TORPAQ SOXULCANI – torpaqda yaşayaraq torpaqəmələgəlmə
prosesində və torpağın münbitliyinin formalaşmasında mühüm rol
oynayır.
TORPAQ SUYU – torpaqda hərəkəti və bitki üçün əlverişliliyi ilə
fərqlənən müxtəlif su formaları. A.A.Rode bərk, yumşaq-asılı, sərbəst
(qravitasiya və kapilyar) və buxarşəkilli (torpaq havasında) su formaları
ayırır. Bitki üçün yumşaq-asılı və sərbəst su daha əlverişlidir. T.s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
449
torpaqəmələgəlmə proseslərində böyük əhəmiyyət kəsb edir.
TORPAQ ŞƏRAİTİ – torpağın bitki və heyvanın həyatı üçün
əhəmiyyət kəsb edən xassələri: mexaniki tərkibi, kimyəvi xassələri,
torpağın flora və faunasının inkişaf dərəcəsi, rütubətlik, aerasiya və s.
TORPAQ TİPLƏRİ – torpaq təsnifatının əsas taksonomik
vahidləri. Müasir genetik torpaq təsnifatının əsasını torpaq profilinin
quruluşu təşkil edir. Genetik torpaq tipi dedikdə birtipli iqlim şəraitində,
eyni mənşəli, vahid morfoloji quruluşlu və birtipli ana süxurlar üzərində
əmələ gələn torpaq qrupu nəzərdə tutulur. Yer kürəsinin hər yerində
torpaqəmələgətirən amillər eyni təsirdə olmadığından ayrı-ayrı
zonalarda müxtəlif keyfiyyətli və müxtəlif inkişaf səviyyəli T.t.-nə rast
gəlmək olur. Morfoloji quruluşuna, fiziki, fiziki-kimyəvi xassələrinə
görə T.t. yarımtipə, növə, növmüxtəlifliyinə bölünür. Azərbaycan
ərazisində T.t.-nin şaquli zonallığı aydın görünür. Dağ-çəmən, qonur
dağ-meşə, qəhvəyi dağ-meşə, qara, dağ şabalıdı, boz-qonur, boz və s.
T.t. var.
Azərbaycanın torpaq örtüyünün tərkibi
(torpaq tipinə görə)
№ Torpaqlar
Sahə
Min ha
%
1 Dağ-çəmən 559,3
6,5
2 Qonur
dağ-meşə 416,5
4,8
3 Qəhvəyi dağ-meşə 1212,0
14,0
4 Dağ qaratorpaq
76,2
0,9
5
Şabalıdı (boz-qəhvəyi) 2200,6
25,5
6 Sarı 157,1
1,8
7 Boz
və boz-qonur
2493,2
28,9
8 Çəmən 1050,8
12,2
9
Şoranlar və b. torpaqlar
475,9
5,5
Respublika üzrə cəmi:
8641,5 100
TORPAQ-YER RESURSLARI – bütün kənd təsərrüfatı sahələri və
istifadə formasından asılı olmayaraq bütün torpaq örtüyü resursları.
TORPAQ ZOOLOGİYASI – torpaqda yaşayan heyvan
orqanizmlərini öyrənən elm. Heyvanların (10 tipinin) həyatı torpaqla sıx
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
450
əlaqədardır. Onların əksəriyyətini onurğasızlar təmsil edir. Onurğalı
heyvanlardan ayaqsız amfibiyalar, sürünənlər və bəzi məməli heyvan
növləri (gəmiricilər və s.) torpaqla daha çox əlaqədardır. Torpaq
orqanizmlərindən soxulcanlar, məryəmqurdlar, çoxayaqlılar və s. tam
mənada saprofaq olub, torpağın bərpasında böyük rol oynayırlar.
Torpaqda küllü miqdarda yırtıcı və zərərli heyvan növləri yaşayır və
fəaliyyət göstərir.
TORPAĞIN AERASİYASI – Torpağın saxlaya bildiyi havanın
miqdarı (faizlə) və onun atmosfer ilə mübadiləsi. Torpağın hava keçirmə
qabiliyyətindən və nəmliyindən asılıdır. Torpaq havasının əsas elementi
atmosferdən daxil olan oksigendir. O, köklərin, torpaq heyvanat
aləminin və aerob mikroorqanizmlərinin tənəffüsünü təmin edir.
TORPAĞIN BƏRPASI – 1) insan fəaliyyəti və ya təbii fəlakət
nəticəsində pozulmuş torpaq sahələrinin əvvəlki münbitliyini bərpa
etmək; 2) «Atılmış»” (istifadədən çıxmış) torpaq sahələrindən təkrar
istifadə edilməsi.
TORPAĞIN BİOLOJİ AKTİVLİYİ
– torpaqda
mikroorqanizmlərin (azot fiksəsi, ammonium fiksəsi, denitrifikasiya,
nitrifikasiya) və ya torpaq orqanizmləri, həmçinin bitkilərin kök sistemi
tərəfindən torpağa buraxılan fermentlərin təsiri ilə gedən proses.
TORPAĞIN BONİTETLƏŞDİRİLMƏSİ – ən mühüm aqronomik
xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsi. T.b. onun
münbitliyini, yəni keyyfiyətini ballarla ifadə edən kəmiyyət
göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət dəyişilmələri yalnız
onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. T.b. torpaqların
iqtisadi qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s.
üçün zəruridir.
TORPAĞIN BUFERLİYİ (ing. buffer – təkanı zəiflətmək) – Turşu
və qələvilərin təsiri nəticəsində torpağın (və torpaq məhlulunun) mühit
reaksiyasını az və ya çox saxlamaq qabiliyyəti. Belə ki, zəif podzol
torpaqların turşuya münasibətinə görə buferliyi 2-3, qaratorpaqlarınkı
10-a bərabərdir. T.b. ekosistemin mühüm göstəricilərindən biridir.
TORPAĞIN ÇİRKLƏNMƏSİ – Torpaq müxtəlif çirklənmə
formasına məruz qala bilir: radioaktiv, mikrob, pestisid, neft və s.
T.ç. torpaqəmələgəlmə prosesinin gedişini dəyişir (çox vaxt onu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
451
dayandırır), məhsuldarlığı aşağı salır, bitkidə çirkləndiricilər bitkidən
bilavasitə və ya vasitə ilə (bitki və ya heyvan qida maddələri vasitəsilə)
insan orqanizminə daxil olur. Nəhayət, T.ç. torpağın xəstəliklərdən və
digər arzu olunmayan mikroorqanizmlərdən özünü təmizlənməsini
zəiflədən xəstəlik və mikrobioloji çirklənmə qorxusu yaradır. Məs.
çirklənməməiş torpaqda qanlı ishal və yatalaq xəstəliklərinin törədiciləri
2-3 sutka, zəif çirklənmiş torpaqda isə qanlı ishal törədiciləri bir neçə
ay, tifin törədiciləri isə il yarıma qədər qala bilir. T.ç. bəzən geniş
əraziləri tuta bilir. Məs. 1980-ci ildə keçmiş SSRİ ərazisində
pestisidlərlə çirklənmiş torpaqların sahəsi 40 mln. ha olmuşdur (Əkin
sahəsinin 1/6-i).
TORPAĞIN DEQREDASİYASI (lat. deqratatio – enmə, aşağı
düşmə) – Təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün
aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın
xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq
strukturunun pozulması və münbitliyinin aşağı düşməsi ilə nəticələnir.
TORPAĞIN DUZLAŞMASI (ŞORLAŞMASI) – Torpaqda suda
həll olan duzların yığılaraq şoran və şorakət torpaqların əmələ gəlmə
prosesi. T.d. ilkin və sonradan ola bilər. İlkin düzlaşma qrunt sularının
buxarlanması, ana süxurun duzluluğu və ya eol (küləklə sovrulma),
biogen və digər amillərin təsirilə torpaqda duzların təbii olaraq
toplanması nəticəsində baş verir. Sonradan T.d. su rejiminin süni
dəyişdirilməsi, məs. düzgün suvarılma aparılmadıqda baş verir. T.d.
xloridli, sulfat-xloridli, sulfatlı, sodalı ola bilər.
TORPAĞIN EROZİYASI – Meylli sahələrdə (yamaclarda) suyun
torpağı və onun ayrı-ayrı hissələrini yuması nəticəsində torpaq örtüyü
bütövlüyünün pozulması və dağılması. Bax. eroziya.
TORPAĞIN ƏHƏNGLƏNMƏSİ – Turşuluğu çox olan torpaqlara
sönməmiş əhəng CaO verərək turşuluğunu azaltmaq.
TORPAĞIN FLORASI VƏ FAUNASI – Torpaqda yaşayan bitki,
göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar məskunlaşır
(2000 növdən artıq). Onlar həm torpağın səthində, həm də üst qatlarında
yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə
zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə havadan azotu fiksə
edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər, bakteriya və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
452
aktinomisetlər inkişaf edir (xüsusilə meşə torpağında).
Torpaq fauna ilə də xeyli zəngindir. Burada heyvanların bir hissəsi
kapilyar və pərdə rütubətə uyğunlaşır (protozon və nematodun çox kiçik
növləri). Burada buğumayaqlılardan gənələr və s. də yaşayır. Bu iki
qrup faunanın miqdarı 1 sm
3
torpaqda minlərlədir. Torpaqda həm də
xeyli iri onurğasızlar da – yağış soxulcanı, çoxayaqlılar, cücülərin sür-
fələri, həmçinin yereşən onurğalılar – köstəbək, kor siçan, marmot
yaşayır.
Torpaqdakı bütün bitkilər və heyvanlar (xüsusilə bakteriyalar,
aktinomisetlər və yosunlar, nano-mikro və mezofauna) ekosistemin mü-
hüm hissəsi olub torpaqəmələgəlmə prosesində böyük rol oynayır.
TORPAĞIN GENETİK HORİZONTLARI – torpaqəmələgəlmə
prosesində ayrılan və torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən,
nisbətən oxşar torpaq qatları. Bir-birindən və ana süxurdan rənginə,
strukturuna, quruluşuna, tərkibinə və digər əlamətlərinə görə seçilir.
T.g.h.-nın birliyi torpaq profilini əmələ gətirir.
TORPAĞIN GİPSLƏNMƏSİ – udulmuş natriumu kaliumla əvəz
etmək məqsədilə torpağa gips verilməsi; şorakət və şorakətləşmiş
torpaqların fiziki-kimyəvi xasələrini yaxşılaşdırır. T.g. meliorasiyanın
bir forması sayılır.
TORPAĞIN GÜCDƏN DÜŞMƏSİ , torpağın yorulması –
Torpağın tərkibinin, torpaqda mikroorqanizmlərin (göbələk, bakteriya)
miqdarının, mikroelementlərin və bəzi makroelementlərin ehtiyatının bu
və ya digər dərəcədə kəskin pozulması və kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının azalması. T.g.d.-nin əsas səbəbləri eyni sahədə uzun
müddət eyni kənd təsərrüfatı bitkisinin becərilməsi, torpaqda
xəstəliktörədən mikroorqanizmlərin toplanması, zərərli cücü və
alaqların inkişafı və s.-dir. Qarşısını almaq üçün növbəli əkinə riayət
etməli, gübrələrdən və pestisidlərdən istifadə etmək lazımdır.
TORPAĞIN HAVA TUTUMU – Havada-quru torpaqda havanın
maksimal miqdarı (tam hava tutumu) və ya torpağın müəyyən
nəmliyində havanın miqdarı (həcm faizi).
TORPAĞIN İNVENTARİZASİYASI – Hər hansı bir müəssisənin
istifadəsində olan (fermer, meşə təsərrüfatı və s.) torpaqların yerində
(naturada) yoxlanılması. Yer quruluşu (meşə quruluşu) təşkilatları
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
453
tərəfindən yerinə yetirilir. T.i.-nın məqsədi ayrı-ayrı torpaq sahələrinin
mövcudluğunu aşkar etməkdir. T.i. aerofotoşəkilçəkmə və yerdə
yoxlama vasitəsilə aparılır.
TORPAĞIN QİYMƏTLƏNDİRİLMƏSİ – bax: ğorpağın
bonitetləşdirilməsi.
TORPAĞIN QLOBAL FUNKSİYALARI – Torpaq biosferdə bir
sıra qlobal funksiyalar yerinə yetirir. Onlardan əsasları sxemdə
göstərilir.
TORPAĞIN QRANULOMETRİK TƏRKİBİ, MEXANİKİ
TƏRKİBİ (lat. Granulum - dənəcik) – Torpağı təşkil edən (diametrinə
görə) müxtəlifölçülü hissəciklərin faiz, yaxud çəki ilə ifadə olunan nisbi
miqdarı. Torpağın qranulometrik elementlər adlanan ayrı-ayrı
hissəcikləri bir neçə fraksiya təşkil edir: 10 mm-dən iri hissəciklər
daşlar, 10-5 mm-lik iri çınqıl, 5-3 mm-lik xırda çınqıl, 3-1 mm-lik iri
qum, 1-05 mm-lik orta qum, 0,5-0,25 mm-lik narın qum, 0,25-005 mm-
lik tozlu gil, 005-0,01 mm-lik narın gil, 0,01-0,005 mm-lik iri toz,
0,005-0,001 mm-lik narın toz və 0,001 mm-dən kiçik hissəciklər isə lil
adlandırılır. Bu fraksiyaları əksər hallarda qruplaşdırıraq 2 yerə ayırırlar:
0,01-dən kiçik hissəciklər – «fiziki gil»”, 001-dən böyük hissəciklər
“fiziki qum”. T.q.t. onun müxtəlif fiziki təsirlərə münasibətini
(qranulometrik və aqreqat tərkibi, strukturu, həcm kütləsi, məsaməliyi,
hava, su, istilik, elektrik, radioaktivlik və s.) müəyyən edən xassələrdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
453
T.q.t. Azərbaycan Respublikası torpaqlarında çox geniş diapazonda –
qumdan ağır gilli tərkibə kimi dəyişir. T.q.t.-n bitkiçilikdə və
əkinçilikdə çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir.
TORPAĞIN QURAQLIĞI – bitkinin inkişafının ləngiməsi və ya
məhv olması həddinə qədər torpağın quruması.
TORPAĞIN MELİORASİYASI – yüksək və sabit məhsul almaq
məqsədilə torpağın hidroloji və iqlim şəraitinin yaxşılaşdırılması
istiqamətində aparılan tədbirlər sistemi T.m.-na ilk növbədə suvarılması,
qurudulması, həmçinin səthi axımın nizamlanması, duzlu torpaqların
yuyulması, torpağın gübrələnməsi, eroziyanın qarşısının alınması,
yarğanqoruyucu və tarlaqoruyucu meşə zolaqlarının salınması aiddir.
TORPAĞIN METABOLİZMİ (yun. metabole - dəyişmə) –
torpaqda maddələrin dövranının bütün kompleksi.
TORPAĞIN MƏNİMSƏNİLMƏSİ, TORPAĞIN İSTİFADƏSİ –
xam və dincə qoyulmuş torpaqların kənd təsərrüfatı dövriyyəsində
istifadəsi.
TORPAĞIN MƏSAMƏLİYİ – Torpağın ümumi həcminə görə
onda olan bütün masəmələrin həcminin cəmi. Faizlə ifadə olunur.
TORPAĞIN MORFOLOGİYASI – torpağın xarici əlamətlərinin
məcmusu. T.m., əsasən, çöldə torpağın təbii profili üzərində öyrənilir.
Torpaqların əsas morfoloji əlamətləri onun quruluşundan, rəngindən,
strukturundan, kipliyindən, möhtəviyyatından, yenitörəmələrindən
ibarətdir. Torpaq əmələ gəldikcə onda müxtəlif genetik qatlar yaranır.
Belə torpağın ümumi görünüşü onun quruluşu adlanır.
TORPAĞIN MÜHAFİZƏSİ – Torpaq örtüyünü və onun
münbitliyini saxlamaq üçün kompleks tədbirlər.
TORPAĞIN MÜNBİTLİYİ – torpağın bitkilər tərəfindən
mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və
məhsulvermə qabiliyyəti. T.m. iki cürdür: təbii (potensial) və süni
(effektiv). Təbii münbitlik ancaq təbii amillərin və torpaqəmələgətirən
proseslərin kombinasiyasından və qarşılıqlı təsirindən asılı olur. Bu
səbəbdən də təbii münbitliyə yalnız xam torpaqlarda təsadüf oluna bilər.
Süni münbitliyi insan yaradır. T.m. statik xassə deyil, dinamik xassədir
və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta
bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
454
TORPAĞIN MÜNBİTLİYİNİN BƏRPASI – müxtəlif növ (o
cümlədən eroziyaya qarşı) meliorasiya tədbirlər kompleksinin tətbiqi
vasitəsilə torpaqların itirilmiş münbitliyinin bərpası. Bu iş ot bitkilərinin
səpini, gübrələrin verilməsi, yaşıl bitki qalıqlarının torpaqda çürüməsi,
torpağın dincə qoyulması və s. yolla həyata keçirilir.
TORPAĞIN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ – torpaqda gedən
miqrasiya prosesləri nəticəsində onun çirkləndirici maddələrin
konsentrasiyasını azaltmaq qabiliyyəti.
TORPAĞIN RADİOAKTİVLİKYİ – Torpağın tərkibində
radioaktiv xassəli kimyəvi elementlərin olması. T.r. uran, radium,
torium və kaliumun radioaktiv izotoplarının miqdarından asılıdır.
Torpaqəmələgətirən süxurlardan asılı olaraq bu elementlərin miqdarı
dəyişə bilər. Başqa torpaqlara nisətən turş xassəli dağ süxurları üzərində
təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli, çimli-çəmən
torpaqlarında radioaktivlik yüksək olur. T.r. təbii və süni olur.
TORPAĞIN REKULTİVASİYASI (lat. cultivo - becərirəm) –
İnsan fəaliyyəti nəticəsində (faydalı qazıntıların çıxarılması, su
qurğularının yaradılması, meşələrin yox edilməsi, şəhərlər salınması və
s.) yararsız hala düşmüş torpaqların məhsuldarlığının bərpa edilməsi.
Mədənlər açıq üsulla istismar edildikdə yeraltı üsula nisbətən daha çox
sahə yararsız hala düşür. Bu səbəbdən Azərbaycan Respublikasında əkin
və otlaq sahələri xeyli azalmışdır (Gədəbəy, Daşkəsən, Abşeron və b.
rayonlarda). Mədən tullantılarını rekultivasiya etmək üçün əvvəlcə sahə
iri daşlardan (Abşeronda neft qalıqlarından) təmizlənir, tullantının üstü
hamarlanır və müxtəlif qalınlıqda torpaqla örtülür. Turşuluğu çox olan
tullantılar neytrallaşdırılır və çatışmayan qida elementləri əlavə edilir,
yerli şəraitə uyğun bitki növləri (ağac, kol, ot) əkilir və s.
TORPAĞIN REQRADASİYASI (lat. reqradatio – geriyə hərəkət)
– 1) torpaqəmələgəlmənin əvvəlki mərhələsinə qayıtması prosesi; 2)
əlverişli təbii (iqlim, nəmlik, termik rejim, otarmanın azaldılması,
mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması,
humuslaşması) və antropogen (torpağın düzgün şumlanması, elmə
əsaslanmış meliorasiya üsullarının tətbiqi və s.) amillərin təsiri
nəticəsində torpağın münbitliyinin bərpası.
TORPAĞIN SU REJİMİ – torpaq suyunun hərəkətini, bitki
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
455
tərəfindən onun sərf edilməsi və istifadəsini təyin edən hadisə və
proseslərin məcmusu; torpaq münbitliyinin amillərindən biri. T.s.r.
torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, su
tutumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq
hazırlanmasının (şumlanması) üsulundan, becərilən bitkinin
xüsusiyyətindən asılıdır. Torpağın su balansı müəyyən dövr ərzində ona
daxil olan sulardan (atmosfer yağıntıları, kondensasiya olunan atmosfer
suyu, qonşu sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma
suyu) və xaric olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindən
və torpaqdan buxarlanan sular) ibarətdir.
Torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobioloji
proseslər, bitkinin su ilə təmin olunması T.s.r.-ndən asılıdır. T.s.r.-ni
təmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və səmərəli
istifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması,
torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). T.s.r. hava və istilik
rejimləri, həmçinin bitkinin qida rejimi ilə sıxı əlaqədardır.
TORPAĞIN SUSIZDIRMASI – məsaməli cisim kimi torpağın
özündən sukeçirmə qabiliyyəti. Vahid zamanda torpağın səthindən
torpağa sızan su qatının qalınlığı T.s.-nın miqdarını göstərir.
TORPAĞIN SU TUTUMU – torpağın müəyyən şəraitdə bu və ya
digər miqdarda udub saxladığı suyun miqdarı. Torpağın suyu saxlamaq
qabiliyyətinə görə tam, kapilyar, adsorbsion-maksimal, differensial,
maksimal-molekulyar, ümumi, nisbi, çöl və s. T.s.t. ayrılır.
TORPAĞIN TURŞULUĞU – Torpaq məhsulunda hidrogen
ionlarının (H
+
) olması ilə torpağın xassəsi. pH-la ifadə olunur (hidrogen
ionlarının qalığının mənfi loqarifmi). Turş torpaqlarda pH 7-dən aşağı,
neytral torpaqlarda 7-yə yaxın, qələvi torpaqlarda 7-dən yüksək olur.
Turş torpaqlara üstünlük verən orqanizmlər oksilofitlər (bitki) və
oksilofitlər (heyvan) adlanır.
TORPAQDA MADDƏLƏRİN FON MİQDARI – torpaqda
maddələrin miqdarı onun təbii tərkibinə uyğun gəlir.
TORPAQDA RÜTUBƏTLİK DEFİSİTİ – həyati proseslərin
normal keçməsi üçün labüd olan rütubətliyin çatışmaması.
TORPAQDA RÜTUBƏTİN EHTİYATI – Müəyyən dərinliyə
qədər torpaqda olan suyun miqdarı (mm-lə və ya m
3
/ha-la). Torpaq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
456
horizontları üzrə torpaq nümunələrinin alüminium stakanlara yığıb 0,01
dəqiqliklə ölçərək 105
° temperaturda qurudub çəkməklə təyin olunur.
Sonra bütün tədqiq olunan torpaq profili üçün torpağın rütubət ehtiyatı
hesablanır.
TORPAQDAN ÇOXMƏQSƏDLİ İSTİFADƏ – torpaq sahəsindən
istifadə edərək onun təbii resurslarından bir neçə məhsul növü əldə
etmək, məs., oduncaq və ov və ya kənd təsərrüfat məhsulu (regionda su
axarlarının sululuq dərəcəsini azaltmamaq şərtilə).
TORPAQDAN İSTİFADƏ EDƏN – torpaqdan fiziki və ya hüquqi
istifadə edən şəxs və ya təsərrüfat.
TORPAQƏMƏLƏGƏLMƏ, torpaqəmələgəlmə prosesi – ana
süxura canlı orqanizmlərin və onların çürüntü qalıqlarının təsiri
nəticəsində ondan torpağın əmələ gəlməsi prosesi. T.p. litosfer və
biosferin kontaktında yaranır. Litosfer və biosferlə yanaşı
torpaqəmələgəlmə prosesində atmosfer və hidrosfer də iştirak edir. T.p.-
nin əsas energiya mənbəyi günəş energiyasıdır. T.p. özündə kimyəvi,
fiziki və bioloji hadisələri cəmləşdirir. Hazırda T.p-nə insan böyük təsir
göstərir.
TORPAQLARIN AQROİSTEHSAL QRUPLAŞMASI – T.a.q. –
torpaqların təsnifat vahidlərinin xassələrinə və ya hər hansı bir kənd
təsərrüfat bitkisinə, yaxud bitgi qrupuna münasibətdə yaxın aqronomik
keyfiyyətlərinə görə birləşdirilməsidir. Tərtib olunmuş bonitirovka
şkalaları və sinifləri əsasında Azərbaycan torpaqlarının aqroistehsal
qruplaşması aparılmışdır (Q.Ş.Məmmədov, 1985,1991). Torpaqlar beş
aqroistehsal qrupunda qruplaşdırılmışdır.
I qrup – yüksək keyfiyyətli torpaqlar. Bu torpaqlar yüksək balla (81-
dən çox) qiymətləndirilərək yüksək siniflərə (IX-X) daxil edilmişdir.
II qrup – yaxşı keyfiyətli torpaqlar münbitlik göstəricilərinə görə
61-80 balla qiymətləndirilmiş və VII-VIII bonitet sinfinə aid edilmişdir.
III qrup – orta keyfiyyətli torpaqlar. Bu torpaqlar 41-60 balla
qiymətləndirilərək V - VI bonitet siniflərinə aid edilmişdir.
Dostları ilə paylaş: |