Еколоэиа вя ятраф мцщитин мцщафизяси



Yüklə 481.43 Kb.
Pdf просмотр
səhifə1/4
tarix29.05.2017
ölçüsü481.43 Kb.
  1   2   3   4

Еколоэийа вя су тясяррцфаты  ъурналы, № 1, йанвар,  2012 - жи ил 

 

 



 



ЕКОЛОЭИА ВЯ ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИ 



 

 

A.B.DOLXANOV (BDU) 

 

TORPAQ VƏ IQLIM ġƏRAITININ QIYMƏTLƏNDIRMƏKLƏ LƏNKƏRAN IQTISADI 

RAYONUNUN TƏBII ġƏRAITININ EKACOĞRAFI TƏHLILI 

 

Mövzu üzrə iqtisadi rayonun göstəri-

cilərinə  nəzər  salmaqla  aparılan  elmi  tədqi-

qat  işlərinin  yekun  məzmunu  aşağıda  qeyd 

olunanları müəyyənləşdirməklə regionun so-

sial  iqtisadi  və  kənd  təsərrüfatı  imkanlarını 

nəzərə almaqla təbii şəraitə ekoloji tələblərə 

uyğun münasibət və onlardan səmərəli istifa-

dənin vacib olması aydınlaşdırılmışdır.  

Lənkəran  iqtisadi  rayonu.  İqtisadi 

rayona daxil olan inzibati rayonlar – Astara, 

Cəlilabad,  Lerik,  Masallı,  Yardımlı,  Lənkə-

ran rayonları. 

İqtisadi  rayonun ümumi ərazisi  – 6,07 

min kv.km. 

İqtisadi  rayon əhalisinin  ümumi  sayı – 

810,2 min nəfər. 

İqtisadiyyatın  əsasını  təşkil  edən  sahə-

lər – aqrar-sənaye kompleksi, turizm 

Kənd təsərrüfatında üstünlük təşkil edən 

sahələr  –  faraş  tərəvəzçilik,  çayçılıq,  sitrus 

meyvəçilik, üzümçülük, taxılçılıq 

Təbii  ehtiyatları  –  İqtisadi  rayon  ərazi-

sində mişar daşı, çay daşı, qum, gil, çınqıl və 

s. tikinti materialları mövcuddur. İqtisadi ra-

yon  termal  mineral  sularla  zəngindir.  İlisu 

bulaqlarından yerli əhali geniş istifadə edir. 



Coğrafi mövqeyi,  relyefi və iqlim Ģə-

raiti. Lənkəran iqtisadi rayonu Astara, Cəli-

labad, Lerik, Masallı, Yardımlı və Lənkəran 

inzibati  rayonlarının  ərazisini  əhatə  etməklə 

ölkə paytaxtı Bakı şəhərindən 320 km məsa-

fədə  respublikanın  cənub-şərqində  yerləşir. 

Şimal-şərqdən Kür-Araz ovalığı, şərqdən Xə-

zər dənizi ilə əhatə olunaraq cənubda İran İs-

lam Respublikası ilə həm dəniz, həm də qu-

ruda sərhəddir. Relyef xüsusiyyətlərinə görə 

Lənkəran bölgəsinin ərazisi 2 hissəyə ayrılır: 

Lənkəran ovalığı və Talış dağları. Lənkəran 

ovalığı Xəzər dənizinin sahilləri ilə Talış da-

ğı arasında yerləşib, şimaldan Balharçay cə-

nubdan isə Astara çaya qədər 100 km məsa-

fəni  əhatə  edir.  İqtisadi  rayonun  ümumi  sa-

həsi 6,07 min kv.km olmaqla ölkə ərazisinin 

7 faizini əhatə edir. İqtisadi rayonun ərazisi-

nin  26  faizi  meşələrlə  örtülmüşdür.  Region 

təbii şəraitinə görə ölkənin digər iqtisadi ra-

yonlarından fərqlənir. 

Dünyada  mövcud  11  iqlim  qurşağın-

dan 7-sinə (1. yayı quraq mülayim isti iqlim, 

2. orta dağlığın ən hündür hissəsinin quru çöl 

iqlimi  (dağ  çöl  iqlimi), 3.  mülayim  isti  sub-

tropik  iqlim,  4.  rütübətli  subtropik  iqlim,  5. 

yarım səhra və quru çöl iqlimi, 6. dəniz iqli-

mi, 7. ilboyu bərabə yağıntısı olan iqlim) bu 

iqtisadi  rayonun  ərazisində  rast  gəlinir.  Rü-

tubətli subtropik iqlimə malikdir. 

Region  əsasən  subtropik  zona  hesab 

olunur  və  ərazinin  düzənlik  hissəsində  orta 

sutkalıq  temperatur  +1OC-dən  yüksək  olan 

dövr  200-220  gün,  dağlıq  hissədə  isə  100-

120  gündür.  Aran  və  dağətəyi  hissədə  orta 

sutqalıq  temperatur  +15C  yüksək  olan  dövr 

150 gün, +25C-dən yüksək olan dövr 65-75 

gün  davam  edir.  İyul  ayının  maksimal  tem-

peraturu +36,20C, yanvar ayının mütləq mi-

nimal  temperaturu  -15C-dir.  İl  ərzində  yağ-

murlu günlərin sayı 100 gündür. Rayona dü-

şən illik yağıntının miqdarı 1400-1600 mm-

dir. 


 

İqtisadi  rayonun  əlverişli  təbii  şəraiti 

əhalinin  məskunlaşmasında  mühüm  rol  oy-

namışdır.  Əhalinin  ümumi  sayı  810.2  min 

nəfər olmaqla ölkə əhalisinin 9,4 faizini təş-

kil  edir.  Rayonda  əhalinin  orta  sıxlığı  hər 

kv.km-də  134  nəfər  təşkil  edir.  Əhalinin  ən 

sıx  məskunlaşdığı  Lənkəran  ovalığında  bu 

göstərici 170 nəfər, dağ rayonlarında isə 60-

80 nəfərdir. İqtisadi rayon əhalisi yüksək tə-

bii artıma malikdir. 

Lənkəran  iqtisadi  rayonunda  faydalı 

qazıntılar  azdır.  Qeyri-filiz  yataqlarında  ti-

kinti, qum, gil, çaydaşı, gips və s. ehtiyyatla-

rı  regionun  iqtisadi  inkişafında  mühüm  rol 

oynayır. İqtisadi rayon termal mineral sular- 

la zəngindir. 


Еколоэийа вя су тясяррцфаты  ъурналы, № 1, йанвар,  2012 - жи ил 

 

 



 

İqtisadiyyatı-İqtisadi  rayonun  iqtisa-



diyyatının  əsasını  aqrar  sənaye  kompleksi 

təşkil  edir.  Rütubətli  subtropik  iqlim,  məh-

suldar  torpaqlar,  su  və  kifayət  qədər  ehtiy-

yatları  kənd  təsərrüfatının  inkişafı  üçün  bö-

yük  imkanlar  yaradır.  Kənd  təsərrüfatının 

strukturunu  faraş  tərəvəzçilik,  çayçılıq, 

üzümçülük,  taxılçılıq  təşkil  edir.  Azərbay-

can  Respublikasında  istehsal  olunan  çayın 

99%,  tərəvəzin  27%,  taxılın  15%,  kartofun 

24  %,  üzümün  13%  tələbatının  bir  hissəsi 

kəndlilərin  şəxsi  təsərrüfatı  hesabına  ödəni-

lir.  2007-ci  il  ərzində  Masalli  rayonunda 

4502 ton diri çəkidə ət,  43942.9 ton süd və 

42,6 milyon ədəd yvmurta istehsal olunmuş-

dur. 

Cəlilabad:  İqtisadi  rayonun  heyvan-



darlıqla məşğul olan digər bölgəsi Cəlilabad 

rayonudur. 

Tərəvəzçilik - Lənkəran iqtisadi rayo-

nunda  mövcud  təbii  iqlim  şəraiti  və  buraya 

məxsus  qəhvəyi,  boz  qəhvəyi,  qara  şabalıdı 

və sair torpaq örtüyünün mövcud olması bu-

rada  tərəvəzçiliyin  inkişafına  əlverişli  şərait 

yaradır. Tərəvəzçilik əsasən iqtisadi rayonun 

Lənkəran,  Astara  və  Masallı  rayonlarında 

inkişaf  etmişdir.  Müqaisə  üçün  qeyd  etmək 

olar  ki,  2006-cı  ildə  iqtisadi  rayon  üzrə  tə-

rəvəz yığımı 279556 ton olmuşdusa, 2007-ci 

ildə bu göstərici 8044 ton artaraq 287600 to-

na  çatmışdır.  Tərəvəz  məhsullarının  artım 

dinamikası  göstərir ki,  burada tərəvəzçiliyin 

inkişafına mövcud şərait vardır. Rayonda və 

bütün ölkə ərazisində keçirilən aqrar islahat-

lar nəticəsində Lənkəran rayonu üzrə 15.500 

hektar  əkinə  yararlı  sahə  torpaq  payı  kimi 

130.700  sakin  arasında  bölüşdürülmüş  və 

əhalinin  mülkiyyətinə kənd təsərrüfatı məh-

sullarının əkini üçün verilmişdir. Tərəvəzçi-

liyin inkişafında əsas rol oynayan amillərdən 

biri torpağın mineral zənginliyidir. 

Kartofçuluq:  Lənkəran  iqtisadi  rayon-

nunda ən çox əkilən tərəvəz növlərindən biri 

kartofdur.  2007-ci  il  ərzində  iqtisadi  rayon 

üzrə 165446 ton kartof istehsal olunmuşdur. 

Bundan  7531  ton  Lənkəran  rayonu,  12709 

ton Astara rayonu, 17556 ton Masallı rayo-

nu,  108765  ton  Cəlilabad  rayonu,  6201  ton 

Yardımlı rayonu və 12684 ton Lerik rayonu 

üzrə olmuşdur. 

Üzümçülük  -  Lənkəran  iqtisadi  rayo-

nunda  üzümçülük  hələ  keçmiş  zamanlarda 

da  geniş  inkişaf  etmişdir.  Üzümçülük  bu 

ərazilərdə tarixən ən geniş yayılmış təsərrü-

fat sahələrindən biridir. Hazırda İqtisadi ra-

yon üzrə bu sahədə ən geniş inkişaf etdiril-

miş  ərazilər  Yardımlı,  qismən  Masallı  və 

əsasən  Cəlilabad  rayonları  olmuşdur.  Qeyd 

etmək lazımdır ki, Cəlilabad rayonunun əra-

zisində  1000  hektardan  artıq  yeni  üzüm  sa-

hələri  salınmışdır.  Azərbaycanda  yerli  mü-

hütə  və  əraziyə  uyğunlaşdırılmış  250  yerli 

üzüm  sortları  seçilib  təsvir  edilmişdir. 

Üzüm  sortları  3  qrupa  bölünür:  Şərab  sort-

ları, süfrə sortları və kişmiş sortları. İqtisadi 

region  üzrə  əkilmiş  üzümlüklərin  təxminən 

12  faizinin  süfrə  sortları,  digər  88  faizini 

texniki sortlar təşkil edir. Azərbaycan selek-

siyaçıları Şireyi,  Ağ  Aldərə,  Ağ kişmiş,  Ağ 

Xəlili,  Ağ  Şanı,  Naxçıvan  Qızıl  Üzümü, 

Qırmızı  kişmiş,  Mədrəsə,  Gəlinbarmağı, 

Rişbaba,  Dəvəgözü,  Təbrizi  və  sair  üzüm 

sortları yaratmışlar. 

Lənkəran iqtisadi rayonuna ən çox uy-

ğunlaşmış  və  məhsuldarlığı  ilə  fərqlənən, 

habelə yüksək keyfiyyətli şərab və spirtin ha-

zırlanması  üçün  nəzərdə  tutulmuş  “Lab-

ruska”  növünə  aid  “İzabella”  sortuna  rast 

gəlinir. 

Çəltikçilik - Lənkəran iqtisadi rayonu-

nun ənənəvi sahələrindən biridir. Qədim za-

manlardan burada əkilmiş və inkişaf etdiril-

mişdir.  Bu  sahə  üzrə  əsasən  ixtitsaslaşan 

Astara  və  Lənkəran  rayonları  olmuşdur. 

Çəltik (Oryza) - taxıllar fəsilinə aid olan bir-

illik və yaxud çoxillik və eyni zamanda qə-

dim kənd təsərrüfatı bitkisidir. Mənşəyi də-

qiq məlum olmasa da bəzi alimlərə görə çəl-

tiyin vətəni Cənub-şərqi Asiya hesab olunur 

(e.ə V minillik). Əsasən dünya ölkələri ara-

sında  Çin,  Afrika  və  Amerikanın  tropiklə-

rində 19 növü məlumdur. Azərbaycanda bu 

bitkinin  bir  növü  (osativa-əkin)  məlumdur. 

Bu bitkidən müxtəlif çeşidli  qida məhsulla-

rının və xörəklərin  hazırlanmasında istifadə 

olunur. 

Sitrus və subtropik meyvəçiliyi - Lən-

kəranın kənd təsərrüfatinda sitrus və subtro-

pik  meyvəçiliyi  özünə  məxsus  yer  tutur. 

Lənkəran  sitrus  bitkiləri  diyarı  adlandırılır. 

Burada  naringi,  portağal,  kinkan,  limon, 



Еколоэийа вя су тясяррцфаты  ъурналы, № 1, йанвар,  2012 - жи ил 

 

 



 

qreypfrut,  feyxoa,  kivi  və  digər  sitrus  və 



subtropik  meyvələri  yetişdirilir.  Rayonda 

həmçinin, subtropik bitkilərdən nəcib dəfnə, 

evkalipt, bambuk yetişdirilir. XXəsrin 30-cu 

illərindən Astara və Lənkəran rayonları əra-

zisində sitrus meyvələrinin yetişdirilməsinə 

başlanmışdır. 

Çayçılığın  inkişafı  -  Azərbaycanda 

çay  bitkisinin  əkilməsinin  elmi  əsasları 

1929-cu ildə indiki Azərbaycan Elmi Tədqi-

qat  İnstitunun  Lənkəran  çay  filialında  qo-

yulmuşdur.  Sənaye  istiqamətində  inkişafı 

isə  1931-ci  ildə  dövlət  tərəfindən  verilən 

qərardan  sonra  başlamışdır.  Bu  məqsədlə 

Lənkəran  rayonunda  1932-ci  ildə  çayçılıq 

sovxozu yaradılmış, 1933-cü ildə respublika 

çayçılıq  idarəsi  təşkil edilmiş,  Lənkəran ra-

yonunda  10,  Astara  rayonunda  5,  Masallı 

rayonunda  10  kolxozda  çay  plantasiyaları-

nın salınmasına başlanmışdır. 

Çayçılığın  intensiv  inkişaf  dövrü 

1970-80-ci illərə təsadüf edir. Həmin illərdə 

respublikada 14 çay emal edən, 2 çay çəkib-

bükən fabriklər fəaliyyət göstərmiş, 8,5 min 

ton  keyfıyyətli  quru  çay  məhsulu  istehsal 

edilmişdir. 

Aparılan  tədqiqatlara  əsasən  Lənkə-

ran,  Astara  və  Masallı  bölgəsində  29  min 

hektara yaxın çay əkini üçün yararlı olan tor-

paqların  18 min hektarı  I-II dərəcəli torpaq-

lardır  (sarı-podzol).  Çay  sahələrinin  suvarıl-

ması məqsədilə bölgədə böyük su anbarları, 

2 dəryaça tikilmiş, suvarma sistemləri qurul-

muşdur.  Mütəmadi  olaraq  çay  plantasiya-

larının salınması tədbirləri həyata keçirilmiş, 

maddi-texniki  baza  yaradılmışdır.  Bölgənin 

iqtisadiyyatında  əsas  rol  oynayan  çayçılıq 

sahəsi  insanların  gəlir  mənbəyinə  çevrilmiş-

dir. Azərbaycan çayı  özünün keyfiyyət  gös-

təricilərinə  görə  dünya  standartları  səviyyə-

sindədir. Bunu beynəlxalq sərgilərdə və mü-

sabiqələrdə  qazandığı  mükafatlar  bir  daha 

sübut  edir.  Son  mükafatı  isə  milli  çayımız 

2002-ci  ildə  İspaniyanın  Madrid  şəhərində 

keçirilən  "Keyfiyyətə  görə"  müsabiqədə  ol-

muşdur. Burada “Azərbaycan çayı” Avropa-

nın  XXI  əsrin  qızıl  mükafatına  layiq  görül-

müşdür. 

Meşəçilik:  Meşələrinin  sahələrinin 

böyüklüyünə  görə  Lənkəran  regionu  Böyük 

və Kiçik Qafqazdan sonra 3-cü yerdədir. Re-

gionda meşələrin sahəsinin böyüklüyünə gö-

rə  birinci  yeri  Astara  rayonu  tutur.  Burada 

38 min ha, Lerik rayonunda 33 min ha, Lən-

kəran rayonunda 29 min ha, Masallı, Cəlila-

bad və Yardımlı rayonlarının hər birində 16 

min  ha-dan  artıq  meşə  sahəsi  var.150  min 

ha-a  qədər  sahə  tutan  meşələrdə  bitən  ağac-

ların  bir  çoxu  endemikdir.  Onlardan  dəmir-

ağacı,  şabalıdyarpaq  palıd,  ipək  akasiyası, 

şümşad  və  s.  göstərmək  olar.  20  il  əvvəl 

Lənkəran ovalığında yaşayış məntəqələri ət-

rafında və kənd yollarına yaxın olan meşələr 

xeyli  qırılaraq  məhv  edilmişdir.  Hətta  Hir-

kan  Milli  Parkı  ərazisində  bitən  şabahdyar-

paq  palıd  və  dəmirağacı  seçilərək,  qırılmış 

və  onların  kötükləri  indiyə  kimi  qalmaqda-

dır.  Tikintisi  1976-cı  ildə  başa  çatdırılmış 

Xanbulançay  su  anbarının  tikintisi  zamanı 

da xeyli meşə məhv edilmişdir. 

Talış dağlarının Xəzər dənizinə baxan 

şərq  yamacları ilə  yanaşı Lerik və Yardımlı 

rayonlarındakı  enliyarpaqlı  meşələrdə  də 

şabalıdyarpaq  palıd,  şərq  çinarı,  şümşad  və 

s. ağaclar çox olur. Dağlarda meşə ilə örtülü 

olmayan  sahələrin  aşağı  hissəsində  dağüstü 

kserofıt  bitki  örtüyündən  ibarət  quru  çöl, 

subalp və alp çəmənlikləri yerləşir. 

Lənkəran  ekocoğrafi  regionu  olduqca 

əlverişli təbii mühit göstəriciləri ilə səciyyə-

vidir. Onun oksigenə görə repraduktiv imka-

nı yalnız Böyük Qafqazdan geri qalır. Ərazi-

dəki  meşələrin  40%-i  respublika  meşə  fon-

duna  aiddir.  Bu  meşə  fondunun  14,5%-nə 

bərabərdir. Bunlarla yanaşı kənd təsərrüfatı, 

sənaye, turizm  və rekreasiya sahələrinin in-

kişafı  ilə  əlaqədar  olaraq  ekocoğrafi  prob-

lemlərin artması müşahidə edilir. Bitki örtü-

yünün,  xüsusilə  meşələrin  məhv  edilməsi, 

torpaqların  çirklənməsi,  Xəzər dənizi  səviy-

yəsinin  2  m-dən  artıq  qalxması  nəticəsində 

sahilyanı  torpaqların  yuyulub  aparılması, 

heyvanlar  aləminin,  o  cümlədən  quşların 

məhv edilməsi xüsusilə qeyd edilməlidir. 

Hər halda ən çox təşviş doğuran nadir 

meşələrin  müasir  vəziyyətidir.  Talış  dağla-

rındakı  Hirkan  növlü  meşələr  hələ  70  mil-

yon il bundan əvvəl mövcüd olmuşdur. Bu-

rada  Qafqaz  meşələrinin  ən  qədim  və  qiy-

mətli növləri olan dəmirağacı, şabalıdyarpaq 

palıd,  dzelkva,  şümşad,  Qafqaz  xurması, 

Hirkan ənciri, Hirkan qovağı və s. növlərdən 


Еколоэийа вя су тясяррцфаты  ъурналы, № 1, йанвар,  2012 - жи ил 

 

 



 

ibarət qarışıq meşələr geniş sahə tutur. Lən-



kəran  ovalığına  çıxan  çay  vadiləri  boyunca 

nadir növlərdən ibarət olan ürəkyarpaq qızıl-

ağac, lapin, ağcaqayın və s. indiyə kimi sax-

lanılmışdır.  Dağətəyi  qurşaqda  quru  güney 

yamaclar  ipək  akasiyası  və  bu  tipdən  olan 

digər  növlərlə  örtülmüşdür.  Bəzi  yerlərdə 

həmişəyaşıl iynəyarpaqlı Hirkan, danai, şüm- 

şad, pirkal və s. ağaclardan ibarət kiçik me-

şəliklər  vardır.  Orta  dağlıq  hissədə  şabalıd-

yarpaq palıd, Hirkan palıdı və vələs üstünlük 

təşkil etdiyi  halda, 1300-2000 m  yüksəklik-

də meşələr əsasən şərqpalıdı, Qafqaz quşar-

mudu,  yemşan,  dzelkva,  itburnu  və  s.  ağac-

ları və kolları daha çoxdur. 

Yuxarıda qeyd etdiyimiz təbii şəraitdə 

antropogen  amillər  və  təbii  təzadlar  bəzən 

biomüxtəlifliyə təsir etməklə hətta landşafın 

quruluşuna  belə  öz  mənfi  təsirini  göstərə 

bilir.  Xüsusilə  texniki  tərəqqinin  inkişafı 

müxtəlif təsir mənbələri olmaqla mneşələrin 

azalmasına, dövriyyəsinin pozulmasına, ero-

ziyaların yaranmasına və nəhayət normal iq-

lim şəraitinin kontinentallaşmasınagətirib çı-

xardır. Qeyri-normal keçən iqlim şəraiti  tə-

biətə  misilsiz  ziyan  vurmaqla  nəticələnir. 

Yerüstü  təbii  şərtlər  içərisində  çox  ən  qiy-

mətli olan meşələrin azalmasına səbəb olur. 

Təəssüf hissi ilə qeyd edilməlidir ki, 2011-ci 

ilin noyabr ayında hələ Lənkəran iqtisadi ra-

yonunun  ərazisində,  meşələrdə  vegetasiya 

prosesi  başa  çatmamış,  yəni  ağac  və  kol 

cinsləri  yarpaqlarını  tökməmiş  talış  dağları-

na  yağan güclü  qar (50-80 sm) təbii fəlakət 

yaratmaqla  qiymətli  şabalıd  yarpaq,  palıd 

fısdıq  və  ağac  və  kol  cinslərinin  yerə  yıxıl-

masına  və  əyilməsinə  səbəb  olmuşdur.  Belə 

arzuolunmaz vəziyyətin formalaşması dünya 

iqlim  şəraitinin  xeyli  qloballaşmağa  meyilli 

olmasını  göstərir.  Bu  halın  müşahidə  olun-

duğu  meşə sahələrində reylefindən və mail-

lilik  dərəcəsindən  asılı  olmayaraq  həmin 

seyrəlmiş  ərazilərdə  təbii  bərpaya  kömək 

məqsədi ilə ağac və kol cinslərinin toxumla-

rını  basdırmaqla  mühafizəsini  təmin  etmək 

məqsədə müfaviq olar.  

 

Ədəbiyyat   

 

1.

 



Göyçaylı Ş.Y., Mikayılov N.K. və b. Ət-

raf  mühiti  mühafizə  və  təbii  ehtiyatlar-

dan  səmərəli  istifadə.  Hərbi  nəşiriyyat, 

Bakı, 1996. 

2.

 

Göyçaylı  Ş.Y.,  İsmayılov  T.  Təbiətdən 



istifadənin  iqtisadiyyadi  və ekoloji  əsas-

ları. Şirvannəşr, Bakı, 2006, 176 s. 

3.

 

Azərbaycan Respublikasının konstruktiv 



coğrafiyası, Elm, Bakı. 1996. 268 s. 

4.

 



Azərbaycanın  bitki  örtüyünün  xəritəsi. 

Azərbaycan  Respublikası.  Dövlət  Geo-

deziya  və  Xəritəçəkmə  Komitəsi,  Bakı, 

1992. 


5.

 

Hacıyev  V.C.,  Musayev  S.H.  Azərbay-



canın  “Qırmızı”  və  “Yaşıl”  kitablarına 

tövsiyə  olunan  bitki  və  bitki  formasiya-

ları, Elm, Bakı. 1996, 39s. 

 

А.В.Долханов (БГУ) 



 

Аннотация 

 

Экогеографический анализ природных 

условий  Ленкаранского ономического 

района на основе оценки почвенных и 

климатических условий 

 

 

В  статье  рассматриваются  природ-

ные  условия  Ленкаранского  экономичес-

кого района, его географическое располо-

жение,  рельеф  и  климатические  условия, 

их  экогеографическая  оценка,  а  также 

пути их улучшения.  

 

A.V. Dolchanov (BSU)  



 

Abstract 

 

Ecogeographical analysis of the nature 



conditions Lencaran economic district on 

the base assessment of soil and climatic 

conditions 

 

The article is considered of the nature 

Lencaran  economy  zone,  their  geographical 

disposition and climatic conditions,  ecogeo-

graphical assessment and improvement their 

ways. 


Еколоэийа вя су тясяррцфаты  ъурналы, № 1, йанвар,  2012 - жи ил 

 

 



HÜSEYNLI ġ.S,   CANMƏMMƏDOVA R,R,  DUBUġOVA V.E 

 

GILƏZI KƏNDININ TORPAQ ÖRTÜYÜNÜN ÖYRƏNILMƏSI 



 

  

Giləzi kəndinin ərazisi şimaldan Xəzər 

dənizinin  sahil  zolağı  ilə,  şərqdən  Şurabad 

kəndinin torpaqları ilə, cənubdan Dərbənd – 

Bakı  dəmiryolu  ilə  həmsərhəddir.  Kəndin 

ərazisi müxtəlif relyef formalarına malikdir. 

Ərazinin  cənub  və  cənub-qərb  hissəsi  qobu 

və  dərələrlə  paralanmış  az,  orta  və  qismən 

çox meylli  yamaclardan ibarətdir. Şimal, şi-

mal-şərq hissəsi şərqə meylli düzənliklərdən 

ibarətdir.  Bu  ərazilərin  iqlimi  əsasən  yayı 

quraq  keçən  mülayim,  isti  yarım-səhra  və 

quru çöl iqlim tipinə malikdir. Ərazinin bitki 

örtüyü  efimerlərdən,  kserofitlərdən,  halofit-

lərdən  ibarətdir.  Kənd  ərazisinin  torpaqları 

1:250000  miqyasında  öyrənilmişdir.  Tədqi-

qat  nəticəsində  kəndin  ərazisində  aşağıdakı 

torpaq tipləri müəyyən edilmişdir.  

1.

 

Dağ boz-qəhvəyi torpaqlar 



2.

 

Dağ açıq boz-qəhvəyi torpaqlar 



3.

 

Boz qonur torpaqlar 



4.

 

İbtidai boz qonur torpaqlar 



 

1.  Dağ  boz  qəhvəyi  torpaqlar.  Bu 

torpaqlar  ərazinin  cənub-qərbində  yayılmış-

dır.  Sahəsi  2356  ha  olub  ümumi  ərazinin 

26,54% təşkil edir. Ərazinin relyefi qobu və 

dərələrlə  parçalanmış  müxtəlif  meylli  kiçik 

yamaclardan  ibarətdir.  Torpaq  əmələgətirən 

süxurlar  ellüvial,  dellüvial  çöküntülərdən 

ibarətdir.  

Çöl tədqiqatları və laboratoriya analizlə-

rinin nəticələrinə əsasən aşağıdakı növ müx-

təliflikləri müəyyən edilmişdir. 

1.

 



Ağır gillicəli, qalın dağ boz qəhvəyi  

2.

 



Ağır  gillicəli,  orta  qalınlıqlı  dağ  boz 

qəhvəyi 


3.

 

Orta gillicəli qalın dağ boz qəhvəyi 



4.

 

Orta gillicəli, orta qalınlıqlı dağ qəhvəyi 



5.

 

Yüngül  gillicəli,  orta  qalınlıqlı  dağ  boz 



qəhvəyi 

Mexaniki  tərkib  analizi  nəticələri  göstə-

rir ki,  fiziki  gilin  miqdarı  bu torpaqların  üst 

qatında  26,68  –  54,83%,  profil  boyu  isə 

24,68 – 65,20% arasında dəyişir. Əsas tərkib 

hissələri  analiz  nəticələrindən  aydın  olur  ki, 

bu torpaqların  üst  qatında humusun miqdarı 

1,41%-dən  3,10%-ə  qədərdir.  Çöl  tədqiqat-

ları və analiz nəticələrinə görə bu torpaqların 

bütün növləri profil boyu karbonatlıdır.  

  2.  Dağ  açıq  boz  qəhvəyi  torpaqlar. 

Bu  torpaqların  sahəsi  440,0  ha  olub  ümumi 

ərazinin 1,59% təşkil edir.  

Çöl tədqiqatları və laboratoriya nəticə-

lərinə əsasən bu torpaqların ağır gillicəli yu-

xa  dağ  açıq  boz  qəhvəyi  növ  müxtəlifliyi 

müəyyən  edilmişdir.  Dağ  açıq  boz  qəhvəyi 

torpaqların  əsas  tərkib  hissələri  analizinin 

nəticələrindən  aydın  olur  ki,  humusun  miq-

darı  üst  qatda  1,00  –  1,35%,  ümumi  azotun 

miqdarı  isə  0,06  –  0,07%  arasında  dəyişir. 

Təhlil etdiyimiz torpaqlar analiz nəticələrin-

dən göründüyü kimi karbonatlıdır. CaCO

3

-ın 



miqdarı 17,47 faizdən 26,00 faizə qədərdir.  


Каталог: external -> ckfinder -> userfiles -> files -> etuser -> files
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> Г. И. Али-заде, А. Р. Джалилова, Х. Х. Магеррамова, И. И. Алиев
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti elmi ƏSƏRLƏR
files -> N. R. Namazov
files -> Ekologġya və Ətraf müHĠTĠn mühafġZƏSĠ uot: 631. 616. 013. 004
files -> Memarlıq Elmi əsərlər
files -> A. B. Dolxanov
files -> Uot 631. 445. 4 Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə