8.7. Ekoloji təsərrüfatda arıçılıq 8.7.1. Arıçılıq üçün «keçid dövrü» 1. Arı məhsulları başlıca prinsiplərin tələblərinə bir ildən az olmayaraq riayət
edildikdə bioloji məhsul kimi realizə oluna bilər.
2. «Keçid dövrü» ərzində sintetik mum ekoloji istehsal edilmiş mumla əvəz
edilməlidir.
3. Sintetik mum 1 il ərzində əvəz edilə bilməyən hallarda sertifikatlaşdırma
orqanı və ya müvəkkil edilmiş orqan keçid dövrünün müddətini uzada bilər.
4. Bioloji mumu əldə etmək mümkün olmadığı hallarda digər mənbələrdən alın-
mış mumun istifadəsinə yalnız o halda icazə verilə bilər ki, onun istehsalında
qadağan olunmuş maddələr istifadə edilməmişdir.
5. «Keçid dövrü»nə qədər arı pətəklərində qadağan olunmamış məhsullar istifadə
edilmədiyi hallarda mumun dəyişdirilməsinə ehtiyac yoxdur.