ARBORİSİD (lat. arbor - ağac) – arzu olunmayan ağac və kol
bitkilərini məhv etmək məqsədilə işlədilən kim. maddələr.
AREAL (yun. Area - sahə) – hər hansı bir bitki və ya heyvan
növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı
yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan
tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində
darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları
kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast
gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan
növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin
hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı
sahələrdə yayılarsa ona kəsilən areal deyilir. A-ı öyrənmək üçün onun
xəritəsini tərtib etmək lazımdır. A.-ın müqayisəli öyrənilməsi flora və
faunanın tədqiqində böyük əhəmiyyətə malikdir.
– Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı
areal.
– Təbii areal – insan fəaliyyətilə dəyişməyən areal.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
31
– Qışlama arealı – növün soyuq mövsümünü keçirdiyi region.
– Kosmopolit areal – qurunun və ya akvatoriyanın geniş
ərazilərində yayılan növ və ya başqa sistematik qruplar.
– Relikt areal – hər hansı bir ərazinin müasir coğrafi şəritinə yad
olan növün arealı. Adətən kiçik ölçülü sahələrdə olur.
– Müasir areal – digər sistematik qrupun növü və ya tipinin hazırki
sərhədləri.
– Qısalan areal – hər hansı bir sistematik qrupun və ya növün təbii
və ya antropogen səbəblər nəticəsində azalması.
Ekoloji areal – regionun harada yerləşməsindən asılı olmayaraq hər
hansı bir növ üçün əlverişli olan şəraitdə məskunlaşması.
AREKOLOGİYA – ekoloji tələbləri nəzərə alan arxitekturanın
bölməsi.
AREALŞÜNASLIQ – 1) Biocoğrafiyanın bitki və heyvanın arealını
öyrənən bölməsi; 2) Arealın
əmələ
gəlməsinin ümumi
qanunauyğunluqlarını tədqiq edən elm sahəsi.
ARENAL (yun. arena-qum) – vulkanın qonşuluğunda bitkidən
məhrum olan zona.
ARXAC – otlaq şəraitində gecələr, həmçinin hava isti olduqda
gündüzlər qoyunların və qaramalın dincəlməsi üçün yer. Baharın
əvvəllərində və payızda külək tutmayan, yayda isə bir qədər hündür
yerdə düzəldilir. A.-ın yeri arabir dəyişdirilir.
ARXEOFİTLƏR – bəşəriyyət tarixindən əvvəl mövcud olan
bitkilər.
ARXEOLOJİ ABİDƏLƏR (yun. archaios - qədim) – insanların
yaratdığı qədim maddi mədəniyyət abidələri. A.a-ə, əsasən, əmək
alətləri, silahlar, məişət şeyləri, insan məskənləri, şəhər və qala
xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabalar, emalatxana
qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları,
su kəmərləri və s. daxildir. A.a. insan cəmiyyətinin tarixini öyrənir.
ARXİPELAQ – bir-birindən az aralı olub vəhdət təşkil edən adalar
qrupu. Məs., Bakı arxipelaqı, Apşeron arxipelaqı. A. materik, mərcan və
vulkan mənşəli olur.
ARI SÜDÜ – inkişaf edən ana arı sürfəsini yemləmək üçün işçi
arıların baş və döş vəzilərindən ifraz olunan südəbənzər maddə. A.s-nün
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
32
tərkibi, əsasən arının qidalandığı tozcuqlardan aslıdır. Tərkibində bəzi
aminturşular, hormon, 40-58% zülal, 5-18% piy, 26%-ədək şəkər, bir
sıra mineral duzlar, həmçinin vitaminlər və b. bioloji aktiv maddələr
var. Körpə və kiçikyaşlı uşaqlarda bir sıra xəstəliklərin müalicəsində
işlədilir.
ARI ZƏHƏRİ, APİTOKSİN – arı sancan zaman neştərindən axan
acı, zəhərli, şəffaf maddə. A.z-nin tərkibində bioloji aktiv melittin zülalı,
sərbəst amin turşuları, müxtəlif fermentlər, histamin (1%-ə qədər)
nuklein, formiat, ortofosfat və xlorid turşuları, piylər, uçucu yağlar, Mg,
Cu, Sa və s. var. A.z güclü bakterisid təsirlidir. Qədimdən xalq
təbabətində istifadə olunur. A.z-dən alınan dərmanlar oynaq
xəstəliklərində elektroforez yolu ilə, mezolit, radikulit, nevralgiya, övrə,
miqren, trofik xora, endarterioz, bronxial astma, tromboflebit və s. xəs-
təliklərin müalicəsində məhlul və məlhəm şəklində işlədilir.
Böyrək, qaraciyər, mədəaltı vəzi, qan, diabet, ürək-damar və s.
xəstəliklərdə istifadə etmək olmaz.
ARIÇILIQ – bal və onun məhsullarının alınması, meyvə və texniki
bitkilərin məhsuldarlığını artırmaq məqsədilə onları tozlandırmaq üçün
arının artırılması.
ARIQUŞULAR (Paridae) – sərçəkimilər fəsiləsi; 65 növü var.
Azərbaycanda 5 növü yaşayır: iri A., abı A., Aralıq dənizi A.-ı, qara
pəsnək quşu. Respublikamızda oturaq həyat sürən bu quşlar zərərverici
həşəratları yediyi üçün xeyirlidir.
ARİD BİTKİLƏR (lat. aridus - quru) – vegetasiya dövrünün çox
hissəsi rütubəti çatışmayan quraq iqlimli şəraitdə inkişaf edən bitkilər.
A. b-rə səhraların və kserofit seyrək meşələrin fitosenozları aiddir.
Azərbaycanda Bozqır yaylada (saqqız, ardıc seyrəkliyi), Həkəri və Araz
çaylarının aşağı axını yamaclarında və Naxçıvan Muxtar
Respublikasında (arid meşələr, ardıc, dağdağan, araz palıdı, badam,
gürcü ağcaqayını və s.) Ellər oyuğunda – eldar şamı A.b.-dir. Efemerlər
də A.b.-rə aiddir. Arid bitki növlərində rütubətin çatışmazlığına qarşı
müxtəlif adaptasiya üsulları yaranmışdır. Bunlara yağıntıların qısa
vegetasiya dövrünə düşməsi, xüsusi morfoloji və anatomik
uyğunlaşmaları (yarpaqların reduksiyası və sallaq olması, iri toxumların
inkişafı), fizioloji adaptasiya (hüceyrə şirəsində osmos təzyiqinin
qalxması və s.) və s. daxildir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
30
Bozdağın
arid ardıc
meşəsi
ARİD EKOSİSTEMLƏR – çöl və səhra zonalarının ekosistemləri.
ARİD İQLİM – səhra və yarımsəhraların quru, isti iqlimi. A.İ.-də
düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından bir neçə dəfə
azdır. A.i-li sahələrdə daimi axar çay olmur. Bitki örtüyü yox
dərəcəsindədir. A.İ.-əsasən tropik və subtropik enliklər üçün
səciyyəvidir. (Böyük Səhra, Ərəbistan yaylası və Avstraliya səhraları).
Dəniz hövzələrindən uzaqlığı ilə əlaqədar Mərkəzi və Orta Asiya
səhraları da A.i.-ə malikdir.
ARİD SƏHRA – subtropik və tropik qurşaqlarda, hər iki
yarımkürənin passat küləkləri əsasında xas olan səhra zonal tipi. Quru
və isti kontinental iqlim ilə səciyyələnir.
ARİD TORPAQLAR – torpaqdan buxarlanan rütubətin onun aldığı
rütubətdən çox olduğu rayonlarda əmələ gələn torpaqlar. Su ilə
yuyulmadığı üçün torpaq profilində, yaxud torpaqaltı qatlarda karbonat,
xlorid və sulfatlar toplanır. Quru çöllərdə, səhralaşmış savannalarda,
yarımsəhra və səhralarda əmələ gəlir. A.t.-a şabalıdı, boz qonur
yarımsəhra və müxtəlif səhra torpaqları aiddir.
ARİD ZONA – arid iqlim olan ərazi; səhra və yarımsəhra zonaları.
Burada əkinçilik yalnız süni suvarma aparmaqla mümkündür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
32
ARİDLİK – orqanizmin həyatı üçün rütubətin çatışmazlığını
yaradan quru (arid) iqlim.
ARİDLİK İNDEKSİ – iqlimin quraqlıq göstəricisi. Martona görə
A.i:
R
T
R
J
,
10
+
=
– yağıntının illik miqdarı (sm-lə) T-ortaillik
temperatur (dərəcə ilə). Çox arid iqlimdə indeks kiçik olur. Emberjeyə
görə A.i:
R
m
M
m
M
J
100
)
(
)
(
−
⋅
+
=
R – yağıntının illik miqdarı (mm-lə), M-ən isti ayın orta maksimum
temperaturu və m-ən soyuq ayın minimumlarının orta rəqəmi.
ARKTİK SƏHRASI, SOYUQ SƏHRA – arktik və yüksək dağlıq
vilayətləri – bitki örtüyünün kasıblığı (zəifliyi), havanın quraqlığı ilə
deyil, aşağı temperatur ilə müəyyən edilir.
ARKTİK ZONA (yun. arktos - şimal) – 1) yayda buzları tam
əriməmiş, hərəkətdə olan şimal qütbü ətrafı akvatoriya (83-80
° ş.e.d.) 2)
Dünya okeanının 500-1000 m dərinliyə qədər yerləşən temperatur
zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün il boyu
temperatur 0
°-yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2-3°-dən
artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof
bitkilər yaşayır.
AROMATİK BİRLƏŞMƏLƏR – karbohidrogenlər (benzol,
naftalin, antrasen və b.) və onların törəmələri (anilin, benzol turşusu,
fenol). Molekullarında 6 karbon atomundan (benzol nüvələr) ibarət
halqalar olur.
ARTEZİAN SULARI – sukeçirməyən laylar arasında kollektor
süxurlarda toplanan basqılı yeraltı sular. A.s-in kimyəvi tərkibi
əmələgələn şəraitdən asılı olaraq kalsium-hidrokarbonatlı şirin sulardan,
natrium-xlor tipli şor sulara qədər dəyişir. A.s.-ndan su təhcizatında,
suvarmada, yod, brom, bor istehsalında istifadə olunur. Azərbaycanda
Gəncə-Qazax, Qarabağ- Şirvan, Quba-Xaçmaz artezian hövzələri
məlumdur.
ASFİKSİYA (yun. Asphyxia) – oksigen çatışmazlığı nəticsində kök
sisteminin boğulması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
33
ASILI GƏTİRMƏLƏR – Müvəqqəti və daimi axınlar vasitəsi ilə
torpağın yuyulması nəticəsində suda asılı halda olan hissəciklər. Bu
hissəciklər son nəticədə çökərək allüvial çöküntülər əmələ gətirir.
ASILI MADDƏLƏR – suyun tərkibində asılı vəziyyətdə olan üzvi
və qeyri üzvi maddələr.
ASILI TOZ – atmosferin çirkləndirici komponenti olan havadakı
bərk hisəciklərdir. A.t.-un 90%-i xırda dispers fraksiyalardan ibarət olub
toztutanlar vasitəsilə çətin tutulur. A.t. ciyərlərdə toplanaraq insanın
sağlamlığı üçün təhlükəli sayılır. A.t.-da təhlükəli ağır metallar və
polisiklik aromatik karbohidrogenlər (benzopiren daxil olmaqla) çökür.
Sürtülmüş avtomobil təkərlərinin və azbestin hissəcikləri təhlükəli
çirklənmə törədir. Şəhərlərdə A.t.-ların mənbəyi kimya və yanacaq
energetika kompleksi, həmçinin avtonəqliyyat hesab edilir.
ASİDOFİLLƏR (lat. acidus - turş) – Turş reaksiyalı su və torpaq
məhlulu olan biosenozlarda yaşayan heyvanlar. Sirkə turşusu
bakteriyaları və süd turşusu bakteriyaları asidofil orqanizmlərdir. Bunlar
anaerob şəraitdə şəkərləri sirkə və süd turşusuna çevirir. Həmin
bakteriyaların bu xüsusiyyətindən sirkə turşusu istehsalında, süd
sənayesində, yemin siloslaşdırılmasında və s. istifadə edilir.
ASİDOFİTLƏR – turş torpaqlara üstünlük verən oksilofil bitkilər.
Bura asidohiqrofitlər, asidomezohiqrofitlər və asidomezofitlər daxildir.
Ali bitkilər arasında lüpin, sfaqnum və s. A.-ə aiddir.
ASİDOFOB ORQANİZMLƏR – çox turşuluğa davam gətirməyən
və yalnız qələvi mühitdə inkişaf edən (bazifil) orqanizmlər. Bəzi
bakteriyalar (məs. sidik cövhərini parçalayan bakteriyalar, həmçinin çu-
ğundur, yonca və lobya kimi ali bitkilər A.o.-dir).
ASPEKT (yun. Aspectus - görünüş) – vegetasiya dövrü ərzində
bitkinin inkişaf fazasının və bitmə şəraitinin dəyişilməsilə əlaqədar
fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları fəsillərə görə
dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişir. Bu çəmənlərdə,
bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. A.
müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. A. adətən, bitkilərdə
üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə
edilir. Məs. cilin quru yarpaqlarının qonur A-i, xoruzgülünün qızılı-sarı
A-i və s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
34
ASPEKTLƏŞDİRMƏ – ilin mövsüm tsikllərinin (erkən yaz, yaz,
yay, payız və qış) bitki və heyvan qruplarının xarakterinə, xarici
görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir
edilməsi.
ASSENİZASİYA – kanalizasiya olmayan yerlərdə təmizləmə
sistemi: əsasən çalalardan müxtəlif çirkab və tullantıların daşınması
üçün görülən tədbirlər. Müasir şəhərlərdə A.-ya ehtiyac aradan
qalxmışdır.
ASSİMİLYASİYA (yun. assimslatio) – bütün canlılara xas olan
proses, maddələr mübadiləsində tərəflərdən biri. A. daha bəsit
maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin əmələ
gəlməsidir. A. prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını,
böyüməsini, inkişafını və orqanizmin təzələnməsini təmin edir. Bütün
canlı təbiət üçün enerji mənbəyi günəş şüalarıdır. Yalnız avtotrof
orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş
enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi
birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır.
ASSOSİASİYA (yun. associatio - birləşmə) – fitosenozun, yaxud
biosenozun əsas təsnifat vahidi. Quruluşu, növ tərkibi, maddələr
mübadiləsi, torpaq örtüyü eyni olan, həm orqanizmlərlə, həm də
orqanizm ilə mühit arasında qarşılıqlı əlaqələri oxşar olan fitosenozlar
birliyi. A. relyef, su və torpaq şəraitinin dəyişilməsi, habelə bilavasitə
(ot biçini, meşənin məhv edilməsi və s.) və ya dolayı təsir (mal-qara
otarılması) nəticəsində kökündən dəyişilə bilər. İlkin və törəmə A.-lar
ayırırlar. A.-lar adi hakim bitkilərə görə müəyyən edilir. A.-nın
öyrənilməsi bitki örtüyü sahələrinin yararlılıq dərəcəsini, onların
səmərəli istifadəsi və yaxşılaşdırılması yollarını müəyyən etməyə imkan
verir. İri miqyaslı bitki örtüyü xəritələri çəkildikdə ayrı-ayrı A.-lar,
miqyas kiçildikdə isə A. birlikləri göstərilir.
ASTMA – nəfəsalmanı çətinləşdirməkdə özünü göstərən
allergiyanın variantlarından biri.
ASTROBİOLOGİYA – Kainatda həyatın hər cür təzahür
formalarını öyrənən elm sahəsi. A. astronomiya, biologiya və biokimya
nailiyyətlərinə əsaslanır. Bəzi məsələləri isə insanın kosmik fəzaya fəal
müdaxiləsi nəticəsində meydana gəlmiş kosmik biologiya və kosmik
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
35
tibb ilə birlikdə həll edir.
AŞI BİTKİLƏRİ – sənayedə istifadə etmək üçün tərkibində kifayət
qədər aşı maddələri və tannidlər olan bitkilər. Tannidlər bitkilərin ən
mühüm biokimyəvi reaksiyalarında iştirak edir, həmçinin bitkiləri
heyvanların yeməsinə (məhv etməsinə), bitki toxumlarında parazit
göbələklərin və bakteriyaların inkişafına mane olur. Azərbaycanda,
əsasən, nar qabığı, dəvədabanı kökü, sumaq yarpağı və şabalıdın
qərzəyindən istifadə edilir. A.b. həm də dərman, boyaq və yeyinti
sənayesi üçün xammaldır.
AŞINMA – Yer səthində və onun ən üst qatlarında süxurların fiziki,
kimyəvi və bioloji amillərin təsirilə parçalanması və kimyəvi dəyişməsi
prosesi.
Fiziki A. temperaturun dəyişməsi, su, külək və bitki köklərinin təsiri
ilə süxurların kövrəkləşməsi, mexaniki parçalanmasıdır. Kimyəvi A.
hava, su və üzvi aləmin kimyəvi aktiv birləşmələrinin (O
2
, SO
2
və s.)
təsiri ilə süxurların kimyəvi dəyişməsidir. A. bitkilərin və heyvanların
həyat fəaliyyəti nəticəsində süxurların mexaniki dağılmasına və ya
kimyəvi dəyişilməsinə deyilir. A. relyef prosesində böyük rol oynayır.
ATLAS (coğrafi) – müəyyən sistemlə yığılıb, ümumi proqram
əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafiya xəritələri
məcmuəsi. A.-dan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur.
“Dünyanın fiziki atlası” (1964), “Dünyanın kiçik atlası” (1975),
“Azərbaycanın atlası” (1949, 1963) nəşr olunmuşdur. Azərbaycan
respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərb. MEA akad.
Həsən Əliyev adına Coğrafiya institutu nəşrə hazırlamışdır.
ATMOBİONTLAR – meşə döşənəyinin üst qatında həyat sürən
növlər, bitkilərin aşağı hisələrinə qalxma qabiliyyətinə malik olub iri
ölçülü, tam inkişaf etmiş gözləri, nisbətən uzun çıxıntıları (antenna
ayaqlar və hoppanma qarmağı) olur.
ATMOSFER (yun. atmos – buxar və spharia - təbəqə) – yerin
hava-qaz təbəqəsi. A. başlıca olaraq azot (78%), oksigen (21%) və
arqondan (1%-ə qədər) ibarətdir. Karbon qazı – 0,03%, hidrogen,
helium, kripton, ksenon, neon və s. qazlar 0,01% təşkil edir. A.-in alt
sərhədi qurunun səthi (okean səviyyəsi) hesab olunur, üst sərhədinin
hündürlüyü 1300 km-ə qədərdir. Yuxarı qalxdıqca A. seyrəkləşir,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
36
təzyiqi düşür və tərkibi dəyişir.
Hazırda A. beş əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir.
Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda
12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinin
təqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir,
onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir.
Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdən
yuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir.
Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir.
ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdə
səs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiq
edir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı
təbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs
dalğalarının yayılmasını və s.-ni öyrənir.
ATMOSFER AMİLİ – atmosferin fiziki vəziyyəti və kimyəvi
tərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi,
çirklənməsi və i.a.).
ATMOSFER ÇÖKÜNTÜLƏRİ (YAĞINTILARI) – buludlardan
damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer
səthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı
düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yer
kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda
yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı
110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava
və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük
əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və
s.) ölçülür.
ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi
tərkibi ilə
əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi,
çirkləndiricilərin olması).
ATMOSFER FİZİKASI – atmosferdə baş verən fiziki proses və
hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini,
onların radiasiyasını udması və şüalandırmasını və buxarın
kondensasiyasını, buludların və yağıntıların əmələ gəlməsini,
atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
37
hadisələr arasındakı asılılığı və s. öyrənir.
ATMOSFER TƏZYİQİ – atmosferin Yer səthinə və cisimlərə
etdiyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə
qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760
mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni
ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə
ölçülür.
ATMOSFERİN ÇİRKLƏNMƏSİ – havaya fiziki agentlərin, kim-
yəvi maddələrin və ya orqanizmlərin daxil edilməsi, həyat mühitinə pis
təsir göstərir və ya maddi sərvətlərə zərər yetirir.
ATMOSFERİN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ – atmosferin
çirkləndiricidən təbii proseslər yolu ilə çökməsi və atmosfer yağıntıları
ilə yuyulması.
ATMOSFERİN RADİOAKTİVLİYİ – atmosferdə təbii və süni
mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivliyə yer
qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu
göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii
radioaktivliyin mənbəyinə həmçinin kosmik şüalar aiddir. Radioaktiv
izotopların antropogen mənbələri – nüvə partlayışı, atom energetikası və
sənaye sayılır. Atmosferdə radioaktiv maddələr əsasən aerozollarda (tüs-
tü, dumanın hissəciklərində) toplanır. A.r. üzrə müşahidələr bir çox
ölkələrdə aparılır.
Dostları ilə paylaş: |