173
tərəvəz bitkiləri ilə yanaşı becərilməsi böyük maraq doğurur. Bu sıraya yalnız həşə-
ratları qorxudan bitkilər deyil, həmçinin onların həyat fəaliyyətinə çaşqınlıq gətirən
bitkilər də daxildir. Bir çox həşəratlar qidalanmaq üçün
müvafiq bitkiləri iylərinə
görə axtarır. Məs: kələm bitkisini iyinə görə torpaq birəsi və kələm sovkası axtarıb
tapır. Əgər güclü iyə malik olan bitkiləri, yəni kəklikotu, sürvən (adaçayı) kələmə
yaxın əkilsə və yaxud onların ekstraktları ilə çilənsə bunlar kələmin iyini öldürür və
həşəratlar üçün az cəlbedici olur. Ətirli otlar özlərinin güclü
iyi ilə həşəratlara güclü
çaşdırıcı təsir göstərir və beləliklə, becərilən bitkiləri mühafizə edir. Ona görə də
paxlalı bitkiləri paxla dənyeyənindən mühafizə etmək üçün reyhanı, qızılgülü birədən
mühafizə etmək üçün sarımsağı, qulançarı cəfəri ilə yanaşı əkmək lazımdır. Düzdür,
otların təsiri həmişə eyni dərəcədə özünü büruzə vermir. Bu məqsədlə ətirli otları
istifadə edərkən bitkilər arasındakı rəqabəti unutmaq olmaz. Otların hədsiz böyüməsi
və əsas bitkilərin yerini məhdudlaşdırmaması üçün onları seyrək və ya cərgələrin
kənarı boyu əkmək lazımdır.
Nəzərdə saxlamaq lazımdır ki, qarışıq əkinlərdə bitkilərin
qoruyucu təsiri nəticə-
sində zərərvericilər tamamilə məhv olmur. Onların yalnız miqdarının azalmasına nail
olmaq olar.
Qoz ağacı ev milçəklərini və ev heyvanlarının milçəklərini qorxudur. Ona görə
də otlaqlarda (örüşlərdə) bitən qoz ağacı atların və iri buynuzlu mal-qaranın həyatını
hədsiz dərəcədə rahatlaşdırır. Milçəkləri qorxutmaq üçün heyvanları qoz yarpağının
həlimi ilə çiləmək olar. Peyin topasının yaxınlığnda və ya at tövləsinin girişində olan
qoz ağacı bu yerlərdə milçəklərin miqdarını azaldır.
Sədəfotu (ruta) milçəkləri qorxudur, ona görə də onu dibçəklərdə pəncərənin
qabağında, peyin topasının ətrafında və heyvan saxlanılan
yerlərdə əkmək məsləhət
görülür.
Evlərin qabağında, yanlarda (ətrafda) və cığırlarda əkilmiş gənəgərçək bitkisi
yay axşamlarını açıq havada keçirməyi sevən insanlar üçün rahatlıq yaradır, həm də
ağcaqanadları qorxudur. Əgər onu zibilliklərə yaxın yerlərdə əksələr, ağcaqanadların
çoxalma sürəti azalır.
Qarışqalar nanəni sevmirlər. Əgər bu bitkini ərzaq saxlanılan yerin ətrafına
atsaq, ərzaqları qarışqaların təcavüzündən qorumaq olar. Acı yovşanın quru yarpaq-
ları, ətirli cənub bitkisi (rozmarin), adaçayı,
lavanda və nanə ev güvəsini, pomidor
bitkisi və acı yovşanın yarpaqlarından hazırlanmış ekstrakt (məhlul, həlim) milçəkləri
qorxudur.
Dostları ilə paylaş: