VİTRİFİKASİYA (lat. vitrum - şüşə) – kəskin soyuq şəraitdə (-
20
°C-dən aşağı) bitki və heyvan orqanizm toxumalarının donaraq şüşə
halına duşməsi, lakin həyatilik qabiliyyətini itirməməsi.
VOLF ƏDƏDİ – Günəşin fəallığını xarakterizə edən ədədlərdən
biri. Günəş diskində görünən ləkələrin tutduğu ümumi sahə ilə təqr.
mütənasibdir və X=K(10d+f) düsturu ilə hesablanır. Burada K –
müşahidəçinin vəziyyəti, teleskopun ölçüləri və b. səbəblərdən asılı
əmsal, f – günəş diskindəki ləkələrin sayı, “d” isə həmin ləkələri
birləşdirən qrupların sayıdır. İsveçrə astronomu R.VOLF elmə daxil
etmişdir.
VULKAN BOMBASI – vulkan püskürməsi vaxtı atılmış lava
parçaları. Püskürmə məhsulunun havada soyumasından əmələ gəlir.
VULKAN QAZLARI – vulkan püskürməsi zamanı və püskürmədən
sonra kraterdən, vulkan yamaclarındakı çatlardan, lava axınlarından və
piroklastik süxurlardan ayrılan qazlar.
VULKAN TUFU – vulkan külü, vulkan qumu, lapilli və s. bərk
püskürmə məhsulları yığımının sementləşməsindən əmələ gələn süxur.
Tərkibinə görə bazaltlı, andezitli, dasitli, liparitli və s. olur. V.t.-dan
inşaat materialı kimi istifadə edilir. Azərbaycanda (Kəlbəcər, Xanlar və
s. rayonlarınlarda) yataqları məlumdur.
VULKANİK SÜXURLAR – bax Effuziv süxurlar.
VULKANLAR (yun. Vulcanus) – Yer daxilindəki kanallar və
çatlarla dərinliklərdəki maqma mənbələrindən lavanın, isti qazların və
süxur qırıntılarının yer səthinə püskürülməsi nəticəsində əmələ gələn
təbii geoloji törəmələr. V.-ın püskürmə məhsulları qaz, maye və bərk
halda olur. Vulkan qazları karbon qazları, su buxarı, karbon qazı,
hidrogen-sulfid, kükürd qazları, xlorlu birləşmələr və s.-dən ibarətdir.
Püskürmə zamanı lavanın temperaturu 800-1200
°, orta hərəkət sürəti 1-
2 m/san, xüsusi halda 8 m/san olur. Azərbaycanda Pliosen vulkan
kraterləri Kəlbəcər rayonunda müəyyən edilmişdir. Bu V. lipirit və
daskit püskürmüşdür. Antropogenə aid vulkan karaterləri Kəlbəcər və
Laçın rayonlarında qeyd edilmişdir. Bu dövrə aid vulkan püskürmələri
məhsulu Naxçıvan və Talışın dağlıq hissələrində geniş yayılmışdır. Bəzi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
484
vulkanik süxurlardan (andezit və bazaltlar) tikinti materialı kimi, şüşə və
bazalt ərintisi istehsalında istifadə edilir. Yer kürəsində maqmatik
vulkanlarla bərabər palçıq vulkanları da inkişaf etmişdir. (bax. Palçıq
vulkanları).
Vulkanın
kəsiyi
a-krater;
b-boğaz;
c-yan
krater
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
485
Y
YABANI QİDA BİTKİLƏRİ – insanın təsərrüfat fəaliyyəti ilə
bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. Respublikamızda
4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim
dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin
bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə
və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud,
böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq,
Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar.
K.S.Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində
meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan
toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik
meyvələr – 4230 ton hesablanmışdır.
YAD NÖVLƏR – hər hansı qruplaşmaya aid olmayıb ora təsadüf
düşən növlər.
YAĞINTI – bax: atmosfer yağıntıları.
YAĞLI BİTKİLƏR – yağ almaq məqsədilə becərilən bitkilər.
Buraya müxtəlif fəsilələrə mənsub birillik və çoxillik bitkilər daxildir
(günəbaxan, soya, yerfındığı, zeytun, şalğamturp, xardal, yağ çiçəyi,
gənəgərçək və s.) Azərbaycanda bu məqsədlə pambıq, çaytikanı, zeytun,
günəbaxan, qoz, badam becərilir. Fıstıq, itburnu və nar toxumlarından
da yağ almaq üçün istifadə etmək olar.
YAMAC – dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə
deyilir. Y. geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya
proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada
olur.
YANACAQ – yandıqda istilik verən maddələr. Y. istiliyindən
bilavasitə texnoloji proseslərdə və ya başqa növ enerji formasında
istifadə olunur. Y-ı yandırmaq üçün müxtəlif texniki qurğular (ocaq,
soba, yanma kamerası və s.) işlədilir. Y.kimi əsas tərkib hissəsi karbon
olan boz kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi
üzvi mənşəli faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir.
– Dizel Y. – neft karbohidrogenlərinin qarışığı, 180-360
0
C-də
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
485
qaynayır. Dizel mühərriklərində işlədilir.
– Qazanxana Y. – yüksək dərəcədə qaynayan karbohidrogenlərin
qarışığı, buxar qazanlarında,sənaye sobalarında və b. yerlərdə yanacaq
kimi işlədilir.
– Mühərrik Y. – Daxili yanacaq mühərrikləri üçün yanacaq.
– Raket Y. – karbohidrogenlərin maye qarışığı, əsasən neftin ağ neft
fraksiyası; hava-reaktiv mühərriklərində işlədilir.
Sintetik maya Y. – bərk yanacağın (məs. qonur kömür, yanan şist
və s.) üzvi kütləsinin termokimyəvi parçalanmasından alınan
karbohidrogen qarışığı.
– Nüvə Y. – nüvə reaktorlarında enerji mənbəyi kimi istifadə edilən
materiallar.
YANDIRMA (otlaq, çəmən, kolluq və s.) – Sahələrin daha tez
yaşıllaşmasına təsir etmək məqsədilə çəmən və kolluqlara od vurularaq
yandırılması. Yandırma bitki örtüyünün və torpağın deqradasiyasına
səbəb olur.
YANĞIN SAHƏSİ – bitki sahəsinin (əsasən meşəliyin) yanğına
məruz qalmış hissəsi. Y.s.-də çox vaxt ilkin meşə bitki örtüyü törəmə
tozağacı, qovaq, söyüdlə və ya kolluqlarla əvəz olunur. Qrunt suyu
dayazda yerləşən Y.s-də meşə sahəsinin məhv olması nəticəsində
transpirasiya azaldığından müvəqqəti bataqlaşma müşahidə olunur.
YARARSIZ SÜXURLAR – tərkibində bitkilərin və torpaq
orqanizmlərinin normal inkişafına toksiki təsir göstərən maddələrlə
(suda həll olunan duzların, sulfidlərin oksidləşmə məhsulları) zəngin
olan dağ və ya çöküntü süxurları.
YARARSIZ TORPAQLAR-BEDLENDLƏR – quru iqlim, çətin
keçilən, çox parçalanmış və torpaq örtüyü tamamilə yuyulmuş yararsız
relyef sahələri. Ən çox səhra və yarımsəhra zonasındakı su keçirməyən
gilli süxurların leysan yağışları ilə yuyulmasından əmələ gəlir.
Azərbaycanda Bozdağ silsiləsində, Qobustanda və s.-də Y.t. var. Y.t.
respublikamızda yaylaqlarda və meşə zonasında da insanların
təsərrüfatsız fəaliyyəti nəticəsində əmələ gəlir.
YARĞAN – nisbətən hündür-düzənlik sahələrdə, xüsusən yumşaq
çöküntülərdən (məs: lös) ibarət olan yerlərdə müvəqqəti və ya kiçik
axarı olan suların fəaliyyəti ilə ovulmuş, dik yamaclı çüxura deyilir. Y-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
486
ın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və
yamacların şumlanması Y-ın genişlənməsinə səbəb olur. Yaylaq
zonasında intensiv mal-qara otarılması ilə əlaqədar bitki və torpaq
örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Y-lar əsasən
kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız
hala salır. Y-larla mübarizə etmək üçün onun yamaclarında və ona
bitişik sahələrdə ağac və kollar əkilir. Genişlənməsi dayanmış,
yamacları yastı və dibi hamarlanmış Y. quru Y. və ya qobu adlanır.
Qəbələ rayonunun subalp zonasında yarğan eroziyası
YARĞAN VƏ QOBUQORUYUCU MEŞƏ ZOLAQLARI – qobu
və yarğanlar boyu eroziyanın inkişafını dayandırmaq məqsədilə salınan
meşəliklər. Bu zolaqlar torpağı bərkidir, onun yuyulmasının qarşısını
alır, səthi axını torpaqaltı axına keçirir, mikroiqlimi yaxşılaşdırır,
torpaqdan səmərəli istifadə olunmasına şərait yaradır. Əkin üçün həmin
regiona davamlı ağac və kollardan istifadə edilir. Yarğanın yanındakı
cərgələrdə kökdən pöhrə verən ağac və kollardan istifadə olunması
məsələhət görülür (gilənar, göyəm, çaytikanı, gərməşov, qovaq,
akasiya), kollar əsasən kənar cərgələrdə əkilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
487
YARIMADA – üç tərəfdən su ilə əhatələnən, bir tərəfdən isə
materik və ya adaya birləşən quru hissəsi. Y-ların əksəriyyəti birləşdiyi
qurunun davamını təşkil edir. Belə Y-lar materiklə ümumi geoloji
quruluşu və səth xüsusiyyətinə görə yaxın olur. (məs., Avropada
Balkan, Asiyada Hind-Çin, Şimali Amerikada Alyaska, Afrikada
Somali, Azərbaycanda Abşeron Y.-ları). Y. həmçinin müstəqil quru
parçasının və ya adanın sonradan materikə birləşməsindən də əmələ gələ
bilir (məs., Avropada Krım, Asiyada Hindistan və Kamçatka,
Azərbaycanda Sarı Y.-ları). Dünyada ən iri Y. Ərəbistan Y.-sıdır.
YARIMKOLCUQ – alçaqboylu kolcuq, hər il yerüstü zoğların çox
hissəsi məhv olur, yalnız ağaclaşmış kökümsov tumurcuqlar qalır (bəzi
yovşan növləri, kəvər, kəkotu, dəvəayağı və s.).
YARIMKOLLAR – zoğunun yuxarı (otşəkilli) hissəsi vegetasiya
dövrünün axırında quruyub məhv olan, aşağı (odunlaşmış) hissəsində
mühafizə olunan tumurcuqlar hesabına yerüstü hissəsi hər il təzələnən
çoxillik bitkilər, hündürlüyü adətən 1 m-dək, bəzən 150-200 sm olur. Y-
a yovşan, gəvən, şorangələr və s. daxildir.
YARIMPARAZİT – qarışıq qidalanan bitki-avtotrof (normal inkişaf
etmiş yarpaqların köməyi ilə) və hetorotrof (sorucular vastəsilə sahib
bitkidən qida maddələrini çəkir). Məs. öksəotu, pərinc və s.).
YARIMSƏHRA – yerin əsas landşaft tiplərindən biridir. Y.
mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə savanna landşaftı
arasında keçid zolaqları təşkil edir. Y.-nın başlıca cəhəti bütöv bitki
örtüyü olmaması və ayrı-ayrı bitki olan sahələrin çılpaqlaşmış torpaqlar
ilə ayrılması, habelə buxarlanmanın yağıntıdan xeyli üstünlüyü (3-6
dəfə) və çay şəbəkəsinin çox seyrək olmasıdır. Azərbaycanda Y.
landşaftı geniş yer tutur. (Kür-Araz ovalığının çox hissəsi, Samur-
Dəvəçi ovalığının çoxu, Arazboyu düzənliklər, Qobustan, Abşeron
yarımadası və s.).
Y.-lardan əsasən təbii otlaq kimi istifadə olunur, əkinçilik yalnız
suvarma şəraitində aparılır.
YARIMSƏRTQANADLILAR, TAXTABİTİLƏR (Hemiptera) –
həşərat dəstəsi. Yer kürəsinin hər yerində yayılmış 25-30 min,
Azərbaycanda 900 növü məlumdur. Əksər növləri bitginin generativ
hissəsi ilə, bir qismi xırda onurğasızlar və yosunlarla, bəziləri balıq
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
488
körpələri və kürü ilə qidalanırlar. Müəyyən qismi kənd təsərrüfatı
bitkilərinin zərərvericiləri olan mənənələri, gənəlri, böcək sürfələrini,
kəpənəklərin yumurta və tırtıllarını tələf edir, digəri insan və ev
quşlarının qanını soraraq parazit həyat sürür. bəzi növləri insan və
bitkilərlə xəstəlik keçirirlər. Azərbaycanda Y-dan ziyankar bağacıq və
mavr bağacığı, yonca, çəmən, çuğundur, bostan və armud taxtabitiləri
və s. geniş yayılmışdır; meşə və kənd təsərrüfatı bitkilərinə zərər vurur.
Mübarizə tədbirləri kimyəvi, bioloji üsulla aparılır.
YAROVİZASİYA – 1) birillik bitkilərin fərdi inkişaf
mərhələlərindən biri; 2) kənd təsərrüfatı bitkiləri toxumlarının səpini
qabağı işləmə üsulu. 1930 ildə T.D.Lısenko təklif etmişdir. Y. zamanı
toxumlar isladılır və lazımi vaxta qədər müəyyən edilmiş temperaturrda
saxlanılır: bu dənli, bitkilərin məhsuldarlığının artırılmasına imkan
yaradır.
YARPAĞIN UDMA QABİLİYYƏTİ – yarpağın səthində əmələ
gələn mayelərdən mineral maddələrin udulması xassəsi.
YARPAĞINI TÖKƏN MEŞƏ – əlverişsiz vegetasiya dövrlərində
yarpağını tökən ağaclardan ibarət meşəlik (tropik vilayətlərdə quru,
tropik vilayətlərdən kənarda isə soyuq dövrdə).
YARPAQ – ali bitkilərdə fotosintez transpirasiya funksiyalarını
həyata keçirən, eləcə də ətraf mühitlə qaz mübadiləsi və bitkilərin həyatı
üçün zəruri olan digər prosesləri təmin edən orqan.
Müxtəlif bitki Y.-larından yeyinti sənayesində, ədviyyat və dərman
alınmasında, kənd təsərrüfatı heyvanları və ipəkqurdlarının
yemlənməsində, efir yağları, aşı maddələri, qaba lif alınmasında və s.-də
istifadə edilir.
YARPAQ BİRƏLƏRİ, PSİLLİDLƏR
(Psylloidea) –
bərabərqanadlı xortumlular dəstəsindən həşərat yarımdəstəsi. 1500-dək
növü məlumdur. Bir çox Y.b. sürətlə çoxaldığından kənd təsərrüfatı
bitkilərinə böyük zərər vurur. Ən təhlükəlisi alma (Psylla mali) və
armud (P.Pyri) balıcası, kələm Y.b., soğan Y.b.-dir. Əsasən, sürfələri
zərərlidir; bitkilərin şirəsini sorduğundan yarpaq və zoğlar quruyur,
qönçələr, çiçəklər, saplaqlar tökülür, bitki zəif böyüyür. Mübarizə
tədbirləri aqrotexniki və kimyəvi üsullardır.
YARPAQ DİAQNOSTİKASI – yarpaqlarda kimyəvi analiz
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
489
aparmaq yolu ilə bitkinin qida elementlərinə
tələbatını
müəyyənləşdirmək.
YARPAQ SƏTHİNİN İNDEKSİ – biosenozda yarpaqların sahəsi
ilə (bir tərəfinin) torpaq sahəsinin nisbəti. İynəyarpaqlı meşədə indeks
28, çəməndə 30, çöldə 2,5 təşkil edir (Greyger, 1964). Fotosintezin
məhsuldarlığını tapmaq üçün vegetasiyanın hər gününün indeksləri
cəmlənir, bu cəm fotosintetik potensial adlanır (m
2
/ha).
YARPAQBÜKƏNLƏR (Toriricidae) – kəpənəklər fəsiləsi. Yer
kürəsinin hər yerində yayılmış 5000 növü məlumdur. Tırtılları yarpaq
üzərində yaşayır və ipək saplarla onu borucuq və ya yumaqcıq şəklində
bükür; bitkilərin çiçək, meyvə, toxum, zoğ və qabığını yeyərək orada
yollar açır. İldə 5 nəsil verir.
YARPAQLI MEŞƏLƏR – yarpağı iynə deyil, enli yarpaq
plastinkaları şəklində olan ağaclardan təşkil olunmuş meşələr. Bura
fıstıq, palıd, göyrüş, vələs, cökə, qarağac, ağcaqayın, dəmirağac, qovaq,
tozağacı və s. ağac cinsləri daxildir. Y.m. Avropada, Qafqazda, Şimali
Amerikada, Aralıq dənizi ölkələrində və s. yerlərdə yayılmışdır.
Respublikamızın meşələrinin 98%-dən çoxu Y.m.-dir.
YARPAQSIZ BİTKİLƏR – məhdud (cüzi) miqdarda rütubətli
şəraitə uyğunlaşan bitkilər (saksaul, kaktuslar). Bu bitkilərdə
buxarlandırıcı səthlər, adətən yarpaqlardan məhrum olur. Y.b.-də
fotosintez yaşıl gövdələrdə gedir.
YARPAQYEYƏNLƏR, yarpaqgəmirənlər – böcəklər fəsiləsi.
Bədənin uzunluğu 1,7 sm-dəkdir. Sürfələri uzunsov və yoğundur.
Açıqlıqda, bəzən torpaqda və ya bitki toxumalarında yaşayır. 40 minə
yaxın, Azərbaycanda 360-dan artıq növü məlumdur. Böcəklər və
sürfələr, əsasən, yarpaqlarla qidalanır. Y.-in çoxu tarla, tərəvəz, meyvə
və meşə bitkilərinə zərər vurur.
YARUS – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq
və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri,
kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat
(mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü
yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot
örtüyü, kol və ağac Y.-rı ayrılır. Yarus termini meşəçilikdə daha çox
işlənir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
490
YARUSLUQ – biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və
hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin
toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara,
çətirlərə, biohorizontlara və s. ayrılması.
YASAQLIQ – təbiətin ən qədim mühafizə olunan forması.
Qoruqdan fərqli olaraq yasaqlıq hansı təşkilatın ərazisində yerləşirsə
həmin təşkilata baxır, məs. fermer, meşə təsərrüfatı və s. Y. daimi və
müvəqqəti (10 ilə qədər) ola bilər. Əgər qoruqlarda mütləq qoruma
rejimi tətbiq olunursa, Y-da istirahət evləri, turist bazaları tikilə bilər.
Lakin hər bir istirahət edən və ya turist özünün Y.-da olduğunu bilməli
və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Y.-da ov etmək,
balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə,
giləmeyvə, göbələk yığmaq ya qismən icazə verilə bilər, yaxud da
tamamilə qadağan olunur. Y.-da bütün təbii kompleks deyil, onun ayrı-
ayrı komponentləri (bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir
mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və
istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi-
xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir.
Azərbaycan Respublikasında 17 Y. (Abşeron, Ağgöl, Qızılca,
Daşaltı, Bəndovan, Bərdə, Qarayazı-Ağstafa, Qubadlı, Qusar, Zuvand,
İsmayıllı, Korçay, Kilə, Laçın, Ordubad, Şəmkir, Şəki, Kiçik Qızılağac)
var.
YAŞAMA BACARIĞI – canlıların (fərd, populyasiya, növ,
biosenoz) ətraf mühitin mənfi təsirlərindən qorunub özünü saxlama
bacarığı.
YAŞAMA MÜDDƏTİ – mütləq yaşamaq müddəti – fərdin
doğulduğu vaxtdan ölənə qədər yaşamaq müddəti.
– növün yaşamaq müddəti – mühitin daha əlverişli şəraitində hər
hansı bir növün fərdlərinin orta maksimal yaşı (yəni fərdin yalnız
genetik xüsusiyyəti ilə limitləşdirilən).
– orta yaşama müddəti – statistik hesablama ilə fərdin orta yaşı təyin
olunur (ölən fərdlərin yaşlarının cəminin onların sayına nisbətindən
alınan qismət).
YAŞAMA POTENSİALI – növün əlverişsiz şəraitə qarşı
müqavimət göstərmək dərəcəsi. Növün biotik potensialı ilə müəyyən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
491
olunur.
YAŞAMA YERİ – növün fərdlərini yerləşib nəsil verə bildiyi yer.
İnsan üçün Y.y. müxtəlif yaşayış məskənlərində (kənd, qəsəbə, şəhər və
s.) mənzil-məişət nəzərdə tutulur.
YAŞAMA YERİNİN QORUNMASI – canlı orqanizmin yaşadığı
yeri olduğu kimi saxlamaq üzrə görülən xüsusi tədbirlər.
YAŞAYIŞ (HƏYAT) UĞRUNDA MÜBARİZƏ – Darvin Y.u.m.-
ni 3 tipə ayırır: 1) növdaxili mübirzə: 2) növarası mübarizə: 3) canlılarla
cansız təbiət amilləri arasındakı mübarizə: Növdaxili mübarizə eyni
növə mənsub fərdlərin bir-biri ilə qida, yer və s. amillər uğrunda
apardıqları mübarizədir. Təbii nemətlərdən daha fəallıqla istifadə edən,
özünü düşməndən daha yaxşı qoruyan fərdlərin qalıb yaşaması və
nəsilvermə ehtimalı da artıq olur. Fərdlər arasında gedən bu rəqabətdə
nisbətən zəiflik göstərən fərdlər ac qalır, get-gedə sıxışdırılır və lazımi
dərəcədə nəsil vermə imkanı qazana bilmir. Növarası mübarizə müxtəlif
növlərə aid fərdlər arasında gedən mübarizədir. Otyeyən heyvanlar
bitkilərlə, yırtıcı heyvanlar otyeyən heyvanlarla, xırda yırtıcılarla, yırtıcı
quşlar dənyeyən quşlarla və s. ilə qidalanır. Növarası mübarizədə bir
növ həyat tərzi ona yaxın olan digər növü sıxışdıra bilir.
Canlılarla cansız təbiət amilləri arasındakı mübarizə abiotik amillərin
orqanizmə təciri ilə əlaqədar meydana çıxır. Məs. səhraya düşmüş
toxum quraqlığa davam gətirirsə yaşayır, davam gətirmirsə məhv olur.
H.u.m-nin bütün formaları bir tərəfdən bəzi növlərin sıradan çıxmasına,
digər tərəfdən isə növlərin saflaşmasına, zəiflərdən, xəstələrdən
təmizlənməsinə və canlı təbiətdə ümumi ahəngdarlıq yaranmasına səbəb
olur.
YAŞIL GÜBRƏ – kaliumla zəngin olan bitki kütləsinin xüsusi
olaraq yetişdirilməsi və torpağa basdırılması. Bu məqsədlə əsasən
havadakı azotu kimyəvi birləşmələrə çevirmək qabiliyyətinə malik olan
paxlalı bitkilərdən istifadə olunur.
YAŞIL PATRUL (KEŞİKÇİ) – məktəbli, tələbə, fəhlə gənclərin
ictimai təbiəti mühafizə işində iştirakı. Məktəbdə, gənc texnik
stansiyalarında, məktəb meşəçiliklərində, ali məktəblərdə və digər tədris
məktəblərində, təbiəti mühafizə cəmiyyətinin ilk təşkilatlarında təşkil
olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
492
YAŞIL SİYAHI – populyasiyanın sayı optimum səviyyəyə qədər
bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan
növlərinin siyahısı.
Dostları ilə paylaş: |