Damazlıq mal-qaranın adi təsərrüfatlardan gətirilməsinə (10-15%) istehsalın
genişləndirilməsi və ya mal-qaranın kütləvi qırğını (təbii fəlakətlər nəticəsində)
hallarında yol verilir.
8.1.2. Saxlanma Heyvanlara qulluğun başlıca prinsipi, onların bioloji xüsusiyyətlərinə uyğun
şəraitdə saxlanmasından ibarətdir. Ekoloji təsərrüfatlarda heyvanların daima bağlı
(və yaxud xal-xalda, arxacda, yataqda) saxlanmasına yol verilmir. Fizioloji və
davranış tələbatlarının ödənilməsi üçün ekotəsərrüfatda heyvanlar kifayət dərəcədə
azad hərəkət etmək və örüşə çıxmaq imkanına malik olmalıdır.