Ekologiya elmiNİN İNKİŞaf tariXİ Plan



Yüklə 89 Kb.
tarix23.12.2016
ölçüsü89 Kb.
EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ

Plan
1. Ekologiya inkişaf tarixinin birinci mərhələsi.


  1. Ekologiya inkişaf tarixinin ikinci mərhələsi.




  1. Ekologiya inkişaf tarixinin üçüncü mərhələsi.




  1. Azərbaycanda ekoloji elminin tarixi



Ədəbiyyat


  1. Q. Məmmədov, M. Xəlilov – Ekologiya, ətraf mühit və insan. Bakı elm nəşriyyatı, 2006.

  2. Quliyev V. Ş. – Müharibə və ekologiya. Bakı. 2004.

  3. Xəlilov M. Y. – Bitki örtüyünün antropogen dəyişilməsi və bərpası. Bakı. Elm – 203. 2000.

  4. Q. Mustafayev. – Ekologiya. Bakı, 2001.

  5. R. Əliyeva. Q. Mustafayev – Ekologiya. Bakı, 2004.

Ekologiya elminin inkişaf tarixi.
Canlı orqanizmlərin həyatı onların xarici mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel eramızdan əvvəl 384 – 322, Pliney 23 – 79 e.ə., R. Boykonun (1627 – 1691) əsrlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur. Aristotel 500-dən artıq heyvan növünü təsvir etmiş, onların davranışları haqqında (balıqların miqrasiyası və qış yuxusu, quşların köçməsi) yazmışdır. Aristotelin şagirdi Teofrast Ereziyski (371 – 280 e. ə.) müxtəlif şəraitlərdə bitkilərin xüsusiyyətləri, formaları torpaq və iqlimindən asılılığı haqqında məlumatlar vermişdir.

İlk sistematiklərdən Sezalpini (1519 – 1603), D. Rey (1623 – 1705), J. Turnifor (1656 – 1708) və başqaları bitkilərin bitmə və becərilmə şəraitindən asılı olmasını göstərmişdirlər.

Ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar:

1-ci mərhələ – ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə əlaqədar qarşılıqdı təsiri haqqında məlumatlar toplamış, ilk elmi yekunlar hazırlanmışdır. XVII – XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri verilir. Məsələn: A. Reomyurun əsrləri həşəratlara (1734), L. Tramblenin əsərləri hidra və mşankalara həsr olunur (1744). Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin İ. Lepöxinin, A. Middendorfun, S. Kraşennikovun, K. Linneyin, Q. Yeqer və başqalarının əsərlərində rast gəlinir. XVII əsrdə Rusiyanın bir sıra ölkələrinə səyahətlər edirdi S. Kraşennikov, İ. Lepöxin, P. Pallas və başqaları iqlimin, bitki örtüyünün və heyvanat aləminin qarşılıqlı əlaqəli dəyişmələrini göstərmişlər. P. Pallas özünün «zoocoğrafiya» əsərində 151 məməli və 425 quş növünün həyat tərzini və bioloji hadisələrin təsvirini verir.

Fransız təbiətşünası Y. Byuffona (1707 – 1788) görə bir növün başqasına çevrilməsinin əsas səbəbi «iqlimin, temperaturun, qidanın keyfiyyəti və əhlilləşdirilmənin təsiridir». İlk təkammül təliminin müəllifi J. B. Lamark (1744 – 1829) orqanizmlərin uyğunlaşma dəyişkənliyini, heyvan və bitkilərinin təkammülün ən mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərir.

L. Lamark (1744 – 1829) və T. Maltus (1766 – 1834) ilk dəfə olaraq insanların təbiətə təsirini neqativ nəticələrinin haqqında xəbərdarlıq edirdi. A. Qumboltdun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. O elmə belə təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmini müəyyənləşdirir. Bu dövrdə iqlim faktorlarının heyvanların yayılmasına və biologiyasına təsirinə həsr olunmuş ilk xüsusi əsərlər meydana gəldi. Alman zooloqu Q. Qlogerin (1833) iqlimin təsiri ilə quşların dəyişməsi, Danimarkalı T. Faberin (1826) şimal quşlarının bioloji xüsusiyyətləri, K. Berqmanın (1848) istiqanlı heyvanların ölçülərinin dəyişməsinin coğrafi qanunauyğunluğu əsərləri buna misal ola bilər. A. Dekanol «Bitkilərin coğrafiyası» (1855) əsərində mühit ayrı-ayrı faktorların bitkilərə təsirini ətraflı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək ekoloji plastikliyinə diqqət yetirmişdir.

1798-ci ildə T. Maltus populyasiyanın eksponent tənliyini təsvir etdi və onun əsasında özünün demoqrafik konsepsiyasını qurdu. J. B. Lamark «Hidrogeologiya» əsərində biosfer haqında faktiki təsəvvür yaratdı. Fransız həkimi V. Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın başlanğıcını qoydu, L. Libix (1840) isə məşhur «Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz əhəmiyyətini itirməmişdir.



İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K. F. Rulye (1814 – 1858), N. A. Seversov (1827 – 1855) və V. V. Dokuçayevin (1846 – 1903) əsərləri ilə əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və anlayışlarını əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini itirməmişdir. Təsadüf deyil ki, Amerika ekoloqu Y. Odum (1975) V. V. Dokuçayevi ekologiyanın banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K. Mebius (1877) biosenoz haqqında mühit anlayış irəli sürür və onun müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi (birləşməsi) hesab edir.

Moskva Universitetinin professoru Karl Rulye 1841 – 1858-ci illər ərzində praktiki olaraq ekologiyanın prinsipial problemlərinin tam siyahısını vermiş, lakin bu elmi adlandırmaq üçün ifadəli termini tapa bilməmişdir. O, ilk olaraq orqanizm və mühitin qarşılıqlı əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Heç bir üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa cəlb olunur və yaşayır. Bu ünsiyyət qanunudur və ya həyat başlanğıcının ikiliyidir, bu onu göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır.

Bu prinsipi inkişaf etdirərək K. F. Rulye mühitlə qarşılıqlı əlaqəni iki kateqoriyaya bölür: «fərdi yaşayış hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, orqanizmin səviyəsində və populyasiya və biosenoz səviyyəsində ekoloji proseslərin müasir təsəvvürünə uyğun gəlir.

K. Rulyenin baxışları onun şagirdlərinin tədqiqatlarının istiqamətinə və xarakterinə dərindən təsir göstərmişdir. Onun şagirdəlrindən biri olan N. A. Seversov (1827 – 1885) ilk dəfə Rusiyada ayrıca bir regionun dərin ekoloji tətqiqatı əsasında «Voronej quberniyasının vəhşi heyvanlar, quş və həşəratlarının həyatında dövri hadisələr» adlı əsər çap etdirdi.

Üzvi aləmin əsas evolyusiya faktorlarının aşkar edilməsi ilə Ç. Darvin (1809 – 1882) ekologiyanın əsaslarının inkişafına mühüm qiymətli hədiyyə bağışladı. Evolyusiya mövqeyindən Ç. Darvinin «yaşamaq uğrunda mübarizə» ifadəsinin canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir biriləri ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi kimi izah edilir.

1859-cu ildə Ç. Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat üçün mübarizədə yararlı cinslərin saxlanması» kitabı çıxır. Ç. Darvin göstərirdi ki, təbiətdə yaşayış (həyat) uğrunda mübarizə» təbii seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.

Ekologiya termini birdən-birə yaranmayıb və o yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. XIX əsrin ikinci yarısında ekologiyanın əsas məzmununu əsasən heyvan bə bitkilərin həyat tərzinin, onların iqlim şəraitininə (temperatur, işıq rejimi, rütubətlik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra mühüm ümumi nəticələr çıxarıldı. A. Qumboltun «fizionomik» istiqamətini davam etdirərək Danimarka botaniki A. N. Beketov (1825 – 1902) bitkilərin coğrafi yayılması ilə, onların anatomik və morfoloji quruluşlarının xüsusiyyətləri arasındakı əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatları əhəmiyyətini göstərdi. A. Middendorf Arktika heyvanlarının quruluşunun ümumi xüsusiyyətlərini və həyatını öyrənərək Qumboltun təlimini zooloji obyektdə öyrənilməsinin əsasını qoydu. D. Allen (1877) Şimali Amerika məməli heyvanlarının və quşların iqliminin coğrafi dəyişilməsi ilə əlaqədar bədənlərin in və hissələrinin proporsiyalarını və rənginin dəyişməsi üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.

Alman bioloqu – təkamülçüsü Ernst Hekkel (1834 – 1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Özünün «orqanizmlərin ümumi morfologiyası» əsərində o yazırdı: ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə qarşılıqlı əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə və ya dolayı əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün mürəkkəb qarşılıqlı əlaqələri öyrənir. Bu əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»-ni törədən şərait adlandırmışdır.

Dokuçayevin tətqiqatları Q. F. Morozov tərəfindən davam etdirilərək «Meşə haqqında təlim» əsərində meşənin ekologiyasının sasını qoydu. Sonralar Q. N. Visovskinin işləri meşənin ekologiyası elmini zənginləşdirdi.

XX əsrin əvvəlləri ndə hidrobioloqlar, fitosenoloqlar, botaniklər və zooloqların ekoloji məktəbləri formalaşır, onların hər birində ekoloji elmin müəyyən tərəfi inkişaf etməyə başladı. Brüsseldə üçüncü botanika konfransında (1910) bitki ekologiyası rəsmi olaraq fərdlərin ekologiyasına (autekologiya) və qruplaşmaların ekologiyasına (sinekologiya) parçalandı. Belə bölgü heyvan ekologiyası və ümum ekologiyaya da aid edildi.

Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin əvvəlində tam formalaşdı. Bu dövrdə Amerika alimi Ç. Adams (1913) ilk ekoloji məlumatı heyvanların ekologiyasının öyrənilməsinə dair dərslik, V. Şelfordun yerüstü heyvanların qruplaşmaları (1913) və S. A. Zernovun hidrobiologiya (1913) üzrə ekoloji məlumatları meydana gəldi. 1913 – 1920-ci illərdə ekoloji elmi cəmiyyətlər təşkil olundu, ekologiyaya dair Universitetlərdə fənn kimi tədrislər başlandı. Görkəmli rus alimi V. İ. Venadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə onun «Biosfer» adlı kitabıçap olundu, orada ilk olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusunu – «Canlı maddələrin» planetar rolu göstərildi.

Rusiyada populyasiya ekologiyasının inkişafına S. A. Seversov, S. S. Şvarts, N. P. Naumov, Q. A. Viktorov böyük yeniliklər yaratdı.

Beləliklə, bunlar öz əsərləri ilə bu elmi sahəsinin müasir vəziyyətini müəyyənləşdirir.

Bitkilərdə populyasiyanın tədqiqinin başlanğıcını L. N. Sinski (1948) qoydu. O, növlərin e koloji və coğrafi polimorfizminə aydınlıq gətirdi. Onun davamçıları T. A. Rabotnov, A. A. Uranov bitkilərin populyasiya ekologiyasını işləyib hazırlamışdırlar.

Heyvanların morfoloji və təkammül ekologiyası inkişafında M. S. Gilyarovun (1949) böyük xidmətləri olmuşdur. Onun fikrincə buğumayaqlıların qurunun zəpt etməsində torpaq keçid mühit olmuşdur.

1930 – 1940-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqinə yenidən yanaşdılar, 1935-ci ildə İngilis alimi A. Tensli ekosistem anlayışını irəli sürdü, 1942-ci ildə V. N. Sukaçov biogeosenoz anlayışını əsaslandırdı.

1930-cu illərdə çox sahəli tədqiqatlar əsasında biosenologiya haqqında nəzəri məlumatlar yarandı.

Ümumi biosenoligiya ideyasının inki şafında fitosenoloji tədqiqatların Rusiyada V. N. Şennikov, B. A. Keller, V. V. Alöxin, L. Q. Ramenskiy, A. P. Şennikov, Amerikada F. Klements, Danimarkada K. Raunkier, İsveçdə Q. Dyu Rie, İsveçrədə İ. Braun -Blanke böuük rolu olmuşdur.

Bitki ekoloğiəsının fizioloji əsasları üzrə K.A.Timiryazevin ənənəsini etdirərək T.A.Maksimov çox qiymətli yeniliklər irəli sürdü.

1930-40- ci illərdə heyvanların ekologiyası haqqında K. Frideriksin, F. Bodengeymin, D. N. Qoşqarovun yeni məlumatları peydə oldu.

V. N. Sukaçovdan sonra qlobal ekologiyanın inkişafında biosenozların öyrənilməsi üzrə geobotaniki tədqiqatları L. M. Lavrenko (1949 – 1971) aparmış, müxtəlif bitki örtüyünün bioloji kütləsini və məhsuldarlığının ödənilməsi N. İ. Bazileviç və L. Y Rodina (1967) tərəfindən yerinə yetirilmişdir.

Torpaqşünaslıq sahəsində V. V. Dokuçayevin ideyalarını İ. P. Qerasimov (1945 – 1960) inkişaf etdirərək torpaq örtüyünü biosferin bir elementi kimi öyrənmişdir. Bu istiqamətdə işlər V. R. Volobuyevə (1953) və V. A. Kovdaya (1973) da məxsusdur, onlar torpaqəmələgəlmə proseslərini xarici faktorlarla əlaqəli öyrənmişlər.

Coğrafi zonaların formalaşmasının təbii proseslərin qarşılıqlı təsirinin nəticəsi olduğunu A. A. Qriqoryev (1966) öz əsərlərində göstərmişdir. Onun tətqiqatlarında təbii zonaların iqlimi elementlərindən – günəş radiasiyası və yağıntıların miqdarından asılılığı müəyyən edilmişdir.

Biosferin təkammülün qanunauyğunluğu A. P. Vinoqradov (1967), K. K. Markov (1960), A. İ. Oparin (1957) əsərlərində öyrənilmişdir. S. S. Şvars (1973) canlı orqanizmlərin təkammül mexanizmini tədbiq etmişdir.

Biosferin antropogen dəyişməsi kimi aktual problem bir çox tədqiqatların diqqətini cəlb etmişdir. D. L. Armand (1966), Y. K. Fyodrov (1972), Y. A. İzrail (1974) və b. rus alimlərinin monoqrafiyaları bu məsələlərə həsr olunmuşdur. Xarici tədqiqatçılardan P. Dyuvino Tanq (!968), B. Kommoner (1971), K. Uat (1968) və b. monoqrafiyaları da bu problemə həsr edilmişdir.

Qurunun və okeanların su balansı haqqında «Dünyanın su ballansı və Yerin su ehtiyatları» adlı kollektiv monoqrafiyada və M. İ. Lvoviçin (1974) əsərlərində geniş material verilir. Qlobal ekoloji problemləri öyrənmək üçün M. İ. Budıko (1956 – 1974) və Y. Odumun (1971) əsərlərində istifadə olunmuşdur.

Geoekologiyanın inkişafında V. B. Soçava, V. S. preobrajenski, T. D. Aleksandrova, K. M. Petrov, A. A. Veliçko, Q. N. Qolubev (1999), sosial ekologiyanın inkişafında isə E. V. Qiruşov, V. A. Los, N. M. Məmmədov, Y. A. Markov və b. alimlərin böyük rolu olmuşdur.

Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər olan dövr). XX əsrin ikinci yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir.

Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi. Ciddi bioloji elmdən ekologiyay biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).



Ekologiyanın dünyada inkişafının müasir dövründəki inkişafı xarici ölkələrin görkəmli alimləri Y. Odum, C. M. Andersen, E. Pianka, R. Riklefs, M. Biqon, A. Şveyser, C. Xarper, R. Uitteker, N. Borlauq, T. Miller, V. Nebel və b. adları ilə bağlıdır. Rusiya ekoloq alimlərindən İ. P. Gerasimov, A. M. Qilyarov, V. Q. Qorşqov, Y. A. İzrael, Y. N. Kurajskovski, K. S. Losyev, N. N. Moiseyev, N. F. Reymers, V. V. Rozanov, Y. M. Sviriyev, A. L. Yansin, İ. A. Şilov və b. göstərmək olar.

Müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə yanaşı, həm də təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırmalıdır. Beləliklə, ekoloji biliklərin sosial rolu artır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının əsas məqsədi xalq təsərrüfatının aşağıdakı gərgin prblemləri ilə müəyyənləşdirilir: ətraf mühitin vəziyyətinin saxlamaq şərti ilə istehsalı intensivləşdirmək və təbii resurslardan istifadəni iqtisadi effektinini yüksəltmək. Təbii və süni qruplaşmalarının bioloji məhsuldarlığın və sabitliyin məsələləri ön plana çəkilir. Bu problemlər yalnız bütün ölkələrin ekoloqlarınnı birgə gücü ilə həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq əməkdaşlıq geniş həyata keçirilir. İndiki vaxtda insanın geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq geniş böhranın təhlükənin, planetlər sistemin qeyri-bərabər ölçüdə fəlakətli dəyişməsi aydın dərk edilir. Bu böhranın qarşısını alınması mümükünlüyü yalnız ekoloji biliklərin inkişafı əsasında tapıla bilər. Ekoloji biliklərin kəsərli gücü təbii resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalını təşkilinin yeni prinsiplərini tapmağa kömək edər.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə