Şəkil 42. Üçyarpaq-taxıl sideral qarışığının əhəmiyyəti (Piorr və Gess, 1987) Təsərrüfatın tipindən və imkanlarından asılı olaraq siderat bitkilər aşağıdakı qaydalara uyğun becərilə bilər: • Bütün il ərzində becərilməlidir ki, bu da onların istifadəsinin ən səmərəli növü-
dür. Bu halda torpağın qida elementləri ilə zənginləşməsi uzun müddət ərzində
baş verir. Bu üsulun çatışmazlığı ondan ibarətdir ki, siderat bitkilər əmtəə
məhsulu vermir. Lakin bir qayda olaraq bu çatışmazlıq növbəti illərdə sidera-
siya hesabına gübrələrə, alaqlarla və zərərvericilərlə mübarizəyə vəsaitlərin
israf olunmaması hesabına, yüksək məhsulun əldə edilməsi ilə tam kompensa-
siya olunur. Bundan başqa, təsərrüfat torpağın kompostlaşdırılması və ya
mulçalanması, eləcə də ev heyvanlarının yemləndirilməsi üçün böyük miqdar-
da qiymətli üzvi material əldə etmiş olur;
• Kövşənlik bitki qismində həm payızlıq, həm də yazlıq bitkilər yaşıl gübrə kimi
becərilə bilər. Kövşənlik bitkilər praktikada ən geniş yayılmış yaşıl gübrə
növüdür. Bu məqsədlə əsas bitki yığıldıqdan sonra iyul-oktyabr aylarında
müxtəlif bitkilər və ot qarışıqları səpilir;
• Fevral ayından başlayaraq səpilən aralıq bitkisi qismində daha uyğun olan
bitkilər xardal və ispanaqdır. Bu bitkilərin yaşıl gübrə məqsədi ilə yığımından
sonra torpaq becərilir və əsas bitkinin səpini aparılır;
• Çoxillik və ya birillik əsas bitki fonunda, örtük bitkisi qismində.
Yaşıl gübrə üçün becərilən örtük bitkiləri inkişaf edən bitkilərin cərgəaralarına
səpilir. Bu, əsasən, qarağat, böyürtkən, eləcə də qarğıdalı, kələmin müxtəlif növləri
və digər bitkilərin cərgəaralarında həyata keçirilir. Bu məqsədlə üçyarpaq, ağ
üçyarpaq və digər paxlalı ot bitkiləri istifadə olunur.