ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484.89 Kb.
PDF просмотр
səhifə1/6
tarix23.06.2017
ölçüsü484.89 Kb.
  1   2   3   4   5   6

 

ƏKBƏR QOCAYEV, ġƏHLA QULĠYEVA, 



SEVDA ƏLĠYEVA 

 

 



 

 

 



 

 

 



TARĠXĠ ANLAYIġ 

VƏ 


TERMĠNLƏRĠN 

ĠZAHLI LÜĞƏTĠ 

 

 

 



 

 

Orta məktəb Ģagirdləri və abituriyentlər üçün 



vəsait 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 

təsdiq olunmuş proqram və dərsliklər əsasında 

tərtib olunmuşdur 

 

 



 

 

 



 

 

"MAARĠF" NƏġRĠYYATI 



BAKI – 2003 

 

4602030000—06 



Q ---------------------  Qrifli nəĢr 

M 652-2003 



 

 



ÖN   SÖZ 

 

Hər  bir  uşaq  onu  əhatə  edən  insanların  dilini  mənimsəyir.  Ancaq  uşağın 



öyrəndiyi  dil  adi  danışıq  dilidir.  O,  gözəl  nitq  mədəniyyətinə  yalnız  təhsil 

prosesində sahib ola bilər. Deməli, nitq mədəniyyətinin təməli məktəbdə qoyulur. 

Nitq  mədəniyyətinin  inkişafında  humanitar  elmlərin,  kütləvi  məlumat 

vasitələrinin  rolu  əvəzsizdir.  Möhtərəm  Prezidentimiz  H.Ə.Əliyev  nitq 

mədəniyyətinin  əhəmiyyətini  xüsusi  qeyd  edərək  demişdir:  "Azərbaycan  ədəbi 

dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir". 

Dil  həmişə  insanlar  arasında  ən  mühüm  ünsiyyət  vasitəsi  hesab  olunub  və 

indi də belədir. Hər bir dilin özünəməxsus lüğət tərkibi var. Cəmiyyətin inkişafı ilə 

əlaqədar olaraq dilin lüğət tərkibi də dəyişir və zənginləşir. 

Müəllimlərin  başlıca  vəzifələrindən  biri  də  dilimizin  lüğət  tərkibinə  daxil 

olmuş  müxtəlif  sözlər,  terminlər  haqqında  şagirdlərə  məlumat  vermək,  onlarda 

zəruri söz ehtiyatı bolluğu yaratmaqdır. 

Terminləri öyrənməyin bir əhəmiyyəti də budur ki, bir çox terminlər dünya 

miqyasında və ya bir çox dillərdə eyni mənada başa düşülür. 

"Termin" sözü latın sözü olub, hərfi mənası hədd, sərhəd deməkdir. Əslində 

"termin" müxtəlif sahələrə aid anlayışları ifadə edən söz və ya söz birləşməsidir. 

Şagirdlər bilməlidirlər ki, bir çox terminlərin sətri tərcüməsi ilə, onun başa 

düşdüyümüz mənası bir-birinə uyğun gəlmir. Bizə lazım olan əslində sətri tərcümə 

deyil,  başa  düşdüyümüz  mənadır.  Məsələn,  latın  sözü olan "sivilizasiya"  sözünün 

sətri tərcüməsi "mülki", "ictimai" deməkdir. Ancaq əslində sivilizasiya dedikdə bu 

və ya digər ölkələr və xalqlar qrupuna xas olan maddi, mənəvi və ictimai həyatın 

müəyyən  inkişaf  mərhələsi  başa  düşülür.  Şagirdlərdə  nə  qədər  siyasi  söz  lüğəti 

bolluğu, anlayış bolluğu olarsa, bir o qədər də onlar dövrün hadisələrindən yaxşı 

baş  açar,  mühakimə  yürüdə  bilərlər.  Tarixi  fakt  və  hadisələrin  öyrənilməsində, 

səbəb-nəticə  əlaqələrinin  yaranmasında,  məntiqi  təfəkkürün  inkişafında  da 

terminlər  böyük  rol  oynayır.  Təsadüfi  deyil  ki,  tarix  fənni  üzrə  hazırlanmış 

testlərdə, habelə  ali məktəblərə tələbə  qəbulu zamanı imtahan suallarında da bir 

çox terminlərin izahını bilmək tələb olunur. 

Bu kitabçada bəzi əlavələrlə orta məktəb dərsliklərindəki terminləri, əsasən, 

əhatə etməyə çalışmışıq. Burada 800 termin və anlayışın izahı verilmişdir. Kitabça 

haqqında arzu, irad və təkliflərinizi gözləyirik. 

 

 



Abbası


  — XVII-XVIII əsrlərdə  Ġran və Cənubi Qafqazda iĢlədilmiĢ  gümüĢ  sikkə. 

Səfəvi  Ģahı  I  Abbasın  hakimiyyəti  dövründə  təsis  olunmuĢ  və  onun  adı  ilə 

adlandırılmıĢdır. 

Abbasilər 

—  Məhəmməd  peyğəmbərin  əmisi  Abbasın  adı  ilə  adlanan  ərəb 

xəlifələri  sülaləsi  (750—  1258).  Ərəb  xilafəti  çox  vaxt  Abbasilər  xilafəti 

adlandırılmıĢdır. 

Abbat


 — katolik kilsəsində monastır rahibi. 

Abdallar 

— Laçın Ģəhərinin keçmiĢ adı (1923-cü ilədək) 

Abeskun


  —  orta  əsrlərdə  Xəzər  dənizinin  cənub-Ģərqində  eyniadlı  adada  liman 

Ģəhəri. Bu Ģəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su 

altındadır. 

Abidə


  —  1)  sənət  və  tarixi  dəyəri  olan  tikili;  2)  Ģəxsiyyət  və  hadisələrin  Ģərəfinə 

yaradılan heykəltəraĢlıq və memarlıq əsəri. 

Abituriyent  (latınca)  —  "getməyə  hazırlaĢan".  Bir  çox  ölkələrdə  orta  məktəbi 

bitirən Ģəxs və ya ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən Ģəxs. 

Abolisionist

  (ingiliscə)  —  quldarlığın  ləğv  edilməsi  tərəfdarı.  Bu  ad  ABġ-da 

quldarlığın ləğv edilməsi tərəfdarlarına verilmiĢdi. 

Abordaj


  (fransızca)  —  "gəmi  bortu".  Avarlı  və  yelkənli  gəmilərlə  döyüĢ  üsulu. 

Hücum  edən  gəmi  qarmaqla  o    birinə  bağlanır  və  döyüĢün  nəticəsi  əlbəyaxa 

vuruĢmadan asılı olurdu. Uzaqvuran topların və buxarla iĢləyən gəmilərin meydana 

çıxması ilə XIX əsrdən abordaj üsulu öz əhəmiyyətini itirmiĢdi. 

Aborigenlər

 (latınca, əzəldən) — ölkənin qədim, yerli sakinləri. 

Açıq  qapı

  —  1899-cu  ildə  ABġ  dövlət  katibi  hey  verdiyi  notada  "açıq  qapı" 

doktrinasını  elan  etdi.  Burada  tələb  edilirdi  ki,  Çindəki  dövlətlərin  bütün  "nüfuz 

dairələri" ġimali Amerika mallarının gətirilməsi üçün açıq olmalıdır. Bununla ABġ 

rəqiblərini Çindən sıxıĢdırıb çıxarmaq istəyirdi. 

Aeropaq


 (yunanca) — Attikanı idarə edən ağsaqqallar Ģurası. 

Ağbil  türbələri

    —  Quba  rayonunun  Ağbil  kəndində  XVI  əsrə  aid  memarlıq 

abidələri. 

Ağməscid

 — indiki Simferopol Ģəhəri. 

Axill 

—  qədim  yunan  mifologiyasında  Troya  müharibəsi  dövründə  ən  güclü 



qəhrəmanlardan biri. 

Axill dabanı

 — "ən zəif yer" mənasında iĢlənir. Əfsanəyə görə Axillin anası dəniz 

ilahəsi  Fetida  oğlunu  ölməz  və  yenilməz  etmək  üçün  onu  Yeraltı  Stiks  çayının 

müqəddəs suyuna salmıĢdır. Anası onun dabanından tutduğuna görə ora müqəddəs 

su dəyməmiĢ və dabanı Axillin yeganə zəif yeri olmuĢdur. Parisin atdığı zəhərli ox 

dabanına dəyərək onu öldürmüĢdür. 

Aid 


—  qədim  yunanlarda  yeraltı  səltənətə  hökmranlıq  edən  allah.  Guya  bu 

 

səltənətə ölən insanların ruhları köçürmüĢ. Aidin ayaqları altında oturmuĢ üçbaĢlı 



köpək  hamını  yeraltı  səltənətə  buraxır,  lakin  heç  kimi  oradan  qayıtmağa 

qoymurmuĢ. 

Akademiya 

—  qədim  yunan  əsatirinin  qəhrəmanı  Akademikin  adındandır.  Alim 

Platonun məktəbinə verilən ad. Sonradan bu ad yüksək elmi təĢkilata verilmiĢdir. 

Akın


 — Qazaxıstanda və Mərkəzi Asiyada xalq nəğməkarı. 

Akropol


 (yunanca) — "yuxarı Ģəhər" təpənin üzərində yerləĢir, Ģah sarayı və adlı-

sanlı adamların evləri burada ucalırdı. 

Aqora 

— Afinanın ən izdihamlı və səs-küylü yeri, bazar meydanı. 



Aqrar 

—  1)  torpaq  sahibliyinə,  torpaqdan  istifadəyə  aidiyyəti  bildirir;  2)  kənd 

təsərrüfatı istehsalının sənayedən üstün olmasını səciyyələndirir. 

Aqrar çevriliĢ

  — təsərrüfatında  muzdlu əməyin  kütləvi Ģəkildə tətbiqi  nəticəsində 

kapitalist münasibətlərinin bərqərar olması. 

Alanlar 

— Kuban ətrafında yaĢayan tayfalar. 

Alagöz yaylaqları

 — oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı dağları "Alagöz 

yaylaqları"  adlandırırdılar.  Hazırda  Ermənistan  ərazisində  olan  bu  ərazinin  adını 

erməni daĢnakları saxtakarcasına dəyiĢərək "Vardenis" adlandırmıĢlar. 

Ali  baĢ  komandan

  —  müharibə  zamanı,  bəzən  isə  dinc  Ģəraitdə  ən  yüksək  hərbi 

vəzifə.  Ġlk  dəfə  1914-cü  ildə  Rusiyada  təsis  edilmiĢdir.  Bir  sıra  ölkədə 

konstitusiyaya  uyğun  olaraq  Ali  baĢ  komandan  prezident  (ABġ,  Fransa,    

Azərbaycan), kansler (AFR) və b. icra edir. 

Alkald 


— Latın Amerikasındakı müstəmləkələrdə Ģəhər Ģurasının sədri. 

Alternativ

 (latınca) — "ikisindən biri", iki imkandan birini seçmək zərurəti. 

Amfiteatr

  —  1)  Qədim  Romada  qladiator  döyüĢləri  üçün  tikilən  müasir  sirklərə 

oxĢar  tikililər;  2)  müasir  teatrın  tamaĢa  zalında  parterdən  müəyyən  hündürlükdə 

yerləĢən və pillə-pillə qalxan oturacaq yerləri. 

Amfora


 (yunanca) — Attikada zeytun yağı və Ģərab saxlamaq üçün istifadə olunan 

ikiqulplu dar boğazlı qab. 

Amil 

— ərəblər dövründə mülki iĢlərə baxan Ģəxs. 



Amildar 

— Moğol imperatorluğu dövründə hərbi xidmət müqabilində Ģərti torpaq 

sahibliyinə malik olan sərkərdə. 

Anadolu 


—  hərfi  mənası  Ģərq.  Kiçik  Asiyanın  qədim  adı.  Hazırda  Türkiyənin 

Asiya hissəsi Anadolu adlanır. 

Anayasa 

(türkcə) — əsas qanun, konstitusiya deməkdir. Türkiyə Cümhuriyyətinin 

konstitusiyası belə adlanır. 

Antanta 

(fransızca)  —  razılıq,  saziĢ  deməkdir.  Ġngiltərə,  Fransa  və  Rusiyanın 

yaratdıqları  blok  ("Üçlər  saziĢi").  Bu  blok  "Üçlər  ittifaqına"  (bax:  Üçlər  ittifaqı) 

qarĢı  yaradılmıĢdı.  Birinci  Dünya  müharibəsi  "Üçlər  ittifaqı"  ilə  "Antanta"  bloku 

və onun müttəfiqləri arasında baĢ vermiĢdir. 

Antik

 (latınca) — "qədim" deməkdir. 



Antik mədəniyyət

 — qədim yunanların və romalıların mədəniyyəti. 



 

Antisemitizm



  —  Almaniya  nasistlərinin  yəhudilərə  qarĢı  tətbiq  etdikləri  milli  və 

dini ayrı-seçkiliyin ifrat forması. 

Antropologiya 

— insan haqqında elm. "Antropos" — insan, "loqos" öyrənirəm — 

sözündəndir. 

AnĢlaq


  (almanca)  —  afiĢa,  elan.  Teatr,  kino,  sirk  tamaĢalarına,  konsertə  və  s. 

biletlərin satılıb qurtardığını bildirən elan. 

AnĢlyüs

  (almanca)  —  almanlar  yaĢayan  ərazilərin  dinc  yolla  Almaniyaya 



birləĢdirilməsi siyasəti. 

Anubis 


— qədim Misirdə ölüm allahı. 

Aparteid


 — (ayrı yaşamaq) CAR (Cənubi Afrika Respublikası) hakim dairələrinin 

yerli  Afrika  əhalisinə,  "rənglilərə"  və  Asiyadan  köçüb  gələnlərə  qarĢı  apardıqları 

sərt irqi ayrı-seçkilik siyasəti. 

Apollon


 — qədim yunan və Roma dinlərində iĢıq və incəsənət allahı. 

Arabesk 


—  kəsiĢən  xətlərdən  yaranmıĢ  mürəkkəb  və  yaraĢıqlı  naxıĢlar.  Ġslam 

memarlığında geniĢ istifadə olunmuĢdur. 

Arbalet

 — qundaqlı yay, ox. Orta əsrlərdə istifadə edilmiĢdir. 



Arena 

— Amfiteatrın mərkəzində qum tökülmüĢ meydança. 

Ares 

— qədim yunanlarda müharibə allahı. 



Arxeologiya

  (yunanca)  —  insanların  həyatını  maddi  mənbələr  əsasında  öyrənən 

elm, "arxaos" — qədim, "loqos" — elm deməkdir. 

Arxeoloq


  —  arxeologiya  ilə  məĢğul  olan,  qazıntı  iĢləri  aparıb  maddi  mənbəni 

öyrənən alim. 

Arxont

  (yunanca)  —  Afinanı  idarə  etmək  üçün  ağsaqqallar  Ģurası  tərəfindən 



seçilmiĢ vəzifəli Ģəxs. 

Aristokrat 



(yunanca) — qədim Attikada adlı-sanlı adam. 

Aristokratiya

 (yunanca) — "yaxĢıların hakimiyyəti" deməkdir. Qədim zamanlarda 

adlı-sanlı yunanlar öz idarə üsullarını bu cür adlandırırdılar. 

Armada 

(ispanca)  —  böyük  donanma  deməkdir.  Ġspanlar  öz  donanmalarını  belə 

adlandırırdılar. 

ArĢın 

(türkcə) —  metrik ölçü sistemi qəbul olunanadək Rusiya, Əfqanıstan, Ġran, 

Türkiyə,  Bolqarıstan  və  s.  ölkələrdə  iĢlədilən  uzunluq  ölçüsü.  Azərbaycanda 

təxminən 75 sm götürülürdü. 

"Aslanlar  yuvası"  və  "qan  Ģəhəri"

  —  Assuriya  (Aşşur)  imperiyasının  paytaxtı 

Nineviyanı belə adlandırırdılar. 

Atanarix  sədləri

  —  indiki  Moldova  ərazisində  hunların  hücumlarının  qarĢısını 

almaq üçün tikilən sədlər. 

Ateizm


  (yunanca)  —  inkar  Ģəkilçisi,  teos-allah,  hərfi  mənası  allahsızlıq.  Hər  cür 

dini və dini təsəvvürləri inkar edən baxıĢlar sistemi. 

Atlantida

  —  rəvayətə  görə  Atlantik  okeanında  Cəbəlüttariq  boğazından  qərbdə 

atlantlar  tayfasının  yaĢadığı  böyük  ada.  Güman  edilir  ki,  Atlantidanın  torpaqları 

məhsuldar,  əhalisi  qüdrətli  və  mədəni  olmuĢdur.  Atlantida  güclü  zəlzələ 



 

nəticəsində  okean  suları  altında  qalmıĢdır.  Atlantidanın  həqiqətən  mövcud  olub-



olmaması məsələsi indiyədək həll edilməmiĢdir. 

Atlas


 (coğrafi) — müəyyən sistemdə yığılıb, ümumi proqram əsasında albom və ya 

kitab Ģəklində tərtib edilən coğrafiya xəritələri məcmusu. Müasir atlasların banisi II 

əsrdə yaĢamıĢ qədim yunan alimi Klavdi Ptolomey hesab edilir. 

Atlaz


 (ərəbcə) — hamar deməkdir. Hamar, parlaq səthli, sıx toxunmuĢ ipək və ya 

yarımipək parça. 

Aul 

— Qazax köçərilərinin birliyi. 



Autodafe

 — Ġspaniyada bidətçilikdə təqsirləndirilənlərin tonqalda yandırılması. 

Avanqard 

(fransızca) — qabaqda, mühafizə, öndə gedən, qabaqcıl. 

Avans


  —  iĢ  görülməzdən,  əmlak  verilməzdən,  xidmət  göstərilməzdən  qabaq 

verilən ödəmə. Behdən fərqli olaraq müqavilə  yerinə  yetirilmədikdə  alınan avans 

qaytarılmalıdır. 

Avarlar


 — Dağıstanda və Azərbaycanın Zaqatala və Balakən rayonlarında yaĢayan 

türk soylu xalq. 

Aventin

  —  Qədim  Roma  Ģəhərinin  salındığı  7  təpədən  biri.  Patrisilərlə  mübarizə 



zamanı plebeylərin sığınacaq yeri. 

Aventin  bloku

  —  Ġtaliyada  Mussolininin  faĢist  diktaturasına  qarĢı  müxalifətdə 

olmuĢ parlament bloku. 

"Avesta"

 — ZərdüĢtlüyün müqəddəs kitablar külliyyatı. 

Avgi tövlələri

 — qədim yunan mifologiyasına görə Herakl Elida padĢahı Avginin 

çox  çirkli  və  nəhəng  tövlələrini  çayların  suyunu  tövlədən  axıtmaqla  bir  gündə 

təmizləmiĢdir.  Sonralar  bu  ifadə  həddən  artıq  bərbadlıq,  səliqəsizlik  rəmzinə 

çevrilmiĢdir. 

Aviasiya


  (latınca)  —  "quĢ"  deməkdir.  Havadan  ağır  aparatlarla  yerətrafı  hava 

fəzasında uçuĢ. 

Avisenna

 (Avetisina) — görkəmli türk alimi Ġbn Sinanın latınlaĢdırılmıĢ adı. 

Avrora

 — Qədim Roma mifologiyasına görə dan Ģəfəqi ilahəsi. 



Avtorgiya

  —  (özünə  firavanlıq  yaratmaq)  təcavüzkar  və  iĢğalçı  müharibələrə 

hazırlaĢan  dövlətlərin  öz  ölkələrini  dünya  bazarından  asılı  olmayacaq  bir  hala 

gətirmək üçün yeritdikləri iqtisadi siyasət. 

Avtoqraf

 — 1) imza, xatirə qeydi; 2) əsərin müəllif əlyazması. 

Avtoritarizm 

(latınca)  —  hakimiyyət,  nüfuz,  siyasi  hökmdarlığın  antidemokratik 

sistemi. 

Avtoritar

 (latınca) — kor-koranə Ģəkildə tabeçiliyə əsaslanan tam hakimiyyət. 

Avtoritet 

— nüfuz. 

Azadlar

 — Sasanilər imperiyasında və Qafqaz Albaniyası dövlətində xırda və orta 



mülkədarlar təbəqəsi. 

Aznaur 


— Gürcüstanda iri feodallar.  

Azıxantrop 

— "Azıx adamı" mənasını verir. Azıx mağarasının ən qədim  sakinini 

elmdə belə adlandırmıĢlar. 



 

 



Babil


 — Bab-ili "Allahın qapısı". Ġkiçayarasında salınmıĢ Babil Ģəhəri.  

Bac 


— sənətkar və tacirlərin ödədiyi vergi.  

BağbaĢı


  —  məhsulun  onda  birinə  bərabər  olan  vergi  növü.  Bağ  məhsullarından 

alınırdı. 

Balaxan küçəsi

 — Bakı Ģəhərində indiki Füzuli küçəsi. 

Ballada

 (fransızca) — "rəqs edirəm" sözündəndir. Ədəbiyyatda lirik əhvali-ruhiyyə 



ifadə edən epik Ģer forması. 

Bank


 (italyanca) — "banka" sözündəndir, bu da "skamya", "idarə stolu" deməkdir. 

Orta  əsrlərdə  Qərbi  Avropa  Ģəhərlərində  sərrafların  oturduğu  skamya  belə 

adlanırdı. 

Barbarlar

  (yunanca)  —  "barbaros"  sözündən  olub  "əcnəbi",  anlaĢılmaz  dildə 

danıĢan  deməkdir.  Romalılar  və  yunanlar  Avropanın  alman  tayfalarını  belə 

adlandırmıĢdılar. Sonralar kobud, vəhĢi mənasında iĢlədilmiĢdir. 

Barbarossa

 — bu ad Müqəddəs Roma imperatoru I Fridrix Barbarossanın adından 

götürülmüĢdür. Ġkinci  Dünya  müharibəsi dövründə  nasist  Almaniyasının SSRĠ-yə 

qarĢı qısamüddətli hərbi əməliyyat planı idi. 

Barıtma


  —  qazaxlarda  batırın  Ģücaət  göstəricisi,  düĢmən  tayfanın  malını  sürüb 

aparmaq hüququ. 

Barokko

  —  "təmtəraqlı"  deməkdir.  XVII-XVIII  əsrlərdə  Avropada  memarlıq 



üslubu. 

Baron


 —  Avropada feodal titulu, hersoq və qrafların vassalı. 

Baskak


  —  Monqol  və  Qızıl  Ordu  dövlətlərində  xanın  iĢğal  edilmiĢ  ərazilərdəki 

nümayəndəsi.  Yerli  hakimlərin  fəaliyyətinə  nəzarət  edir,  vergilər  toplayır, 

mükəlləfiyyətləri icra etdirirdilər. 

BaĢ Ģtatlar

 — XVI-XVIII əsrlərdə Fransada silki nümayəndəliyin ali orqanı. 

BaĢlıq


 — bir sıra türk xalqlarında gəlin üçün evlənən ailədən alınan məbləğ. 

Batır


 — qazaxlarda igid və Ģücaətli adamlara verilən ad. 

Bayat  qapısı

  —  oğuzlar  Dərbənd  səddindəki  qapılardan  birini  bayat  tayfasının 

Ģərəfinə "Bayat qapısı" adlandırmıĢdılar. 

Bayrat torpaqlar

 —  Hülakülərin dövründə istifadəsiz qalmıĢ boĢ torpaqlar. 

Bazarın   bağlanması

   — Ġranda, o cümlədən, Cənubi Azərbaycanda tətilə, yaxud 

inqilaba çağırıĢ.  

Bədəvi 


(ərəbcə)  —  səhra  adamı  deməkdir.  Ərəbistandakı  səhralarda  köçəri  həyat 

keçirən adam. 

Bəhrə 

—  Yaxın  ġərq  ölkələrində,  o  cümlədən,  Azərbaycanda  torpaq  və  sudan 



istifadəyə görə kəndlilərdən məhsulla alınan vergi. 

BəngüdaĢlar

  —  göytürklərin  öz  xaqanlarının  Ģərəfinə  qoyduqları  üzərində  yazılar 

olan daĢ sütunlar. 

Bəril 

(ərəbcə)  —  ərəb  xilafətinin  müxtəlif  əraziləri  ilə  paytaxt  arasında  əlaqə 


 

yaratmaq məqsədilə yaradılmıĢ rabitə mərkəzi. 



Bərzəx

 (ərəbcə) — əsasən, iki geniĢ sahəni birləĢdirən ensiz quru zolağı. 

Bəstə oturma

  —  Ġranda,  o  cümlədən,  Cənubi  Azərbaycanda  geniĢ  yayılmıĢ  etiraz 

forması.  Etiraz  edən  qüvvələr  toxunulmaz  hesab  edilən  yerlərdə  (nüfuzlu 

ruhanilərin  evlərində,  müqəddəs  yerlərdə  və  xarici  ölkələrin  səfirliklərində) 

toplaĢaraq öz etirazlarını bildirirdilər. 

BeĢyüzlər  Ģurası

  —  PüĢkatma  yolu  ilə  30  yaĢına  çatmıĢ  Afina  vətəndaĢlarından 

seçilmiĢ icra hakimiyyəti (Qədim Yunanıstanda). 

Bidətçi 


(ərəbcə) — "yenilik gətirmək". Küfr deməkdir. Bütün dinlərdə olduğu kimi 

xristian  dinində  də  əsas  dini  ehkamları  qəbul  etməyən  "yeni  təlim  tərəfdarları"na 

verilən ad. 

Bill


  (ingiliscə)  —  qanun  deməkdir.  Parlament  üzvünün  irəli  sürdüyü  qanun 

layihəsi. Parlament tərəfindən qəbul edildikdən və dövlət baĢçısı tərəfindən təsdiq 

edildikdən sonra qanun qüvvəsi almıĢ olur. 

Bisti 


(farsca)  —  "iyirmi"  sözündəndir.  Səfəvi  Ģahı  I  Təhmasibin  dövründə 

buraxılmıĢ  20  dinara  bərabər  xırda  gümüĢ  sikkə.  XVII  əsrin  axırlarınadək 

dövriyyədə olmuĢdur. 

Biy


 — qazaxlarda ayrı-ayrı tayfalardan ibarət aulun baĢçısı. 

Biyar


  (farsca)  —  müftə,  muzdsuz  deməkdir.  Kəndlilərin  feodal  təsərrüfatında 

əvəzi ödənilmədən məcburi gördüyü bütün iĢlər.  

Blokada

 (ingiliscə) — mühasirə, təcrid. 1) ərazi, Ģəhər, qala və s.-nin xarici aləmlə 



əlaqəsini  kəsmək  məqsədilə  mühasirəyə  alınması;  2)  hər  hansı  dövlətə  təzyiq 

göstərmək üçün onun siyasi və ya iqtisadi cəhətdən təcrid olunmasına yönəldilmiĢ 

tədbirlər sistemi. 

Boqdıxan


 — Mancur imperatorlarına verilən titul. 

―Boniç sistemi‖

   —   Bu   sistemə, əsasən, Ġranda hər bir kəndli təsərrüfatı orduya 

bir əsgər verməli və onu təmin etməli idi. 

Borc  daĢı

  —  Afinada  kəndlilər  aristokratlardan  borc  taxıl  alanda  kəndlinin 

sahəsində qoyulan daĢ. Bu daĢın üzərində kəndlinin kimdən, nə qədər borc aldığı 

və  nə  vaxt  qaytarmalı  olduğu  yazılırdı.  Kəndli  borcunu  vaxtında  qaytara 

bilmədikdə, ailəsi və özü qula çevrilirdi.  

Boyar 


— rus knyazlıqlarında  və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük 

knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri 

əyan. 

Boykot


 (ingiliscə)  — bu tədbiri ilk dəfə 1880-ci ildə Ġrlandiya icarədarları onlarla 

sərt rəftar edən malikanə müdiri Boykota qarĢı tətbiq etmiĢlər. "Boykot" termini də 

onun  adından  götürülmüĢdür.  Beynəlxalq  hüquqda  boykot  bir  dövlətin  baĢqa 

dövlətlə  və  ya  bir  qrup  dövlətlə  ticarət,  maliyyə  əlaqələri  yaratmaqdan  və  ya 

saxlamaqdan imtina etməsidir. Boykot iqtisadi və siyasi mübarizə üsuludur.  

Brahma


 — Hinduizm tərəfdarlarının sitayiĢ etdiyi allahlardan biri. 

Brahmanlar 

—  Hind  kahinləri.  Onlar  Hindistanda  yüksək  kasta  (bax:  kasta) 


 

qrupunu təĢkil edirdilər. 



Budda

 — "həqiqətlə iĢıqlanmıĢ", nurlu" deməkdir. Buddizm dinində ən müqəddəs 

varlıq. 

Buddizm


  —  dünyada  ən  geniĢ  yayılmıĢ  dinlərdən  biri.  E.ə.  VI-V  əsrlərdə 

Hindistanda  yaranmıĢdır.  Banisi  Budda  adı  ilə  məĢhur  olan  Siddhartha  Qautama 

hesab edilir. 

Bulqar 


(türkcə)    "qarıĢmaq"  mənasındadır.  Oğuz  türk  toplusuna  daxil  olan 

onoquzlar,  sarıqurlar,  utriqurlar,  kutriqurların  Hun  türkləri  ilə  qaynayıb-

qarıĢmasından törəmiĢdir. 

Bulqar-türk dövləti

 — VII əsrdə

 

Cənub-ġərqi Avropa ərazisində yaranmıĢ müstəqil 



dövlət.  

―Buzovlar ölkəsi‖

 (yunanca) — Ġtaliya sözünün hərfi mənası. Bu adı burada çoxlu 

mal-qaranın və otlaqların olmasını görüb heyrətə gələn yunanlar vermiĢdilər. 

Büdcə defisiti 

— dövlət büdcəsi məsrəfinin onun gəlirindən artıq olması. 

Bürokratiya

 —   süründürməçilik, rəsmiyyətçilik. 

 

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə