MEŞƏ KADASTRI – Meşənin səmərəli istifadəsi, qorunması,
mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil
etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət M.k. aparılır. Dövlət
M.k. meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə
təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət
M.k.-na meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında
məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
299
edilir. Dövlət M.k.-nın sənədləşdirilməsi dövlət meşələrində, qoruq
meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə
aparılmalıdır.
Hazırda bəzi SNQ dövlətlərində M.k. aparılır. Respublikamızda
vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun
aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab
edilməlidir.
MEŞƏ KƏNARI – qonşu biosenoza zolaq şəklində dar keçidli
sərhəd (ekoton). Meşə kənarında çox vaxt kollar, sarmaşıqlar, meşədə
dominantlıq edən ağacların pöhrələri bitir. Çox vaxt meşə kənarının
bitki örtüyü ekoton suksessiyaları üçün prosenoz kimi müşahidə olunur.
Bu zaman meşənin sərhədi suksessiv (dəyişkən) olur.
MEŞƏ İLƏ ÖRTÜLÜ SAHƏ – meşə fondunun ağac (meşə) bitkisi
ilə örtülü hissəsi, fazlə.
MEŞƏ QORUMA, DÖVLƏT MEŞƏ QORUMA – M.q.-nın əsas
vəzifələri: meşə yanğınlarının qarşısını almaq, yanğınları vaxtında aşkar
etmək və ona qarşı mübarizə aparmaq; insanın ziyan verən
hərəkətlərindən – öz başına (qanunsuz) ağacların kəsilməsi, oğurlanması
və s.-dən mühafizəsi; meşəqırma, meşədə ot çalımı, mal-qara otarılması
və digər istismar növlərinə nəzarət; meşədə ziyanverici həşəratlar və
xəstəliklər zahirə çıxdıqda xəbərdarlıq etmək; meşədə heyvanların
ovlanma qaydası və vaxtına nəzarət etmək. M.q. işlərinin yerinə
yetirilməsi və nəzarəti Respublikanın Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Meşə Departamentinə həvalə olunmuşdur.
MEŞƏ QRUPLARI – meşələrin xalq təsərrüfatı əhəmiyyətinə
uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı
olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. I-qrupa əsasən
suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası
daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca
məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar
qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə
qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir
və burada başdan-başa qırıntı üsulları tətbiq edilir. II, III qrup
meşələrinə Ural,Sibir meşələri daxildir.
Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
300
MEŞƏ QURULUŞU – meşə fondunun təşkilinə, meşənin
taksasiyasına, meşələrin uçotunda və öyrənilməsində prespektiv dövr
üçün meşə təsərrüfatının idarə olunması layihəsini tərtib edir və
kompleks tədbirlər hazırlayır. M.q. zamanı meşə ehtiyatlarının yenidən
bərpası və s. üçün tədbirlər müəyyən edilir.
MEŞƏ MELİORASİYASI – bax: aqromeşəmeliorasiya.
MEŞƏ MÜHAFİZƏSİNİN BİOLOJİ ÜSULLARI –
(zərərvericilərdən və xəstəliklərdən) bu üsullar entomopatogen
mikroorqanizmlər, entomofaq – cücülər qidalanan quş və heyvanlardan
istifadə etməklə aparılır.
MEŞƏ SƏNAYESİ – meşələrdə oduncaq tədarük edən və onun
emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
MEŞƏ SƏRVƏTLƏRİ – iqtisadi və mədəni cəhətdən cəmiyyətin
meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı
xüsusiyyətindən istifadə edilir. M.s.-nə oduncaq, texniki, ərzaq, yem,
dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti
daxildir.
Oduncaq sərvətləri-xidməti, səhiyyə və digər meşəqırma işləri vaxtı
əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü
aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin ərzaq
sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi
heyvan və quşlar daxildir. Bura həmçinin meşə ərazisində yerləşdirilən
arıların məhsulu aid edilir.
Yem sərvətlərinə meşə sahəsindən əldə edilən ot, çırpı, yem
məqsədilə toplanan meyvələr (palıd qozası və s.) daxildir. Meşənin
dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman
preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır.
Preparatlar ot, ağac və kolların meyvəsindən, yarpaqlarından,
qabığından və s. hazırlanır.
Meşənin qoruyucu funksiyası onun torpağı su və külək
eroziyasından, sellərdən, uçqundan, hava və su hövzələrini
çirklənmədən, insan və heyvanları səs-küydən qorumasıdır. Meşənin
ictimai əhəmiyyətinə onun rekreasiya, kurort, estetik xüsusiyyətləri
daxildir.
MEŞƏ TAKSASİYASI – meşə sərvətlərinin uçotu, keyfiyyətcə,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
301
kəmiyyətcə xarakteristikasını və dinamikasını aşkar etmək üçün
kompleks texniki tədbirlər. M.t. ağacların, meşə massivlərinin həcmini,
ehtiyatını, ayrı-ayrı ağacların və meşəliyin artımını hesablamaq üçün
metodları öyrənir. M.t. meşə təsərrüfatı fəaliyyətini səmərəli
planlaşdırmaq, meşənin dinamikasına, inkişafına və mövcud
meşəliklərin bitmə şəraitinə görə optimallığına qiymət vermək, meşə
təsərrüfatının düzgün aparılmasına, görülən təsərrüfat tədbirlərinin
keyfiyyət və effektivliyinə nəzarət etmək haqqında məlumat verir.
MEŞƏ TƏSƏRRÜFATI – istehsal sahəsi: meşələri öyrənmək,
uçota almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və
zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici
funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan
tələbatını ödəmək məqsədi ilə meşələrdən səmərəli istifadə olunmasını
təmin edir. M.t. meşədən oduncaq, dərman və texniki xammal, yeyinti
məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim
saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur.
M.t-nın əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər
salınmasıdır.
MEŞƏ TƏSƏRRÜFATININ KİMYALAŞDIRILMASI – meşə
təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; M.t.k. özündə
aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və
xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq
otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin
materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək
məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını
söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
MEŞƏ YANĞINLARI – M.y. əsasən kortəbii hadisələrlə yayılan
yanğına deyilir. M.y. ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə
tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). M.y. zamanı canlı və ölü
örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. M.y. meşə
təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin
tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur
və s. M.y-na qarşı mübarizə meşə təsərrüfatları tərəfindən yerinə
yetirilir.
MEŞƏ ZİYANVERİCİLƏRİ – meşəliklərə ziyan verən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
302
(zədələyən) orqanizmlər. Meşəyə, əsasən, ziyan verən cücülər sinfidir,
bir qədər az ziyanvericilərdən bəzi gənələri, çoxayaqlıları, ibliz,
məməlilər (həşəratyeyənlər – kirpilər, göstəbək, siçanlar; cütdırnaqlılar
– qaban, cüyür və s. yırtıcılar – tülkü, ayı və bəzi quşlar). Bu
heyvanların verdiyi ziyan yarpaqların, tumurcuqların, çiçəklərin,
meyvələrin toxumların, budaqların, qabıqların, ağacın oduncağının,
köklərinin tam və qismən yeyilməsi və ya zədələnməsindən ibarətdir.
Bu zaman bitkilər (ağac və kollar, yeniyetmələr) zəifləyir, inkişafı
dayanır, bar vermir və çox vaxt məhv olur.
Cücülər meşə üçün daha təhlükəlidir, onlar kütləvi çoxalaraq geniş
ərazilərdə meşə təsərrüfatına ziyan yetirir.
MEŞƏ ZOLAQLARI – bax: qoruyucu meşə zolaqları.
MEŞƏALTI – meşə qruplaşmasının əsas ağaclıq yarusunun hündür-
lüyünə çatmayan kol və ağacların məcmusu.
MEŞƏDƏN İSTİFADƏ – meşə fondu meşələrinin faydalı
xüsusiyyətlərindən və torpağından istifadə edilməsi. Qanunla aşağıdakı
M.i. növləri vardır: oduncaqdan istifadə: meşənin ikinci dərəcəli
materiallarının (kötük, ağac qabığı və s.) istifadə; meşədən əlavə istifadə
(meyvə, gilə-meyvə, göbələk və s. tədarükü): M.i. xüsusi icazə ilə (meşə
qırma bileti, meşədən istifadə bileti) olmalıdır. Yalnız adamların meşədə
olarkən göbələk, meyvə, giləmeyvə və s. yığması icazəsiz ola bilər.
MEŞƏÇİLİK – 1) bitkiçiliyin bir sahəsi; oduncaq və s. meşə
məhsulu almaq məqsədi ilə meşə salınması, onun mühafizəsi, sutənzimi,
müalicə-sağlamlıq, estetik əhəmiyyətinin öyrənilməsi ilə məşğul olur.
2) Meşənin becərilməsi və yaxşılaşdırılması, onun məhsuldarlığının
artırılması metodları haqında elm. M. bir elm kimi meşəşünaslığa və
xüsusi meşəçiliyə bölünür.
3) Meşə təsərrüfatlarının quruluşuna daxil olan ərazi təsərrüfat vahidi
(yaxud meşəbəyilik).
MEŞƏLİK FAİZİ – ərazinin meşə ilə örtülmə dərəcəsi.
Meşə ilə örtülü sahənin ümumi sahəyə (məs: respublikanın, rayo-nun
meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur: faizlə ifadə olunur.
Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında
gedir. Azərbaycan Respublikası az meşəliyi ilə səciyyələnərək ərazisinin
meşəlik faizi 10-dur. Ən böyük meşəlik faizi (40%-dən çox) ilə Böyük
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
303
Qafqazın cənub yamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ,
İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və
qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%)
ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik
Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda
(Lerik, Masallı rayonları) yerləşir.
Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın
qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir. Aşağı meşəlik
faizinə (1,0-10%) Dəvəçi, Şamaxı, Şəmkir, Xocavənd rayonları aiddir.
Naxçıvan Respublikası, Ceyrançöl, Qobustan, Cəbrayıl və Füzuli
rayonları, Abşeron yarımadası, həmçinin alp çəmənləri demək olar ki,
meşəsizdir (meşəlik faizi – 1%-dən azdır).
Optimal və yüksək meşəlik faizi ətraf mühitin ekoloji baxımdan
sağlamlaşmasına daha müsbət təsir göstərir.
MEŞƏNİN AŞAĞI SƏRHƏDİ – Boreal iqlim şəraitində dağ
meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz
olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla) əvəz olunmasına səbəb
yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə
qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir.
Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran
vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə əvəz olunur. Böyük
Qafqazın şimal-şərq yamacında meşənin aşağı sərhədi yoxdur. Burada
dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir.
Düzənliyin ərazisində bəzi yerlərdə dənizə qədər meşələrin yayılması
müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi,
yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir.
Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına
təsadüf edilir.
Respublikanın dağ yamaclarnda meşənin aşağı sərhədinin və
antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır.
MEŞƏNİN BONİTETİ – meşə sahəsinin məhsuldarlıq göstəricisi;
təbii şəraitdən asılıdır. Meşə sahəsindəki oduncaq artımının ölçüsü ilə
səciyyələnir, ağaclığın orta hündürlüyü və orta yaşı ilə təyin olunur. 5
bonitet sinfi ayrılır: I-bonitet ən məhsuldar hesab olunur, məhsuldarlıq
V bonitetə doğru aşağı düşür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
304
MEŞƏNİN ÇƏTİRİ – eyni tipli morfoloji tərkibdən ibarət olan
yarusların çətirlərinin məcmusu.
MEŞƏ-PARK – şəhər və digər yaşayış məntəqələri ətrafında
rekreasiya məqsədilə istifadə olunan abadlaşdırılmış meşə massivləri.
MEŞƏNİN SU REJİMİ – atmosfer və qrunt sularının meşəyə daxil
olması və onların meşə tərəfindən istifadə olunması, həmçinin suyun
meşə daxilində və ondan kənarda hərəkət etməsini təyin edən
hadisələrin məcmusu. M.s.r. adətən konkret sahədə müəyyən dövr
ərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemi
daxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşə
çətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsi
isə ağaclar və aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşə
döşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağın
alt qatlarına gedir və ya səthi axım şəklində hidroloji şəbəkəyə daxil
olur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmaya
məruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanma
hesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə sərf edir. Meşə
formasiyası ot və mədəni bitkilərə nisbətən potensial buxarlanma
cəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özünün
xassələrindən asılıdır.
MEŞƏNİN TƏBİİ BƏRPASI – meşə çətri altında, meşəqırma
sahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranması
prosesi. M.t.b. toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. M.t.b.-
nın intensivliyi fiziki-coğrafi şəraitdən, meşə tipindən, meşəqırma üs-
ulundan və ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fiziki-
coğrafi mühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir.
M.t.b. zamanı ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidə
olunur. M.t.b.-na kömək etmək məqsədilə meşəqırma sahəsində
toxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinə
şərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə,
həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır.
MEŞƏNİN TİPİ – senopopulyasiyanın dominantlıq etdiyi oxşar
meşə biogeosenozların (meşə sahəsi) məcmusu. Belə meşə sahələri
oxşar flora və faunaya, eyni torpaq tipinə, oxşar enerji axınına və
maddələr mübadiləsinə və s. malik olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
305
MEŞƏSALMA, MEŞƏYETİŞDİRMƏ – meşəsiz regionlarda olan
sahələrdə toxum səpmək və tinglər əkməklə süni meşə salınması. M.
üsulları iqtisadi cəhətdən məqsədəuyğun olaraq torpaq və iqlim şəraiti
nəzərə alınıb seçilir. M. zamanı müxtəlif səpin üsulları (dağınıq, cərgəli
və s.) tətbiq edilir.
MEŞƏSİZLƏŞDİRMƏ – insan fəaliyyəti və ya təbii səbəblərdən
müəyyən ərazidə meşənin sıradan çıxması. M. bir qayda olaraq
biosenozun qalan komponentlərinin vəziyyətinə, tarazlığına, torpaq, su
rejiminə və s. neqativ (fəlakətli) təsir göstərir.
MEŞƏŞÜNASLIQ – meşə haqqında təlim – meşəni təşkil edən
ağac, kol, ot və s. bitki örtüyünü, meşə ilə mühitin əlaqəsini, meşənin
bərpası
və inkişafı qanunauyğunluğunu, onun susaxlayıcı,
iqlimtəmizləyici xüsusiyyətlərini və s. elmi surətdə öyrənir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
306
Şəki rayonu Qoxmux kəndi ətrafında meşəsizləşdirilmiş ərazidə
kserofil şibləklər
MEŞƏNİN YUXARI SƏRHƏDİ (MYS) Dağlıq şəraitində meşə
örtüyü müəyyən yüksəkliyə qədər yayılır. Həmin hündürlükdən
yuxarıda ağac bitkisinin inkişafı üçün şərait pisləşir və meşənin yerini
subalı (alp) bitkiliyi tutur.
Meşənin iqlim və ya təbii yuxarı sərhədinin vəziyyəti ərazinin iqlimi
ilə sıx əlaqədardır. Belə ki, okean (dəniz) iqlimi MYS-nin aşağıdan,
koqntinental iqlim isə əksinə, yuxarıdan keçməsinə şərait yaradır.
Alimlər (Keppen, Brokman – Yeroş, Qulisaşvili) 10
0
iyul izotermini
ağac bitkisinin inkişafı üçün son hədd hesab edir. Bu qanunauyğunluğu
respublikamız üçün qəbul etsək, Böyük Qafqaz və Kiçik Qafqazın
şimal-şərq yamacında MYS 2600 m-dən, Kəlbəcər və Laçın rayonların-
da 2800 m-dən, kontinental iqlimi olan Naxçıvan zonasında isə 3000 m-
dən keçməlidir. Lakin hazırda meşənin təbii sərhədi hər yerdə
antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı salınmışdır.
Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlarında orta hesabla
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
307
1600-2000 m hündürlükdən keçir. Bu hündürlük isə iyul ayının orta
temperaturu 14-17
0
olan yüksəkliyə uyğun gəlir.
Qax rayonu Taxtaqaya sahəsində meşənin yuxarı sərhədində
şərq palıdı meşəliyi
MƏDƏNİ BİTKİLƏR, kənd təsərrüfatı bitkiləri – ehtiyacını
ödəmək üçün insanlar tərəfindən becərilən bitkilər. Onların sayı 2,5 min
növ (ali bitkilərin 10%-i), 50 fəsilədə birləşir. Lakin bitki məhsullarının
əsas kütləsini 20 növ verir. Bitkinin mədəni becərilməsi daş dövründən
başlanıb. Mədəni bitkilərə yenilərinin daxil edilməsi davam etdirilir,
lakin o, elmi xarakter daşıyaraq biologiya elminin nailiyyətlərinə əs-
aslanır.
MƏDƏNİ EKOSİSTEMLƏR – Mədəni biosenozlar-insan
tərəfindən yaradılan və ya onun intensiv təsiri altında olan ekosistemlər.
M.e.-ə aiddir: məqsədli mədəniləşdirilmiş ekosistemlər (məs. meşəni
meşə-parka çevirmək, daim istifadə edilən və gübrələnən çəmənlər,
bununla əlaqədar öz tərkib və məhsuldarlığını dəyişən ekosistemlər): 1)
süni salınan, ancaq insan tərəfindən nizamlanmayan ekosistemlər (məs.
meşə əkinləri, səpilmiş çəmənliklər): 2) Çoxillik-ağac və kolların daim
qulluqla nizamlanan və istismar olunan mədəni ekosistemlər (bağlar, çay
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
308
və üzüm plantasiyaları və s.): 3) dekorativ mədəni ekosistemlər (parklar
və xiyabanlar): 4) aqroekosistemlər və ya aqrosenozlar-tərkibi və torpaq
şəraiti insan tərəfindən nizamlanan birillik və ikiillik cərgəaraları
becərilən bitkilər: 5) Qapalı əkinlər-torpaq və hava mühiti nizamlanan
bitkilər (örtülü şitillik, orenjeriya).
MƏDƏNİ LANDŞAFT – bax: Mədəni ekosistemlər.
MƏHV ETMƏ – fərd qrupu, populyasiya və ya növün bir hissəsinin
və ya cəminin təqib edilməsi, yaxud hədsiz istismarı, həmçinin bilərəkdən
(müəyyən məqsədlə) – bilavasitə və ya dolayı yolla mühitə təzyiq
göstərməklə (məhv etmə, çirkləndirmə, dəyişmə) yoxa çıxması.
MƏHSUL EHTİYATI –qruplaşmada toplanan biokütlənin miqdarı.
Adətən ali bitkilər tərəfindən toplanan ehtiyat təyin edilir. Ümumi
ehtiyat, faydalı ehtiyat (məs. oduncağın, yemin ehtiyatı) ölü ehtiyat
(məs. töküntünün, meşə döşənəyinin ehtiyatı) növləri ayrılır.
MƏHSULDARLIQ – biosenozun (o cümlədən su biosenozu) və
aqrosenozun müəyyən sahəsindən götürülən faydalı məhsul ehtiyatı
(sent/ha ilə).
MƏHSULDARLIQ HƏDDİ QANUNU – K.Pratt (1965) tərəfindən
təsvir olunmuşdur, buna görə gübrələrin tətbiqinin əsassız olaraq
artırılması məhsuldarlığın yüksəlməsi sürətinin azalmasına doğru gedir.
MƏİŞƏT AXINTILARI – kommunal təsərrüfatının maye tullantıları.
Şəhər adamlarının sutka ərzində işlətdiyi təmiz su (300-400 l) mühitə
güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr,
xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv
maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel,
xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur.
M.a.-nın yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən
biri hesab olunur.
MƏİŞƏT RADİASİYA YÜKÜ – nüvə enerjisi istehsalı və ya
radiaktiv şüadan xüsusi istifadə ilə əlaqədar olmayan aşağı dozada
ionlaşdırcı şüaların insana təsiri, M.r.y: məişət cihazlarından istifadə
zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli
televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi
zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın şüalanma
ehtimalı var).
Dostları ilə paylaş: |