxəndlə ona «quş yemi» deyənlər də
var. Lakin darı yarmasından hazırlanan sıyıqlar uşaqların və
yaşlıların qidasında fizioloji əhəmiyyəti olan qidalı xörəkdir.
Darı yarmasına xas olan acılığı kənar etmək üçün bişirməzdən
qabaq onu 3-4 dəfə qaynayan suda yuyub pöşələmək lazımdır.
Ə
n yaxşı şirin darı sıyığı almaq istəyirsinizsə, yuyulmuş darı
yarmasını əvvəlcə 1-2 dəq nisbətən çox suda qaynadıb xırda
gözlü süzgəcdən süzün, sonra 1 stəkan darı yarmasına 3 stəkan
süd əlavə edib vam istilikdə 35-40 dəq bişirin. Sonda yağ (kərə
və ya zeytun yağı), zövqə görə şəkər, duz və darçın səpib yeyin.
Düyü (çəltik) – Рис - Oryza Sativa L . Taxıllar
(Gramineae) fəsiləsinin Oryza cinsinə aid birillik və çoxillik
bitkidir. 19 növündən ən çox yayılmışı mədəni növü olan Oryza
Sativa L. daha çox yayılmışdır. Çəltik dənli bitki istehsalında
buğda və qarğıdalı kimi əhəmiyyətə malikdir. Çəltik, xüsusən
Çində, Koreyada, Birmada, Yaponiyada, Vyetnamda, Hindis-
tanda və Pakistanda daha çox becərilir. Azərbaycanda bu bitki,
ə
sasən Lənkəran-Masallı və Şəki-Zaqatala bölgəsində əkilib-
becərilir. Düyünün növ müxtəliflikləri içərisində respublika-
mızda Hindistan və Yaponiya yarımnövləri becərilir.
Çəltik 2 üsulla becərilir – becar çəltiyi, yəni bataqlıqda
becərilən və quraqlıqda becərilən dəmyə çəltik. Çəltik çox
rütubətli və ya suvarılan torpaqlarda becərilir.
Çəltik forma və şüşəvarılığına görə 3 tipə və 7 yarımtipə
ayrılır. Yarımtiplər aşağıdakılardır.
I yarımtipə Orta Asiya və Qazağıstanda yayılmış Arpa-
ş
alı, Qazax-şalı sortları daxil edilir. Bunlar iridənli, enli, yastı
və şüşəvarı olur.
II yarımtipə, əsasən Azərbaycanda becərilən sortlar aid
edilir. Bunlar iridənli, enli, yastı və yumşaq dənlilərdir.
75
III yarımtip, ancaq Azərbaycanda becərilən uzun, nazik,
ş
üşəvarı dənlərdir, bunlardan Sədr düyüsü geniş yer tutur.
IV yarımtipin uzundənli, enli, yarımşüşəvarı Ənbərbu,
Azros-637 sortları Azərbaycanda yayılmışdır.
V yarımtipin yumrudənli, orta böyüklükdə, şüşəvarı
Kendzo, Uzros-225, Krasnodar-3362 sortları geniş yayılmışdır.
VI yarımtipə dəni yumru, orta böyüklükdə, yarımşüşəvarı
Sarı qılçaq, Uzros-269 Orta Asiya sortları aiddir.
VII yarımtip dəni yumru, kiçik, yumşaq sortlardan –
Qırmızı, Hacı Əhməd və s. Orta Asiya sortlarıdır.
Bunlardan ən qiymətlisi və geniş yayılmışı, keyfiyyətli
yarma çıxımı verən birinci üç yarımtipdir.
Düyünün (çəltiyin) tərkibində orta hesabla 55,2% nişasta,
7,5% zülal, 2,6% yağ, 0,9% şəkərlər, 9,0% sellüloza, 3,9%
minerallı maddə, B
1
, B
2
və PP vitamini vardır. Qeyd etmək la-
zımdır ki, birinci kəşf edilən B
1
vitamini düyü (çəltik) kəpə-
yində tapılmışdır. Düyü bəzi xalqların gündəlik qidasında əsas
qida məhulu kimi istifadə olunur.
Düyünün müalicəvi xassələri. Düyüdən, düyü xırda-
sından və düyü unundan pəhriz və müalicəvi qidalanmada geniş
istifadə olunur. Düyüdən hazırlanan sıyıqlar uşaq və pəhriz
qidasında, yeyilən qidanın kaloriliyini artırmaq məqsədilə geniş
miqyasda istifadə olunur. Düyü xörəkləri yaşlıların qidalanma-
sında məsləhət görülür. Lakin kökəlməyə meyilli olan və
qəbizlikdən əziyyət çəkənlər düyü xörəklərindən istifadə et-
məməlidirlər.
Düyü nişastası və selikli düyü həlimi qədimdən ishala
qarşı tətbiq olunur. Həkim nəzarəti zamanı müəyyən edilmişdir
ki, düyü həlimi bağırsağın motor funksiyasını azaldır. Ona görə
də kəskin mədə-bağırsaq pozuntuları və dezenteriya zamanı
düyü həlimindən (qatıqla) istifadə etmək daha da məqsə-
dəuyğundur. Düyü unundan uşaqlar üçün toz dərman (prisipka)
hazırlanır. Çində düyü kəpəyindən alınan həlimdən beri-beri
xəstəliyinin müalicəsində, yağından isə müalicəvi məlhəmlərin
76
hazırlanmasında istifyadə olunur. Düyü kəpəyində insan orqa-
nizmi üçün lazım olan vitaminlər, rüşeymindəki yağda isə E və
K vitamini vardır. Ona görə də qidamızda daha çox təmiz-
lənməmiş (cilalanmayan və pardaqlanmayan) düyüdən istifadə
etmək məsləhətdir.
Düyü yarması istehsalında cilalanma və pardaqlanma
prosesi nəticəsində meyvə və toxum qılafından, eləcə də qis-
mən endosperm təbəqəsindən ibarət olan düyü unu alınır. Belə
unun tərkibində 14%-ə qədər zülal və 15%-ə qədər yağ olur.
Eyni zamanda, düyü unu fosfor tərkibli üzvi maddələr və vita-
minlərlə zəngindir. Düyü unu əczaçılıq sənayesində fitinin alın-
masında xammal kimi istifadə olunur. Düyü nişastası tibbidə və
ə
triyat sənayesində də istifadə olunan yüksəkkeyfiyyətli məh-
suldur. Düyü rüşeymindən alınan yağ sabun bişirmədə tətbiq
olunur.
Azərbaycan kulinariyasının şah xörəyi olan və 100-dən
çox çeşiddə plov düyüdən hazırlanır və azərbaycanlıların
ş
adyanalıq süfrələrini bəzəyir.
Qaraba_şaq'>Qarabaşaq – Гречиха – Fagopyrum sagittatum Gilib.
Qarabaşaqkimilər (Fagopyrumaceae) fəsiləsinə mənsub olan
birillik qarabaşaq bitkisidir. 3 növündən biri – Fagopyrum
sagittatum Gilib iki yarımnöv kimi becərilir. Kənd təsərrüfatın-
da mədəni və tatar qarabaşaq növləri geniş yayılmışdır. Azər-
baycanda, demək olar ki, becərilmir. Qarabaşağın tərkibində
52,9% nişasta, 10,8% zülal, 3,2% yağ, 1,5% şəkərlər, 10,8%
sellüloza, 2,0% minerallı maddə vardır. Qarabaşaqda B
1
, B
2
,
PP, P vitaminləri vardır. Qarabaşaqdan alınan P vitamini ürək-
damar, hipertoniya, plevrit xəstəliklərinin müalicəsində istifadə
olunur. Rutinin miqdarı qarabaşaq rüşeymində 25 mq% təşkil
edir. Karbohidratlardan nişasta, saxaroza, sellüloza və penta-
zonlar; mineral maddələrdən Ca, P, K, Fe və digər mik-
roelementlər vardır. Qarabaşağın tərkibində zülallar, vitaminlər,
makro- və mikroelementlər nisbətən çox olduğuna görə o
pəhriz və uşaq qidasında əvəzsiz məhsul kimi istifadə edilir.
77
Qarabaşaqdan adi və tezbişən yarma, xırda yarma (pro-
del) və qarabaşaq unu hazırlanır.
Tarixdən məlumdur ki, monqollar və hunlar ət yeməkləri
ilə yanaşı qarabaşaq sıyığı ilə də qidalanmışlar. Qarabaşaq
sıyığı indi də pəhriz qidası kimi məşhurdur. Çünki onun tər-
kibində orqanizmdə yaxşı mənimsənilən dəmir, fosfor, kalsium,
alma və limon turşuları, suda həll olan vitaminlər vardır. Qara-
başaq yarması digər yarmalara nisbətən daha çox kökəlməyə
meyilli insanlara məsləhət görülür.
Qarabaş ağ ın müalicə vi xassə lə ri. Qarabaşağın çiçək-
ləndiyi vaxt onun otundan sənaye üsulu ilə rutin qlükozidi alı-
nır ki, bu da orqanizmə təsirinə görə P vitamininə oxşayır. Bu
maddə kapillyarların keçiricilik qabiliyyətini və kövrəkliyini
azaldır. Bir qayda olaraq, rutini C vitamini ilə birlikdə qəbul
edirlər. Çünki belə halda qan damarlarının divarları möhkəm-
lənir və bir çox xəstəliklərdə, o cümlədən infeksion, revmatizm,
hipertoniya və şüa xəstəliklərində qansızmaların qarşısı alınır.
Qanın yüksək laxtalanmasında rutindən istifadə etmək olmaz.
Xalq təbabətində qarabaşaq güllərindən hazırlanan
tinktura və həlimlər (1:10) öskürəyi yumşaldan və bəlğəmgə-
tirici dərman kimi istifadə olunur. Onu normasız çay kimi
içmək olar. Qarabaşaq çiçəyindən və yarpağından hazırlanan
çaydan bəzi bölgələrdə müalicəvi və profilaktiki tədbir kimi
aterosklerozda, xüsusən də yüksək qan təzyiqi ilə müşahidə
olunduqda içilir.
Xırdalanmış və ya bütöv qarabaşaq yarpaqları çibanın və
irinlənmiş yaraların üzərinə qoyulur. Bunun müalicəvi təsiri
yarpaqlarda olan fitonsidlərin irintörədən bakteriyaları məhv
etməsinə əsaslanır. Qarabaşaq unundan uşaqlar üçün tozvarı
dərmanlar, eləcə də yumşaldıcı təpitmələr hazırlanır.
Hər şeydən öncə, qarabaşaq yarması qidalı, fizioloji cə-
hətdən insan orqanizminə xeyirli məhsul kimi pəhriz qidasında
geniş miqyasda istifadə olunur.
78
Dostları ilə paylaş: |