Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
1
EKOLOJİ LÜĞƏT
A
B
C
Ç
D
E
Ə
F
G
H
X
İ
K
Q
L
M
N
O
Ö
P
R
S
Ş
T
U
Ü
V
Y
Z
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
2
A
ABADLAŞDIRMA (ərazini) – hər hansı bir sahədə əhalinin yaşayışı,
işləməsi və istirahəti məqsədilə texniki və estetik şərait yaratmaq (məs.
suyun, kanalizasiyanın çəkilməsi, cığır açmaq, parkda skamyalar qoymaq,
bədii, mənzərəli guşələr düzəltmək və s).
ABİOGENEZ – termin Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir:
ilkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı
orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi prosesi.
ABİOSFER – Litosferin canlı orqanizm və biogen maddələrin
təsirinə məruz qalmayan qatı.
ABİOTİK AMİLLƏR – Canlı orqanizmlərə təsir göstərən qeyri-
üzvi mühit şəraitinin məcmusu. A.a. kimyəvi (atmosferin, dəniz suları-
nın, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim
(temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, kosmik radiasiya,
günəş radiasiyası və s.) amillərinə bölünür. A.a.-in canlı orqanizmlərə
təsirini ekologiya elmi öyrənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın
strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir
göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş
A.a.-ri nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
ABİOTİK MÜHİT – bax: abiotik amillər
ABİSESTON – suda asılı vəziyyətdə qalan abiotik hissəciklər.
ABİSSAL SAHƏ (yun. Abussos – dibsiz) – okean dibinin 2500-m-
dən dərin olan sahəsi (6000-7000 m-ə qədər). Bu sahə qaranlıq olub,
temperaturu daima aşağıdır, bitkisi bəzi bakteriyalardan və bir neçə növ
saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük
gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.
ABLYASİYA (lat. ablatio – aparılma) – 1) isti qazın axını ilə bərk
cismin səthindən maddələrin aparılması (texn); 2) buzlağın və qar
örtüyünün əriməsi və buxarlanması nəticəsində kütləsinin azalması.
ABORİGEN NÖVLƏR, AVTOXTONLAR (lat. aborigine -
başlanğıcdan) – başlanğıcdan təkamül prosesində yarandığı yerdə
hazırda da yaşayan orqanizmlər (flora və fauna)olub çox vaxt relikt növ-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
6
lərdir. Məsələn, Avstraliyada evkalipt. Flora və faunanın analizi vaxtı
genoelementlərin xüsusi qrupunu birləşdirir. 2) müəyyən ərazinin
qədimdən məskunlaşan ilkin sakinləri (əhalisi).
ABRAZİYA (lat. Abrasio – qazıma) – dalğanın və yaxud lə-
pədöyənlərin təsirilə iri su hövzələrinin (dəniz, göl, su anbarı)
sahillərinin və sahilyanı dib hissəsinin dağılıb uçulması.
ABRAZİYA SAHİLLƏRİ – abraziya prosesləri nəticəsində
yaranan sahillər (terraslar).
ABSORBSİYA – cismin bütün həcmi ilə maddəni udması.
AÇIQ EKOLOJİ SİSTEM – ətraf mühitdə həm maddələrlə, həm
də enerji ilə mübadilə aparan sistem. A.e.s.-ə bütün təbii ekosistemlər və
aqrosenozlar aiddir.
AÇIQ DAĞ-MƏDƏN İŞLƏRİ – faydalı qazıntılar istehsalı ilə
əlaqədar birbaşa yer səthində görülən kompleks işlər.
AÇMA SÜXURLAR – faydalı qazıntıların açıq üsulla çıxarılması
zamanı onları örtən və istismar ərəfəsində kənara atılan faydasız
süxurlardan ibarət töküntülər. Gələcəkdə aparılması nəzərdə tutulan
rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən
və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır.
Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxurların
bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir.
ADA – qurunun, hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən
xeyli kiçik hissəsinə deyilir. Bütün qurunun 9,9 mln km
2
-ni A.-lar təşkil
edir.
ADA EKOSİSTEMLƏRİ – dəniz və göl adalarının ekosistemləri.
ADA FAUNASI – təcrid olunmuş quru sahəsinin (adanın) faunası.
A.f-nın xüsusiyyətləri adanın mənşəyi və onun materikə uzaq-yaxınlığı
ilə əlaqədardır. Materikdən uzaqda vulkan nəticəsində yaranmış okean
adalarının faunası çox kasıbdır; çünki belə adaların faunası hava ilə,
yaxud üzən əşya üstündə keçən heyvanlar hesabına yaranır. Materik
adalarında endemik növlər çox olur; Məməlilər (Filippin camışı, poni və
s.) materiklərdən kiçik, quşlar və sürünənlər (varan, tısbağa) isə çox
zaman iri olur. A.f. insan fəaliyyəti nəticəsində çox tez dəyişərək, əv-
vəlki şəklini və xarakterik əlamətlərini itirir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
7
ADA FLORASI – təcrid olunmuş quru sahəsinin (adanın) florası.
A.f. adanın təcrid dərəcəsindən, müddətindən və floranın inkişaf
şəraitinin xüsusiyyətindən asılıdır. A.f.-nın növləri materiklərlə
müqayisədə sayca az olur. Materikə yaxın adalarda (məs. Yapon
adalarında) endemiklər nisbətən azdır. Materik mənşəli iri adaların
(İndoneziya, Filippin adaları) florası, növlərinin sayına görə çox vaxt
materik növlərindən geri qalmır, adətən, endemiklərin inkişaf
səviyyəsinə görə onlardan üstün olur.
ADA İQLİMİ – yay və qış temperaturları nisbətən az fərqlənən
iqlim.
ADAPTASİYA (yun. adaptation - uyğunlaşma) – orqanizmlərin
(fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların
orqanlarının mühit şəraitinə uyğunlaşması. Bioloji A. bir çox nəsillərin
ömrü boyu dəyişilən mühit şəraitinə uyğunlaşması. (məs. soyuğun təsiri
ilə heyvanlarda tük, yaxud yunun uzanması), fizioloji A. mühit şəra-
itinin nisbətən qısamüddətli dəyişikliklərinə orqanizmlərin sürətlə
uyğunlaşması (məs. dəyişilən işıq şəraitində gözün əşyanı aydın
seçməsi, orqanizmlərin ancaq atmosfer təzyiqi şəraitinə uyğunlaşması
və s.).
Mühitin dəyişilməsi ilə əlaqədar yeni keyfiyyət dəyişikliyi kimi
meydana çıxan A. bitki və heyvan orqanizmləri arasında geniş yayılmış-
dır.
ADAPTASİYA SİNDROMU – orqanizmin xarici faktorların stres
təsirinə reaksiyasını səciyyələndirən ümumi dəyişikliklərin məcmusu,
bax. stres.
ADAPTİV SİSTEM – ətraf mühitin dəyişilmiş şəraitinə
uyğunlaşmağa qabil olan sistem.
ADAPTOGENLƏR – sağlamlar üçün dərmanlar-adaptasiya
xassələri daşıyan təbii dərman bitkiləri: yuxunu normaya salır, həyat
tonusunu canlandırır, ekstremal şəraitdə iş qabiliyyətini artırır,
infeksiyaya qarşı davamlılığı yüksəldir, emosional (stres) yükün
qarşısını alır. A.-dən aşağıdakıları göstərmək olar: uzaq şərq jenşeni, çin
limonniki (şizandra), eleuterokokku və s. Amerikanın herbalayf
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
8
(Nervalife) firmasının hazırladığı «Kişi faktoru”» və «şizandra»” prepa-
ratlarının hazırlanmasında bu bitkilərdən istifadə edilmişdir.
ADRENALİN – böyrəküstü vəzinin hormonu, oksigendən istifadəni
və arterial təzyiqi yüksəldir, maddələr mübadiləsini stimullaşdırır.
ADSORBSİYA – qaz və ya məhluldan hər hansı maddənin maye və
ya bərk cismin (adsorbentlərin) səth təbəqəsi ilə udulması prosesi.
Havaya qarışmış xlor qazını aktiv kömürün udması A.-ya misal ola
bilər. A. dərəcəsi götürülən adsorbentin xassələrindən, A. edilən
maddənin təbiətindən və temperaturundan asılıdır. Temp-r yüksəldikcə
A. zəifləyir. A. hava və qazların təmizlənməsində (məs. əleyhqazda), tez
uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv
maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmizlənmə-
sində, poliqrafiya, radioelektronika və s-də tətbiq olunur. A. hadisəsi
təbiətdə geniş yayılmışdır.
ADVENTİVLİK (lat. adventicus - yad) – hər hansı bir növün digər
qruplaşmadan və ya yayıldığı yerdən gəlməsi (immiqrasiyası).
ADVENTİKATOR – müəyyən qruplaşmaya təsadüfən daxil olan
növ. (biol.)
ADVENTİV ORQANİZMLƏR – insan tərəfindən təsadüfən və ya
müəyyən məqsədlə digər iqlim zonalarından başqa şəraitə (həmin
vilayət üçün yeni şəraitə) gətirilən bitki və heyvanlar.
AERASİYA (yun. aerhava) – havadəyişmə, havanı oksigenlə
zənginləşdirmə.
1) Suyun A.-Sı – suyu oksigenlə zənginləşdirmək, suyu zərərli
qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək,
həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və
digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini
təmin etmək üçün tətbiq olunur.
2) Torpağın A.-sı – torpaq havası ilə atmosfer havası arasında qaz
mübadiləsi. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və
mikroorqanizmlərin tənəffüsünə lazım olan oksigenlə, yerə yaxın hava
təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə
zənginləşir. Torpaq xırda dənəvər strukturlu olduqda A-ya əlverişli
şərait yaranır və bitki daha yaxşı inkişaf edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
9
AEROBİOLOGİYA – aqrobiontları öyrənən biologiya elmi.
AEROBİOSFER – Atmosferin canlı orqanizmlərin daim olduğu və
özləri üçün əlverişli substratda normal yaşayıb artdığı yerüstü qatı. (yer
səthindən 6-7 km-ə qədər hündürlükdə).
AEROBLAR, AEROB ORQANİZMLƏR (aero və bios – həyat) –
Üzvi mənşəli maddələrin oksidləşməsi yolu ilə sərbəst oksigen olan
şəraitdə inkişaf edə bilən orqanizmlər. Demək olar ki, bütün heyvanlar,
bitkilər, insan, habelə mikroorqanizmlərin çoxu aerob orqanizmlərdir.
AEROBİOS – sərbəst oksigenli mühitdə həyat. A. heyvanların və
mikroorqanizmlərin böyük əksəriyyəti üçün xarakterikdir.
AEROFİTLƏR – özlərinə lazım olan qida maddələrini yalnız
atmosferdən alan bitkilər. Bura çiçəkli bitkilərdən səlbkimilər və
bromeliya fəsilələrinə mənsub bütün epifitlər, sporlulardan – ağac
qabığı, gövdəsi və budaqları. eləcə də torpağın üstündə inkişaf edən bəzi
mamır, yosun və şibyə növləri daxildir. A. başqa bitkilərin üzərində
olduğuna baxmayaraq, müstəqil qidalanır. Yağıntısız dövrlərdə aerofit
şibyə və mamır tamamilə quruyur, lakin məhv olmur, əlverişli şəraitdə
yenidən inkişafa başlayır.
AEROFOTOŞƏKİLÇƏKMƏ – təyyarə, vertolyot və digər uçuş
cihazları ilə Yer səthinin fotoşəkillərinin çəkilməsi, A. irimiqyaslı (10
000-dən çox), ortamiqyaslı (10 000-30 000) və kiçik miqyaslı (30 000-
dən kiçik) aparılır. Ərazinin təyyarədən çəkilməsi paralel marşrutla
aparılır. Bu marşrutların bir-birindən uzaqlığı elə müəyyən edilir ki,
qonşu marşrutlara aid aeroşəkillər, orta hesabla, bir-birini 30
% (eninə
örtmə), bir marşruta aid qonşu şəkillər isə bir-birini 60
% (uzununa
örtmə) örtsün.
Aerofotoşəkillərə əsasən şəkil montaj edilir və fotosxem qurulur.
Fotosxem şəkillərin mərkəz hissələrindən qarışdırılmış bütün ərazinin
aeroşəklini verir.
AEROŞƏKİLLƏRİN DEŞİFRLƏNMƏSİ – aeroşəkil əsasında
Yer səthinin öyrənilməsi üsullarından biri. A.d-də rəngli aerofotoşəkil,
zərrəbin, parallaktik xətkeş, stereoskop və s-dən istifadə edilir.
Topoqrafik deşifrləşdirmə aerofotoşəkildəki sahənin təfsilatı (bitki
örtüyü, hidroqrafiya, yaşayış məntəqələri, yollar, sərhədlər və s.) və
relyefi ayırd edilib topoqrafik xəritədə göstərilir. Xüsusi deşifrləşdirmə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
10
isə geoloji, hidroloji, torpaqşünaslıq və s. məqsədlər üçün aparılır.
Geoloji deşifrləşdirmədə aerofotoşəkildə əks olunmuş geoloji obyekt,
süxur, faydalı qazıntı və b. geoloji xüsusiyyətlər ayırd edilir.
AEROFOTOTOPOQRAFİYA – aerofotoşəkilçəkmə materialları
əsasında topoqrafik xəritələrin tərtib üsullarını öyrənən elmi fənn.
AEROLOGİYA (yun. Aer – hava, logos - elm) – atmosferin yuxarı
qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları
təyyarə, şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə
qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar
vasitəsi ilə öyrənilir.
AEROPLANKTON – havada asılı halda olan mikroskopik
orqanizmlər.
AEROPONİKA – bitkinin hava mühitində torpaqsız yetişdirilməsi.
AEROSƏPİN – təyyarə və ya vertolyotdan xüsusi cihazlar ilə toxum
(qum vələmiri və b. ot toxumları) səpilməsi. Bəzi səhralarda qumları,
saksaul köklərini torpağa bərkitmək üçün istifadə edilir.
AEROSFER (aero – və yun. Spharia - kürə) – atmosfer və torpaq
havasından ibarət olan yer qabığı.
AEROTAKSASİYA – aerofotoşəkillərin köməyi ilə bitki
örtüyünün, xüsusilə meşələrin kəmiyyətcə
və keyfiyyətcə
qiymətləndirilməsi.
AEROTENTLƏR – Aerob (oksigen verməklə) mikroorqanizmlər
yerləşdirilən iri dənəvari materiallardan ibarət süzgəcdən keçirmək yolu
ilə çirkab suların bioloji təmizlənməsi üçün xüsusi qurğular.
AEROTOP (aero – və yun. Topos - yer) – ekosistemin daxili
atmosferi olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və
rejimi bilavasitə ekosistemin daxili komponentləri, hər şeydən əvvəl
bitki örtüyü və torpağın təsiri altda müəyyənləşir. Bununla yanaşı, A.
bütün atmosferin aşağı təbəqəsi olduğu üçün atmosferin xarici təsirlə-
rinə güclü məruz qalır. A-un kəmiyyət vəziyyətini və rejimini təsvir
etmək məqsədilə geniş kompleks göstəricilərdən istifadə olunur: günəş
radiasiyasının intensivliyi, küləyin sürəti, havanın temperaturu və rütu-
bətliyi, karbon qazının miqdarı və s.
AEROZOL (aero ...və – alm. Solum - kolloid məhlulu) – qaz
mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
11
hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava,
tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. A.-lar təbiətdə və insan
həyatında müsbət rol oynayır. Buludlar təbiətdə su dövranını təmin edir.
Bitkilərin çoxu çiçək tozcuqlarının A.-u ilə tozlanır, duru yanacaqlar və
bərk yanacaqların çoxu A. şəklində yandırılır, bitki ziyanvericilərinə
qarşı kimyəvi A-larla mübarizə aparılır.
Radioaktiv maddələr, silisium 4-oksid, alüminum oksid, qurğuşun,
xrom tozu və s. ilə qarışıq texniki aerozollar çox ziyanlı olub ağır
xəstəliklərə səbəb olur. Öskürmə və asqırma zamanı əmələ gələn
bakteriyalı A.-lar yoluxucu xəstəliklərin, o cümlədən qripin yayılmasına
səbəb ola bilər.
AEROZOL ÇİRKLƏNMƏ – havanın xırda dispers maye və bərk
maddələrlə çirklənməsi.
AEROZOL KATASTROF (FƏLAKƏT) – təbii (məs., vulkan
püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində
aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zo-
nasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer sət-
hinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin
(havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanla-
rın, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. A.k.
şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi
olarsa da baş verə bilər.
AFİLAKTİK RƏNG – heyvanlarda (quş, həşərat, balıq və s.) bəzək
vəzifəsini görən rənglər.
AFİLLİYA (yun. Phyllan - yarpaq) – iqlimin kserotermik şəraiti ilə
əlaqədar bitkinin yarpaqsız olması. Fotosintez funksiyasını bu zaman
gövdələr yerinə yetirir.
AFOTOBİOSFER (a... və yun. phos. - işıq) – biosferin günəş şüası
daxil ola bilmədiyi hissəsi (hidrosfer və litosfer daxilində).
AĞ GECƏLƏR – qütb dairəsi boyunca ilin yay fəslində müşahidə
edilən işıqlı gecələr. Yayda, bu zolaqda günəş az vaxt ərzində üfüq
arxasında olduğu üçün gecəyarısı da axşam şəfəqi kimi işıq olur. A.g.
maydan iyula qədər San-Peterburq, Oslo, Maqadan paraleli üçün adi
haldır.
AĞ YAĞIŞ – Qısa müddət ərzində yağan şiddətli yağış. A.y. ən çox
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
12
yayın əvvəllərində yağır. A.y. yağan zaman qismən buludsuz
göydənsaçan günəş şüaları onun dənələrini şəffaf göstərdiyi üçün, ona
A.y. adı verilib.
AĞ YEL – quru və isti külək. Yer kürəsinin quraq rayonlarında ilin
isti dövründə müşahidə olunur. Azərbaycanda, əsasən, Kür-Araz
ovalığında, Naxçıvan Muxtar respublikasında (hündürlüyü 1500 m-ə
qədər olan yerlərdə), Böyük və Kiçik Qafqazın dağətəyi hissəsində şərq
və cənub-şərq istiqamətində (sürəti bəzən 10 m/san və daha çox olur)
əsir, çox vaxt özü ilə quru çən gətirir. A.y. zamanı havanın temperaturu
bəzən birdən-birə 40-42
0
C-yə qalxır, nisbi rütubətlik isə 10-30
%-ə enir.
A.y. bitkilər üçün zərərlidir; onların inkişafını zəiflədir və bəzən məhv
edir. A.Y-ə qarşı əsas mübarizə vasitəsi tarlaqoruyucu meşələrin
salınması və aqrotexniki tədbirlərin aparılması hesab olunur.
AĞAC – qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitki.
Dendrologiyada ağaclar boylarına görə aşağıdakı təsnifata bölünür:
Hündür ağaclar-hündürlüyü 20 m-dən çox. Bura meşəəmələgətirən
ağaclar daxildir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın, qovaq, göyrüş,
qoz, şabalıd), ortaboylu ağaclar – boyu 10-20 m. (quşarmudu, söyüd, çöl
ağcaqayını), alçaqboylu ağaclar – boyu 7-10 m. (alma, yemişan, ardıc).
Dünyada ən hündür ağac olan Avstraliya evkalipti və kaliforniya
sekvoyası 140-150 m-dək ucalır. Müxtəlif ağacların diametri 12 sm-dən
160 sm-ə qədər dəyişir. Ən yoğun gövdəli ağac Afrika baobabıdır
(diametri 14 m-ə çatır). Yetgin meşə ağaclarının yaşı 120-160 ildir.
Respublikamızda yaşı 1000 ili ötən yoğun gövdəli çinar, palıd, azatağac
və qaraçöhrə ağacları mövcuddur.
AĞAC CİNSLƏRİ – ağac bitkilərinin cins və növləri. A.c.
iynəyarpaqlı (şam, küknar, ardıc və s.) və yarpaqlı (palıd, fıstıq, vələs,
cökə, ağcaqayın, qoz, şabalıd, qovaq, qarağac və s.) ağaclara bölünür.
Təsərrüfat əhəmiyyətinə görə meşə, meşə – meliorativ, dekorativ və
meyvə verən ağac cinsləri var. A.c.-nin işığa, istiliyə və su rejiminə
tələbatı müxtəlifdir. A.c. toxumla, pöhrə verməklə və kök biclərilə ço-
xalır. Meşəçilikdə əsas A.c. (palıd, fıstıq, cökə və s.), ikinci dərəcəli A.c.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
13
(çöl ağcaqayını, toz, titrək qovaq və s.), meyvəçilikdə isə tumlu (alma,
armud), çəyirdəkli (gavalı. albalı), qərzəkli (püstə, badam, qoz, şabalıd,
fıstıq). A.c. ayırırlar.
AĞAC KÖMÜRÜ – A.k. böyük məsaməliyə, inkişaf etmiş səthə
malikdir, ona görə də qaz və mayedə həll olan bəzi maddələri udmaq
(adsorbsiya etmək) qabiliyyətinə malikdir. A.k.-nün sıxlığı vahiddən
yüksək olub 1.25 q/sm
3
–a yaxındır.
AĞACDƏLƏNKİMİLƏR (Piciformes) – quşlar sinfinin bir
dəstəsi. 6 fəsiləyə ayrılır. 400-ə qədər növü var. Həşərat, həşərat sürfəsi,
quş yumurtası, meyvə, giləmeyvə və toxum yeyir.
Dostları ilə paylaş: |