TƏBİƏTİN VƏZİYYƏTİ (onun insan tərəfindən pozulma
dərəcəsinə görə): təbii vəziyyət insanın bilavasitə təsərrüfat fəaliyyətilə
pozulmamışdır (yerli təbiət qlobal antropogen dəyişmənin zəif vasitəli
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
433
təsirini sınaqdan keçirir); tarazlıq vəziyyəti-bərpa proseslərinin sürəti
antropogen pozulmanın sürətindən çoxdur və ya ona bərabərdir; krizis
vəziyyət-antropogen pozuntuların sürəti təbiətin özünübərpa tempindən
yüksəkdir, lakin təbii sistemlərin kökündən dəyişməsi hələ baş vermir;
kritik vəziyyət-bərpa olunan sistem antropogen təzyiq altında əvvəlcə
mövcud olan ekoloji sistemdən az məhsuldardır (qismən səhralaşma
müşahidə olunur); katastrofik vəziyyət-yaranan az məhsuldar
ekosistemdə bərpa olunma prosesi olduqca zəif gedir (güclü səhralaşma
müşahidə olunur); kollapsa-itirilən omoloji məhsuldarlıq bərpa olunmur.
TƏBİƏTŞÜNASLIQ – canlı və cansız təbiət haqqında elmlər
sistemi, elmi biliyin üç (texniki və ictimai elmlərlə yanaşı) əsas
sahələrindən biri. T. təbiət hadisələrinin mahiyyətini, qanunlarını tədqiq
edir və bu zəmində yeni hadisələri irəlicədən görür və yaradır, həmçinin
dərk olunan qanunlardan praktiki istifadə imkanlarını açıb göstərir.
TƏBİİ AMİL – insanın iştirakı olmadan təsir göstərən amil.
Təbiətin və ya təbii mühitin təsiri nəticəsində müəyyən dərəcədə
dəyişdirən, lakin sosial amillər, o cümlədən texnogen təsirlər kimi
tamamilə məhv etməyən amil.
TƏBİİ-ANTROPOGEN MÜVAZİNƏT (TARAZLIQ) –
mühityaradan komponentlərin və proseslərin balansının insan tərəfindən
dəyişdirilməsi əsasında əmələ gələn törəmə ekoloji müvazinət.
TƏBİİ-ANTROPOGEN ŞƏRAİT – təbii şəraitin və insan
fəaliyyətinin inteqrasiyası. Təbiətdən səmərəli istifadə, ətraf mühitin
çirklənmədən uğurlu mühafizəsi belə inteqrasiyanın optimallaşdırılması
əsasında aparılmışdır.
TƏBİİ BİTKİ ÖRTÜYÜ – insanın bilavasitə və vasitəli təsiri
olmadan formalaşan təbii bitki qruplaşmaları.
TƏBİİ ÇİRKLƏNDİRİCİ – insan fəaliyyəti ilə əlaqədar olmayan,
yəni təbii mənşəli çirkləndirici.
TƏBİİ ÇİRKLƏNMƏ – təbii, fəlakətli proseslər (məs. güclü vulkan
püskürməsi) nəticəsində baş verən çirklənmə.
TƏBİİ EHTİYATLAR – Bəşəriyyətin varlığı üçün zəruri olan və
təsərrüfatda istifadə edilən təbiət elementləri. Günəş enerjisi, Yerin
daxili istiliyi, su, torpaq və mineral ehtiyatları, bitki örtüyü, heyvanat
aləmi, iqlim (istilik, yağıntı, küləyin gücü) T.e.-ın əsas növləri sayılır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
434
T.e. maddi istehsal sahələrində (energetika, sənaye, kənd təsərrüfatı və
təsərrüfatın digər sahələri) və qeyri maddi istehsal sahələrində (məs.
istirahət məqsədi ilə) istifadə olunan növlərə ayrılır. Aşkar edilən, lakin
hələlik istifadə olunmayan T.e. potensial T.e. sayılır. İnsan cəmiyyətinin
təbii ehtiyatlarla təmin olunması ən mühüm problemlərdən biridir.
TƏBİİ EHTİYATLAR COĞRAFİYASI – coğrafiyanın xüsusi
bölməsi; təbii ehtiyatların ayrı-ayrı növlərinin strukturu və ərazi üzrə
yerləşməsi, onların iqtisadi cəhətdən qiymətləndirilməsi və təsərrüfatda
səmərəli istifadəsi problemlərinin tədqiqi ilə məşğuldur.Təbii
ehtiyatların və ətraf mühitin mühafizəsi və təkrar istehsalının, həmçinin
bəşəriyyətin təbii ehityatlarla təmin olunma dərəcəsinin coğrafi
baxımdan öyrənilməsi ilə əlaqədar T.e.c.-nın əhəmiyyəti artır. T.e.c.-nın
torpaq fondu, bitki və heyvanat aləmini, aqroiqlim, yeraltı, Dünya
okeanı və qurunun hidroloji ehtiyaclarını öyrənən bölmələri var.
TƏBİİ FƏLAKƏT – Dağıdıcı təbii və təbii antropogen hadisələr
(zəlzələ, daşqın, sel, vulkan püskürməsi, quraqlıq, səhralaşma,
ziyanvericilərin kütləvi artımı). Bu hadisələr çoxlu insan tələfatına
səbəb ola bilər.
TƏBİİ FON – təbii maddələrin və ya agentlərin təbii konsentrasiyası
və ya canlı orqanizmlərə təsir dərəcəsi.
TƏBİİ KOMPLEKS – coğrafi kompleks, geokompleks, geosistem.
Termin aşağıdakı göstəricilərlə istifadə olunur: 1) təbiətin istənilən
əlaqəli hadisələrində; 2) torpaq, bitki, landşaftın məkanca qanunauyğun
birləşməsi (məs., şoran kompleksi və s.); 3) (müvəffəqiyyətsiz) təbii
ərazi kompleksinin, təbii landşaftın qısaldılmış adı. Termin
təbiətşünaslıqda (məs., coğrafiyada) və təbiəti mühafizənin normativ
sənədlərində geniş istifadə olunur.
TƏBİİ QAZLAR – Yer qabığında əmələ gələn karbohidrogenli
bərpa olunmayan qazlar. T.q.-ın əsas komponenti metandır (98%-ə
qədəri); bura həmçinin propan, butan, izobutan və pentan daxildir. T.q.-
ın dünyada ehtiyatı proqnoz hesablamalara görə 10
15
m
3
təşkil edir
(1978).
TƏBİİ QRUPLAŞMA – insanın təsiri olmadan əmələ gələn və
inkişaf edən qruplaşma.
TƏBİİ QURŞAQ VƏ ZONALAR, coğrafi zonalar – Coğrafi qurşaqlar
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
435
daxilində, başlıca olaraq istiliyin və rütubətin miqdarından və nisbətindən
asılı olaraq bir-birini qanunauyğunluqla əvəz edən, keyfiyyətcə fərqli olan
əsas landşaft bölgüləridir. C.z. adətən enlik istiqamətində yerləşir, xeyli bö-
yük sahə tutur və onların kəskin seçilən sərhədləri yoxdur. C.z. zahiri
cəhətdən, adətən özlərinə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə
də onların çoxu bitki örtüyü adı ilə adlanır: tundra zonası, meşə zonası və s.
s.
Yerin coğrafi qurşaqları və zonaları
Qurşaqlar Zonalar
Arktika qurşağı
Arktika buz səhraları zonası
Antarktida
qurşağı
Antarktida buz səhraları zonası
Subarktika
qurşağı
Tundra zonası, Meşə tundra zonası
Subantarktika
qurşağı
Okean çəmənlikləri zonası
Mülayim (şimal
və cənub qurşaqlar)
Mülayim qurşaqların meşələr zonası
Mülayim qurşaqların meşə-çöllər zonası
Mülayim qurşaqların çöllər zonası
Mülayim qurşaqların yarımsəhralar zonası
Mülayim qurşaqların səhralar zonası
Subtropik (şimal
və cənub qurşaqlar)
Subtropik qurşaqların meşələr zonası
Subtropik qurşaqların meşə-çöllər zonası
Subtropik qurşaqların çöllər zonası
Subtropik qurşaqların yarımsəhralar zonası
Subtropik qurşaqların səhralar zonası
Tropik
(passatlar) (şimal
və cənub)
qurşaqlar
Tropik qurşaqların meşələr zonası
Tropik qurşaqların seyrək meşələr
və savannalar zonası
Tropik qurşaqların yarımsəhralar zonası
Tropik qurşaqların səhralar zonası
Subekvatorial
(şimal və cənub)
qurşaqlar
Subekvatorial qurşaqların meşələr zonası
Subekvatorial qurşaqların savannalar və seyrək
meşələr zonası
Ekvatorial
qurşaq
Ekvatorial meşələr zonası
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
435
TƏBİİ LANDŞAFT – yalnız təbii amillərin təsiri nəticəsində
formalaşmış, insanın təsərrüfat fəaliyyətilə dəyişilməyə uğramamış
landşaft. Təbii inkişaf imkanlarına malikdir; onun strukturunun
davamlığı özününizamlama prosesləri ilə müəyyən edilir.
TƏBİİ MÜHİT RESURSLARI – insan fəaliyyəti ilə bilavasitə
əlaqəli ekoloji resurslar. Təbii resurslar termininə yaxındır.
TƏBİİ OBYEKTLƏRİN PASPORTU – T.o.p.-da ətraf mühitin
vəziyyəti və resurslardan istifadə haqqında sənədlər qeyd edilir.
TƏBİİ MÜVAZİNƏT – təbii sistemlərdə, onun sabitliyini və
neqativ təsirdən sonra öz vəziyyətinə qayıtmaq qabiliyyətini təmin edən
proseslər və hadisələrin məcmusu. T.m.-in indiqatoru suksessiya gedişi
ilə inkişaf edərək klimaks vəziyyətinə çatmaq qabiliyyətidir.
TƏBİİ POTENSİAL – əhalinin təsərrüfat fəaliyyətilə istifadə
olunan təbii sistemin hər hansı funksiyanı yerinə yetirməsi qabiliyyəti
müəyyən ekoloji-iqtisadi göstəricilərlə ifadə olunur.
TƏBİİ RADİOAKTİVLİK, FON RADİOAKTİVLİYİ – Abiotik
və biotik obyektlərin tərkibində olan müxtəlif radioaktiv izotoplarla
(sezium, yod) xarakterik şüalanma yaratması.
TƏBİİ RESURS POTENSİALI – təbii nemətlərdən (torpaq, bitki,
heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə
edilməsi imkanları (mümkünlüyü) məcmusu.
TƏBİİ RESURSLAR – cəmiyyətin maddi və mədəni tələbatını
yaratmaq (ödəmək) üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii
mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların
səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir.
TƏBİİ RESURSLARIN BƏRPASI – kompleks tədbirlər həyata
keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən
düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin
bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.).
TƏBİİ RESURSLARIN COĞRAFİYASI – Coğrafiya elminin bir
hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi,
onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını
tədqiq edir.
TƏBİİ RESURSLARIN İNVENTARİZASİYASI – müxtəlif
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
436
statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi
üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının,
keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu.
TƏBİİ RESURSLARIN QİYMƏTİ – istehsal dövriyyəsinə qatılan
faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti.
TƏBİİ RESURSLARIN SƏMƏRƏLİ İSTİSMARI – aşağıdakı
kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: 1) təbii
sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi;
2) yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə; 3)
təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; 4) uzunmüddətli
ekoloji-sosial balansın təmin olunması.
TƏBİİ RESURSLARIN TƏSNİFATI – 1) Mənbəyinə və
yerləşməsinə görə energetika resursları, atmosfer, qaz resursları, su
resursları, litosferin resursları, bitki resursları, iqlim resursları; 2)
Tükənmə sürətinə görə – tez tükənən, tədricən tükənən resurslar; 3)
Bərpa olunmasına görə bərpa olunan və bərpa olunmayan resurslara
bölünür.
TƏBİİ RESURSLARIN VƏ
TƏBİİ
ŞƏRAİTİN
XƏRİTƏLƏŞDİRİLMƏSİ – təbii resursların sahəcə təbii yayılmasının
xəritə üzərinə köçürülməsi (kəmiyyət və keyfiyyət göstəriciləri ilə) və
təbii şəraitin regional xüsusiyyətlərinin əks olunması.
TƏBİİ RESURSLARIN TÜKƏNMƏSİ – təbii resursların mümkün
ehtiyatı və onun təbii sistemdən zərərsiz (təhlükəsiz) çıxarılma norması
ilə təbiətin (təbii resursların) məhsuldarlığı və bərpa olunma qabiliyyəti,
bərpa olunan resursların hasil olunması (çıxarılması) onun təbii bərpa
olunması tempindən (sürətini) keçməsi nəticəsində uyğunluğun
pozulması prosesi. T.r.t. hazırki elmi-texniki tərəqqi dövründə müasir
təbiətdən istifadənin əsas neqativ ekoloji xarakteristikası hesab olunur.
TƏBİİ RESURSLARIN UÇOTU (HESABA ALINMASI) – təbii
resursların səmərəli istifadəsi məqsədilə onların kəmiyyət və
keyfiyyətinin naturada aşkar edilməsi.
TƏBİİ SEÇMƏ – canlılar aləmində təkamül prosesinin əsas
amillərindən biri. Daima fəaliyyət göstərən T.s.-ni ilk dəfə ingilis alimi
Ç.Darvin aşkar etmiş və T.s. nəzəriyyəsini yaratmışdır. T.s. insanın
iştirakı olmadan təbiətdə yayılmış heyvan və bitki orqanizmlərinin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
437
əlamət və xüsusiyyətlərində baş verən dəyişikliklərin müəyyən həyat
şəraitinə uyğunlaşması, uyğunlaşa bilməyənlərin isə tədricən aradan
çıxmasıdır. Darvin göstərir ki, hər hansı bir orqanizmin yaşadığı mühit
şəraiti dəyişərsə, həmin şərait onlarda bu və ya digər istiqamətdə cüzi də
olsa dəyişkənlik əmələ gətirir. Əgər belə dəyişkənlik yaşamaq uğrunda
mübarizədə orqanizmin faydasınadırsa və nəsildən-nəslə keçərək davam
edirsə, onda həmin dəyişkənlik güclənir. Əsrlərlə davam edən bu proses
nəticəsində tədricən əmələ gələn belə dəyişkənliklər adi növdən
fərqlənən növdəyişkənliklərinə, sonra yarımnövə və nəhayət, yeni
növün əmələ gəlməsinə səbəb olur. Yeni əlamət və xüsusiyyətlərə malik
olan növlər əlverişsiz mühitə düşdükdə bəziləri uyğunlaşaraq yaşayır,
uyğunlaşa bilməyənlər isə tədricən məhv olur. Növ üçün faydalı olan
yeni əlamətlərin nəsillər üzrə əmələ gəlməsi, güclənməsi və toplanması
T.s. yolu ilə həyata keçir.
Təbiətdə mövcud olan müxtəlif heyvan və bitki növləri yaşamaq
uğrunda mübarizədə T.s. yolu ilə öz rənglərinə, formalarına və bəzi
xüsusiyyətlərinə görə yaşadıqları mühitə o qədər uyğunlaşmışlar ki, çox
zaman onları həmin mühitdən seçmək çətin olur. Bəziləri isə həyatda
bioloji varlıqlarını təmin etmək üçün öz xarici görünüşlərinə görə başqa
növə bənzəyirlər. Beləliklə, Darvin sübut etmişdir ki, süni seçmədən
fərqli olaraq T.s. yalnız müəyyən həyat şəraitində növlərdə fayda verə
biləcək əlamətləri seçib saxlayır. Əgər belə olmazsa, onda həmin növlər
öz həyatını davam etdirə bilməz və tədricən onların nəsli kəsilər.
TƏBİİ SƏRVƏTLƏRİN İSTİSMARI NORMASI – elmi cəhətdən
əsaslanmış və rəsmi təsdiq edilmiş T.s.i.n. Məqsədi təbii resursların
səmərəli istifadəsi və reproduksiyası (bərpası) sayılır.
TƏBİİ SİSTEM – təbii strukturu və törəmələrdən ibarət sistem
(məs., populyasiya, biogeosenoz, biom, biosfer).
TƏBİİ SİSTEMİN ETİBARLILIĞI – təbii sistemin (landşaft,
biogeosenoz və s.) strukturunun, enerji axımının kəskin pozulmasilə
normal, praktiki olaraq daim fəailyyət göstərmə dərəcəsi.
TƏBİİ SULARIN BUFERLİK TUTUMU – 1) turşu və qələvi ilə
təsir etdikdə təbii suyun (hövzənin) aktiv reaksiya mühitini (pH)
saxlaması qabiliyyəti.
TƏBİİ TARAZLIQ (MÜVAZİNƏT) – qurulmuş təbii sistemlərdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
438
onların sabitliyini, neqativ təsirlər zamanı özünə qayıtmasını təmin edən
proseslər və hadisələrin məcmusu. T.t. canlı sistemin əsas
xarakteristikasından biri sayılır. T.t.-ın indiqatoru təbii sistemlərin
suksessiyasının gedişində klimaksa çatması qabiliyyətidir.
TƏBİİ YEM SAHƏLƏRİ – Təbii otlaq və biçənək sahələri. Otlaq
və biçənək qruplarına və tiplərinə bölünür.
TƏKAMÜL, BİOLOJİ TƏKAMÜL – orqanizmlərin tarixi
inkişafı. İrsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii və süni
seçmə ilə müəyyən edilir. T. mahiyyətcə, orqanizmlərin yaşadığı mühitə
uyğunlaşmalarının formalaşması, populyasiyaların, növlərin genetik
tərkibinin dəyişilməsi, az uyğunlaşmış növlərin məhv olması,
biogeosenozların və bütünlüklə biosferin dəyişilməsi ilə nəticələnir. T.-
ün səbəb və qanunauyğunluqları təkamül təliminin predmetini təşkil
edir.
TƏKAMÜL REAKSİYALARI – daha çox uyğunlaşan fərdlərin
təbii seçilməsi yolu ilə uzun dövr ərzində populyasiyanın ətraf mühitə
dəyişən reaksiyası.
TƏLƏ – xəzli vəhşi heyvanların (canavar, ayı, tülkü, pələng və s.),
həmçinin kənd təsərrüfatı zərərvericilərinin ( sünbülqıran, dağ siçanları
və s.) tutulması və ovlanmasında istifadə edilən alət. Ovçuluqla əlaqədar
Daş dövründə meydana gəlmişdir.Müxtəlif növləri var. Ağac və ya
dəmirdən düzəldilir.
TƏLƏ YEMİ – zərərverici gəmiriciləri və həşəratları məhv etmək
məqsədilə onları cəlb etmək üçün işlədilən maddələr. T.y. yüksək
dərəcədə zəhərli olur.
TƏMİZ (SIRF) MEŞƏLİK – yalnız bir ağac cinsindən ibarət
meşəlik.
TƏMİZ SU – sudan istifadənin bütün növləri üçün yararlı su: məişət
su təchizatı (içməli su), sənayenin yeyinti və digər sahələri, qızıl balıq
yetişdirmək üçün və s.
TƏMİZ SU EKOSİSTEMLƏRİ – duzluluğu 3,5%-dən artıq
olmayan su ekosistemləri (çaylar, göllər, su anbarları, nohurlar).
T.s.e.-də produsentlər arasında iki böyük qrup ayrılır: makrofitlər
(iri, əsasən ali çiçəkli bitkilər) və mikrofitlər (adi gözlə görünməyən çox
xırda orqanizmlər, planktonun tərkibinə daxil olur, yaşıl və diatom
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
439
yosunlarından, həmçinin sian bakteriyalardan ibarətdir). T.s.e.-də
konsumentlər plankton, nekton və bentosdan ibarətdir.
TƏMİZ SU HÖVZƏSİ – duzluluğu 0,5%
0
-dən aşağı olan su
hövzəsi.
TƏMİZLƏYİCİ QURĞULAR – bax: suyun təmizlənməsi.
TƏMİZLƏMƏ – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan
texnoloji proseslər:
– Bioloji T. bax: bioloji təmizləmə və çirkab suların təmizlənməsi
– Biokimyəvi T. – çirkab suların T. xüsusi bakteriya, ibtidailər və
bəzi ali bitkilərin köməyilə aparılır. Bax: çirkab suların təmizlənməsi.
– Hidro – qum – şırnaq T. – metal məmulatları və tikinti
materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın
şırnaqla verilməsi ilə aparılır.
– Qravitasiya T. –çökdürmə yolu ilə tozların tutulması.
– Turşu T. – neft məhsulları bu üsulla təmizlənir.
– Yaş T. – Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə
olunur.
– Yaşayış yerlərinin T. – yaşayış yerlərində toplanan tullantıların
yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks
tədbirlər.
– Qum – şırnaq T. – Metal məmulatları və tikinti obyektlərinin səthi
xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir.
– Neft məhsullarının sulfat turşusu ilə T. – neft məhsullarının və
yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qətran
maddələrindən sulfat turşusu ilə təmizlənməsi.
– Termik T.– Oksigen-asetilen lampasının alovu ilə metalların
səthinin təmizlənməsi. Bax: çirkab suların təmizlənməsi.
– Kimyəvi T. – metalların səthinin (əsasən pasdan) turşu əsasında
karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə təmizlənməsi.
Bax: çirkab suların təmizlənməsi.
– Qələvi T. (neft məhsullarının) – qələvinin köməyi ilə açıq neft
məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş
komponentlərini neytrallaşdırmaq.
– Elektrik T. (qazların) – elektrostatik gücün təsirilə tozların
tutulması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
440
TƏNƏFFÜS – Oksigenin orqanizmə daxil olması və ondan karbon
qazının xaric olunmasını (xarici T.) təmin edən proseslərin məcmusu;
üzvi maddələrin oksidləşməsi və canlıların həyat fəaliyyətində zəruri
enerjinin azad olunması üçün (Toxuma T-ü, hüceyrə T.-ü) hüceyrə və
toxumaların oksigendən istifadə etməsi.
TƏNƏZZÜL EDƏN POPULYASİYA – cavan yaş sinfinə mənsub
olan fərdlər olmayan populyasiya. T.e.p. adətən ölümə doğru gedir.
TƏNƏZZÜL POPULYASİYASI – bir qayda olaraq fərdləri
vegetativ yolla artır, toxumları tam yetişmək həddinə çatmadığından
məhv olur və meyvə əmələ gətirmir (məs. növruzgülü və inciçiçəyi
populyasiyaları).
TƏRƏQQİ (canlı təbiətdə) – təkamül prosesində orqanizmlərin
mürəkkəbləşməsi və təkmilləşməsi. A.N.Seversov (1925) T.-i ayırır:
bioloji T. (arealın genişlənməsi, müəyyən taksonun fərdlərinin sayının
artması və asılı sistemin qruplara parçalanması) və morfoloji T.
(mürəkkəbləşmə və təkmilləşmə yolunda orqanizmlərin təkamülü).
V.Frans (1935) biotexniki T. (faydalılıq, effektlik, canlı sistemin faydalı
təsiri əmsalı) konsepsiyasını hazırlamışdır. İ.İ.Şmalqauzen (1938) canlı
sistemin inteqrasiyasının təkmilləşdirilməsi konsepsiyasını,
nəzəriyyəsini irəli sürmüşdür.
TƏRƏQQİ EDƏN POPULYASİYA – doğumun artması hesabına
(adətən ölümdən çox) sayı daim çoxalan populyasiya (birillik ot bitkiləri
və birhüceyrəli yosunlar (yazda), bir çox həşərat növü və s.
TƏHLÜKƏLİ RİSK ZONASI – quru səthində və ya Dünya Okeanı
akvatoriyasında insanın fəaliyyəti təhlükəli situasiya yarada biləcək yer,
məs: dəniz şelfində neftin sualtından çıxarılması zonası, tankerlərin
keçməsi üçün təhlükə yaranır, onların qəzası nəticəsində neftin
dağılması baş verə bilər və s.
TƏHLÜKƏSİZLİK FAKTORU – zərərli kimyəvi maddələrin və
ya agentlərin toksik və yol verilən toksik olmayan konsentrasiyası
arasındakı nisbəti.
Dostları ilə paylaş: |