Əhmədov İlham Səmid oğlu



Yüklə 41.46 Kb.

tarix14.04.2017
ölçüsü41.46 Kb.

 



                                Əhmədov İlham Səmid oğlu 



                                

 

Alfa Blokadorlarin Seksual Funksiyalara Təsiri və Erektil Disfunksiyanin Müalicəsində 

İstifadəsi 

Aşağı  urinar  sistem  simptomları  (AUSS)  şikayəti  yaşla  birlikdə  artır  və  50  yaşdan  yuxarı 

kişilərin  50%-inə  təsir  edir.  Simptomların  şiddəti  həyat  keyfiyyətinə  mənfi  təsir  etdiyindən 

müalicə  seçimində  ən  çox  diqqət  yetirilən  kriteriya  hesab  olunur  .  Aşağı  urinar  sistem 

simptomları xəstənin yuxusuna və sosial həyatına o , cümlədən seksual funksiyalarına da mənfi 

təsir  edir . AUSS/ Benign prostatın xoş hiperplaziyası (PXH) ilə seksual funksiyalar arasındakı 

bu  əlaqəni  vurğulayan  bir  çalışmada  xəstələrin  72%-i  seksual  aktivliyi  ,  63%-i  isə  seksual 

funksiyalarda  razılıqlı  həyat  keyfiyyətinə  ən  çox  təsir  edən  ilk  7  problem  içərisində  qəbul 

edilmişdir . AUSS çalışması seksual problemlərin şiddəti ilə əlaqəli olduğunu göstərir . 

 Son  10  ildə  AUSS/PXH  üçün  müxtəlif  tibbi  müalicə  növləri  istifadə  olunur  və  müalicələrin 

təsiri  AUSS  şiddəti  və  urodinamik  nəticələrə  bağlı  olaraq  dəyərləndirilir  .  AUSS/PXH 

simptomları üçün ən sıx Beynəlxalq Prostat Simptom Testi (BPST) dən istifadə olunur . Seksual 

funksiyaların  həyat  keyfiyyətindəki  təsiri  nəzərə  alındığında  müalicələrin  dəyərləndirilməsində 

verilən müalicənin seksual funksiyalara təsiri də araşdırılmalıdır . 

 Beynəlxalq  Prostat  Simptom  Testi  (BPST)  seksual  funksiyaları  sorğulamaq  üçün  ən  sıx 

istifadə  olunan  formalardır  .  Yaxın  zamanda  inkişaf  etdirilən  4  suallıq  kişilərdə  seksual 

funksiyaların  dəyərləndirilməsi  AUSS/PXH  xəstələrində  seksual  funksiyanı  sorğulamaq  üçün 

faydalı ola bilər . Günümüzdə istifadə edilən tibbi müalicələri dəyərləndirərkən müqayisə etmək 

bir çox səbəblə çətindir . Bu çətinliklər , dəyərləndirmələr üçün istifadə edilən metodların fərqli 

olmasından  ,  çalışma  qrupları  arasındakı  fərqlərdən  və  çalışmaların    çox  bir  hissəsinin 

retrospektiv olmasından qaynaqlanır . 

 Orqanizmdəki

 

α

1



 

reseptorları sidiklik boynu , prostatik stroma və  kapsulunda çox yayılmışdır 

və stimulə edilərkən kontraksiya yaradırlar . α

1

 reseptorlarının 3 subtipi var : α



1A

, α


1B

  v


ə

 

α



1D . 

 

α



1A

 v

ə



 

α

1D



 

reseptorlar

 

stroma və sidiklik boynunda çoxdursa , α



1A

 və α


1B

 vaskulyar düz əzələdə 

çox  olurlar  .  Alfa  blokator  müalicəsinin  əsasında  ,  α

1

  adrenergik  sinirlərin  sidiklik  boynu  və 



prostatik  düz  əzələlərdə  əks-təsir  yaradaraq  sidiklik  çıxım  obstruksiyasını  yaratdığı  hipotezi 

vardır  .  AUSS/PXH  müalicəsində  4  α

1

  reseptor    ataqonisti  istifadə  olunur  :  Terazosin  , 



Doxazosin , Tamsulosin , Alfazosin . 

Terazosin  və  Doxazosin  hipertoniyanın  müalicəsi  üçün  inkişaf  etdirilmiş  və  non-

uroselekdivdirlər . Tamsulosin və Alfazosin isə funksional olaraq uroselektivdirlər və α

1A

 və α



1D

 


 

blokadası yaradırlar . Alfa blokatorların mənfi təsirləri ; Ortostatik hipotoniya , sərsəmlik hissi , 



yorğunluq  ,  eyakulyasiya  problemləri  və  s  aiddir  .  Eyakulyasiya  problemləri  içərisində 

eyakulyasiya  olmaması  ,  retroqrad  eyakulyasiya  və  eyakulyat  azalmasını  sadalamaq  olar  .  α

1

 

blokatorların  bilinən  bu  mənfi  təsiri  sidiklik  boynu  ,  vas  deferens  və  seminal  kisələrin  düz 



əzələlərində yumşalma yaratması nəticəsində ortaya çıxır . 

 

Mənfi  təsir  profili  müqayisə  edildiyində  Tamsulosinlin  yüksək  uroselektivasiyası 



səbəbindən daha az ortostatik hipotoniya əmələ gətirərkən , daha çox eyakulyasiya problemlərinə 

yol  açtığını  görürük  .  Cədvəl  1’də  AUSS/PXH  tibbi  müalicəsində  istifadə  edilən  dərmanların 

seksual funksiya , libido və eyakulyasiya üzərinə mənfi təsirləri müqayisə edilmişdir . 

 

 



Eyakulyasiya (%) 

Erektil Problemlər (%) 

Azalmış libido (%) 

Alfa Blokatorlar 

 

 



 

  Alfuzosin 

 

                3 



              1 

  Doxazosin 

                4 



              3 

  Tamsulosin 

10 

                4 



 

  Terazosin 

                5 



              3 

Hormonal 

 

 

 

  Finasterid 

                8 



 

Kombinasiya 

 

 



 

  Alfu/Finasterid 

                8 



              2 

  Doxa/Finasterid 

               10 



              3 

  Tera/Finasterid 

                9 



              5 

Plasebo 

                4 



              3 

 

          Bir çox çalışma α



1

 reseptor antaqonistlərinin seksual funksiya üzərinə olan mənfi 

təsirlərini araşdırmışdır . Müxtəlif çalışmalarda nisbətlər arasında fərq olmağına baxmayaraq 

ortaq nöqtələr mövcuddur . Randomize , plasebo kontrollu çalışmalarda Tamsulosin’in 0.4 

mq/gün doza ilə Avropa çalışmalarında eyakulyasiya problemləri 4% nisbətində görülərkən , 

ABŞ’da 11% tapılmışdır . Ancaq, anormal eyakulyasiya səsəbi ilə müalicəni dayandırma nisbəti 



 

0.6% kimi aşağı düşmüşdür . Tamsulosin’in dozası 0.8 mq’a qaldırıldığında eyakulyasiya 



problemləri 18.1%-ə çatır . 

 

Tamsulosin  0.4  mq  ,  Alfuzosin  2.5  mq  x  3/gün  və  plasebo  830  xəstədə  müqayisə 



edildiyində  total  seksual  funksiyanın  plaseboya  göre  artdığı  bildirlmişdir  .  Alfuzosin  ilə 

Tamsulosin arasında seksual funksiyaya təsir baxımından bir fərq aşkar edilməmişdir . Alfuzosin 

ilə  görülən  bir  illik  ,  prespektiv  bir  çalışmada  gündə  3  dəfə  2.5  mq  ilə  gündə  iki  dəfə  5  mq 

istifadəsi  müqayisə  edilmiş  və  seksual  funksiya  nəticələrinin  əsaslı  artdığı  göstərilmişdir  . 

Doxazosin’in  də  seksual  funksiyalara  müsbət  təsir  etdiyi  bildirilir  .  Bu  müsbət  təsirin  alfa 

blokatorların kavernoz düz əzələdə boşaldıcı təsirinə bağlı ola biləcəyi düşünülür . Eyni zamanda 

AUSS  şiddəti  azaldığı  və  həyat  keyfiyyəti  yüksəldiyi  üçün  seksual  funksiyalar  müsbət 

nəticələnir. 

 

Eyakulyasiya  pozulmalarının  isə  sidiklik  boynu  ,  eyakulyator  kanalların  və  düz 



əzələlərinin boşalmasına bağlı olabiləcəyi düşünülür . Bir başqa təsiridə alfa blokatorların qan-

beyin bariyerini keçərək mərkəzi sinir sistemindəki α

1

 adrenergik reseptorlara təsiri ola bilər . 



 

Finasterid bir 5 α reduktaza inhibitorudur . Bir çox çalışma finasteridin seksual və erektil 

funksiyalara mənfi təsiri olduğunu göstərir . Proscar ilə müalicə zamanı 472 xəstədə 2 il sonunda 

plasebo  ilə  6.3%  ,  finasterid  ilə  15.8%  erektil  disfunksiya  bildirmişlər  .  Seksual  olaraq  aktiv 

şəxslərdə AUSS/BPH varsa , finasterid istifadəsinə diqqət etməliyik . 

 

Finasteridin seksual funksiyalara mənfi təsirinin dihidrotestosteron səviyyəsini aşağı 



salaraq kavernoz toxumada nitrik oksid və nitrik oksid sentazı azaldaraq ortaya çıxdığı deyilə 

bilər . 


Yeni bir 5 α reduktaza inhibitoru olan Dutasterid’in daha selektiv olaraq 5 α reduktaza tip I və 

II’ni  blokada  edərək  təsirini  göstərdiyi  bildirilmişdir  .  Tip  II  izoenziminə  prostat  və  genital 

orqanlarda rast gəlinərkən , Tip I isə qaraciyər və dəridə daha çox rast gəlinir . Medical Therapy 

of  Prostatic Symptoms (MTOPS) çalışmasında Dutasteride istifadəsi ilə 2 ildə ED səviyyəsi 7%, 

plasebo ilə 4% - dir . Zaman keçdikcə bu səviyyə azalmağa başlayır . 

 

Nəticə  olaraq  ,  seksual  funksiya  həyat  keyfiyyəti  ilə  yaxından  əlaqəlidir  və  AUSS/PXH 



olanlarda  müalicə  seçimində  dərmanların  seksual  funksiya  üzərinə  olan  təsirləri  göz  önündə 

tutulmalıdır .Azərbaycan Tibb Universitetinin Uralogiya kafedrasında 2006 – 2008 illər ərzində 

52  xəstəyə  tamsulosin  4  mq  2  ay  ərzində  təyin  edilmiş  ,  müalicə  zamanı  və  sonrakı  dövrdə 

seksual  funksiyalar  dəyərləndirilmişdir  .  Xəstələr  əvvəllcədən  eriktin  funksiya  baxımından 

dəyərləndirilmişdir . ED- si olan xəstələr əsas qrupa daxil edilməmişlər . 


 

Eyakulyasiya pozğunluqları , retroqrad eyakulyasiya , azalmış eyakulyasiya olan 9 xəstədə 



(5%)  müşahidə zamanı yalnız 2 xəstədə mülayim ED (1%) görünmüşdür . Heç bir xəstədə 

libidonun  azalması müşahidə edilmədi . 

   Müalicəni dəyərləndirərkən BEFY testləri istifadə edilmiş və ya xəstələrin özləriylə bir başa 

danışılmışdır  .  Beləliklə  qərara  alınmışdırki  ,  AUSS  olan  xəstələrin  müalicəsi  zamanı  daha 

selektiv

 

α



1

 

adrenoblokator  Omnik-Okas  daha  ,  az  erektil  funksiyalara  təsir  edir  .  Lakin 



eyakulyasiyaya bəzi xəstələrdə mənfi təsir göstərir . Ona görə də erektil funksiyanın qorunması 

məqsədiylə Omnik – Okas bu tip xəstələrdə təyin olunması tövsiyyə olunur .

 

 

 



Ədəbiyyat 

1.

 



     Roehrborn C .G and McConnel J.D . : Etiolog , pathophysiology , epidemiology and 

natural  history  of  benign  prostatic  hyperplasia  .    In:  Campbell’s  Urology  .  8-th  ed 

.Edited  by  P  .  C  .  Walsh  ,  A  .  B  .  Retik  ,  E  .  D  .Vaughan  ,  Jr  and  A  .  J  Wein 

.Philadelphia : W . B . Saunders Co . chapt . 38 ,pp . 1297 – 1330 , 2002 

2.

 

     Rosen  R  ,  O’Leary  M  ,  Altwein  J  :  LUTS  and  male  sexual  dysfunction  :  the 



multinational  Survey  of  the    Aging  Male  (MSAM-7)  (abst)  AUA  annual  meeting  , 

Orlando, Florida , May , 2002 

3.

 

   Marquis P and Marrel  A : Reproducibility and clinical and concurrent validity of the 



MSF  –  4  :  a  fouritem    male  sexual  function  questionnaire  for  patients  with  benign 

prostatic hyperplasia . Value Health 4 : 335 – 343 , 2001 

4.

 

AUA guideline on management of benign prostatic hyperplasia ( 2003 ) , J Urol ,170(2) 



: 530-547, 2003 

5.

 



Prescribing information : Flomax capsules . Physicians Desk Reference . Montvale, NJ, 

Medical Economics pp 974 – 977 , 2002 



6.

 

Roehrborn C . G and McNicholas T : The management of prostatic obstruction : How to 



determine the best options ? Eur Urology suppl 2 : 13 - 19 , 2003    

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə