aşağı düşməsinin qarşısını almaqdır. Bu məsələ həllini tapdıqdan sonra ikinci
mühüm vəzifənin – məhsuldarlığın artırılması vəzifəsinin həlli mümkün ola bilər.
Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası Cədvəl 4 Təbii ekosistemlər Aqroekosistemlər Biosferin gedişində formalaşmış ilkin
təbii elementlər (sahə) vahidlər
Biosferin insan tərəfindən transformasiyaya
uğramış süni sadə vahidləri
Populyasiyanın bir neçə növü üstünlük
təşkil edən bir çox heyvan və bitki
növlərindən ibarət mürəkkəb sistemlər
Bir bitki və ya heyvan növünün üstünlük təşkil
etdiyi sadələşmiş sistemlər. Onlar davamlı
olmaqla biokütləsinin strukturu tezdəyişən
(davamsız) olur
Maddələr dövranında iştirak edən
orqanizmlərin məhsuldarlığı onların
uyğunlaşma xüsusiyyətləri ilə müəyyən
edilir
Məhsuldarlıq təsərrüfat fəaliyyətinin
səviyyəsindən və iqtisadi, texniki imkanlardan
asılı olaraq müəyyən edilir
İlkin məhsul heyvanat tərəfindən istifadə
olunur və maddələr dövranında iştirak
edir. “istifadə”, “istehsal”la eyni vaxtda
baş verir
Məhsul insanın tələbatını ödəmək üçün və mal-
qaraya yem kimi toplanır. Müəyyən vaxt ərzində
canlı maddə sərf edilməyərək toplanır. Ən yüksək
məhsuldarlıq qısa vaxt ərzində inkişaf edir