TÖKÜNTÜLƏRİN ÇƏMƏNLƏŞDİRİLMƏSİ – çoxillik taxıl və
paxlalı ot növlərinin səpilməsi və becərilməsi yolu ilə yüksək məhsuldar
ot örtüyünün yaradılması üzrə kompleks tədbirlər. Otların növ tərkibi,
səpin norması və becərilmə aqrotexnikası çəmənləşdirilən yerin
səciyyəvi xüsusiyyətlərindən və rayonun fiziki-coğrafi şəraitindən asılı
olaraq təcrübə yolu ilə müəyyənləşdirilir. Paxlalılar və qarışıq otlar
səpilərkən səpin norması iki dəfə çoxaldılır. Çəmənləşdirilmiş töküntü
sahəsindən biçənək, otlaq məqsədilə istifadə edilməsi üzrə tövsiyə yerli
şəraitdən asılı olaraq müəyyən edilir.
TÖKÜNTÜLƏRDƏ TORPAQ ÖRTÜYÜNÜN BƏRPASI –
texnogen törəmə relyefin səthində texniki rekultivasiya işləri
aparıldıqdan sonra təkrar torpaq örtüyünün yaradılma prosesi.
Torpaqların bərpa olunma prosesi meliorativ tədbirlərin (humus
meliorsiyası: humuslu torpaq qatının yaradılması, kompost, torf və daş
kömür məişəli meliorantların verilməsi, fitomeliorasiya və s.) həyata
keçirilməsi və biosenozların təbii halda tədrici olaraq bərpa olunması ilə
sürətlənə bilər.
TÖRƏMƏ BİTKİ ÖRTÜYÜ – insan fəaliyyəti və ya təbii
fəlakətlər nəticəsində biotopun fiziki-kimyəvi xassələrində dərin
dəyişikliklər getdiyindən məhv olmuş ilkin bitki örtüyü bilavasitə bərpa
olunmayıb, aralıq suksessiya fazaları keçirir. Belə aralıq fazalar T. b.ö.-
nü təşkil edir.
TÖRƏMƏ ÇİRKLƏNDİRİCİ – ilk çirkləndiricilərin kimyəvi
reaksiyaları və ya kimyəvi parçalanması nəticəsində əmələ gəlir.
TÖRƏMƏ MATERİAL RESURSLARI – Xalq təsərrüfatında elm
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
467
və texnikanın inkişafının hazırkı mərhələsində istehsalat və məişət
tullantılarından istifadə.
TÖRƏMƏ MEŞƏLƏR – İnsan fəaliyyətinin və təbii (kortəbii)
hadisələrin təsiri ilə dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi,
quruluşu, məhsuldarlığı, ilkin meşələrə xas olan meşəbitmə şəraiti və
digər xassələri dərindən dəyişir. T.m. ağacların təbii əvəz olunması və
təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları)
öz ilkin vəziyyətinə bərpa olunması intensivliyindən asılı olaraq qısa
müddətli, uzunmüddətli və davamlı uzunmüddətli T.m.-ə.bölünür. Qısa
müddətli T.m.-də bu proses əsas meşəyaradan ağac cinsinin
(edifikatorun) bir nəslinin həyat müddətində, uzunmüddətli T.m.-də 2-3
nəsil, davamlı uzunmüddətli T.m.-də isə 3 nəsildən artıq müddətdə başa
çatır. Azərbaycan respublikasında ilkin palıd və fıstıq meşlərinin yerinə
törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə
tutur.
TRANSABİOTİK ƏLAQƏLƏR (Sukaçov, 1953) – Orqanizmlərin
mühitə, mühitin isə orqanizmlərə təsirinin birbaşa müxtəlif formaları: a)
passiv təsir – pertinensiya, b) orqanizmlərin fəaliyyəti prosesində
yaranan aktiv təsir-saprotrofiya və mediopatiya. Bunların əsasında
biotik mühit yaranır və orqanizmlərin assosiasiyalaşmasının xüsusi
formaları əmələ gəlir.
TRANSFORMASİYA (lat. transformatio - dəyişmək) – Bioloji
sistemdə və ya onun ətraf mühitində gedən keyfiyyət dəyişkənliyi (yeni
göstəricinin yaranması). Bitki qrupunun və ya torpağın antropogen
dəyişməsi.
TRANSQRESSİYA – dənizin quruya «Hücumu»; Yer qabığının
tektonik hərəkəti nəticəsində dənizin quru sahələri basması. Yerin
tarixində reqressiya ilə əvəz olunması.
TRANSPİRASİYA (lat. trans – vasitə və spiro – nəfəs alıram) –
Bitkilərdə suyun buxarlanması. Bitkilərin əsas transpirasiya orqanı
yarpaqlardır. T. yarpaqlarda buxarlanan suyun əsas çıxış yolu olan
ağızcıqların açılıb bağlanması ilə nizamlanır. Ağızcıqlar vasitəsi ilə
gedən T. ağızcıq T.-sı adlanır. T. prosesində suyun bir hissəsi (10%)
katikula vasitəsi ilə xaric olunur. Bu proses katikula T.-sı adlanır. Bir
saat ərzində bitkilərdən buxarlanan suyun qramla miqdarı T.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
468
intensivliyi, 1 q quru maddənin əmələ gəlməsinə sərf olunan suyun miq-
darı isə T. əmsalı adlanır.
TRİXOFİTLƏR (yun. thrix - saç) – torpaqdakı kapilyar suyun
hesabına yaşayan bitkilər (əksər kserofitlər).
TRİNİTROTOLUOL (trotil, TNT, tol, 2,4,6 - trinitrotoluol) C
2
H
5
N
3
O
5
– ağ kristal (texniki məhsulu – sarı rəngli), qeyri hiqroskopikdir,
suda zəif, üzvi həlledicilərdə yaxşı həll olur. T. geniş yayılan törəmə
partlayıcı maddədir, yanma dərəcəsi 3596 kkal/kq, qazşəkilli
məhsulunun partlayış həcmi 730 l/kq-dır. T. mərmilərinin, minaların,
raketlərin atıcı hissələrinin doldurulmasında, sənayedə partlayış
işlərində istifadə olunur.
TROFEKOLOGİYA, QİDALANMA EKOLOGİYASI
–
ekologiyanın bölməsi; biosenozda qida əlaqələrinin məcmusunu öyrənir.
T.-nın fundamental konsepsiyasını ingilis ekoloqu Ç.Elton (1927)
hazırlamışdır.
TROFİK ZƏNCİR (QİDA ZƏNCİRİ) (yun. trophe - qida) –
özündən əvvəl gələn hər bir zveno (həlqə) özündən sonrakı üçün qida
kimi istifadə edilən növ və ya onun qrupları. T.z. daxilində ayrılır:
otyeyən – orqanizmlə – produsentlə qidalanma – parazitlik və yırtıcılıq.
TROFLUQ ƏMSALI – Ekosistemdə fotosintezin ümumi
məhsulunun tənəffüsə nisbəti, yəni R:R. Ekosistemin yetişkənlik
göstəricisidir, belə ki, davamlı ekosistemlərdə bu əmsal vahidə
bərabərdir.
TROFOLOGİYA – orqanizmlərin trofik əlaqələrini öyrənən elm.
TROQLOBİONT (yun. trogle - mağara) – Yalnız mağaralarda
yaşaya bilən orqanizmlər.
TROQLOFİLLƏR – həm mağaralarda, həm də yer mühitində
yaşamağı üstün tutan orqanizmlər (yarasalar, xərçəngkimilər və s.). T.-in
əksəriyyəti hiqrofil və kölgəsevər növlərdir. T.-ə çox vaxt endogen
şəraitdə (tökülən yapaqların, daşların altında, torpaqda və s.), mağaraların
dərinliklərində, əksər hallarda isə mağaranın girişində rast gəlinir.
TROPİK MEŞƏLƏR – ekvatorial, subekvatorial və tropik
qurşaqlarda yayılmışdır. Bitki növləri zəngin və hündürboylu (60-70 m
və hətta 80 m) ağacları olan həmişəyaşıl rütubətli tropik və ya əsasən,
lianlar və epifitlərdən ibarət tropik yağışlı meşələrə daha çox rast
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
469
gəlinir.
TROPİK ZONA – 40
°ş.e. və 40° c.e. arasında yerləşən Dünya
okeanının 500-1000 m dərinliyində olan temperatur zonası. Onun
sərhədi +15
° qış izotermi sayılır. Mövsümi temperatur tərəddüdü bəzən
3-4
°-dən çox olur.
TROPOFİL BİTKİLƏR (yun. trophe – dəyişmək və phyllon -
yarpaq) – yarpağını tökən bitkilər. Yarpaqların tökülməsi əsasən
mülayim enliklərdə bioloji tipdən (həyatilik formasından) və ilin mövsü-
mündən asılı olaraq müşahidə edilir.
TROPOFİTLƏR – sutkalıq ritmikasında yarpaqları günəş işığına
doğru yönələn bitkilər (məs. “kopas” bitkisi”). T.-rə həmçinin ilin
quraqlıq dövründə iri yarpaqlarını töküb onları xırda yarpaqlarla dəyişən
bitkilər aiddir. Günəbaxan bitkisini də T.-ə aid etmək olar.
TUFAN – Adətən tsiklon keçən zaman baş verən, xeyli davamlı, çox
güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya
səbəb olan küləyə deyilir. Çox vaxt ildırım, göy gurultusu və güclü
leysanla müşayiət olunur. Yağmursuz T.-lar da çox olur.
TUQAY MEŞƏLƏRİ, QALEREYA MEŞƏLƏRİ – Orta Asiya,
Cənubi Qafqaz və Mərkəzi Asiyada çay sahilləri boyu bitən meşələr.
Çöl və yarımsəhra (meşəsiz) əraziləri kəsib keçən bu çaylar öz
sahillərində meşənin inkişafı üçün əlverişli şərait yaradır: burada qrunt
suyunun səviyyəsi səthə yaxın yerləşir, torpağın nəmliyi yuksək olur,
vaxtaşırı ətraf sahələri daşqın suları basır. Çay sahili boyu bitən belə
meşələrə Azərbaycan və Orta Asiya xalqları tuqay meşələri adı
vermişdir. Başqa meşələrdən fərqli olaraq T.m. özünəməxsus qalın, sıx
kollu, sarmaşıqlı, çox vaxt keçilməz olur. Amu-Dərya və Sır-Dərya
çaybasar sahələrinin T.m.-də əsas ağac turanqa (qovaq növü) hesab
olunur. Ona söyüd, iydə, çaytikanı qarışır. Respublikamızda T.m-nə bir
çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş T.m. Kür
çayının payına düşür. T.m vaxtilə Kür sahillərində çaydan uzaqlaşdıqca
xüsusi təbii zonallıq yaradırdı. Çayın lap subasar kənarı ilə söyüd və
yulğun meşəsi yayılıb, sahildən aralandıqca üstünlük ağyarpaq qovağa
(hibrid qovağa) keçir. Daha sonra isə meşəliyin tərkibində qovaq azalır,
qarağac və palıd artır. Meşəliyin lap kənar hissəsində palıda saqqız
ağacı qarışır, bəzən saqqız təmiz meşəlik yaradır. Hazırda Kürətrafı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
470
sahillərinin təbii meşə landşaftı kökündən dəyişmişdir, göstərilən təbii
qanunauyğun zonallığın qalıqlarına ancaq tək-tək hallarda rast gəlmək
olur. Təəssüf ki, böyük iqlimnizamlayıcı, torpaqqoruyucu və
sahilbərkidici, ov heyvanlarının sığınacağı və insanların istirahət guşəsi
olan T.m.-nin qalıqları da sıradan çıxmaq üzrədir. Belə vəziyyət hazırda
Kür qırağında az da olsa saxlanılmış T.m.-nin qorunması və yeni
meşəliklərin salınmasının vacibliyini daha da artırır.
Tovuz rayonu Kirzan sahəsində Kürqırağı tuqay meşəsi
TULLANTI ANBARI – Tullantıların, bir qayda olaraq sənayenin
bərk tullantıları və şlamlar (maye axıntılar təmizləndikdən sonra əmələ
gələn quru qalıq) toplanılan və saxlanılan xüsusi qurğular, tulantının
tipindən və təhlükəliyindən asılı olaraq onların ətraf mühitdən izolə
etmək sistemi təyin edilir. Tullantılardan axan infiltrasiya suları daha
təhlükəli sayılır, belə ki, yağış zamanı tullantılardan sızılan sulardan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
471
tullantıda olan zəhərli maddələr yuyulub aparılır. Adətən infiltrasiya
suları yığılır. Tərkibində üzvi maddələr olan tullantılardan pis iyli isti
qaz çıxır, onun tərkibində əsasən metan olub partlayıcı təhlükəsinə
malikdir.
TULLANTILAR – istehsal, məişət, nəqliyyat və başqa sahələrdə
əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin
T.-dan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi
istifadə etmək olar. Yararsız T. zibil sayılır.
TULLANTILARIN FİZİKİ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ –
Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantılara
fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi.
TULLANTILARIN KİMYƏVİ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ –
kimyəvi reaksiya aparmaqla tullantılardakı zərərli maddələri zərərsiz
birləşmələrə çevirmək.
TULLANTILARIN NEYTRALLAŞDIRILMASI – tullantıların
turş və qələvi xassələrini neytrallaşdırma prosesi.
TULLANTILARIN NORMASI – müəssisənin ətraf mühitə
atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı.
T.n. elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən
atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin.
TULLANTILARIN SUSUZLAŞDIRILMASI – Texnoloji üsul
tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi.
Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli
komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi
maddələrin yox edilməsi.
TULLANTILARIN TERMİK ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ –
Xüsusi reaktorlarda 600-1000
°C temperaturda tullantıların işlənməsi.
TULLANTILARIN UTİLİZASİYASI – bax utilizasiya.
TULLANTISIZ TEXNOLOGİYA – təbii resurslardan səmərəli
istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən
tullantısız məhsul almağa yönəldilən texnologiya. T.t. bütün sənaye və
kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. T.t.-nın
inkişafının
əsas istiqamətləri aşağıdakılardır: tullantıların
utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi,
qapalı siklli istehsalın təşkili, çirkab suların atılması, zərərli maddələrin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
472
atmosferə buraxılması.
TUNDRA EKOSİSTEMLƏRİ – Arktik iqlimin ekosistemləri,
şibyə, mamır, yarpığını tökən və həmişəyaşıl kollar, dominantlıq edir.
Polidominant və mozaik fitosenozlara malikdir, torpağı qleyli tundra
torpağıdır.
TURİST CIĞIRI – xüsusi düzəldilmiş və ya xəritə üzərində təyin
olunmuş, mühafizə olunan (və ya olunmayan) ərazidə turist qrupunun
(təşkil olunmuş və ya müstəqil halda) hərəkət yolu (milli parkda və ya
digər yerdə).
TURİSTİKA (TURİSTŞÜNASLIQ) – türizmlə əlaqədar bütün
amilləri və hadisələri tədqiq edən kompleks fənn.
TURİZM – asudə vaxtda səyahət, fəal istirahət növlərindən biri. T.
insanın səhhətini yaxşılaşdırır, iş qabiliyyətini artırır, görüş dairəsini
genişləndirir və s. Öz ölkəsi daxilində gəzintiyə daxili (milli) T.,
vətəndən kənarda gəzintiyə xarici T. deyilir. Səyahətin məqsədindən
asılı olaraq ekskursiya T.-i, idman T.-i, şəhərdən kənar T. və s.
mövcuddur. T. əsasən turist idarələri tərəfindən qabaqcadan
proqramlaşdırılmış mütəşəkkil, qismən də ayrı-ayrı şəxslərin müəy-
yənləşdirdiyi qeyri mütəşəkkil səyahətlərdən ibarət olur.
TURŞ DUMAN – turşu əmələ gətirən, kükürd və azot oksidləri həll
olmuş aerozol, xırda su damcıları. T.d. insan üçün turşulu yağışlardan da
təhlükəlidir. Belə ki, o, daha çox turş reaksiyaya (pH < 2) malik olub
insanın nəfəs orqanına düşərək selikli qişanı zədələyir.
TURŞ TORPAQ – pH (hidrogen ionlarının qatılığı) 7.0-dən aşağı
olan torpaq. Turş torpaqların münbitliyi aşağı olur.
TURŞULU (TURŞ) YAĞIŞLAR – T.y.-ın əsas komponentləri azot
və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və
torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədə olduqda sulfat, nitrat və digər
turşular əmələ gətirir. T.y.-a səbəb olan təbii mənbələrə vulkan
püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen
ifrazat, torpağın deflyasiyası və s. aiddir. Antropogen T.y.-ın mənbəyi
yanacaq qazıntılarının, xüsusən daş kömürün İES-də, qazanxanalarda,
metallurgiyada, neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması
prosesi sayılır. T.y.-ın digər mənbəyi kənd təmərrüfatında istifadə
olunan azot gübrələri hesab olunur. T.y.-ın əsas yayıldığı vilayətlər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
473
sənaye rayonları sayılır. (Ş.Amerika, Qərbi Avropa, Yaponiya, Koreya,
Çin, Rusiyanın sənaye rayonları).
Turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların T.y. adlandırılması
qəbul edilmişdir. İndiyə qədər məlum olan ən turş yağış Kanadada (PH
2,4) və ABŞ-ın Los-Anjeles şəhərində (PH 2,3) qeydə alınmışdır. T.y.
təbiətə, binalara və qurğulara böyük zərər yetirir, tarixi abidələri
aşılayır, metal qurğuları karroziyaya uğradır, torpağın, suyun fiziki-
kimyəvi xassəsini dəyişdirir, canlı aləmin bioloji inkişafını məhv edir.
T.y. bitki örtüyünün, o cümlədən meşələrin qurumasına, su
orqanizmlərinə məhvedici təsir göstərir. T.y. təsirindən Norveçin cənub
hisəsində göllərin 80%-i «ölüdür». T.y.-ın ekoloji problemini həll etmək
üçün azot oksidi və kükürd qazının buraxılması kəsgin azaldılmalı, yeni
texnologiya tətbiq edərək yanacağa qənaət etmək, yanacaqdan kükürdü
kənarlaşdırmaq, tüstü bacalarından çıxan kükürd və azot oksidini tutmaq
kimi tədbirlər həyata keçirilir, bu sahədə ayrı-ayrı dövlətlərlə beynəlxalq
əməkdaşlıq edilir.
TURŞULUQ AMİLİ – suyun və torpağın turşuluğunu təyin edən
faktor (pH).
TUT FƏSİLƏSİ (Moraceae). Fəsiləyə 70-ə yaxın cins daxildir.
Əsasən tropik və subtropik iqlimli ölkələrdə yayılmışdır. Azərbaycanda
fəsilənin 4 cinsi məlumdur.
Tut cinsi (Morus). Respublikamızda 3 növu vardır. Ağ tut (M.alba),
qara tut (M.nigra) və qırmızı tut (M.rubra).
Əncir cinsi (Ficus). Azərbaycanda 2 növü vardır. Adi əncir
(F.caria). Azərbaycanda, əsasən Abşeronda, Qobustanda və aran
zonalarında becərilir.
Hirkan ənciri (F.hyrcana) Lənkaran zonasında aşağı dağ
qurşağında, meşələrdə tək-tək və topa halında yayılmışdır. Üçüncü
dövrün relikt bitkisi sayılır.
Narıncı maklüra (Maclura), bəzən meymun alması da deyilir. Təbii
halda Çin və Ş.Amerikada yayılmışdır. Azərbaycanda bir çox rayonların
yaşıllıqlarında rast gəlinir.
Kağız ağacı cinsi (Broussonetia). Təbii halda Çin və Yaponiyada
yayılmışdır. Azərbaycanda Abşeron, Gəncə və Kür-Araz düzənliyi
rayonlarında, parklarda rast gəlinir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
474
TUTÇULUQ – ipəkçilik sahəsi; aqrobiologiya elminə daxildir. T.
fənni tut bitkisinin morfologiyası, anatomiyası, sistematikası, genetikası,
seleksiyası, sort tərkibi, tut bitkisinin çoxaldılması, yemlik və meyvə tut
plantasiyalarının yaradılması, tut yarpaqlarının, meyvələrinin keyfiyyəti,
biokimyəvi xüsusiyyəti və T.-da təcrübə işinin əsas məsələlərindən bəhs
edir.
TÜKƏNƏN NÖV – Artıq neçə vaxtdır ki, təbiətdə rast gəlinməyib,
ola bilər ki, ona çətin əlçatan yerlərdə və yaxud mədəni halda təsadüf
olunsun.
TÜKƏNƏN RESURSLAR – istifadə etməklə miqdarı, (ehtiyatı)
sahəsi get-gedə azalan təbii resurslar. T.r. bərpa olunan (bitki örtüyü və
heyvanat aləmi) və bərpa olunmayan (mineral resurslar) resurslara
bölünür.
TÜKƏNMƏKDƏ OLAN NÖV – Tam ölmək (məhv olmaq)
təhlükəsində olan növ, qalan fərdləri təbii şəraitdə populyasiyanı
saxlamağa qadir deyildir. Xüsusi dəqiq tədbirlər həyata keçirərək (bəzən
süni artırmaq yolu ilə) mühafizəsi tələb olunur. T.o.n. ölməkdə olan
növlərdən fərqli olaraq əlverişli genetik imkana malik olub yeni şəraitdə
artırılması mümkündür.
TÜKƏNMƏYƏN (GÜCDƏN DÜŞMƏYƏN) RESURSLAR –
təbii resursların miqdarca tükənməyən hissəsi (dəniz qabarmaları, günəş
şüası, atmosfer, hidrosfer, iqlim). Hava hövzəsi kükürd-oksidi, karbon
qazı, azot, sənaye tozlarilə, hidrosferin isə neftlə, pestisidlərlə, ağır
metallarla, detergentlərlə, sənaye və məişət tullantıları ilə güclü
çirkləndikdə T.r. tükənən resurslar kateqoriyasına keçə bilər.
TÜSTÜ – dispers fazanın bərk hissəciklərindən ibarət yüksək
dispersiyalı aerozol. Yanma və digər kimyəvi reaksiya zamanı əmələ
gəlir. Sənaye tüstüsü ətraf mühiti çirkləndirir, duman, smoq (asılqan)
əmələ gətirir. T.-dən kənd təsərrüfatında, hərbi işlərdə istifadə edilir.
TÜSTÜ QAZLARI – sobalarda yanacaq yanarkən əmələ gələn
qazabənzər məhsullar. Tam yanmadan alınan T.q.-nın əsas tərkib
hissələri azot, karbon qazı, su buxarı, kükürd qazı (kükürd 4-oksid) və
oksigen; qismən yanmada isə karbon 2-oksid, hidrogen və
karbohidrogenlər olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
475
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
475
U
UAYT SPİRT – ağır benzin sortu, yaxud maye karbohidrogenlərin
qatışığı, 165-200
0
C-də qaynayır. Rəngsiz, parlaq maye olub benzinin
xarakterik iyinə malik deyil. Y.s. az zəhərli olub iş qaydasına əməl
olunduqda təhlükəsizdir.
UÇQUN – dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı
sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi.
U. aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların
qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində
əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından
qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da
olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu
müşahidə olunur. U. bəzən dağlarda dərələri doldurur və kəndləri
dağıdır.
Dostları ilə paylaş: |