Ağacdələnlər (Picidae) fəsiləsinin Azərbaycanda 7 növü (qara A.,
yaşıl A., iri ala A., orta ala A., xırda ala A., Suriya A.-i, ilanboyun A.)
var.
AĞACLARIN HALQALANMASI – ağacların qabığı və
floyemasının (alt qabıq) kəsilib çıxarılması, kambi qatının zədələnməsi.
120-200 yaşlı şərq palıdı ağaclarının halqalanmasına Kəlbəcər, Laçın,
Daşkəsən, Gədəbəy və digər meşə təsərrüfatlarının yuxarı dağ-meşə
zonasında rast gəlinir. Qanunsuz olaraq bu yolla ağaclar qurudularaq
ayrı-ayrı adamlar tərəfindən məhv edilir.
AĞCAQAYIN FƏSİLƏSİ (Aceraceae) – Avropada, Orta Asiyada,
Şərqi Asiyada, Mərkəzi və Şimali Amerikada 150 növü yayılıb. Ən
geniş yayılmış cinsi ağcaqayındır.
Ağcaqayın cinsi (Acer) – Asiya və Avropada 120 növü, Qafqazda
13, Azərbaycanda 7 növü məlumdur. Çöl ağcaqayını (A. campestre),
nəhəng və ya məxməri ağcaqayın (velutinum), gözəl ağcaqayın (A. Lae-
tum), Trautvetter ağcaqayını (A. Traytvettery), yalançı çinaryarpaq
ağcaqayın (A. Pseudoplatanus), Hirkan ağcaqayını (A. Hyrcanum),
İberiya ağcaqayını (A. ibericum), çinaryarpaq ağcaqayın (A.
platanoides), göyrüşyarpaq ağcaqayın (A. negundo) və Tatar ağcaqayını
(A. Tataricum).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
13
Sivriyarpaq ağcaqayın
Trautvetter ağcaqayını
AĞIR METALLAR – xüsusi çəkisi 4,5 q/sm
3
-dan artıq olan
kimyəvi elementlər. 40-dan artıq –qurğuşun, kadmium, civə, sink,
molibden, marqans, nikel, titan, kobalt, mis, vanadium, qalay və b.
A.m.-ın tərkibində insanın həyatı üçün vacib olan metallar (sink,
dəmir, marqans, mis) və orqanizm üçün toksik maddələr (kadmium,
civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib olan A.
m.-ın konsentrasiyası artıq olduqda onlar insan üçün təhlükəli olur.
İnsanın sağlamlığı üçün təhlükəliyinə görə A.m. 3 sinfə bölünür: I sinif
– arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink; II sinif –
kobalt, xrom, mis, molibden, nikel, antimon; III sinif – vanadium,
barium, volfram, marqans, stronsium. A.m. ətraf mühitə çirkab suları,
sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi
daxil olur.
AĞIR METALLARLA ÇİRKLƏNMƏ – Yer səthində qurğuşun,
civə, kadmium və digər ağır metalların lokal, regional və qlobal toplan-
ması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
14
AĞQANADLILAR (Aleyrodinea) – bərabərqanadlılar (Homoptera)
dəstəsindən həşərat yarımdəstəsi. Azərbaycanda 8 növü məlumdur. Bir
çox növü sitrus, tərəvəz, meşə, istixana və oranjereya bitkilərinin zərər-
vericisidir. A. yarpaqların alt tərəfində yaşayır, kölgə və nəm yerlərdə
ona daha çox təsadüf edilir. Mübarizə tədbirləri: bitkilərə insektisidlər
çilənir, oranjereyalar dezinfeksiya olunur.
AXAR GÖL – bulaqlardan su qəbul edən və axarı olan göl.
AXAR SU HÖVZƏSİ – su gəliri və çıxarı (axımı) olan su hövzəsi
(sututarı).
AXIM MODULU – çay hövzəsinin səthindən vahid zamandakı
axımın orta miqdarı. L (san-km
2
) ilə ifadə olunur. Eroziya prosesini sə-
ciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb
axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı mate-
rialların axım modulu) 1 km
2
sutoplayıcı sahədən axan sülb axının tonla
miqdarıdır.
AXIMIN NİZAMLANMASI – yamaclarda axımın maksimum zəif-
lədilməsi və torpağa hopdurulması üçün həyata keçirilən müxtəlif təd-
birlər sistemi. Axımın nizamlanması üçün yamaclarda müxtəlif aqrotex-
niki, fitomeliorativ tədbirlər həyata keçirilir, müxtəlif hidrotexniki
qurğular tətbiq edilir.
AXMAZ – çayın əyri-üyrü axıb öz yatağını düzəltməsi nəticəsində
qismən və ya tamamilə ayrılmış hissəsi. A.-lar ilk dövrdə göl şəklində
olur və çay daşqınları ilə qidalanır. A. çay daşdığı zamanı su olmadıqda
tədricən bataqlığa çevrilir və quruyur. Mingəçevir su anbarı tikilənədək
Kür çayının aşağı axınında A.-lar çox idi. Hazırda əksəriyyəti
qurudulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
15
Axmaz
AGELİOFİLLƏR – işıqsız şəraitdə yaşayan heyvanlar (mağarada,
dənizin dərinliklərində).
AKARİSİDLƏR (yun. akari - gənə) – ziyanlı gənələri məhv etmək
məqsədilə istifadə edilən kimyəvi maddələr.
AKKUMULYASİYA (GEOLOGİYA) (lat. Accumulatio -
toplanma) – axar su, buzlaq, dəniz, külək və vulkanların geoloji fəa-
liyyəti nəticəsində çöküntü, mineral və üzvü qalıqların quruda və su
hövzəsinin dibində yığılması. A.-nı yaradan geoloji amildən asılı olaraq
su, külək, buzlaq və s. A-lar olur. A. nəticəsində akkumlyativ relyef
əmələ gəlir.
AKKUMLYATİV DÜZƏNLİKLƏR – qurunun keçmişdəki çökək
sahələrinin çayların gətirdiyi materiallarla (çınqıl, qum, qumdaşı, gil və
s.) buzlaq çöküntüləri ilə, vulkan püskürmələri məhsulları və eol
çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklər.
AKLİMAKS – biotik və abiotik mühitin dəyişkənliyi nəticəsində
biosenozun davamsızlıq vəziyyəti.
AKRODENDROFİL HEYVANLAR –
əsasən ağacların
çətirlərində yaşayan orqanizmlər. (müxtəlif həşəratlar, çətirlərdə yuva
quran quşlar və s.).
AKROFİL BİTKİLƏR – dağ-alp zonasını üstün tutan bitki
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
16
qrupları.
AKSELERASİYA – fərdlərin böyümə və yetişməsinin kəskin
tezləşməsi, həmçinin onların ölçüsünün artması. İnsan cəmiyyətində
akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi
altında gedir.
AKTİNOMETRİYA (yun. aktis - şüa) – 1) işığın intensivliyinin öl-
çülməsi; 2) meteorologiyanın atmosfer şəraitində günəş, yer və atmosfer
şüalanmasını öyrənən bölməsi.
AKTİV TEMPERATUR – bu və ya digər bitki və heyvan
növlərinin yayılmasını təyin edən temperaturlar.
AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR – məsaməli strukturlu yüksək
dərəcəli adsorbsiyalı kömür. Havada və suda olan zərərli maddələrin
udulması üçün süzgəclərdə (filtrlərdə) istifadə olunur.
AKTİVLİK SƏRHƏDİ – aktiv həyat mümkün olan hədd daxilində
hər hansı bir faktorun optimal zonası.
AKULTUR LANDŞAFT – insanın səmərəsiz fəaliyyəti nəticəsində,
yaxud qonşu landşaftın əlverişsiz təsirilə əmələ gələn landşaft.
AKUSTİK TRAVMA – eşitmə orqanlarının həddən artıq güclü
səsin təsirindən zədələnməsi. A.t. nəticəsində daxili qulaqda baş verən
ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur.
Profilaktikası: istehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər.
AKVAKULTURA (lat. agua - su) – su mühitində yetişdirilən faydalı
orqanizmlər, o cümlədən marikultura (dəniz akvakulturası) – dəniz, liman
və estuariyalarda faydalı yosun, malyusk, balıq və digər orqanizmlərin
yetişdirilməsi.
AKVATORİYA (yun. Agua – su) – su səthinin müəyyən bir
sahəsi.
AQAMİYA – cinsi prosesin yox olması.
AQLOMERASİYA – olduqca çoxlu miqdarda insanların,
heyvanların, yaşayış məntəqələrinin və s.-nin toplanması, sıxlaşması.
Adətən, A. – neqativ ekoloji əhəmiyyət daşıyır.
AQREQASİYA (yun. aggrego – birləşdirirəm) müxtəlif və eyni
canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar
(həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) A-dan yem əldə etmək,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
17
yırtıcılardan və əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün
istifadə edirlər.
AQRESSİV SU – metal, beton və s-nin dağılmasına səbəb olan
tərkibində kimyəvi maddələr saxlayan su. Tərkibində xlorid, sulfat
turşusu və amonyak duzları olan su xüsusilə aqressiv sayılır.
AQRİKULTUR LANDŞAFT, K.T. LANDŞAFTI – səpin, əkin,
bağ və meşə əkinlərindən ibarət landşaft.
AQROBİOGEOSENOZLAR (AQROBİOSENOZLAR,
AQROSENOZLAR) – insan tərəfindən dəyişdirilən və ya yaradılan
törəmə biogeosenozlar (tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları,
qoruyucu meşə zolaqları, güllük və s.). A. qurunun 10
%-ə kimi olub
qida enerjisinin 30
%-ni təşkil edir.
AQROBİOLOGİYA – biologiya sahəsində bitkiçiliyə və
heyvandarlığa bilavasitə aid olan biliklər məcmusu.
AQROFİZİKA – AQRONOMİK FİZİKA – bitkilərin xarici
mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat me-
todlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs
edən elm.
AQROFİTLƏR – kənardan gətirilərək (introduksiya olunan)
aqrobiosenoz kimi becərilən bitki növləri.
AQROFİTOSENOZLAR – İnsan tərəfindən səpin və ya əkinlə
süni yaradılan bitki qrupları. A.-nın tərkibinə mədəni və alaq bitkiləri
daxil olur. Taxıl, tərəvəz, meyvə və texniki bitkilərin səpini və əkini A.-
ra misal ola bilər. A. mədəni fitosenozun ayrıca tipi olub
aqrobiosenozun əsasını təşkil edir.
AQROGEOLOJİ RAYONLAŞMA – A.r. taksonomik vahidlərin
iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, aqroekoloji vilayət,
aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi
bölgülərə malikdir.
– Aqroekoloji sinif – zonal torpaq tipinin və ya bir neçə tipin
üstünlüyü ilə səciyyələnən üfüqi və ya şaquli istiqamətdə yayılmış ərazi
respublikamızda iki sinif – dağlıq ərazilər və düzənliklər ayrılır.
– Aqroekoloji vilayət – Aqroekoloji sinif daxilində iri oroqrafik
elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazi vahidi.
Aqroekoloji rayon – kompleks aqroekoloji şəraiti (torpaq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
18
örtüyünün strukturu, onun relyefdən asılı olaraq paylanması, mezo və
mikroiqlim şəraiti və s.) ilə səciyyələnən vilayət daxilində hissə.
Aqroekoloji yarımrayon – A.r. daxilində bir hissə, ayrı-ayrı
mədəni bitki sortlarının becərilmə şəraiti, istehsalın dar ixtisaslaşması
ilə səciyyələnir.
Aqroekoloji qrup – rayon və yarımrayonun bir hissəsi olub, yaxın
bonitet bala malik torpaq taksonomik vahidləri birləşdirir. Azərbaycan
respublikasının iyerarxiya sistemi üzrə aqroekoloji rayonlaşdırılması
cədvəldə verilir. (Məmmədov, 1998).
AZƏRBAYCAN RESPUBLİKASININ AQROEKOLOJİ
RAYONLAŞMASI
Aqroek
oloji
sinif
Aqroek
oloji
vilayət
Aqroekoloji
Rayonlar
Aqroekoloji
yarımrayonlar
Aqroekoloji
qruplaşma
1.
Dağlıq
A.
Böyük
Qafqaz
4. Üzümçülük
Ağ-şanı, qara-
şanı və s.
I. Əla torpaqlar
80 baldan
yuxarı
5.
Tərəvəzçilik
Kələm,
pomidor, xiyar
və s.
B.
Kiçik
Qafqaz
6. Meyvəçilik
Alma, armud və
s.
II. Yaxşı
torpaqlar, 60-80
bal
8.
Taxılçılıq
Bərk buğda,
yumşaq buğda
və s.
V. Nax-
çıvan
MR
3. Tütünçülük
Trobzon və s.
III. Orta 40-60
bal
Q. Talış
7. Subtropik
bitkilər
Nar, feyxoa, ən-
cir və s.
IV. Aşağı 20-40
bal
8.
Çayçılıq
9.
Otlaq Qış və yay
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
17
10.
Meşə
Palıd, vələs,
fıstıq və s.
II.
Düzən
D. Kür,
Araz
ovalığı
1. Pambıqçılıq Zərif lifli
V. şərti
yararsız, 20
baldan aşağı
Qeyd: Hər rayon və yarımrayon torpaq xassələrinə görə 5 qrupa bölünür.
AQROEKOLOGİYA, AQROSENOLOGİYA, aqrorekologiya,
mədəni fitosenologiya – aqrosenozlar və ya mədəni ekosistemlər
haqqında elm. A. aqrosenozlarda birgə məskunlaşmağa uyğunlaşan
orqanizmlər arasındakı əlaqəni, bir-birinə təsirini, mühitin onlara
təsirini, hər hansı bir biosenoloji mühitin yaranmasında orqanizmlərin
rolunu, həmçinin aqrosenozların strukturunu, tiplərini, məhsuldarlığını
və rayonlaşdırılmasını tədqiq edir. A-nın ümumi məqsədi – biosenoloji
qanunauyğunluqlardan istifadə etmək, mədəni bitkilərin məhsuldarlığını
və keyfiyyətini yüksəltməkdir.
AQROEKOSİSTEM – kənd təsərrüfat məhsulları əldə etmək üçün
becərilən bitkilərin altında olan ərazi sahələrini birləşdirən ekoloji
sistem. Aqroekosistemin tərkibinə daxildir: canlı aləmi ilə birlikdə
(heyvanat aləmi, yosun, göbələk, bakteriyalar) torpaq; tarlalar –
aqrosenozlar; heyvanlar; təbii və yarımtəbii ekosistemlər (meşə, təbii
yem sahələri, su hövzəsi); insan.
AQROEKOSİSTEMİN QİDA SAHƏSİ – Becərilən bitkinin bir
fərdinə düşən orta sahə.
AQROİQLİM EHTİYATI – k.t.-nın inkişafı üçün tələb olunan
iqlim elementlərinin göstəriciləri.
AQROİQLİMŞÜNASLIQ – iqlimi kənd təsərrüfatı (k.t.)
istehsalatının tələblərinə uyğun öyrənən elm. Kənd təsərrüfatı
bitkilərinin istilik və rütubətlə tə’min olunma dərəcəsinin müəyyən
edilməsi, aqrotexniki qaydaların, meliorasiya tədbirlərinin
əsaslandırılması, mikroiqlimin yaxşılaşdırılması, xarici mühitin məhsula
tə’siri məsələləri ilə məşğul olur. A. eyni zamanda quraqlıq, donvurma
və s. zərərli təbii hadisələri öyrənir və onlara qarşı mübarizə tədbirlərini
müəyyən edir. A-ın son məqsədi k.t.-nın ayrı-ayrı sahələrinin
planlaşdırılmasına, düzgün yerləşdirilməsinə, məhsuldarlığın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
19
artırılmasına kömək etməkdir.
AQROKİMYA – Torpağın kimyəvi tərkibi ilə kənd təsərrüfatı
bitkiləri arasındakı əlaqəni öyrənən elmi fənn. A.-nın məqsədi kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və alınan məhsulun
keyfiyyətini yaxşılaşdırmaqdır.
AQROKİMYƏVİ LABORATORİYA – torpaq, bitki və
gübrələrin aqrokimyəvi analizini yerinə yetirən analitik laboratoriya.
AQROLANDŞAFT – 1) antropogen landşaft; 2) kənd ərazisinin
peyzajı.
AQROMELİORASİYA
– aqroekosistemlərdə bioloji
məhsuldarlığı (kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq
məhsullarını) yüksəltmək məqsədilə torpaq,hidroloji və iqlim şəraitini
optimallaşdırmaq üçün təşkilatı-təsərrüfat və texniki tədbirlərin həyata
keçirilməsi.
AQROMETEOROLOJİ PROQNOZ – Kənd təsərrüfatı (k.t.)
bitkilərinin böyüməsinə, inkişafına və məhsulun əmələ gəlməsinə tə’sir
edən mühüm aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsi. A.p.
əlverişli hava şəraitindən istifadə etməyə və k.t. bitkilərini əlverişsiz
hava şəraitindən qorumağa imkan yaradır. A.p.-u mərkəzi və ya yerli
hidrometeoroloji xidmət idarələri verir.
AQROMETEOROLOJİ XİDMƏT – Kənd təsərrüfatı bitkiləri
yetişdirmək üçün iqlim şəraiti vəziyyətinin təbii və antropogen
dəyişilməsinə nəzarət xidməti, k.t. əhəmiyyətli meteoxidmət.
AQROMETEOROLOGİYA – meteoroloji amillərin bitkiyə və
k.t. heyvanlarına tə’sirini, bu amillərin k.t.-na vurduğu zərərin qarşısını
almaq metodlarını tədqiq edən elm.
AQROMEŞƏMELİORASİYA – Kənd təsərrüfatı üçün əlverişsiz
təbii
şəraitin yaxşılaşdırılmasına yönəldilən və sahələrinin
məhsuldarlığının yüksəlməsini tə’min edən meşəçilik tədbirləri
sistemidir; meliorasiyanın bir növüdür. A. qoruyucu meşələrin
torpaqqoruyucu, sutənzimedici və digər mühit qoruyucu xassələrindən
istifadə olunmasına əsaslanır. A.-nın obyekti k.t. sahələridir. Tarlaqoru-
yucu meşə zolaqları tarlalarda mikroiqlimi yaxşılaşdırır, küləyin sürətini
zəiflədir, səthi axım azaldır, eroziyanın qarşısını alır və bununla da
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
20
bitkinin inkişafı üçün şərait yaxşılaşır, onun məhsuldarlığı yüksəlir.
Otlaqlarda meşə zolaqları üçün şəraiti yaxşılaşdırır, qumluqları
bərkidərək istifadə olunmayan torpaqları kənd təsərrüfatı dövriyyəsinə
daxil etməyə imkan yaradır.
AQRONOMİYA – kənd təsərrüfatı bitkilərinin becərilməsi
üsullarını və qanunlarını tədqiq edən elmi fənnlərin (əkinçilik,
aqrokimya, aqrofizika, bitkiçilik, seleksiya, toxumçuluq, fitopotologiya,
kənd təsərrüfatı entimologiyası, bitki mühafizəsi, kənd təsərrüfatı
meliorasiyası) məcmusu.
AQROSENOLOGİYA – aqrosenozlar haqqında elmi fənn.
AQROSENOTİK POPULYASİYA – aqrosenozlarda mədəni
növlərin və sortların fərdlərinin məcmusu.
AQROSTOLOGİYA – botanikanın otları öyrənən sahəsi; otlar
haqqında elm.
AQROTEXNİKA – kənd təsərrüfatı bitkilərinin becərilməsi
qaydaları sistemi, əkinçilik texnologiyası. A.-nın vəzifəsi – məhsul
vahidinə minimum əmək və vəsait sərf etməklə k.t. bitkilərindən yüksək
məhsul alınmasını təmin etməkdir. A.-ya torpağın gübrələnməsi,
becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə
qulluq, k.t. bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul
yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarma və s. daxildir.
ALACƏHRƏLƏR (Janiidae) –sərçəkimilər dəstəsinin quş fəsiləsi.
67 növü məlumdur. Həşərat, xırda sürünənlər, siçanabənzər gəmiricilər,
xırda quşlar və quş balaları ilə qidalanır. Azərbaycanda 4 növü var: adi
A., alnıqara A., qırmızıbaş A. və boz A. Kənd təsərrüfatı və meşə
təsərrüfatı ziyanvericilərini qırdığı üçün xeyirlidir.
ALAQ – Becərilən bitkilər arasında özbaşına bitən bitki.
Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində
müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz
əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. A. əkinçiliyə böyük
zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun,
işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait
yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; A-lı yerlərdə kənd
təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
21
Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə
əsas yer tutur.
ALARMİZM – insanın təbiətə təsiri nəticəsində əmələ gələn
təhlükəli vəziyyəti aradan qaldırmaq üçün “təbiət-cəmiyyət” sisteminin
optimallaşdırılması üçün təcili olaraq həyata keçirilən həlledici
tədbirlərin zəruriliyi.
ALBEDO (lat. Albedo - ağlıq) – səthin işıqqaytarma qabiliyyətini
səciyyələndirən kəmiyyət. Səthdən əks olunan işıq selinin həmin səthə
düşən selə nisbəti ilə ölçülür.
Astronomiyada A. beş növdür və onlara özü işıq saçmayan göy
cisimlərinin xarakteristikası kimi baxılır: müstəvi A., sferik A., həndəsi
A., təsviri A. və görünən A.
Yerin, okean və dənizlərin vizual müstəvi A-su 0,03, təzə qarla
örtülmüş səthin və buludlarınkı 0,9, yaşıl bitki örtüklərininki 01-03-dür.
ALGİSİDLƏR – Arzu olunmayan alqofloranı məhv etmək,
həmçinin suyun “çiçəkləməsi” ilə mübarizə məqsədilə işlədilən kimyəvi
maddələr. A. kimi çox vaxt mis-sulfat, ammiakat-mis və istehsalat sidik
cövhərindən (diuron, majuron və s.) istifadə edilir.
ALKOQOLİZM – spirtli içkilərdən sui-istifadə etmək; insanın
sağlamlığına və iş qabiliyyətinə mənfi təsir göstərir.
Dostları ilə paylaş: |