Ekologġya və Ətraf müHĠTĠn mühafġZƏSĠ uot: 631. 616. 013. 004



Yüklə 1.89 Mb.
Pdf просмотр
səhifə1/6
tarix01.06.2017
ölçüsü1.89 Mb.
  1   2   3   4   5   6

Ekologiya və su təsərrüfatı  jurnalı, №2, mart, 2016- cı il 

 

 





EKOLOGĠYA VƏ ƏTRAF MÜHĠTĠN MÜHAFĠZƏSĠ 

 

UOT: 631.616.013.004 

A.B. DOLXANOV 

 

Bakı Dövlət Universiteti,  a.b.dolxanov@mail.ru 

 

KÜR-ARAZ OVALIĞININ MEġƏ FONDU VƏ DIGƏR KƏND TƏSƏRRÜFATI 

TƏYĠNATLI TORPAQLARINDA ELMĠ ƏSASLARLA MÜASĠR EKOLOJĠ VƏ 

ĠQTĠSADĠ TƏLƏBLƏRƏ UYĞUN SƏMƏRƏLĠ ĠSTĠFADƏ METODLARI 

 

Azərbaycanda 

qeyri-neft 

sektorunun 

inkişafı  ilə  bağlı  Kür-Araz  ovalığında  meşə 

və  qeyri-meşə  fondu  torpaqlarından  ekoloji 

və  iqtisadi  tələblərə  uyğun  səmərəli  istifadə 

yolları. Kür-Araz ovalığının açıq meşə fondu 

torpaqlarında  (talalarında),  Dövlət  ehtiyat 

fondu  torpaqlarının  bəzi  ərazilərində  və  sə-

mərəsiz istifadədə olan fermer təsərrüfatları-

nın  və  digər  kənd  təsərrüfatı  təyinatlı  gəlir 

gətirməyən  torpaqlardan  səmərəli  istifadə 

olunma metodaları.  

Qeyri-neft  sektorunun  inkişafı  ilə  bağlı 

ölkə  prezidenti  İlham  Əliyev  cənablarının 

Sərəncamına  uyğun  olaraq  və  2014-2015-ci 

illərin  sənaye  və  kənd  təsərrüfatı  illərinin 

qarşıya  qoyduğu  istiqamətlərə  əsaslanaraq 

yuxarıda  göstərilən  torpaq  sahələrində  elmi 

əsaslarla fəaliyyət göstərməyin vaxtıdır. Odur 

ki, aşağıda  göstərilən  işlərin  müvafiq  layihə 

əsasında yerinə yetirilməsi məsləhətdir:   

1)  Tuqay  meşə  fondu  torpaqlarında  mövcud 

boş  talalarda  az  qiymətli  və  az  ömürlü 

ağaclardan  ibarət  əkin  sahələrinin  yerində 

elmi  əsaslarla  zeytun  bağlarının  salınması 

(müvafiq qaydada)   

2)Torpaq və iqlim şəraitindən asılı olaraq tut 

bağlarının salınması Qara və ağ xar tut və 

yerli  şəraitdən  asılı  olaraq  şax  tut,  bedana 

və s. tut növlərini ayırmaqla calaq üsulu ilə 

bağlar  yaratmaqla  və  emal  müəssisələrini 

təşkil etmək 

3)Hal-hazırda Tuqay meşələrinin yerində ge-

niş  yayılmış  yabanı  narları  plantasiya  for-

masına  salmaqla  aqrotexniki  tədbirlər  hə-

yata  keçirməklə  yüksək  məhsuldar  vəziy-

yətə gətirmək, Yabanı narın dərman bitkisi 

olmaqla  onun  emal  müəssisələrini  yarat-

maq vacibdir. Əsas budur ki, narşərab yal-

nız  yabanı  nardan  hazırlananda  daha  key-

fiyyətlidir və s. Yabanı narın bitdiyi Tuqay 

meşələrində  onu  plantasiya  formasına  sal-

maqla  istənilən  keyfiyyətli  növlərlə  cala-

maq elmi əsaslarla yerinə yetirilirsə bu da-

ha səmərəli və effektli nəticə verər. Mələs, 

güleyşə, şirin nar, yaylıq nar və s. formalar 

yabanı  narlara  calandıqda  daha  dözümlü, 

uzun  ömürlü  və  təbii  şəraitə  uyğunlaşma 

prosesi daha da əlverişli olar. 

 

    



 

Tuqay meşə fondunda təbii yabanı  

nar massivi 

 

4)Itburnu  plantasiyalarının  salınması  xüsusi 



sxemdə yerinə yetirilməklə onun emal mü-

əssisələrinin  yaradılması  son  dərəcə  aktu-

aldır.  İtburnu  dərman  bitkisi  olmaqla  qiy-

mətlidir  və  dünyanın  hər  yerində  bitmir. 

Azərbaycan  Respubikasının  ərazisində  bu 

bitkinin 61 qiymətli növü mövcuddur. 

5)Yemşən  bitkisi  Azərbaycanın  dağlıq  və 

düzən  meşələrində  hər  yerdə  mövcuddur. 

Onun meyvəsinin, çiçəklərinin tədarükü və 

emalı  vacibdir.  Çünki,  o,  həm  də  dərman 

bitkisidir. Onun plantasiyaları salınarsa və 

xüsusi  aqrotexniki  xidmətlər  aparılarsa 

onun əvəzsiz faydası olar.   

6)Heyva  və  göycə  (alça)  Kür-Araz  ovalığı-

nın  torpaq  və  iqlim  şəraitinə  daha  da  uy-

ğun quru subtropik iqlim şəraitinin bitkisi-

dir.  Tuqay  meşə  fondunda  onların  geniş 


Ekologiya və su təsərrüfatı  jurnalı, №2, mart, 2016- cı il 

 

 



miqyaslı  bağlarını  salmaqla  emal  müəssi-

sələrini yaratmaq vacibdir.  

7)Türk qovağı söyüdkimilər fəsiləsindən ol- 

   maqla  digər  qovaq  növlərindən  qiymətli 

oduncağına, tez böyümə xüsusiyyətinə gö-

rə daha da sərfəlidir. Onun müvafiq sxem-

də sənaye əhəmiyyətli plantasiyalarına düz-

gün  aqrotexniki  xidmətlər  aparılarsa  hər  5 

ildən  bir  verdiyi  oduncaq  məhsulu  mebel 

sənayesini və tikinti işlərini, kağız istehsalı 

sənayesini,  mebel  sənayesini  işlik  materi-

allarla təmin edə bilər. Hər hektardan 5 il-

dən bir 300 min Azn gəlir götürmək müm-

kündür. Başqa bitkilərlə müqayisədə onun 

şoranlaşmağa  meyilli  torpaqlarda  dözmə 

qabiliyyəti daha  yüksəkdir. Onun çilik yo-

lu ilə artırılması üçün Respublikamızda ki-

fayət qədər ehtiyat massivləri mövcuddur.   

 

 



 

Türk qovağından ibarət mədəni meşə əkini 

 

 



 

8)Yulgun bitkisi Kür-Araz ovalığında irriqa-

siya  meşə  təsərrüfatı  tədbirlərinin  yerinə 

yetirilməsində  əvəzsiz  kol  bitkisidir.  Kəs-

kin codluğa malik torpaqlarda bitmə qabi-

liyyəti  olan  yulğun  bitkisi  sahil  bərkidici 

və su saxlayıcı xüsusiyyətinə görə əvəzsiz-

dir.  Onun  əkinləri  kollektor  –  drenaj  cod 

sulu  kanalların  və  suvarma  şəbəkələrinin 

20  metrlik  məsafəsində  zolaq  sxemində 

əkilməsi vacibdir. Yulğun bitkisinin şaquli 

kök sistemi 30 m dərinliyə, yan kökləri isə 

50  m  məsafəyə  yayılmaq  xüsusiyyətinə 

malikdir.  Bu  imkan  verir  ki,  cod  suların 

axıdıldığı  şəbəkələrin  ətrafı  bərkidilməklə 

su  itkisi  əmsalını  azaltsın.  Hətta  kifayət 

qədər yerli şirin su itkisinin qarşısını alır. 

 

 



 

 

Yulgun kollarından ibarət təbii bərpa 

 

Məlumdur ki, istər şirin suların və istər-



sə də cod suların itkisi ekoloji tələblərə zidd 

olmaqla  münbit  torpaqların  azalmasına,  hət-

ta  bəzi  hallarda  tamamilə  yararsız  olmasına 

gətirib çıxarır. Suların şəbəkələrdən itirilmə-

si qrunt sularına birləşərək onun səviyyəsini 

qaldırır  ki,  bu  da  tərkibi  müxtəlif  mineral 

duzlarla zəngin  suların  yer səthinə  yaxınlaş-

masına,  bəzi  hallarda  isə  tamamilə  yerüstü 

sahələrdə təzahür olmasına səbəb olur. Odur 

ki,  Kür-Araz  ovalığında  torpaqlar  illər  keç-

dikdə kalsium, maqnezium, kalium və s. bir-

ləşməli  duzların  təsirindən  istifadəyə  yarar-

sız  vəziyyətə  düşür.  Kür  və  Araz  çaylarının 

hal-hazırda vəziyyəti  ekoloji  tələblərə cavab 

vermir. 65 il bundan əvvəl həmin çaylar Tu-

qay  meşələri  ilə  əhatə  olunmuşdur.  Lakin, 

Tuqay meşələri çayların xüsusi su rejimində 

axmasına baçladıqdan sonra öz sahilində ge-

netik  bitki  örtüyünü  və  biomüxtəlifliyini  iti-

rmişdir.  Hal-hazırda  çayların  yarımsəhraya 

çevrilmiş  sahilləri  su  itkisi  nəticəsində  ya-

rarsız  torpaqların  formalaşmasına  səbəb  ol-

muşdur.  Həmçinin  Yuxarı  Şirvan  və  Qara-

bağ kanalları, Araz çayından keçmiş Orconi-

kidze, həmçinin digər kanallar ekoloji tələb-

lərə  normal  cavab  verməyərək,  su  itkisinə 

yol verməklə hidroloji fəaliyyət  göstərir. Bu 

baxımdan meşə irriqasiya təsərrüfatlarını ye-

nidən  bərpa  etməklə  elmi  əsaslarla  onların 

codlğa davamlı tingliklərini yaratmaq vacib-

dir.        

Meşə meliorasiya işləri  xüsusi ilə Kür- 



Ekologiya və su təsərrüfatı  jurnalı, №2, mart, 2016- cı il 

 

 



Araz ovalığı üçün daha doğmadır. Kənd 

təsərrüfatı  təyinatlı  torpaqlarında  tarla  və 

plantasiyaların  qoruyucu  meşə  zolaqlarının 

salınması  elmi  əsaslarla,  xüsusi  sxemlə  tor-

paq  və  iqlim  şəraitinə  uyğun  ağac  və  kol 

cinslərindən  ibarət  yerinə  yetirilməlidir.  Bu 

zaman  torpaqlarda  məhsuldarlıq  yüksək  ol-

maqla, onun maya dəyəri daha müvafiq olar.  

 

 



 

Qoruyucu meşə zolağı 

 

Azərbaycanın qədim Süfrə üzüm sortları Qı-



zıl  üzüm,  Qara  şirə,  Keçiəmcəyi,  Mərəndi, 

Rəşi  baba  və  s.  sortları  hündür  boylu  ağac-

larda, Qarabağ düzənliyində geniş yayılmaq-

la  böyük  iqtisadi  və  ekoloji  əhəmiyyət  kəsb 

etmişdir.  

 

 



 

Qarabağ düzənliyində tarla qoruyucu  

meşə zolağı 

 

Həmin  üzüm  sortları  yabanı  tutlarda, 



uzun  saplaq  palıdda,  qaraağacda,  dağdağan-

da,  yunan  qozunda,  yemişəndə  və  hətta  ya-

banı  nar  kollarında  və  sair  ağac  kol  cinslə-

rində yüksək məhsul verirdi. Bu ağac və kol 

cinslərinin  bir  massivdə  bitməsi  meşə  de-

məkdir. Çox təəssüf ki, texniki üzüm sortları 

XX  əsrin  ortalarında  Qarabağ  düzənliyində 

olan bu təbii bitki massivlərinin köklənməsi-

nə  və  yerində  şərab  istehsalı  üçün  sənayə 

əhəmiyyətli  üzüm  sortlarından  ibarət  plan-

tasiyalara çevrilmişdir. Bu hal isə qədim süf-

rə üzümlərinin sıradan çıxması ilə nəticələn-

mişdir. Bununla da həm meşə sahələri, həm 

də qiymətli süfrə üzümləri tədricən yoxa çıx-

dı.  Həmin  meşə  sahəsində  ağacların  dibləri 

hər  il  yumşaldılmaqla  yalnız  üzvi  gübrə  tət-

biq edilirdi. Heç bir kimyəvi gübrələrdən və 

zəhərli  maddələrdən  istifadə  olunmamışdır. 

Odur  ki,  ətraf  mühitin  ekoloji  tələbləri  hə-

min vaxtlar pozulmamışdır.  

1950-ci  ilin  yanvar  ayında  Kür-Araz 

ovalığında torpaqların aqromeşə meliorasiya 

tələblərinə daha çox ehtiyacı olduğunu nəzə-

rə alaraq Azərbaycanda Elmi Tədqiqat Meşə 

Təsərrüfatı və Aqromeşə meliorasiya İnstitu-

tu yaradılmışdır. Həmin illərdə bəzi kənd tə-

sərrüfatı  bitkilərinin  əkilib  becərildiyi  sahə-

lərin  ətrafında  tarla  qoruyucu  meşə  zolaqla-

rının  salınması  elmi  əsaslarla  öyrənilməklə 

yerinə yetirilmişdir.  

 

Yol kənarı meşə zolaqları və dövlət meşə 



zolaqları yüksək əhəmiyyət kəsb edirdi. On-

lar  iqlimi  tənzimləməklə  bitkilərin  və  torpa-

ğın  su  rejiminə  həmişə  müsbət  təsir  göstər-

mişdir.  Torpaqları  eroziyalardan  qorumaqla 

şirin  suyu  az  olan  ölkəmizdə  suvarmanın 

miqdarını hər hektar üçün 30-40% azaltmış-

dır.  Meşə  meliorasiya  rolunu  yerinə  yetirən 

zolaqlarda  məskunlaşan  quşlar  isə  ərazidə 

bioloji mübarizəni yerinə yetirirdilər.  

 

İrriqasiya  və  meşə  meliorasiya  işlərinin 



zəifləməsi kənd təsərrüfatı təyinatlı torpaqla-

rımızın eroziyaya uğramasına, şoranlaşması-

na  səbəb  olmaqla  yanaşı  iqlim  dəyişkənliyi-

nə də az təsir göstərməmişdir.  

 

Meşə  fondunda  meşə  quruluşu  işlərinin 



yerinə  yetirilməsi  ekoloji  tələblərə  görə  son 

dərəcə  vacibdir.  Belə  ki,  hər  10  ildən  bir 

coğrafi  ərazidə  çəkilişlər  aparılmaqla  möv-

cud dəyişikliklər aydınlaşdırlır. Ərazidə sey-

rəlmiş,  bəzi  hallarda  isə  qurumuş  mədəni 

meşə  əkinlərində  və  təbii  meşə  massivlərin-

də vəziyyət təkrar uçot aparmaqla müəyyən-

ləşdirilir. Bu zaman meşə fondunda hətta hər 

kvartallarda  olan  meşələrin  boniteti  müəy-

yən  edilməklə  mövcud  vəziyyətdə  oduncaq 

ehtiyatı həcmi müəyyən edilir. Meşə təsərrü-

fatı  tədbirlərinin  həyata  keçirilməsi  üçün  tə-

sərrüfat  kitabında  xüsusi  qeydiyyat  aparılır. 


Ekologiya və su təsərrüfatı  jurnalı, №2, mart, 2016- cı il 

 

 



Mövcud  vəziyyət  üçün  bioekoloji  tələblərin 

meşə təsərrüfatında iqtisadi və elmi əsaslarla 

yerinə  yetirilməsi  üçün  elmi  tədqiqat  insti-

tutlarının  apardıqları  tədqiqat  işləri  və  töv-

siyyələri  əsasında  meşəbərpa    ilə  yanaşı  di-

gər  fəaliyyət  növləri  həyata  keçirilməlidir. 

Odur ki, coğrafi ərazidə bərpa tədbirləri yal-

nız  təsərrüfat  planında  nəzərdə  tutulan  ağac 

və  kol  bitkilərindən  ibarət  elmi  əsaslarla, 

müasir  üsullarla  yerinə  yetirilməlidir.  Əks 

təqdirdə  meşəbərpa  tədbirləri  qeyri-real  qə-

bul olunmalıdır. 

 

Uzun illər aparılan elmi tədqiqat işləri və 



müşahidələr  təsdiq  edir  ki,  Kür-Araz 

ovalığında tuqay meşələrini əvvəlki formaya 

qaytarmaq və bərpa etmək son dərəcə müm-

kün deyil. Belə ki, Mingəçevir su anbarı Kür 

çayının  təbii  axımını  tənzimləməklə  onu 

xüsusi su rejiminə saldığı üçün Kür çayı yaz 

vaxtı aşıb daşmaq imkanına malik deyil.   

 

 



 

Meşəsizləşmiş tuqay meşə fondu 

 

Bəs  onda  belə  bir  sual  meydana  çıxır,  Kür-



Araz ovalığında mədəni meşə əkinləri mütə-

madi  olaraq  əbədi  suvarılmazsa  meşələr 

bərpa ola bilərmi?  

Birmənalı cavab: Xeyr! 

Onda  əgər  5  ildən  sonra  xidmətlər  da-

yandırılarsa  əlbəttə  bərpa  tez  bir  zamanda 

ömrünü başa vurur.  Bəs  onda çıxış  yolu  nə-

dədir?  


Tuqay  meşələrinin  fondunda  əvvəllər 

mövcud  olmuş  ağac  və  kol  cinsləri  azlaraq 

hal-hazırda  talalara  və  kolluqlara  çevrilmiş-

dir. Keçmiş illərdə ömrünü başa vurmuş ağ-

yarpaq  qovaqların,  uzunsaplaq  palıdların, 

qarağacların,  yabanı  tutların  və  s.  ağac  və 

kol  cinslərinin  çürümüş  kök  sistemləri  çay 

sahili  ərazilərdə  qapalı  oyuqlar  yaratmışlar. 

Torpaq  hazırlığı  işlərində  həmin  oyuqların 

bağlanması çətinlik törədir. Nəticədə mədəni 

meşə əkinlərinin yerinə yetirilməsindən son-

ra suvarma işləri aparılan vaxt həmin torpaq-

altı  oyuqlardan  su  itkisi  başlayır. Bəzi ərazi-

lərdə onu  polietilen  plyonkaların  köməyi  ilə 

qismən  müvəqqəti  bərpa  edilsə  də,  az  sonra 

yenə  də  həmin  su  itkisi  başlayır  ki,  bu  da 

ağır  ekoloji  hal  yaratmaqla,  həm  də  iqtisadi 

ziyanla sona çatır.  

Odur  ki,  Tuqay  meşə  fondu  torpaqlarda 

əkinçilik  mədəniyyətini  həyata  keçirməzdən 

əvvəl  torpaq  hazırlığı  işləri  müasir  tələblərə 

uyğun həyata keçirilməlidir.   

Kürətrafı  Tuqay  meşə  fondunun  talala-

rında  seyrəlmiş  ərazilərdə  hətta  müəyyən 

miqdarda  şoranlaşmağa  meyilli  torpaqlarda 

sənaye  əhəmiyyətli  söyüd  növlərindən,  yəni 

texniki söyüd növlərindən ibarət sənaye əhə-

miyyətli  plantasiyaları  salmaq  son  dərəcə 

vacibdir. Həmin plantasiyaların ətrafında qo-

ruyucu  meşə  zolaqlarında  müvafiq  ağac  və 

kol  cinslərindən  ibarət    xüsusi  sxemdə  əkil-

məsi, həm də meşə meliorasiya işlərini elmi 

əsaslarla yerinə  yetirilmiş kimi hesab etmək 

olar. Hələ 1986-1991-ci  illərdə  Azərbaycan 

Elmi Tədqqiat Meşə Təsərrüfatı və Aqrome-

şə  meliorasiya  institutunda  tərəfimizdən  sə-

naye  əhəmiyyətli  texniki  söyüd  növlərindən 

ibarət  plantasiyaların  salınması  metodları 

Azərbaycanın suvarılan şəraiti üçün xüsusilə 

Kür-Araz  ovalığlnın  topaqlarında  öyrənil-

mişdir.  Mövzuda  əsasən  Kür-Araz  ovalığı-

nın  suvarılan şəraitdə  Bərdə, Yevlax, Ağca-

bədi,  Ağdaş,  Tovuz  və  Qazax  rayonlarının 

Kür çayı ətrafında tuqay Meşə fondunda təc-

rübə  və  tədqiqat  işləri  aparılmışdır.  Sənaye 

əhəmiyyətli  17  söyüd  növləri  Rusiyanın 

Moskva  vilayətindən  ilk  dəfə  Azərbaycana 

gətirilərək onların xüsusi sxemdə plantasiya-

larının salınması aqrotexnikası elmi əsaslarla 

öyrənilmişdir.  Sənaye  əhəmiyyətli  müxtəlif 

söyüd növlərindən gətirilmiş əkin materialla-

rı (çiliklər)  respublikamızın yuxarıda göstə-

rilən regionlarında suvarılan şəraitdə təcrübə 

məqsədi ilə əkilərək sahələrdə tədqiqat işləri 

aparılmışdır.  Nəticədə  məlum  olmuşdur  ki, 

hər  il  vegetasiyanın  sonunda  çubuqlar  yer 

səthindən 20 sm hündürlükdə kəsilərək emal 

müəssisəsinə  daşınması  vacibdir.  Təcrübə 



Ekologiya və su təsərrüfatı  jurnalı, №2, mart, 2016- cı il 

 

 



zamanı məlum olmuşdur ki, plantasiyalar 2-

ci  ildən  başlayaraq  sənayeni  tələb  olunan 

səviyyədə xammalla təmin etmək imkanında 

olur. Və 15 ildən sonra plantasiyanın yerinin 

dəyişdirilməsi  tələb  olunur.  Yerli  və  yüngül 

sənayenin  mebel,  (divan,  kreslo,  stol,  uşaq 

beşiyi, kitab şkafı) suvenir əşyalardan gülqa-

bı,  çörəkqabı.  Şirniyyatqabı  və  hətta  bazar 

çantası və digər əşyaların hazırlanması üçün 

böyük  əhəmiyyət  kəsb  edir.  Həmin  söyüd 

növlərindən  Amerika,  Polşa,  Ruminiya,  Xə-

zər, Suqaçov, pur-pur və digər texniki söyüd 

növləri  daha  əlverişli  olmaları  öz  təsdiqini 

tapmışdır.  Həmin  sənaye  əhəmiyyətli  söyüd 

növləri Kür-Araz ovalığında suvarılan şərait-

də  daha  da  yüksək məhsuldarlığa malik  ol-

ması  öz  təsdiqini  tapmışdır.  Aparılan  tədqi-

qatlar  zamanı  məlum  olmuşdur  ki,  aqrotex-

niki  xidmətlər  müxtəlif  varianlarda  elmi 

əsaslarla fasiləsiz tələb olunan səviyyədə ye-

rinə yetirilirsə, yuxarıda qeyd olunan sənaye 

istehsalı üçün xammal (çubuqlar) keyfiyyətli 

olar.  Suya  tələbkar  söyüdkimilər  fəsiləsin-

dən  olan  həmin  texniki  söyüd  növləri  daha 

da məhsuldar, lazımi elastikliyə malik olma-

sı  üçün  onlara  mineral  gübrələr  deyil,  üzvi 

gübrələr  xüsusilə  tam  yanmış  quş  peyinin-

dən  istifadə  etmək  daha  da  məqsədə  müva-

fiqdir.  Yuxarıda  qeyd  olunan  texniki  söyüd 

növlərindən  ibarət  Moskva  vilayətinin  İvan-

teyifka  qəsəbəsində  20  hektardan  ibarət  sə-

naye əhəmiyyətli söyüd plantasiyası Rusiya-

nın  Elmi  Tədqiqat  Meşə  Mexanizasiya  və 

Meşə  Təsərrüfatı  institutunun  nəzdində  fəa-

liyyət  göstərən böyük bir müəssisəsini xam-

malla  təmin  edir.  Bütün  bu  müşahidələrlə 

yanaşı və apardığımız tədqiqat işləri bir daha 

təsdiq  edir  ki,  Kür-Araz  ovalığının  müxtəlif 

ərazilərində, xüsusilə Tuqay meşə fondu tor-

paqlarından  daha  səmərəli  istifadə  etmək 

məqsədilə  plantasiyalar  yaratmaq  və  onların 

istehsal  müəssisələrini  formalaşdırmaq  bö-

yük  iqtisadi  səmərə  verər.  Əsasən  plastik 

oturacaqlardan  və  digər  sintetik  materiallar-

dan  düzəldilmiş  əşyalardan  ekoloji  tələblərə 

uyğun  olaraq  əhalinin  ehtiyacını  daha  key-

fiyyətli  əşyalarla  təmin  edər.  Həm  də  ətraf 

mühiti  yaxşılaşdırmaqla  bərabər  iqtisadi  sə-

mərə  verər.  Bu  işlər  qeyri-neft  sektorunun 

inkişafında torpaqlardan səmərəli istifadə et-

məklə  ekoloji  və  iqtisadi  əhəmiyyət  kəsb 

edər.  

Azərbaycan  Respublikasında  istər  dağ-



lıq, istərsə də düzən ərazilərdə külli miqdar-

da  kənd  təsərrüfatı  məhsulları  istehsal  olu-

nur.  Onlardan  bəziləri  ölkə  daxilində  əhali-

nin  tələbatını  ödəmək  məqsədilə  daxili  və 

xarici  bazarlara  daşınmasında  bir  sıra  çətin-

liklər  mövcuddur.  Buna  misal  olaraq  alma-

nın,  armudun,  narın,  süfrə  üzümünün,  çiyə-

ləyin,  sitrusların  və  giləmeyvələrin  və  məh-

sulların  daşınması  zamanı  məhsulun  xeyli 

hissəsi  zədələnərək  sıradan  çıxır,  yaxud  alı-

cıların  məhsulu  uzun  müddət  saxlaması 

mümkün olmur.  

Belə  ki,  xüsusi  formada  hazırlanan  sö-

yüd  səbətlər,  taxta  və  digər  qablardan  daha 

əlverişlidir. Belə ki, xüsusi formada hazırla-

nan məhsullar doldurulmuş səbətləri üst-üstə 

yığmaqla  müvafiq  nəqliyyat  vasitələri  ilə 

mənzil  başına  çatdırmaq  olar.  Bu  zaman 

məhsulda  normal  havalanma  getməklə  ya-

naşı  onların  zədələnməsinin  qarşısı  alınmış 

olar. Həmin səbətlər (tara mədəniyyətinin tə-

ləblərinə  uyğun  olaraq)  xüsusi  formada 

hazırlanmaqla  istifadəyə  verilir  və  elastiklik  

qabiliyyəti ilə digər qablardan fərqlənir.  

Kür-Araz ovalığında bağların, parkların, 

meşələrin,  plantasiyaların  salınmasında  den-

dralogiya elminin əhəmiyyəti  əvəzsizdir. Bu 

elm  sahəsi  dünya  bitkilərinin  ağac  və  kol 

cinslərinin bioloji və fizioloji xüsusiyyətləri-

ni öyrənməklə onun genetik arealını, hər bir 

cinsin  növlərini,  yarımnövlərini  və  hibridlə-

rini araşdırmaqla onların dünyada ekoloji və 

iqtisadi araşdırmalarını yerinə yetirməklə in-

traduksiya işlərinin əsası hesab olunur. Odur 

ki, meşəçilik elminin müxtəlif  sahələrdə in-

kişafını təmin etmək məqsədilə kolleksiyala-

rın biomüxtəlifliyin bir massivdə funksiyala-

rını öyrənmək vacibdir. Kənd təsərrüfatı tor-

paqlarının  məhsuldarlığına,  onların  bütün 

eroziyalardan  qorunmasına  və  iqlimin  tən-

zimlənməsinə,  həm  də  bioloji  mübarizənin 

əsası sayılan faunanın inkişafında dendralo- 

giya elminin öyrənilməsi vacibdir.  

Kür-Araz  ovalığında  Bərdə  şəhərinin 

mərkəzinə  yaxın  100  hektar  torpaq  sahəsin-

də  suvarılan  şəraitdə  dünyanın  müxtəlif  öl-

kələrindən, o cümlədən Respublika ərazisin-

dən 600-dən artıq müxtəlif ağac və kol bitki-

lərindən  ibarət  dendralogiya  bağı,  yuxarıda 


Ekologiya və su təsərrüfatı  jurnalı, №2, mart, 2016- cı il 

 

 



qeyd etdiyimiz yüksək elmi əhəmiyyətə ma-

lik bağ (kolleksiya) mövcuddur. Bu kolleksi-

yanın  meşə  təcrübə  bazasının  ciddi  qorun-

ması və elmi əsaslarla mütəmadi öyrənilməsi 

suvarılan və  dəmyə  şəraitdə  əkinçilik mədə-

niyyəti  üçün  əvəzsiz  rol  oynayır.  Suvarılan 

və dəmyə şəraitində olan bu bağın biomüxtə-

lifliyi bir daha təsdiq edir ki, Kür-Araz ova-

lığında  meşələrin  bərpası  və  mühafizəsi,  o 

cümlədən tarlaqoruyucu meşə zolaqları han-

sı ağac və kol cinslərindən və hansı sxemdə 

əkilməlidir tələbinə real mövcud sınaqlardan 

çıxmış təcrübə məktəbidir. Təəssüf ki, 1959-

cu  ildə  1992-ci  ilə  qədər,  böyük  elmi  zəh-

mətlə  yaradılmış  Bərdə  denralogiya  bağı  el-

mi  tədqiqat  işlərindən  kənarda  qalmaqla  ba-

xımsızlıq  ucbatından  seyrələrək  əvvəlki  də-

yərini  azaltmışdır.  Həmin  Denrologiya  bağı 

yüksək  səviyyədə  mühafizə  olunmaqla,  ora-

da  elmi  tədqiqat  işlərinin  aparılmasına  ehti-

yac  vardır.  Söyüdkimilər  fəsiləsindən  olan 

söyüdün texniki növlərindən söyüdün və qo-

vağın  bir  sıra  növlərindən  plantasiyalar  sa-

lınmaqla  yuxarıda  qeyd  etdiklərimiz  sənaye 

istehsal  müəssisələrini  yaratmaqla,  həm  də 

onların tez böyüyən və keyfiyyətli sellüloza-

ya  malik  olmasını  nəzərə  almaqla  Azərbay-

canın kağız istehsalı üçün sənaye əhəmiyyət-

li xammalın xarici  ölkələrdən  gətirilməsinin 

qarşısı alınar ki, bu da iqtisadiyyatımıza kül-

li  miqdarda  vəsaitin  toplanmasına  səbəb 

olar.   


Каталог: external -> ckfinder -> userfiles -> files -> etuser -> files
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> Г. И. Али-заде, А. Р. Джалилова, Х. Х. Магеррамова, И. И. Алиев
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti elmi ƏSƏRLƏR
files -> N. R. Namazov
files -> Еколоэиа вя ятраф мцщитин мцщафизяси
files -> Memarlıq Elmi əsərlər
files -> A. B. Dolxanov
files -> Uot 631. 445. 4 Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə