Qarğıdalı – Кукуруза, маис – Zea mays L. Taxıllar
(Gramineae) fəsiləsinin Zea cinsinə aid birillik, birləpəli və
saçaqlı kök sistemi olan Zea Mays bitkisidir. Dənindən qida
məhsulları almaq üçün, gövdəsindən və yarpaqlarından silos və
senaj kimi qiymətli yem alınmasında istifadə olunur. Vətəni
Cənubi Amerikadır. Azərbaycana XVII əsrin sonunda gətirilib.
Dənlərinin pərdəliliyinə, xarici quruluşuna (formasına,
səthinə), endospermdə olan nişastanın və zülali maddənin
miqdarına görə Zea Mays növü 9 yarımnövə bölünür.
1.
Bərkdənli qarğıdalı – Z.M.imdurata.
2.
Dişşəkilli qarğıdalı – Z.M.indentata.
3.
Yarımdişşəkilli qarğıdalı – Z.M.semidentata.
4.
Nişastalı qarğıdalı – Z.M.amylacea.
5.
Partlayan qarğıdalı – Z.M.everta.
6.
Şəkərli qarğıdalı – Z.M.saccharata.
7.
Pərdəli qarğıdalı – Z.M.tunicata.
8.
Mumvarı qarğıdalı – Z.M.ceratina.
9.
Şəkərli-nişastalı qarğıdalı – Z.M.amylacea-
saccharata.
Qarğıdalı dəninin 5,2-9%-ni toxum qılafı, 6-8%-ni aley-
ron qatı, 8-15%-ni nüvə (rüşeym), 70-80%-ni isə endosperm
təşkil edir. Qarğıdalının kimyəvi tərkibi onun botaniki qrupun-
dan, becərildiyi şəraitdən və yetişmə dərəcəsindən asılıdır. Qar-
ğ
ıdalının tərkibində orta hesabla 70% nişasta, 12% zülali
maddə, 5,4-6,2% yağ, 1,3-1,5% minerallı maddə, 1,7-1,8% sel-
lüloza, 4,3%-ə qədər pentozanlar, 3,5-4,5% həll olan kar-
bohidratlar vardır.
Qarğıdalının tərkibində karotin (provitamin A), B
1
, B
2
,
B
6
, D, C vitaminləri, nikotin (PP) və pantoten (B
3
) turşuları
vardır.
Qarğıdalı unundan bir çox ölkələrdə buğda unu ilə
qarışıq çörək bişirilir. Qənnadı sənayesində istifadə olunur,
ondan qarğıdalı nişastası və patka hazırlanıb yeyinti məhsulları
istehsalında yarımfabrikat kimi istifadə olunur. Qarğıdalıdan
79
yarma, qarğıdalı lopaları, qızardılmış qarğıdalı çöpləri, part-
lamış havalı qarğıdalı və digər məhsullar hazırlanır. Qeyd et-
mək lazımdır ki, qarğıdalı yarmasında digər yarmalardan fərqli
olaraq D, E vitaminləri və karotin var, lakin qarğıdalı zülalı tam
dəyərli olmadığından insan orqanizmində pis mənimsənilir.
Qarğıdalıdan sənayedə nişasta, qlükoza, spirt, sirkə tur-
ş
usu, zülal (protein) və digər məhsullar alınır. Qarğıdalı göv-
dəsindən süni ipək, kağız, ağac spirti, süni kauçuk, rəng, lak,
karton, plastik kütlə, sellüloza, izolyasiya materialları alınır.
Qarğıdalının tullantılarından qiymətli məhsul olan qlütamin tur-
ş
usu alınır ki, bu da əsəb, ruhi və digər xəstəliklərin müalicəsin-
də istifadə olunur. Qlütamin turşusu maddələr mübadiləsində,
xüsusən beynin və ürəyin fəaliyyətində mühüm rol oynayır.
Eyni zamanda, qlütamin turşusu qan əmələgətirən fol tur-
ş
usunun (B
c
vitamini) tərkibinə daxildir.
Qarğıdalının müalicəvi xassələri. Qarğıdalı rüşeymin-
dən əldə edilən yağ yüksəkkeyfiyyətli bitki yağı olub,
qidalanmada geniş istifadə edilir. Bu yağın müalicəvi xassəsi
qanda xolesterinin miqdarını azaldır. Ona görə də qarğıdalı
yağından müalicəvi və profilaktiki vasitə kimi aterosklerozda
istifadə olunur. Bu məqsədlə gündə 75 q-a qədər qarğıdalı yağı
qəbul etmək məsləhət görülür.
Qarğıdalı saçaqları da yaxşı dərman vasitəsidir. Bu sa-
çaqlar qarğıdalı qıçaları yetişdikdə yığılır və qurudulur. Qar-
ğ
ıdalı saçaqlarında sitostearin, stiqmastearin, efir və piy yağları,
acı qlükozidlər, saponinlər, C və K vitamini, kamedlər və qat-
ranvarı maddələr vardır.
Qarğıdalı saçaqları XIX əsrin yarısından sidikqovucu
vasitə və arıqlamaq məqsədilə istifadə olunmağa başlanmışdır.
Lakin uzun müddət saxlanılmış saçaqların sidikqovucu
xassələri kəskin azalır.
Müasir dövrdə qarğıdalı saçaqlarının istifadə dairəsi ge-
nişlənmişdir. Ondan qaraciyərin və öd kisəsinin iltihabında, öd
yollarının, sidik kisəsinin və böyrəklərdəki daşın müalicəsində
80
müvəffəqiyyətlə istifadə olunur. Qarğıdalı ləçəkləri qanın laxta-
lanmasını sürətləndirdiyi üçün, ondan qanaxmalarda da istifadə
oluna bilər. Qarğıdalı saçaqları tinktura və həlim formasında
qəbul edilir. Bu məqsədlə 10 q qarğıdalı saçaqları 300 ml soyuq
suda isladılır, 30 dəq emallı və ya şüşə qabda ağzı örtülü
olmaqla qaynadılır, soyudulur və hazır həlim 3-4 saatdan bir 1-
3 xörək qaşığı içilir.
Qovrulub üyüdülmüş qarğıdalı balla ishala qarşı istifadə
olunur.
Lərgə, güllücə – Чина – Lathyrus sativus L. Paxlalılar
(Leguminosales) fəsiləsinə aid olan birillik ot bitkisidir. 50-dən
artıq növündən ən çox 4 növü daha çox becərilir. Əmtəəlik
paxla dəni, əsasən əkilən lərgədən – Lathyrus sativus L. alınır.
Tərkibində 15-24,4% zülal, 38-41% nişasta, 2,2% yağ, 3,1%
şə
kərlər, 4,9% sellüloza, 3,0% minerallı maddələr vardır. Kənd
təsərrüfatında lərgə, əsasən mal-qaranı yemləmək üçün istifadə
edilir. Lakin lərgə dənindən digər paxlalılar kimi kulinariyada
istifadə olunur. Azərbaycanda, əsasən Lənkəran-Astara bölgə-
sində becərilir. Hədik, lərgə plov və digər xörəklərin hazırlan-
masında istifadə olunur. Müalicəvi məqsədlə istifadə olunmasa
da, tərkibində zülali maddələr çox olduğundan qidalı yeyinti
məhsulu kimi dəyərlidir. Lakin podaqra xəstəliyindən, bəzi
böyrək xəstəliyi və sidik yollarının iltihabından əziyyət çəkən-
lərin lərgədən istifadə etmələri məsləhət görülmür.
Lobya – Фасол – Phaseolus vulgaris L. Paxlalılar
(Leguminosales) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir.
Vətəni Cənubi Amerikadır. 150-dən çox növündən 20 növü
becərilir. Bunlardan adi lobya (Phaseolus vulgaris L.) daha çox
becərilir. Standarta görə lobyanı 3 tipə ayırırlar:
I tip – ağ lobya,
II tip – birrəngli lobya,
III tip – alabəzək lobya.
Lobyanın tərkibində 21-28% zülal, 42,4-50% nişasta,
2,0% yağ, 3,8% şəkərlər, 3,8% sellüloza, 3,5% minerallı maddə
81
vardır. Tərkibində C və B qrupu vitaminləri və mineral
maddələr var. Ağ lobya kalium (535 mq%) və fosfor (530
mq%) duzları ilə zəngindir. Yaşıl lobya qınlarında C, B qrupu
vitaminləri və karotin (provitamin A) vardır. Lobya zülalı əvəz-
olunmaz aminturşularla zəngin olduğundan bəzi ölkələrdə ət
çatışmazlığının yerini tutur. Təzə yaşıl lobyadan bişirilmiş və
yağda qovrulmuş halda istifadə olunur, dondurulur və sterilizə
edilməklə konservləşdirilir. Konserv sənayesində və kulinari-
yada lobya dənlərindən müxtəlif xörəklərin hazırlanmasında
istifadə olunur. Lobya mədə şirəsinin ifrazını artırır. Ona görə
də lobya püresi mədə şirəsinin ifrazını artırmaq üçün və qastrit
xəstəliyində xəstələrə verilir. Bəzi ölkələrdə yaşıl lobya qın-
larından alınan həlimdən böyrək və sidik kisəsinin xəstəlik-
lərində, hipertoniyada, ürək zəifliyində, xroniki revmatizmdə,
podaqrada istifadə olunur. Böyrək daşları xəstəliyinin pro-
filaktikasında qurudulmuş lobya çiçəklərindən hazırlanan
həlimdən də istifadə olunur.
Lobyanın müalicəvi xassələri. Lobya paxlasının toxum
qılafından (qabığından) alınan həlim xalq təbabətində şəkər
xəstəliyində istifadə olunur. O, qanda şəkərin miqdarını 30-
40% aşağı salır. Lobya qabığından hazırlanmış duru ekstrakt
orqanizmdə 6-8 saat təsir göstərir. Lobyanın belə müalicəvi
xassəsi onun tərkibində olan flavonların təsirindən irəli gəlir.
Flavonlar orqanizmdə karbohidrat mübadiləsini normallaşdırır.
Bir çox tədqiqatçılar lobyadakı arginin aminturşunun
təsirini də inkar etmirlər. Şəkər xəstəliyinin yüngül formala-
rında 20 q lobya tayı (stvorok) 1 litr suda qaydadılır. Alınmış
həlim (təxminən 0,5 litr) gün ərzində 5-6 dəfəyə bərabər miq-
darda bölünüb içilir. Eyni zamanda, belə həlimin mikroblara
qarşı təsiri də müəyyən edilmişdir.
Lobyanın bu xassəsi lobya unundan hazırlanan, tozvarı
məlhəmin xalq təbabətində yaraların və ekzemanın müalicə-
sində istifadə olunması ilə əlaqədardır. Bəzən lobya unundan və
baldan hazırlanmış təpitmədən yaraların və şişlərin daha tez
82
yetişib sağalmasında istifadə olunur. Qafqaz xalqlarında quru
lobyadan hazırlanmış həlim ishala qarşı uşaqlara içirdilir.
Maş (atlı lobya) – Маш – Phaseolus aureus (Roxb.)
Pip. Lobyanın bir növüdür. Orta Asiya respublikalarında
qədimdən becərilən birillik ot bitkisidir. 3 yarımtipi məlumdur:
Hind, Çin və Iran yarımtipləri. Tərkibində 24-28% zülal, 46-
50% nişasta, 2-4% yağ, B qrupu vitaminləri vardır. Zülalının
tərkibində 4-8% lizin, 6-8% arginin aminturşular vardır. Maş
paxlası yaxşı bişdiyindən bir çox xörəklərin hazırlanmasında
istifadə olunur. Çörəyi və makaron məmulatını lizin aminturşu
ilə zənginləşdirmək üçün onlara 5-10% maş unu əlavə edirlər.
Ondan yeyinti konsentratları hazırlanır. Müalicəvi və pəhriz
xassələri dəqiq öyrənilməmişdir.
Mərci – Чечевица – Ervum Lens Culinaris Medic.
Paxlalılar (Leguminosales) fəsiləsinə aid birillik ot bitkisidir.
Vətəni Cənubi-Qərbi Asiyadır. Mərci cinsinin 5 növündən 4-ü
yabanıdır. 2000 il əvvəl yeyinti məhsulu kimi yunanlar və
romalılar tərəfindən istifadə olunmuşdur. “Qurani-Kərim”də
adı çəkilən yeganə paxlalı bitkidir. İritoxumlu boşqababənzər
mərci qiymətli qida məhsuludur. Tərkibində 21,3-35,8% zü-
lallar, 40-56% nişasta, 2,6-3,1% şəkərlər, 3% dekstrin, 2,4-
7,5% yağ, 3,5-5,2% sellüloza, 2,6-3,6% mineral maddə vardır.
Qılafının rənginə görə tünd yaşıl, açıq yaşıl, boz, qəhvəyi, tünd
narıncı və s. olur. Şimal və cənub mərcisi olmaqla iki tipə
ayrılır.
Mərcidən kulinariyada geniş miqyasda istifadə olunur.
Ondan mərci şorbası, mərci-plov və digər xörəklər hazırlanır.
Tərkibində zülal çox olduğundan ətin əvəzedicisi kimi qida
rasionuna daxil edilir.
Mərcinin müalicəvi xassələri. Mərci unundan xalq təba-
bətində də istifadə olunur. Mərci unu ilə kərəyağı qarışığından
yanıqların, yumurta ilə hazırlanmış təpitmədən yaraların müali-
cəsində istifadə olunur. Mərci həlimi böyrək daşları xəstəliyinin
profilaktikasında məsləhət görülür.
83
Noxud – Горох – Pisum sativum L. Paxlalılar
(Leguminosales) fəsiləsinə aid birillik bitkidir. 6 növündən 2
mədəni növü becərilir. Bunlardan Pisum sativum L. daha çox
ə
kilib-becərilir. Eramızdan əvvəl IV əsrdən məlumdur. Vətəni
Kiçik Asiyadır. Təyinatına görə ərzaq və yem noxudu qrupuna
bölünür. Ləpələrinin rənginə görə açıq qəhvəyi və sarı olur.
Tərkibində 20,5-24% zülal, 44,0-50% nişasta, 2,0% yağ, 4,6%
şə
kərlər, 5,7% sellüloza, 2,8% minerallı maddə, B qrupu vita-
minləri vardır. Noxud dənlərindən müxtəlif yeməklər hazır-
lanır. Noxud unu buğda və çovdar ununa qatıldıqda çörəyin
dadı və keyfiyyəti yüksəlir. Noxud yarma hazırlanmasında əsas
xammaldır. Noxud yaxşı bişir və qidalılıq dəyəri yüksəkdir.
Noxud zülalı bütün digər paxlalılardan aminturşusuna görə
daha zəngindir. Onun tərkibində lizin, triptofan, metionin,
arginin, sistin və digər aminturşuları vardır. Noxudda C, B
1
, B
2
,
PP və provitamin A, mineral maddələrdən kalium (285 mq%),
fosfor (122 mq%), maqnezium və dəmir vardır. Noxuddan
müxtəlif kulinar məmulatı və konservlər hazırlanır. Noxud
unundan buğda ununa qarışdırmaqla qidalı çörək bişirilir. Yaşıl
noxudun da qidalılıq dəyəri yüksəkdir. Kaloriliyinə görə yaşıl
noxud digər tərəvəzlərdən 1,5-2 dəfə üstündür. Yaşıl noxudda
10%-ə qədər zülal, sellüloza, 25 mq% C vitamini, B qrupu
vitaminləri və karotin vardır.
Noxudun müalicəvi xassələri. Xalq təbabətində no-
xudun otundan və ləpəsindən hazırlanan həlimdən sidikqovucu
vasitə kimi böyrək daşları xəstəliyində istifadə olunur. Noxud
unundan hazırlanmış təpitmədən yaraların sağalması və şişlərin
yumşaldılmasında istifadə edilir. Son illər noxud yağının bioloji
tədqiqatı nəticəsində onun tərkibində hormonabənzər maddə
tapılmışdır.
Nut (Türk noxudu) – Нут (горох Tурецкий) – Cicer
arietinum L – Paxlalılar (Leguminosales) fəsiləsinə aid
birillik və çoxillik bitkidir. Vətəni Asiyadır. 27 növü vardır ki,
bunlardan 1 növü mədəni olaraq becərilir və 4 yarımtipə ayrılır.
84
Meyvəsi ikiləpəli paxladır. Azərbaycanda becərilən dənli-pax-
lalı bitkilərdən ən çox yayılanı və Azərbaycan kulinariyasında
istifadə olunan noxuddur. El arasında nut elə sadəcə noxud adı
ilə məşhurdur. Həm bişmiş və həm də qovrulmuş (ləbləbi)
halda yeyilir. Piti, bozbaş, noxuddöşəməplov, noxudlu dovğa
azərbaycanlıların sevdiyi xörəklərdir. Noxud unu çörəyə qatıl-
dıqda çörəyin boyatlaşması ləngiyir. Ondan konserv, qəhvə
içkiləri hazırlanır, qənnadı və makaron məmulatı istehsalında
istifadə olunur. Tərkibində 20,1% zülal, 2,4-7% yağ, 43,2%
nişasta, 3,2% şəkərlər, 3,7% sellüloza, 3,0% minerallı maddə
vardır. Minerallı maddələrlə, xüsusən fosfor (444 mq%) və
kaliumla (968 mq%) zəngindir. Böyrək və öd yolları xəstə-
liyindən əziyyət çəkənlərin nutdan istifadə etmələri məhdud-
laşdırılmalıdır.
Sorqo – Сорго – Sorghum. Taxıllar (Gramineae)
fəsiləsinə aid birillik ot bitkisidir. Vətəni ekvatorial Afrikadır.
Lakin 50-yə qədər mədəni və yabanı növündən 5 növü daha
çox yayılmışdır. 2 növü şəkərli sorqo növünə aiddir. Çin və
Hindistanda eramızdan 3000 il əvvəl becərilib. Azərbaycanda
sorqonun iki növü becərilir. Adi sorqo (Sorghum Vulqare
Pers) və Cuqara sorqo (Sorghum Sernuum Host.). Sorqo dəni
yarma, nişasta, patka, sellüloza, kağız, sorqo şərbəti, pivə hazır-
lanmasında əsas xammaldır. Şəkər sorqosunun sıxılmasından
alınan şirənin qatılaşdırılmasından «Nardek» və ya sorqo balı
alınır. Bundan qənnadı məhsulları istehsalında istifadə olunur.
Sorqonun xüsusi sortlarından süpürgə də hazırlanır.
Yeyinti məqsədləri üçün istifadə olunan sorqonun tər-
kibində 58,0% nişasta, 10,6% zülal, 4,1% yağ, 1,6% şəkərlər,
2,1% sellüloza, 1,2% minerallı maddə vardır. Sorqoda zülalın
miqdarı 15-16%-ə qədərdir.
Müalicəvi xüsusiyyətləri tərkibindəki nişasta və
şə
kərlərin olması ilə müəyyən olunur.
Soya – Соя – Geysine. Paxlalılar (Leguminosales) fəsi-
ləsinə aid birillik bitkidir. 10 növü vardır ki, bunlardan biri –
85
Geysine hispida Max. mədəni növ kimi daha çox becərilir.
Paxlalılar içərisində becərilməsinə və istifadəsinə görə birinci
yeri tutur. Bu texniki, ərzaq və yem bitkisi kimi müxtəlif
məqsədlər üçün istifadə olunur.
Soyanın tərkibində 24-45% zülal, 13-37% yağ, 20-32%
karbohidratlar, 4-5,8% mineral maddələr, 12 mq/kq B
1
, 23
mq/kq PP, 3,5 mq/kq B
2
və 5 mq/kq karotin (provitamin A)
vardır.
Soya zülalında qida üçün əhəmiyyətli aminturşular (lizin,
triptofan, metionin, sistin və s.) olduğundan heyvani zülala
yaxındır və həzm olunmasına görə süd kazeininə yaxındır. Ona
görə də soyanı «bitki əti» adlandırırlar. Soya unundan süd,
kəsmik, sadə qatıq, qənnadı məmulatı, müxtəlif qida qatmaları
hazırlanır. Soya unundan çörəkbişirmədə, qənnadı sənayesində,
kolbasa istehsalında da məhsulları yağ və zülalla zənginləş-
dirmək məqsədilə istifadə olunur. Soya yağı dünyada istehsal
olunan bitki yağları içərisində əsas yerlərdən birini tutur. Soya
yağından marqarin, sabun və digər texniki məhsullar alınır.
Bəzi bölgələrdə soyadan yaşıl gübrə alınmasında da istifadə
edilir.
Soya yağı tərkibinə görə kərəyağına yaxındır. Onun tər-
kibində F vitamini fəallığında doymamış yağ turşuları, toko-
ferol (E vitamini) və fosfatidlər vardır. Ona görə də soya yağı
ilə hazırlanan xörəklər yaşlı insanlar, xüsusən də piylənmədən
və aterosklerozdan əziyyət çəkənlər üçün çox xeyirlidir.
Rafinəedilmiş soya yağı kulinariyada istifadə olunmaqla
ondan kərəyağı quruluşlu marqarin alınmasında və soya
lesitinindən müxtəlif ərzaq məhsullarının zənginləşdirilməsində
istifadə olunur. Əsəb sisteminin, qanazlığının və ümumi zəif-
liyin müalicəsində iribuynuzlu heyvanların beynindən alınan
«leysitin-cerebro» adlı lesitin preparatı alınır. Belə lesitin tə-
mizlənməmiş soya yağının tərkibində vardır.
Soya dənindən bişirilmiş, qovrulmuş və qurudulmuş
halda istifadə edilir. Soyadan qəhvə içkiləri, yarma və şorba
86
hazırlanır. Soyadan yağ aldıqdan sonra yerdə qalan cecədən
dadlı, qidalı şokolad və konfet məmulatı hazırlanır. Soya ununu
1:7 nisbətində su ilə qarışdırıb soya südü əldə edirlər. Həmin
südü xüsusi emaldan keçirib dadına, rənginə və qidalılığına
görə təbii süddən seçilməyən məhsul əldə edirlər. Soya sü-
dünün tərkibində zülal, yağ, A, D və E vitaminləri vardır. Soya
südü kəsmik və pendir istehsalı üçün də yararlıdır. Çində hələ
2000 il bundan əvvəl soyadan süd və pendir istehsal olunurdu.
Çin mətbəxində soyadan müxtəlif dadlı və qidalı xörəklər ha-
zırlanır. Soyada karbohidrat az olduğundan, diabet xəstəliyində
də ondan istifadə edilir.
Vələmir, yulaf – Овес – Avena sativa L. Taxıllar
(Gramineae) fəsiləsinin Avena cinsinə aid tipik taxıl bitkisidir.
Onun qədimdən Koreyadan Qərbi Avropaya qədər yayıldığı
qeyd olunur. Lakin ondan qida məqsədləri üçün istifadə
olunması sonralar məlum olmuşdur.
Vələmirin əkilən növü (Avena sativa L.) 3 yarımqrupa
bölünür: qollu-budaqlı, pərdəli-dənli, sıxılmış sünbüllü və
çılpaq dənli vələmirlər. Qollu-budaqlı və pərdəli vələmir daha
çox becərilir.
Vələmirin tərkibində 36,5-40% nişasta, 10-18% zülal,
6,2% yağ, 1,1% şəkərlər, 10,7% sellüloza, 3,2% minerallı mad-
dələr, vitaminlərdən B
1
(0,48 mq%), B
2
(0,12 mq%), PP (1,50
mq%) və karotin – provitamin A (0,02 mq%) vardır. Vələmir
fosfor (361 mq%) və kaliumla (421 mq%) zəngindir.
Vələmir dənindən yarma, vələmir lopası, vələmir qəhvə-
si, uşaqlar üçün yeməklər, un əldə edilir. Buğda ununa vələmir
unu qatılaraq peçenye və qaletlər hazırlanır.
Vələmirin müalicəvi xassələri. Xalq təbabətində və-
ləmirdən qədimdən istifadə edilir. Diockorid vələmir dənindən
kompresslər üçün, ondan hazırlanan sıyıqdan ishala, selikvarı
duru məhsuldan öskürəyə qarşı istifadə etmişlər. Müasir dövrdə
də vələmirdən müalicəvi məqsədlə geniş miqyasda istifadə
edilir.
87
Vələmirdən alınan həlim balla birlikdə qüvvətli qida kimi
zəifləmiş xəstələrə və vərəm əleyhinə verilir. Mədə-bağırsaq
xəstəliklərində vələmirdən alınan kiseldən çulğalama xassəsi
kimi istifadə edilir. O, hətta zəif mədə yumşaldıcısı kimi də tət-
biq olunur. Vələmir otundan hazırlanan sulu tinktura tərgətirici,
sidikqovucu və hərarətsalıcı kimi də istifadə olunur. Yaşıl
vələmirin spirtli tinkturası tonusqaldırıcı, zehni yorğunluq, əsəb
pozğunluğu və yuxusuzluqda tətbiq olunur. O, həm də siqa-
retdən imtina etmək məqsədilə məsləhət görülür. Təzə vələmir
küləşindən hazırlanan vannanın revmatizm, oynaqların iltihabı,
belağrısı (lümbaqo), dəmrov, ekzema və digər dəri xəstə-
liklərində qəbul edilir. Yuyunmaq üçün 1:10 nisbətində həlim
hazırlanır. Ayağın kəskin tərləməsinə qarşı vələmir küləşindən
palıd qabığı ilə birlikdə hazırlanmış həlimlə vanna edilir.
Homeopatiya üsulu ilə müalicədə vələmirin təzə cücərtilərindən
hazırlanan cövhərdən istifadə olunur.
88
MEYVƏ VƏ GİLƏMEYVƏLƏR
Meyvə-giləmeyvələr insan qidası üçün qiymətli maddə-
lərin mənbəyidir. Meyvələrin tərkibində şəkərlər, üzvi turşular,
mineral maddələr, pektinli, aşı və boya maddələri, ətirli mad-
dələr, vitaminlər, fermentlər, nisbətən az da olsa zülal və yağ
vardır. Meyvə-giləmeyvələr, əsasən təzə halda yeyilir və
yeyinti sənayesində müxtəlif emal məhsullarının istehsalında
xammal kimi istifadə olunur. Meyvə-giləmeyvələrdən pəhrizi
və müalicəvi məqsədlə də istifadə olunur. Meyvə-giləmeyvələr
və onların emalı məhsullarının insan orqanizminə çox faydası
vardır. Meyvə-giləmeyvələrin tərkibindəki bioloji fəal maddə-
lər insanları infeksion xəstəliklərə qarşı müqavimətini artırır,
orqanizmdə duzların və sidik turşusunun toplanmasının qarşı-
sını alır, maddələr mübadiləsində əmələ gələn zəhərli mad-
dələrin orqanizmdən xaric olunmasını təmin edir, həzm or-
qanlarının, ürəyin və nəfəs yollarının işini yaxşılaşdırır.
Meyvə və giləmeyvələrin tərkibindəki şəkərlər, əsasən
monoşəkərlərdən – fruktoza və qlükozadan ibarətdir. Bu şə-
kərlər saxarozadan fərqli olaraq orqanizmdə asan mənimsənilir
və müxtəlif xəstəliklərin müalicəsində və pəhrizi qidalanmada
istifadə olunur. Tərkibində saxaroza az olan meyvə-giləmey-
vələrdən, əsasən yaşlıların, şəkər xəstəliyinə və ateroskleroza
və digər xəstəliklərə düçar olanların istifadə etmələri məq-
sədəuyğundur. Meyvə və giləmeyvələrin tərkibində olan üzvi
turşular (limon, alma, şərab və s.) insan orqanizmində gedən
fizioloji proseslərdə mühüm rol oynayır.
Meyvə-giləmeyvələr müxtəlif vitaminlərlə, o cümlədən
suda həll olan vitaminlərlə zəngindir. Meyvə-giləmeyvələrdən
ə
lavə, onların yarpağında, zoğunda, qabığında və kökündə də
vitaminlər vardır. Tərkibində vitamin çoxluq təşkil edən meyvə
və giləmeyvələr hipo- və avitaminozun müalicəsində və pro-
filaktikasında geniş miqyasda istifadə olunur.
89
Meyvə-giləmeyvələrdə A vitamini olmur. Burada karotin
(narıncı-sarı rəngli piqment) vardır ki, bu da orqanizmdə A
vitamininə çevrilir.
Meyvə-giləmeyvələrdən ilboyu istifadə etmək məqsədilə
onlar müxtəlif üsullarla konservləşdirilir. Meyvə-giləmeyvə
kompotlarının istehsalında əlavə şəkərdən istifadə edildiyindən,
onların qidalılıq və enerji dəyəri təxminən 2 dəfə artır. 200 q
ə
rik və ya albalı 100 kaloridən çox olmayaraq enerji verdiyi
halda, 200 q kompot 200 kalori enerji verir. Eyni zamanda, bu
konservlərdə minerallı maddələr, üzvi turşular və digər bioloji
fəal maddələr daha yaxşı qalır. Düzgün konservləşdirilmiş
meyvələrin tərkibindəki C vitamininin təxminən yarısı, digər
vitaminlərin isə üçdə iki hissəsi qorunub saxlanılır. Mineral
duzlar, pektinli maddələr, karbohidratlar, karotin qurudulmuş
meyvə-giləmeyvələrdə də yaxşı qaldığından, pəhriz qidasında
müvəffəqiyyətlə istifadə olunur.
Bir çox meyvələrdə rast gəlinən boya maddələri, zərərsiz
rəngləyici maddə kimi yeyinti sənayesində, bəzən isə dərman
kimi tətbiq olunur. Meyvə-giləmeyvələrin tərkibindəki alka-
loidlər, qlükozidlər, saponinlər və digər bioloji fəal maddələr
zəifləyən orqanizmin həyat fəaliyyətinin yaxşılaşdırılmasında,
ayrı-ayrı orqanların və fizioloji sistemlərin işinin nizama sa-
lınmasında səmərəli istifadə olunur.
Müalicəvi və pəhriz xassələri olan bəzi maddələr meyvə-
giləmeyvələrin tərkibində olmaqla yanaşı, həmin bitkilərin çi-
çəklərində, yarpaqlarında, qabığında, kökündə də rast gəlinir və
onlar müalicəvi məqsədlə istifadə edilir.
Kitabda meyvə-giləmeyvələr quruluşlarına, bioloji xüsu-
siyyətlərinə, tərkibinə və coğrafi yetişmə zonalarına görə qrup-
laşdırılmışdır. Əlifba sırası ilə meyvə-giləmeyvələr aşağıdakı
ardıcıllıqla təsvir olunur.
Dostları ilə paylaş: |