KARANTİN, BAYTARLIQDA – heyvanların infeksiya
xəstəliklərinin yayılması qarşısını alır. Heyvanlarda dabaq, qarayara,
qaramalda taun, karbunkul; atlarda saqqo, infeeksion anemiya,
ensefalomielit, qoyunlarda çiçək, keçilərdə infeksion
plevropnevmoniya, quşlarda nyukasl xəstəliyi, çiçək, mikoplazmoz,
virus hepatiti zamanı K. müəyyən edilir.
KARANTİN, BİTKİLƏRİN KARANTİNİ – təhlükəli zərərverici
bitki xəstəliyi və alaqların yayılmasının qarşısını almaq üçün dövlətin
həyata keçirdiyi tədbirlər kompelksi. Ölkənin bitki ehtiyatlarını
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
228
mühafizə etməyə yönəldilmişdir. Əsas vəzifəsi bitki mənşəli import
mallarının ekspertizası, kənd təsərrüfatı yerlərinin yoxlanması, K.
zərərverici, xəstəlik yaxud alaqların aşkar və məhv edilməsi, K. qoyulan
rayonlardan toxum və əkin materiallarının gətirilməsi üzərində qayda
qoymaqdan ibarətdir.
KARANTİN XƏSTƏLİKLƏRİ, KONVENSİON
XƏSTƏLİKLƏR – karantin gözlənilməsi tələb olunan, Beynəlxalq
karantinə, yaxud Beynəlxalq sanitariya sazişlərinə aid olan infeksion
xəstəliklər. K.x.-nə taun, vəba, sarı qızdırma, təbii çiçək aiddir.
Ümumdünya Səhiyyə təşkilatı 1970 ildə səpkili və qayıdan yatalaq
xəstəliklərini K.x. siyahısından çıxarmışdır.
KARANTİN NÖV – Müəyyən qruplaşma üçün təhlükəli olan növ.
Karantin nəzarəti altına alınır.
KARANTİYA NÖVÜ – Bu regionda rast gəlməyib, başqa
regiondan gətirilməsi arzu olunmayan bitki və ya heyvan növüdür
(təsərrüfat və ya tibbi nöqteyi-nəzərincə təhlükəli ola bilər).
KARBOHİDRAT ÇİRKLƏNMƏSİ – su mühitinin, hidrobiontların
kütləvi çürüməsi nəticəsində əmələ gələn məhsullarla (karbohidratlarla)
çirklənməsi.
KARBON QAZI – CO
2
, karbon 4-oksidin başqa adı, karbonun baş
oksidi; rəngsiz qazdır, sıxlığı 0,0019 q/sm
3
-dir, -56,6
°C-də mayeləşir, -
78,5
°C-də də donur. Adi təzyiqdə -78,5°C-də mayeləşmədən birbaşa
bərkiyib qaraoxşar ağ kütləyə (“quru buz”a) çevrilir. 2000
°C-dən yuxarı
temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə
ayrılır. Suda nəzərə çarpacaq qədər (20
°-də kütləcə 0,169%) həll olur və
qismən reaksiyaya girib karbonat turşusu H
2
CO
3
əmələ gətirir. CO
2
yanmır və yanmaya kömək etmir. Közərdilmiş kömürlə reaksiyadan
(CO
2
+ C = 2CO) metallurgiyada geniş istifadə olunur. Mis 2-oksidin
iştirakı ilə hidrogenlə reaksiyaya girib metana çevrilir. Havanın həcmcə
0,03%-i SO
2
-dir, hidrosferdə onun miqdarı 1,4
⋅ 10
14
tondur. Bitkilər
fotosintez prosesində havadan CO
2
alır. CO
2
qazlı su, pivə və şəkər
istehsalında, “quru buz” hazırlanmasında, yanğının söndürülməsində və
s. işlədilir.
İnsan və heyvan orqanizmində CO
2
tənəffüs və qan dövranının
tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
229
olması orqanizmə zəhərləyici təsir göstərərək, hipoksiyaya səbəb olur.
Tərkibində 1,535 CO
2
olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs
aldıqda qusma və başgicəllənmə başlayır. CO
2
6%-dən çox olduqda isə
tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli
vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı havaya çıxarmaq və
süni tənəffüs vermək lazımdır.
KARBON QAZININ MÜVAZİNƏTLİYİ – suda-həll olan karbon
qazının (CO
2
) miqdarı hidrokarbonat ionlarının və kalsium ionlarının
konsentrasiyasının müvazinətliyinə uyğun gəlir. K.q.m. pozulduqda su
biotasının pozulması baş verə bilər.
KARBONATLAR – karbonat turşusunun (H
2
CO
3
) təbii duzları,
mineral sinifləri (təxm. 80). Çökmə (əhəngdaşı, dolomit və s.) və
metamorfik (mərmər) süxurlarından ibarətdir. Bütün K. turşularda həll
olaraq CO
2
ayırır.
KARBONLAŞMA – üzvi qalıqların (heyvan və bitki toxumalarının)
dəyişilmə prosesi; onların qaralması, hidrogen və oksigenin miqdarının
azalması, karbonun miqdarının isə çoxalması ilə nəticələnir.
KARLİK FORMALARI – adətən əlverişsiz mühit şəraitində
inkişaf edən alçaq boylu bitkilər (heyvanlar).
KARPOFAQLAR – bitkinin meyvəsi ilə qidalanan heyvanlar.
KARPOZLAR (yun. karpos - gəlir) – birgə yaşayış formaları; iki
populyasiyadan biri üçün sərfəli (faydalı), digəri üçün praktiki olaraq
zərərsizdir.
KARST – (Yuqoslaviyanın şimal-qərbində yerləşən platonun
adından) – suyun süxurları əritməsi, onlarda boşluqların və bunlarla
əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef
formalarının əmələ gəlməsi hadisəsi. K. suda asanlıqla əriyən süxur
(əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlaranda geniş inkişaf edir.
K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir.
K. nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna
mağara deyilir. Dünyada ən böyük karst mağarası ABŞ-da Kamberlend
platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və
qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə,
23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m,
tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
230
əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər
yaşayır. K. boşluqlarında qurğuşun, sink, dəmir filizi, boksit, fosforit,
neft, yanar qaz, səpinti qızıl, almaz yataqları olur.
Azərbaycan Respublikasında təqribən 6 min km
2
K. sahəsi var.
Bunun 3,7 min km
2
-i Böyük Qafqazda, 2 min km
2
-i Kiçik Qafqazda,
təqribən 300 km
2
-i Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycanda
ən çox yayılan və ümumi uzunluğu 4 min m-ə çatan təqribən 240 K.
mağarası (ən böyükləri: Azıx, Tağlar, Şuşa, Dağtumas və s.) var.
KARTOQRAFİYA – coğrafi xəritələr və digər kartoqrafik əsərlər,
onların yaradılması və istifadə edilməsi üsulları haqqında elm. Müasir
K. bir elm kimi 7 bölməyə ayrılır: xəritəşünaslıq, riyazi K., xəritələrin
tərtib və redaktəsi, xəritələrin bədii tərtibatı, xəritələrin nəşri, xəritələrin
istifadə edilməsi, kartoqrafik istehsalın iqtisadiyyatı və təşkili.
Azərbaycan MEA H.Ə.Əliyev adına Coğrafiya instititutunda K. şöbəsi,
BDU-nun coğrafiya fakültəsi nəzdində Geodeziya və Kartoqrafiya
kafedrası fəaliyyət göstərir.
KARYER (KARXANA)– kömür, filiz və qeyri-filiz faydalı
qazıntılarının açıq üsulla çıxarıldığı mədən sənayesi müəssisəsi. Faydalı
qazıntıların açıq üsulla çıxarılması zamanı əmələ gələn çala-çüxurlar da
birlikdə K. adlanır.
KATADROM MİQRASİYA – su heyvanlarının (orqanizmlərinin)
çoxalmaq üçün çaydan dənizə miqrasiyası (məs., angillər).
KATAGENEZ (yun. kata – yuxarıdan aşağı və qenez) – Orqanizm
daha sadə yaşamaq şəraitinə uyğunlaşması ilə əlaqədar sadə yaşayış
tərzinin təşkilinə keçir. Bioloji inkişafın belə xüsusi yoluna nail olması
terminini (katogenez) A.N.Seversov irəli sürmüşdür.
KATAKOLİNLƏR – ali bitkilər tərəfindən ayrılaraq torpaq
mikroorqanizmlərinə stimullaşdırıcı təsir göstərən biolinlər.
KATAMORFOZ – təkamül prosesində orqanizmlərin müəyyən
qrupunun mühitlə daha sadə münasibətlərə keçməsi və onların
ümumiyyətlə inkişaf etməməsi, quruluşunun sadələşməsi ilə əlaqədar
olan istiqamət. K. adətən xüsusi uyğunlaşmaların itməsi, hərəkətsiz,
yaxud gizli həyat tərzinə keçmə ilə əlaqədardır. K.-a misal
hipomorfozdur (orqanizmin ümumi inkişafdan qalması).
KATAROB SU HÖVZƏSİ – su hövzəsinin suyu normadan artıq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
231
həll olan oksigenlə doymuş, azad karbonat turşusu və hidrogen-sulfid
isə tamamilə yoxdur.
KATAROBİONTLAR (yun. kathoros – təmiz və biont) – yalnız
təmiz, soyuq və çoxlu miqdarda həll olmuş oksigen olan suda yaşayan
orqanizmlər (məs. su mamırı, alabalıq-forel).
KATASENOZ – bitki qruplaşmasının final (son) diqressiya
mərhələsi, bu mərhələdən sonra o tamamilə məhvə doğru gedir. (məs.
yovşanın otlağın hədsiz otarılması nəticəsində buynuzlu ot
(Ceratocarpus) katasenozu.
KATASTROFİK ÇİRKLƏNMƏ – hər hansı bir təsərrüfata,
insana, yaxud ətraf mühitə son dərəcə əlverişsiz nəticələr törədən
çirklənmə.
KATASTROFİK DƏYİŞİLMƏLƏR (yun. katostrophe – alt-üst
olma, faciə) – katastrofik diqressiyyalar (Vısotski, 1915) – destruktiv
abiotik (vulkan püskürməsi, sürüşmə və s.) və antropogen faktorların
(məs., meşənin qırılması, bozqırların şumlanması, yanğın hadisəsi) təsiri
nəticəsində baş verən reqressiv biosenoz dəyişilmələri. Termini
V.D.Aleksandrova (1964) təklif etmişdir.
KATASTROFİK SUKSESSİYA – ekosistem üçün katastrofik təbii
(yanğın, zəlzələ və s.) və ya antropogen amillərin təciri nəticəsində baş
verən suksessiya.
KATİON MÜBADİLƏSİ – həyati mühüm kationların (kalsium,
kalium, natrium və maqnezium) ekosistemdə dövranı (hüceyrələrin
normal funksiyası üçün).
KAUSTOBİOLİTLƏR – biogen mənşəli isti (qaynar) çökmə
süxurlar (torf, daş kömür, isti şistlər, əhəngdaşılar, neft, sapropel və s.).
Termini Q.Potonye (1888) təklif etmişdir.
KAUÇUKLU (KAUÇUKVERƏN) BİTKİLƏR – müxtəlif
orqanlarında təbii kauçuk əmələ gətirən bitkilər. Bu bitkilərin südəoxşar
şirəsində, kök və gövdəsində, cavan zoğ və yarpaqlarında kauçuk
toplanır. Şirəsində kauçuk toplanan bitkilər sənaye üçün daha
əhəmiyyətlidir. Dünyada istehsal edilən kauçukun 95%-i Hevea
brasiliensis ağacından, 50-i südləyənkimilər fəsiləsinin sapium, fikus və
s. cinslərindən, tut fəsiləsinin landolfiya, mürəkkəbçiçəklilər fəsiləsinin
tau-saqqız, krım-saqqız və s. bitkilərindən alınır. Əksəriyyəti dünyanın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
232
tropik, subtropik, az qismi isə mülayim iqlimli zonalarında bitir.
Azərbaycan Respublikasında təbii halda bir çox K.b.-ə rast gəlinir.
Lakin sənaye əhəmiyyətli olmadığı üçün becərilmir.
KELVİN (K) – Beynəlxalq sistemdə temperaturun ölçülməsi vahidi
1K = 1
°C. Kelvin temperaturu mütləq sıfırdan hesablanır, selsi dərəcəsi
(t) kelvinə sadə hesablama yolu ilə keçirilir: 273,15 - t. Kelvin həmçinin
ekosistemin entropiyasının (C/K-lə) hesablanmasında istifadə olunur.
KEÇİCİ KLİMAKS – müvəqqəti klimaks-müvəqqəti (kiçik) su
hövzələrində əmələ gələn heyvan və bitki qruplarını buna misal
göstərmək olar. Yay dövründə belə su hövzələrinin quruması, qışda isə
bütövlükdə donması müntəzəm olaraq (hər il) heyvan və bitki
qruplaşmalarının məhv olmasına, vegetasiya dövründə isə yenidən
yaranmasına (bərpasına) səbəb olur. Bitki və heyvan qruplaşmalarının
bərpası onların daimi iri su hövzələrindən köçməsi hesabına, yaxud
həmin yerdə sükut mərhələsində olan bitki və heyvanların sporlarının
hesabına gedir.
KƏND TƏSƏRRÜFATI – maddi nemətlər istehsalının ən mühüm
sahələrindən biri; əkinçilik və heyvandarlıq məhsulları almaq məqsədilə
K.t. bitkilərinin becərilməsi və K.t. heyvanlarının yetişdirilməsi. K.t.-na
həmçinin bitki və heyvan məhsullarının ilkin emalının müxtəlif növləri
daxildir.
K.t. əhali üçün ərzaq məhsulu, sənayenin bir çox sahəsi üçün
xammal yaradır. K.t. istehsalının təmərküzləşməsinin spesifik formaları
və ixtisaslaşması ilə müəyyənləşdirilir; torpağın münbitliyinin daim
yüksəldilməsi üçün elmi sürətdə əsaslandırılmış əkinçilik sistemi tələb
olunur. K.t. ayrı-ayrı ərazilər üzrə bölünərək geniş sahələrdə aparılır.
Buna görə də K.t.-nda, əsasən, motorlu aqreqatlardan istifadə edilir.
KƏND TƏSƏRRÜFATI BİOLOGİYASI – eksperimental
biologiyanın bir bölməsi. Mədəni bitkilər, ev heyvanları və faydalı
mikroorqanizmlərin məhsuldarlığını artırmaq tədbirlərinin nəzəri əsasını
tədqiq edir. Əsas vəzifəsi kənd təsərrüfatı, bitki və heyvanlarda
heterosis, immunitet və atogenez hadisələrinin fizioloji-biokimyəvi və
genetik mahiyyətini aydınlaşdırmaq, hibribləşdirmə zamanı valideyn
cütlərini seçmək, süni mutagenez hadisəsini öyrənmək, heyvandarlıq
məhsullarını artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
233
kənd təsərrüfatı heyvanlarının qidalanma xüsusiyyətlərini və yem
rasionunu ətraflı öyrənib təkmilləşdirməkdən ibarətdir. Heyvan və bitki
zərərvericiləri və xəstəlikləri kimyəvi-bioloji üsullarla mübarizə,
fotosintez prosesində Günəş enerjisindən istifadə əmsalının
yüksəldilməsi tədbirlərinin hazırlanması da K.t.b.-nın vəzifəsinə
daxildir.
KƏND TƏSƏRRÜFATI COĞRAFİYASI – iqtisadi coğrafiyanın
bir sahəsi. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri,
onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. K.t.-nın ərazi
üzrə yerləşdirilməsinin xalq təsərrüfatını istehsal sahələrinin, ilk
növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi, burada istehsalın təbii
şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə
edilməsindədir. K.t.-nın ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və
regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq,
maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə,
sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan tələbatını
ödəməyə yönəldilir.
KƏND TƏSƏRRÜFATI ÇİRKLƏNMƏSİ – antropogen
çirklənmənin bir forması olub pestisidlər, funqisidlər və s. agentlərin
tətbiqi, mədəni bitkilərə normadan artıq gübrələrin verilməsi,
heyvandarlıq tullantılarının atılması və kənd təsərrüfatı istehsalı ilə bağlı
digər fəaliyyətlərlə əlaqədar çirklənmə.
KƏND TƏSƏRRÜFATI EKOLOGİYASI – bax: Aqroekologiya.
KƏND TƏSƏRRÜFATI
İQLİMŞÜNASLIĞI
– bax:
Aqroiqlimşunaslıq.
KƏND TƏSƏRRÜFATI METEOROLOGİYASI,
aqrometeorologiya – k.t. üçün əhəmiyyəti olan iqlim və hidrooloji
şəraitin obyektlərlə və k.t. istehsalatı prosesləri ilə qarşılıqlı təsirini
öyrənən tətbiqi meteoroloji fənn. K.t.m. biologiya, torpaqşünaslıq,
coğrafiya və k.t. elmləri ilə bağlıdır. Müasir K.t.m.-nın əsas problemləri:
k.t. üçün təhlükəli meteoroloji hadisələr proqnozunun üsullarını işləyib
hazırlamaq, məhsulun keyfiyyət və kəmiyyətinə dair uzunmüddətli
aqrometeoroloji proqnoz üsullarını təkmilləşdirmək, qışlama dövründə
payızlıq bitkilərin vəziyyəti və s. K.t.m. tədqiqatlarının əsası bir tərəfdən
k.t. bitkilərinin vəziyyətini, inkişafını, böyümə və məhsulların forma-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
234
laşmasını, digər tərəfdən meteoroloji amillərin paralel müşahidə
olunması və biometrik ölçmələrdir.
KƏND TƏSƏRRÜFATI ZİYANVERİCİLƏRİ – kənd təsərrüfatı
baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə,
heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına
təhlükə yaradır. K.t.z. böyük iqtisadi itki verir. “Ziyanvericilərin” çoxu
həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi,
kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq
buğda və kələm sovkası, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər
(siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar.
K.t.z.-nə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşətexniki,
mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır.
KƏND TƏSƏRRÜFATININ KİMYALAŞDIRILMASI – kimyəvi
gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan
yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını
yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə
mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi.
K.t.k. düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına
düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və
kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli
mənbəyə çevrilir.
KƏHRİZ – qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün
yeraltı qurğu. Maili lağım (hünd-1-1,4 m, eni 0,5-0,8 m) şəbəkəsindən
ibarətdir. K. lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir.
K.-i peşəkar kankanlar qazır. K. suyundan su təchizatında və suvarmada
istifadə olunur. K. suyu təmiz və safdır, fəsillərdən asılı olmayaraq
müntəzəm su verir. K. Yaxın şərq, Orta Asiya və cənubi Qafqaz üçün
daha səciyyəvidir. Azərbaycanda K. sistemi e.ə, 1 əsrdən mövcuddur.
Təbriz, Zəncan, Gəncə, Qarabağ, Naxçıvan və Bakıda geniş yayılmışdır.
20 əsrin 60-cı illərinin əvvəlində Azərbaycanda 812 K. olmuşdur.
KƏPƏNƏKLƏR, PULCUQLUQANADLILAR (Lepidoptera,
yun. lepis – pulcuq + pteron - qanad) – həşəratlar sinfindən bir dəstə.
Dünyada 140 min, Azərbaycanda 2500 növü var. K.-in çoxu gecə həyatı
keçirir; yalnız sancaqbığcıqlılar gündüz fəaliyyətdə olur. K. çiçəklərin
nektarı, çürümüş meyvə şirəsi ilə qidalanır. K.-in çiçəkli bitkilərin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
235
tozlanmasında rolu böyükdür.
KİMYƏVİ AMİL – ətraf mühitin kimyəvi tərkibi ilə bağlı olan amil
(o cümlədən kimyəvi çirklənmə).
KİMYƏVİ BİTKİ MÜHAFİZƏ VASİTƏLƏRİ – bitki
zərərvericiləri və xəstəlik törədicilərilə mübarizə üçün işlədilən kimyəvi
maddələr. İşlədilmə texnologiyasına riayət etmədikdə mühitin
çirklənməsi mənbəyi ola bilər.
KİMYƏVİ BİOFİL ELEMENT – orqanizmin yaşamasını
saxlamaq üçün zəruri olan element (karbon, azot, kükürd, kalsium,
kalium və mikroelementlər).
KİMYƏVİ ÇİRKLƏNMƏ – müəyyən bir mühitdə kimyəvi
komponentlərin miqdarının artması nəticəsində onun təbii kimyəvi
xassələrinin dəyişməsi (pozulması). Həmin mühit üçün xas olmayan
kimyəvi maddələrin daxil olması və ya qatılığının normadan çoxluğu da
K.ç. adlanır.
KİMYƏVİ FAKTOR – ətraf mühitin kimyəvi tərkibi ilə əlaqəli
faktor (o cümlədən kimyəvi çirklənmə ilə).
KİMYƏVİ ELEMENTLƏR – adi kimyəvi daha bəsit maddələrə
ayırmanın mümkün olmadığı təbii və süni maddələr. K.e. bir-birilə
birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ
gətirir. Hər kimyəvi element, nüvəsində eyni sayda elektrik yükü və
atom örtüyündə eyni sayda elektron olan atomlardan yaranmışdır.
Hələlik elmə məlum olan K.e.-nin sayı 107-dir. Onların əksəriyyəti
radioaktiv deyil və təbiətdə mövcud olan bütün bəsit və mürəkkəb
maddələri əmələ gətirir. K.e. xassələrinə görə metal və qeyri metallara
ayrılır. Metallar kimyəvi reaksiyalarda xarici elektronlarını verərək
kation, qeyri metallar isə özlərinə elektron birləşdirərək anion əmələ
gətirir.
KİMYƏVİ MADDƏLƏR (ximikatlar) – hazırda 10 milyon K.m.
məlumdur, onlardan 100 mini sənayedə istifadə olunur. Müasir
sivilizasiyanı K.m.-siz təsəvvür etmək olmaz (dərmanlar, boyalar,
sintetik polimerlər, ərintilər və b). Bununla yanaşı K.m. insanların
sağlamlığını daim risk qarşısında qoyur, belə ki, onlar qaz, toz,
suspenziya, emulsiya və maye formasında ətraf mühitə daxil olur.
Davamlı və orqanizmdə toplanan və kanserogen və mutagen yaradan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
236
K.m. xüsusilə təhlükəli sayılır.
KİMYƏVİ MELİORASİYA – torpağın xassələrini yaxşılaşdırmaq
və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa
kimyəvi təsir göstərmək üsulları sistemi. K.m. üsulları: torpaqda yüksək
turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli-
podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) –
qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması
(neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa
natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); K.m.-ya
həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək
dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. K.m. adətən
hidrotexniki melorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların
yuyulması).
Dostları ilə paylaş: |