77
Azərbaycanda ekoməhsulların satışı sahəsində daxili
bazar daha əhəmiyyətli
üstünlüyə malikdir. Satış zəncirini aşağıdakı qaydada səciyyələndirmək olar
(Şəkil 15):
Şəkil 15. Ekomarketinq zənciri
Respublikada ekoloji məhsulların ixracatına mane olan ən böyük amil odur
ki, hal-hazırkı zamanda bu sahədə fəaliyyət göstərən yeganə yerli sertifikatlaşdır-
ma orqanı AZEKOSERT hələ beynəlxalq akkreditasiya prosedurunu keçməmiş-
dir. Bu məsələnin həlli 2011-ci ilin 2-ci yarısına planlaşdırılmışdır ki, bu da
sözsüz olaraq ixracatla bağlı problemlərin aradan qaldırılmasına xidmət edəcək.
Hal-hazırda Azərbaycan ekoməhsulları, əsasən, MDB ölkələrinə ixrac olunur.
Yerli bazarda isə ekoməhsullar hələlik yeganə ekomarketdə və 2 supermar-
ketdə yeni fəaliyyətə başlamış şöbələrdə satılır. Bununla yanaşı Gəncə Aqrobiznes
Assosiasiyasının (GABA-nın) marketinq xidmətinin
dəstəyi ilə ekoməhsullar
Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici ölkələrin səfirliklərinə (ABŞ,
Fransa, İsrail, İsveçrə), eləcə də neft şirkətlərinə,
iri mehmanxanalara və
restoranlara onların istehlak sifarişlərinə əsasən təklif olunur.
GABA tərəfindən mütəmadi olaraq təşkil olunan ekoloji təmiz məhsulların
sərgi-yarmarkaları məhsulun satışını gücləndirməkdə istehsalçı və emalçılara
əhəmiyyətli dəstək göstərir. 2007-ci ildə GABA Azərbaycan şəraitinə münasib
ekoloji məhsulların marketinq strategiyasını işləyib hazırlamışdır.
Son iki il ərzində aparılmış tədqiqatlar göstərir ki,
respublika əhalisinin
ekoloji məhsullara marağı xeyli artmışdır. Hal-hazırda ölkə əhalisinin 5%-dən
çoxu ekoməhsulların potensial istehlakçısıdır (GABA-nın marketinq tədqiqatları,
2007). Ekoməhsulların istehlakçıları arasında əhalinin müxtəlif təbəqələrinin
nümayəndələrini görmək olar (şəkil 16):
Dostları ilə paylaş: