TƏHLÜKƏSİZLİK TEXNİKASI
–
əmək mühafizəsi
bölmələrindən biri; zərərli (təhlükəli) istehsal amillərinin işləyənlərə
təsirinin qarşısını almaq üçün təşkilatı və texniki tədbir və vasitələr
sistemi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
441
TƏRƏVƏZ BİTKİLƏRİ – becərilən və yabanı bir, iki və çoxillik
ot bitkiləri: bunların şirəli hissələri-tərəvəz yeyilir. T.b.-nə 1200-dən
artıq növü əhatə edən 78 fəsilə aiddir; T.b-nin (pomidor, badımcan,
istiot, xiyar, yerkökü, kələm, soğan, kəvər, çuğundur və s.) meyvəsi,
kökü və gövdəsindən istifadə olunur. T.b.-dən çoxu tropik və subtropik
qurşaqlarda əmələ gəlmişdir, bəziləri istiliksevən bitkilərdir.
TƏRƏVƏZÇİLİK – 1) tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul
olan kənd təsərrüfatı sahəsi. T.k.t.-nın mühüm bir sahəsi kimi insanların
qidasında istifadə edilən və müalicə əhəmiyyətli tərəvəz bitkilərinin
becərilməsi ilə məşğul olur. Bostançılıqda – bostan bitkilərinin (qarpız,
yemiş, qabaq) yetişdirilməsi T.-ə aiddir. Açıq qruntda 50-dən çox
tərəvəz (kələm, pomidor, xiyar, soğan, yerkökü, çuğundur) və həmçinin
ədviyyat bitkiləri (tərxun, keşniş, reyhan, kəvər, nanə və s.), örtülü
qruntda isə xiyar, pomidor, gülkələm, kahı və s. əkilir. Tərəvəz istehsalı
respublikanın 4 iqlim iqtisadi zonasında – Lənkəran-Astara, Quba-
Xaçmaz, Abşeron və Gəncə-Qazax zonalarında mərkəzləşdirilmişdir. 2)
Tərəvəz bitkilərinin biologiyasını və becərmə üsullarını öyrənən elm
sahəsi.
TƏSADÜFƏN GƏTİRİLƏN ORQANİZMLƏR – yerli ekosistem
üçün qəsdən gətirilməyən yad heyvan və bitkilər. T.g.o. bitki və heyvan
orqanizmləri üçün bəzən pozitiv, neytral, çox hallarda isə kəskin neqativ
nəticələr törədir. Belə ki, T.g.o. bir regiondan digərinə bütün yer
üzərində birə, gənə, siçovul, ağcaqanad, tarakan, bir çox alaqların
yayılmasına səbəb olur.
TƏSADÜFİ QİDA – heyvanların bəzi halda az miqdarda yediyi
qida.
TƏSADÜFİ YAYILMA –populyasiya daxilində fərdlər arasındakı
məsafə bərabər olur. Fərdlər nizamsız (qarışıq) paylanır. Təbiətdə T.y.
nadir halda olur.
TƏSƏRRÜFAT SAHƏSİ – insanın təsərrüfat məqsədilə istifadə
etdiyi hər hansı ərazi və ya akvatoriyanın bir hissəsi.
TİBBİ COĞRAFİYA – coğrafiyanın və tibb elmlərinin şöbəsi.
Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə
təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində
yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
442
ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiyası. T.c.-nın
mühüm bir şöbəsidir.
TİBBİ EKOLOGİYA – əsasən əhalinin təbii-antropogen mühitə
morfo-fizioloji və genetik adaptasiya formaları məsələlərini işləyib
hazırlayır. Bax: insan ekologiyası.
TİBBİ İQLİMŞÜNASLIQ – coğrafiya və tibb elmi qovuşuğunda
olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim
parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və
yayılmasını öyrənir.
TİFOFİTLƏR (yun. tiphos - bataqlıq) – bataqlıq və göllər üçün
xarakterik bitkilər.
TİKİNTİ EROZİYASI – tikinti işləri aparılarkən torpağın üst
qatının dağılması və yuyulması. T.e.-nın qarşısının alınması üçün əsasən
mühəndis tədbirləri görülür.
TİOFİLLƏR (yun. thaion - kükürd) – hidrogen-sulfid və ya digər
kükürd birləşmələri ilə zəngin olan mühiti üstün tutan bakteriyalar.
TİP, BİOLOGİYADA – taksonomik kateqoriya. T. sistematika ilə
əlaqədardır; zooloqlar onu «aləm»”-dən sonra ən ali taksonomik
kateqoriya hesab edirlər. Botanika və bakteriologiyada T. əvəzinə
«şöbə»” işlədilir. T.taksonun özəyi və əsasıdır, obyektivdir dəyişmir,
lakin taksonun hüdudları subyektiv və dəyişkəndir. Hər taksonun
özünün T.-i var.
TOXUM FONDU – Kənd təsərrüfatı və meşə təsərrüfatı bitkilərinin
səpin üçün ehtiyatı. T.f.-na toxumluq əkinlər üçün rayonlaşdırılmış
sortların ən yaxşı, seçmə toxum materialının ayrılması, kənd təsərrüfatı
bitkiləri yığımının başlanğıcında bir aydan gec olmayaraq qurtarır. T.f.-
nun miqdarını və səpin normasını səpin planına əsasən təsərrüfat özü
müəyyən edir. T.f. quru, təmiz və zərərsizləşdirilmiş yerdə saxlanılır.
Onun vəziyyətinə və istifadə olunmasına ciddi nəzarət edilir.
TOXUM NƏZARƏTİ – kənd təsərrüfatı bitkilərinin istehsalı,
tədarükü, saxlanması və səpinə hazırlanması prosesində onların
toxumlarının keyfiyyətinə nəzarət sistemi tədbirləri. T.n. toxumçuluğun
ən əsas hissəsidir. T.n. əkin sahələrini, kondisiyalı toxum materialı ilə
təmin edir, Dövlət toxum inspeksiyası toxumun təmizliyini,
cücərməsini, həyat qabiliyyətini, yoluxma dərəcəsini, 1000 dənin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
443
çəkisini və nəmliyini yoxlayır.
TOXUMÇULUQ – bitkiçilik sahəsi; sortdəyişmə və sort
təzələnmənin yerinə yetirilməsi üçün rayonlaşdırılmış sortların
toxumlarının kütləvi surətdə çoxaldılması ilə məşğul olur.T. bilavasitə
seleksiya ilə əlaqədardır və onun nəzəri əsasıdır.
TOXUMDAN YARANAN AĞACLIQ (meşəlik) – toxumdan
əmələ gəlmiş ağaclardan ibarət meşəlik.
TOXUMŞÜNASLIQ – toxumlardan bəhs edən elm; ana bitkidə
yumurta hüceyrənin mayalandığı vaxtdan başlayaraq həmin
toxumlardan yeni bitki əmələ gələnə qədər olan dövrdə toxumların
həyatı və inkişafını öyrənir.
TOXUMUN CÜCƏRMƏ FAİZİ – toxumun cücərti mərhələsinə
keçmək qabiliyyəti. Toxumun yaşından və xarici mühit şəraitindən
(temperatur, torpağın nəmliyi) asılı olaraq cücərən toxumların faizi ilə
ifadə olunur.
TOKSİFİKASİYA – pestisidlərin parçalanması (bioloji və ya fiziki-
kimyəvi) nəticəsində əmələ gələn maddələrin zəhərliyinin artması.
TOKSİK DOZA – zəhərli maddənin (agentin) minimal miqdarının
təsirinə orqanizmin gözə çarpacaq dərəcədə (aydın) zəhərlənməsi.
TOKSİK DUMAN – qazşəkilli çirkləndiricilərlə (əsasən kükürd
anhidridi) toz hissəcikəri və duman damlalarının qarışığı.
TOKSİKANT (yun. taxikan - zəhər) – sağlamlıq üçün zəhərli,
zərərli maddə.
TOKSİKANTIN SABİTLİYİ – zəhərləyici maddənin suda,
torpaqda davamlığı. Təkrar verildikdə zəhər toplanır və öz zəhərliliyini
müəyyən müddət saxlayır. Belə ki, pestisidlərdən ətraf mühit (su) üçün
üzvi xlor birləşmələri daha sabit qalır.
TOKSİKLİK – maddənin və ya orqanizmin digər orqanizmə zərərli
təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su
toksikologiyasında 2T. ayırd edilir. Su mühitinin təbii proseslərlə
(mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni T.
– insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması,
qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi,
atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
TOKSİKODİNAMİKA – zəhərlə zəhərlənmənin dinamikası;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
444
zəhərlənmə prosesi, onun inkişafı. Termin əsasən sənaye
toksikologiyasında istifadə olunur.
TOKSİKOKİNETİKA – toksikologiyanın bölməsi: Zəhərin təsir
sürəti və mexanizmi, zəhərin orqanizmdə miqrasiyasını(daxil olması,
yayılması, metabolizm) öyrənir.
TOKSİKOLOGİYA – tibbin bir bölməsi; zəhərli maddələrin
tərkibini, onların heyvan orqanizminə təsir mexanizmini, yaratdığı
patoloji prosesləri (zəhərlənmə), müalicə və profilaktika üsullarını
öyrənir. T. fənn kimi müxtəlif mənşəli zəhərlərin (kimyəvi
birləşmələrin), pestisidlərin, radioaktiv maddələrin, qeyri üzvi, bitki və
heyvan mənşəli bakterial toksinlərin və s. öyrənilməsi ilə məşğuldur.
TOKSİKOLOGİYA EKSPERTİZASI – zəhərin orqanizmə
toksiklik və təhlükəlik dərəcəsini öyrənmək məqsədilə eksperimental
şəraitində qabaqcadan toksikliyinin tədqiqi.
TOKSİNLƏR – fizioloji funksiyaları süstləşdirən, insan və
heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki,
yaxud heyvan mənşəli maddələr. Kimyəvi tərkibinə görə bütün T. zülal,
yaxud polipeptidlərdir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli
olaraq T. orqanizmə düşdükdə orada anticisim yaradır. T. ilan, əqrəb və
hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə
daxildir.Bakteriya mənşəli T. nisbətən geniş yayılmışdır.
TOKSOB ORQANİZMLƏR – bu və ya digər dərəcədə mühitin
toksikliyinə davam gətirən su orqanizmləri. N.S.Stroqanov (1982) onu
oliqo – (zəif), poli – (güclü), və mezo – (orta) T.o. ayırd edir.
TOLERANTLIQ (lat. tolerantia - dözümlülük) – Növlərin mühit
şəraitinə ekoloji valentliyi, adaptasiya olunması. Növlər müxtəlif
tolerantlıq evribiontlara (geniş amplitudalı tolerantlığa) bölünür. Yalnız
tolerantlı növlər sabit, xüsusilə klimaks ekosistemlər əmələ gətirir.
TOPOQRAFİK XƏRİTƏLƏR – İri miqyaslı ümumi coğrafi
xəritələr. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi
ilə fərqlənir. T.x. icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və
topoqrafik planlara bölünür: Birinci qrupa 1:1000000, 1:500000, ikinci
qrupa 1:200000, 1:100000 (hamısı kiçik miqyaslı T.x.), 1:500000,
1:25000 (orta miqyaslı T.x.), 1:10000, 1:5000 (iri miqyaslı T.x.), üçüncü
qrupa 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. T.x-in coğrafi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
445
məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün
obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir. T.x-dən xalq
təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur.
TOPOQRAFİK PLANALMA – topoqrafik xəritələrin orijinalını
yaratmaq üçün aparılan kompleks işlər. T.p. yerüstü və
aerofototopoqrafik üsullarla aparılır. Yerüstü T.p. menzula, taxeometrik
və fototeodalit planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc
tələb etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik
planalma ilə yaradılır.
TOPOQRAFİYA (yun. topos – yer və qrafiya) – topoqrafik
xəritələrin yaradılması üçün aparılan planalma metodlarından bəhs edən
elm. Müasir T.-nın əsas metodları aerofotoşəkilçəkmə və kosmik
fotoşəkilçəkmədir (kosmik fotoplanalma).
TOPONİMİKA (yun. topos – yer və onuma - ad) – coğrafi adları
(toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma
arealını öyrənir. Hər bir ərazidəki toponimlərin məcmusu onun
toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu
Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən
başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və
monqol qaydalarının, habelə iber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə
bağlı toponim layları aşkara çıxarılmışdır.
TORF – yanar faydalı qazıntı. Bataqlıq şəraitində natamam çürümüş
bitki qalıqlarının toplanmasından əmələ gəlir. Element tərkibinin 50-
60%-ini karbon (C) təşkil edir. Rəngi sarı və ya qarayadək dəyişən
qonur olur. Torfa tünd rəng verən çürüntüdür. T. üçün təbii yatımda
yüksək (88-96%) rütubətlilik səciyyəvidir. Yanarkən 2650-3120 kkal/kq
istilik verir. Yanacaq, kübrə və material kimi istifadə olunur.
TORPAQ – Yer kürəsinin quru hisəsində bitkilərin məhsuldarlığını
təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır.
V.V.Dokuçayev torpağı fiziki-coğrafi mühitin və orqanizmlərin dağ
süxurlarına birgə təsiri nəticəsində formalaşaraq yer qabığının üst
yumşaq qatını əmələ gətirən xüsusi təbii cisim kimi təyin edir. Dağ
(ana) süxurun üst horizontları orqanizmlərin, bitki örtüyünün atmosferin
və hidrosferin uzunmüddətli dərin təsirinə məruz qalaraq torpağı dağ
süxurundan fərqləndirən başlıca cəhət onun münbitliyidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
446
TORPAQ COĞRAFİYASI – torpaqşünaslığın bölməsi: torpaqların
coğrafi yayılmasının qanunauyğunluqlarını öyrənir. Ümumi və regional
T.c.-na ayrılır. Ümumi T.c. torpaqəmələgətirən amilləri və torpaqların
coğrafi yayılmasının ümumi qanunauyğunluqlarını öyrənir. Regional
T.c. torpaq rayonlaşdırılması ilə əlaqədar məsələlərin həlli və ayrı-ayrı
sahələrin torpaq örtüyünün təsviri ilə məşğuldur.
TORPAQ FONDU – müəyyən ölkənin bütün torpaqlarının
məcmusu.
TORPAQ FONDUNUN MÜLKİYYƏT NÖVLƏRİ – hər bir
dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar
təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid
torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları),
bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi
mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və
bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu
təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və
şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir. (cədvəl 1, 2, 3)
Dövlət torpaqları – Azərbaycan respublikasının vahid torpaq
fondunun 4.925.197 ha-ı dövlət mülkiyyətində saxlanılmışdır. Bura
dövlət hakimiyyəti orqanlarının və dövlət obyektlərinin yerləşdiyi
torpaqlar; yay, qış otaqları və meşə fondu torpaqları, su fondu
torpaqları, xüsusi mühafizə olunan ərazilərin torpaqları, daxildir.
Bundan başqa elmi-tədqiqat və tədris müəssisələrinin, eləcə də dövlət
müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan, həmçinin
dövlət ehtiyat fondu torpaqları da bura aid edilir.
Bələdiyyə torpaqları – B.t.-na respublikanın vahid torpaq fondunun
2,054.293 hektarı bələdiyyə mülkiyyətinə verilmişdir. Bura ümumi
istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan
torpaqlar və ehtiyat fondu torpaqları daxildir. B.t.-na həmçinin
şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları və
əhalinin mal-qara üçün istifadə etdikləri örüş sahələrinin torpaqları
aiddir.
Xüsusi mülkiyyətdəki torpaqlar – X.m.t.-rı 1.662.016-ha təşkil
edir. Bura vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin,
həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
447
bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan, həmçinin
özəlləşdirilən torpaq sahələri daxildir.
Azərbaycan torpaqlarının şorəkətləşmə dərəcəsi barədə
№
Kənd
təsərrüfatı
yerlərinin
adı
Sahə
hektarl
a
Şorakətləşmə, hektarla
Şorəkət
ləşmiş
Zəif
şorakətləşmi
ş
Orta
şorəkətlə
şmiş
Şiddətli
şorakətlə
şmiş
1 Əkin 161314
157394
31940 6775
484
2 Çoxillik
172294 155444
14094
2343
413
3 Dinc
58752 51232
6615
870
35
4 Biçənək 107919
103688 3637
389 205
5
Örüş
və
otlaq
256236
1
212189
1
328751 91733
19986
6
K/t
yerlərinin
cəmi
451447
3
400620
3
385037 102110
21123
7 Sair
412703
3
Respublika
üzrə cəmi
864
1506
Azərbaycan torpaqlarının eroziyaya uğrama dərəcəsi barədə
məlumat
№
Kənd
təsərrüfatı
yerlərinin
adı
Sahə
hektarla
Eroziyaya uğrama, hektarla
Eroziyaya
uğramamış
Zəif
eroziyaya
uğramış
Orta
eroziyay
a
uğramış
Şiddətli
eroziyaya
uğramış
1 Əkin 1613147
1606049
4033
2258
807
2 Çoxillik
58752
46961
5664
4594
1533
3 Dinc
172294
166746
3584
1447
517
4 Biçənək 107919 82785 11385
7781 5968
5 Örüş
və
2562361 1913571 244449 280066 124275
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
447
6
K/t
yerlərinin
cəmi
4514473 3816112 269115 296146 133100
7 Sair
4127033
Respublik
a üzrə cəmi
8641506
Azərbaycan torpaqlarının şorlaşma dərəcəsi
barədə məlumat
Kənd
təsərrüfa
tı
yerlərini
n adı
Sahə
hektarl
a
Şorlaşma, hektarla
Şorlaş
mamış
Zəif
şorlaşmış
Orta
şorlaş
mış
Şiddətli
şorlaşmı
ş
Şora
n
Əkin 161314
154443
13389 9195
5485
645
Çoxillik 172294 165554 3894
1447 724 775
Dinc 58752
49657 3942 2468
2679
6
Biçnək
107919
104940 993 907 993 86
Örüş və
otlaq
2562361 2044508
130680
132218
213957 40998
K/t
yerlərini
n cəmi
4514473 3948992
152898
146235
223838 42510
Sair
4127033
Respublika
üzrə cəmi
8641506
TORPAQ XƏRİTƏLƏRİ – Yer səthində torpaqların yayılmasını,
onların xassələrini və xüsusiyyətlərini əks etdirən xəritələr.
Məzmunundan asılı olaraq T.x.-ni ümumi, torpaq meliorasiya, torpaq
eroziyası xəritələrinə ayırırlar. Adları çəkilən sintetik T.x.-ndən başqa
analitik xəritələr də (kartoqramlar) tərtib olunur. Bunlarda torpağın tu-
rşuluğu, duzluluğu, şorlaşma dərəcəsi, qranulometrik (mexaniki) tərkibi,
qida maddələri ilə (azot, fosfor, kalium) təmin olunma dərəcəsi və s.
xassələri göstərilir. Miqayasına görə T.x. detal (1:5000 və iri),
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
448
irimiqyaslı (1:10000, 1:50000), ortamiqyaslı (1:100000, 1:300000),
xırdamiqyaslı (1:500000, 1:20000), icmal (1:2500000 və xırda)
xəritələrinə bölünür. Bütün miqyaslarda tərtib olunan T.x. torpaq
ehtiyatlarının uçotunu aparmaq, torpağın bonitirovkası, iqtisadi
qiymətləndirilməsi və s. üçün tərtib olunur.
TORPAQ KADASTRI – torpaq haqqında məlumatların yekunu:
Müxtəlif torpaqların istehlakçılar arasında qeydə alınması, torpaqların
keyfiyyəti, boniteti və onlara iqtisadi cəhətdən qiymət verilməsi. Torpaq
kadastrında torpaqdan səmərəli istifadə edilməsi, mühafizəsi və digər
tədbirlər göstərilir.
TORPAQ KLİMAKSI – torpağın bitki örtüyü və iqlimlə müvazinət
vəziyyəti. T.k. klimaks bitki qrupu ilə örtülmüş olur.
TORPAQ MAKROBİOTASI – torpaqda olan iri həşəratlar, torpaq
soxulcanı və digər torpaq orqanizmləri.
TORPAQ MİKROORQANİZMLƏRİ – torpaq mühitinə
uyğunlaşıb orada yaşayan müxtəlif mikroorqanizm qrupları. T.m.
təbiətdə maddələr dövranında, torpaqəmələgəlməsində və torpağın
məhsuldarlığının artmasında mühüm rol oynayır. 1 q qaratorpaqda 10
mlrd-a (bəzən artıq), yaxud 10 t/ha-dək canlı mikroorqanizmlər olur.
Torpaqda sporlu, sporsuz bakteriyalar, avtinomisetlər, göbələklər,
mikroskopik yosunlar, ibtidailər və s. təsadüf olunur.
TORPAQ MONOLİTİ – torpağın təbii quruluşunu pozmadan
torpaq kəsiminin divarından götürülmüş şaquli torpaq nümunəsi.
TORPAQ MÜNBİTLİYİNİN AZALMASI QANUNU – məhsulun
götürülməsi və becərilən sahələrdə təbii torpaqəmələgəlmə proseslərinin
pozulması nəticəsində torpağın münbitliyinin aşağı düşməsi. Bu proses
becərilən bitkilərin köklərinin biokütləsinin toplanmasilə qismən, əsasən
isə gübrə verməklə neytrallaşdırılır.
Dostları ilə paylaş: |