DƏNİZ – okeanın bir hissəsidir, onlar qismən quru ilə, qismən də
sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq
hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. D.-in əsas
xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir
neçə boğazla) birləşmiş olmasıdır.
DƏNİZ EKOSİSTEMLƏRİ – Yer kürəsinin 70%-dən çoxunu
əhatə edir. (daxili kontinental dənizlər istisna olmaqla, məs: Xəzər, Aral
dənizləri). Bütün D.e. bir-birilə əlaqəlidir (birləşir). Okeanın orta
dərinliyi 3700 m-dir, bütün dərinliklərində həyat mövcuddur. Okeanda
canlı həyatsız zona yoxdur. Dəniz suyunun kimyəvi tərkibinə əsas 4
kation (Na, Mg, Ca, K) və 5 anion (xlorid, sulfat, bikarbonat, karbonat,
bromid) daxildir.
DƏNİZ FAUNASI – okean və dənizlərdə yaşayan heyvanların
məcmusu, 160 minə qədər növü məlumdur. Bunun təqribən 10 mini
ibtidailərdir, 5 mini süngərlər, 9 mini bağırsaqboşluqlar, 7 mini çoxqıllı
və b. qurdlar, 4 mini çiyinayaqlılar və birozoylar, 80 mini molyuskalar,
20 mini xərçənglər, 6 mini dərisitikanlılar, 1 mini qişalılar, 16 mini
balıqlar, 150 növü məməlilər və sürünənlərdir.
Yaşama mühitinə və həyat tərzinə görə D.f. müxtəlif ekoloji qruplara
bölünür: su qatında (pelagialda) yaşayan D.F. (plankton və nekton) və
dəniz dibində – bentosda yaşayan D.f.
D.f.-nın insanlar üçün çox böyük təsərrüfat əhəmiyyəti vardır. D.f.-
nın bir çox növləri mühafizə olunur.
DƏNİZ FLORASI, DƏNİZ BİTKİLİYİ – dəniz və okeanlarda
yaşayan bitkilərin məcmusu. D.f.-na çiçəkli və sporlu, eləcə də ibtidai
bitki növləri daxildir. Bir qismi suda asılı vəziyyətdə (plankton),
digərləri suyun dibində substrata yapışmış halda (bentos) yaşayır.
Plankton həyat tərzi, əsasən diatom yosunlar və qamçılıların
nümayəndəsi üçün xarakterikdir. Göy-yaşıl yosunlar, az miqdarda yaşıl
yosunlar da plankton həyat sürür. Bunlar su səthindən 100 m, bəzi
yosun növləri isə 80-400 m-dək dərinlikdə olur. Bentos bitkilər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
109
dənizlərin sahilə yaxın hissələrində inkişaf edir. Bura çiçəkli bitkilər,
yosunlar və bəzi bakteriyalar daxildir. Dəniz fitobentosunda qırmızı
yosunlar, qonur yosunlar və yaşıl yosunlar üstünlük təşkil edir. Göy-
yaşıl yosunlar və diatom yosunlar nisbətən az yayılmışdır. Xəzər
dənizinin bentos florasında yaşıl makrofitlərdən entermorfa, kladofora,
xara yosunları və qırmızı yosunlardan laurensiya, polisifoniya,
çiçəklilərdən dənizotu, suçiçəyi, ruppiya, nayas növləri geniş
yayılmışdır. D.f. sahilboyu zonada yaşayan onurğasız heyvan və
balıqların yem bazasıdır. D.f.-nın sənaye əhəmiyyəti də var.
DƏNİZ İQLİMİ – okeanın atmosferə təsiri çox olan şəraitdə əmələ
gələn iqlim. Kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik
temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox
buludlu və yağıntılı, dəniz tərəfindən əsən küləklərin üstün olması ilə
fərqlənən iqlimdir. D.i.-nin quruya təsiri, əsasən, atmosferin ümumi
dövranı nəticəsində yaranır. Materiklərin içərilərinə doğru D.i. tədricən
kontinental iqlimə keçir. Eyni enlikdəki quruya nisbətən okean üzərində
havanın rütubətliyi və illik yağıntının miqdarı adətən çoxdur.
DƏNİZ PARKI – nadir dəniz ekosistemlərini öyrənmək məqsədilə
dəniz akvatoriyasında yaradılan milli və ya təbii park.
DƏNİZ SƏVİYYƏSİ – Orta çoxillik D.s. Dənizin sakit vaxtındakı
səviyyəsinə uyğun olub dünya okeanında suyun açıq səviyyəsinə deyilir.
Bu səviyyə quruda mütləq yüksəklik (şaquli məsafə) və dənizdə
dərinliklər hesablanarkən başlanğıc səviyyə kimi qəbul edilir. Yer
səthindən mütləq yüksəklik Baltik dənizində Kronştadt reykasındakı
(futştok) sıfır qeydindən hesablanır. Müxtəlif dəniz və okeanlarda suyun
səviyyəsi küləyin istiqamətindən və gücündən, qabarma və çəkilmədən,
buzların əriməsindən, çayların gətirdiyi sulardan asılı olaraq dəyişilir.
Lakin dənizlərin orta səviyyəsi isə hər yerdə eynidir.
DƏNİZLƏRİN ÇİRKLƏNMƏSİ – uzun zaman okeanın həcmi
tükənməz təbii təmizləyici sayılırdı. Hazırda isə məlum olmuşdur ki,
D.ç. kontinental (təmiz) su hövzələrinin çirklənməsindən də təhlükəlidir.
Dünya okeanına hər il bir neçə milyon ton maye və bərk tullantılar daxil
olur. Neftlə çirklənmə qlobal xarakter daşıyır. Qəzaya uğrayan
tankerlərdən də okean olduqca çoxlu miqdarda neftlə çirklənir.
DƏNLİ BİTKİLƏR – dən verən əsas bitkilər; insanları ərzaqla,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
110
heyvanları yemlə, sənayenin bəzi sahələrini xammalla təmin edir. D.b.
taxıl bitkiləri və dənli-paxlalı (noxud, lərgə, lobya, mərcimək və s.)
bitkilər qrupuna ayrılır. Taxıl bitkiləri qrupuna buğda, arpa, çovdar,
çəltik, vələmir, qarğıdalı, darı, qarabaşaq və s. daxildir.
DƏRƏ – Relyefin uzunsov, başlanğıcından qurtaracağına doğru
meylli, mənfi formasına deyilir. D. başlıca olaraq axar suların eroziya
fəaliyyəti nəticəsində əmələ gəlir, digər denudasiya prosesləri ikinci
dərəcəli iş görür. D.-lər əsas və ona qovuşan yan D.-lər də az
növbəsində üçüncü, dördüncü və i.a. dərəcəli D.-ri qəbul edir. Hər D.-
nin əsas morfoloji hissələri onun dibi, ətəkləri və yamaclarıdır. D-nin
dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi
isə çaybasar adlanır. D.-nin dibi ilə yamaclarının birləşdiyi yer D.-nin
ətəkləri, ətəkləri ilə yallar (suayrıcılar) arasındakı hissələri isə D.-nin
yamacları adlanır. D.-nin ana süxurlarından təşkil olunmuş yamacları
hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq və
pilləli (terraslı) ola bilər. Yamaclar dikliyinə və profil formasına görə
eyni olduqda simmetrik D. eyni olmadıqda asimmetrik D. adlanır.
DƏRİNLİK QURŞAQLIĞI, BATİZONALLIQ – dərin göl, dəniz
və okeanlarda orqanizmlərin şaquli yayılması qanunauyğunluğu. D.q.
təzyiq, temperatur və duzluluq qradiyentləri ilə əlaqədardır.
DƏRİNSU BENTOZU – abissal və ultraabissal zonalarda yaşayan
dərinlik orqanizmlər qrupu.
DƏRKETMƏ – insan hərəkətlərinin məqsəd və səbəblərinin
əsasında –yaranan bilikləri formalaşdıran insan fəaliyyətinin yaradıcılıq
prosesi. Dərketmənin elmi, estetik, dini və b. növlərini fərqləndirirlər.
DƏRMAN BİTKİLƏRİ – müxtəlif xəstəliklərin mülicəsi və
profilaktikasında istifadə olunan geniş bitki qrupu. D.b.-nin müalicəvi
xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin
(alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri,
kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər)
olması ilə əlaqədardır. D.b-nin xüsusi qrupunu antibiotiklər (fitonsidlər)
əmələ gətirən bitkilər təşkil edir. D.b-ni tədarük edərkən bitkinin
növünü, hansı hissələrini yığmağı, onların tərkibində olan maddələrin ən
çox toplanma vaxtını və s. bilmək vacibdir.
Dərmanların çox hissəsi bitki mənşəlidir: ürək-damar sistemi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
111
xəstəlikləri zamanı işlədilən dərmanların 80-90%-i bitkilərdən alınır. Bu
dərmanların əksəriyyəti sintetik dərmanlara nisbətən az zəhərli olub,
kənar təsirə malik deyil. Azərbaycanda farmokopeyaya daxil edilən
100-dək növdən əlavə bir çox bitki məlumdur. Respublikamızın
florasında xalq təbabətində işlənən 800-ə qədər dərman bitkisi aşkara
çıxarılmışdır. Azərbaycanda il ərzində tədarük edilən 20-25 növ
çoxişlənən D.b.-ndən (dazı, itburnu, bağayarpağı, damotu, gicitikən,
yemişən, boymadərən, qatırquyruğu, andız, cökə, murdarça və s.) 200
tona yaxın (o cümlədən 120 ton itburnu) xammal alınır.
Respublikamızda 50-dən çox bitki növünün sənaye əhəmiyyəti vardır.
Əzvay, nanə və s. D.b. təsərrüfatlarda becərilir. Azərbaycan
Respublikasında D.b. ilə elmi-tədqiqat işi Azərbaycan MEA Botanika
İnstitutu, Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakultəsi və
ali məktəblərin əlaqədar kafedraları, həmçinin bəzi klinikalar tərəfindən
aparılır.
DƏRYAÇA – bax: su anbarı, göl.
DƏSTƏ – heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən
taksonomik kateqoriya. Yaxın D.-lər sinif əmələ gətirir. Bitki
sistematikasında sıra D.-yə müvafiq tutulur.
DƏVƏDƏLLƏYİLƏR (Mantodea) – yırtıcı həşərat dəstəsi;
tarakankimilərə yaxındır. Əsasən, tropik və subtropik ölkələrdə yaşayır.
2000-dən çox, Azərbaycanda isə 8 növü var. Müxtəlif həşəratlarla
qidalanır; bəzi növləri hətta xırda onurğalılara (kərtənkələ, quş) hücum
edir. Arıları, miniciləri və s. qırdığı üçün bəzi növləri zərərlidir.
DƏYƏR – verilmiş əmtəənin istehsalına sərf olunmuş müəyən
miqdarda şərti əmək.
DƏYƏRLİK – insan üçün təbiət obyektlərinin müsbət və mənfi
əhəmiyyəti, bu və ya digər ictimai, mədəni hadisələr.
DƏYİŞKƏNLİK (biologiyada) – müxtəlif qohumluq
dərəcələrindən olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə
və əlamət müxtəlifliyinin meydana çıxması. D.-in əsas səbəbi
orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. D.-in irsi və qeyri
irsi fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ,
istiqamətli və istiqamətsiz, adaptiv və qeyri adaptiv və s. formalarına
təsadüf edilir. İrsi D. adətən müxtəlif mutasiyaların baş verməsi və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
112
çarpazlaşma nəticəsində meydana çıxır. Qeyri-irsi D. dedikdə fərdin və
ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsirilə (qida,
temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur.
Modifikasiya D.-i adlanan qeyri irsi D. yalnız həmin D-.in meydana
çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni
nəsildə baş verə bilər. Məs. bir çox cücünün rəngi alçaq temperaturda
tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq
mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif
nəsillərində D.-in meydana çıxmasına səbəb olur. Belə D-ə mövsümi D.
deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs.
bataqlıq, bozqır, səhra, meşə və s.) yaşaması onlarda ekoloji D-in
meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur.
İrsi və qeyri-irsi D. arasında sıx əlaqə vardır. Qeyri irsi D.-in özü
xarici mühit amillərinin təsirinə orqanizmin irsi əlamət və xassələrinin
dəyişilməsilə cavab vermək qabiliyyətidir. Təbiətdə növ əmələgəlmə
prosesində D.-in böyük əhəmiyyəti var. Daha məhsuldar bitki sortları və
heyvan cinsləri yaratmaq məqsədilə D.-dən istifadə edilir.
DƏYİŞKƏNLİK: – Bioloji dəyişkənlik – fərdlər, qruplaşmalar və
s.-nin istənilən dəyişkənliyə (morfoloji, funksional və s.) uğrama
qabiliyyəti dərəcəsi. B.d. canlı orqanizmin mühüm xassəsidir; o,
orqanizmlərin ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı yaranır və virus,
bakteriya, göbələk, bitki, heyvan və insanın mövcud formalarının
adaptiv müxtəlifliyini təmin edir. B.d. müxtəlif formaları arasında
təkamül prosesləri üçün sort, cins və növəmələgəlmə üçün ilkin
mexanizm kimi nəsli dəyişkənlik birinci rol oynayır, onlar sonrakı
nəsillərdə də möhkəmlənir.
– Genotipik dəyişkənlik, autogen dəyişkənlik – genetik əsası olan
dəyişkənlik. G.d.-yə genetik müxtəliflik kimi baxılır, o, hər hansı bir
növün populyasiyasını səciyyələndirir.
– Korrelyativ dəyişkənlik – Ç. Darvinə (1859) görə nisbi
dəyişkənlik olub orqanizmin bir hissəsinin struktur və funksiyasının
dəyişməsi çox vaxt digər hissəsinin və ya hissələrinin dəyişməsinə
səbəb olur. məs., heyvanların dəri və yununun rəngini dəyişməsi,
bataqlıq quşlarının boyun və ayaqlarının, dimdik və dillərinin
uzunluğunun dəyişməsi və s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
113
– Fenotipik dəyişgənlik – ayrı-ayrı fərdlərin və ya populyasiyaların
fenotipik əlamətlərinin dəyişkənliyi.
– Qeyri-müəyyən fərdi dəyişgənlik – Bu dəyişgənlik formasını Ç.
Darvin (1859) eyni növ, çeşid və cinsli fərdlərində müxtəlif fərqlərin
olması kimi başa düşür; oxşar şəraitdə mövcud olan bir fərd digərindən
fərqlənir. Məs., bir qozanın içindəki toxumlardan oxşar olmayan bitkilər
inkişaf edir, bir cüt heyvanın nəsilləri eyni şəraitdə böyüməsinə
baxmayaraq bir-birinə o qədər də bənzəmir. Darvinin fikrincə belə
dəyişkənlik yalnız ətraf mühitin şəraiti ilə deyil, həm də orqanizmin
bütün xüsusiyyətləri və vəziyyəti ilə müəyyən edilir. Orqanizmin bütün
xüsusiyyətlərinin q.f.d. geniş yayılmışdır. Fərdi nəsli dəyişkənlik
nəticəsində fərdlərin böyük dəyişgənliyi evolyusiya prosesləri üçün
mühüm material hesab olunur.
DƏYİŞMƏYƏN POPULYASİYA – doğum, ölüm və yaş
strukturunun nisbi sabitliyi (dəyişməzliyi) sayəsində populyasiyanın
sayı dəyişmir.
DİAPAUZA (yun. Diapausis fasilə, dayanacaq) – heyvanların
inkişafında sakitlik (dinclik) dövrü: maddələr mübadiləsinin kəskin
azalması və forma əmələ gətirən proseslərin dayanması ilə xarakterizə
olunur. D. zamanı orqanizmin xarici mühitin əlverişsiz şəraitinin təsirinə
davamlığı artır. Məs. cücülər insektisidlərə qarşı davamlı olur. D.
orqanizmlərin şaxtayadavamlığını və qışlamasını təmin edir. Quru iqlim
şəraitində estivasiya adlanan yay D.-sı müşahidə edilir. Məs. çəhrayı
qurdda (tırtıl) və pambıq sovkasında embrional D-sı, süfrə D.-sı, pup D.-
sı imaqo D.-sı olur. Qış D.-sı dövründə bir çox ilanlar qış sükutuna (qış
yuxusuna) gedir. D. dövründə istiqanlı cücülər, qurdlar, balıqlar,
qurbağalar, kərtənkələlər, ilanlar və s. heyvanların tənəffüsü və
ürəkdöyüntüsü zəifləyir, bədənlərinin temperaturu kəskin aşağı (0-4
°-yə
qədər) enir.
DİAPAZON (diapazon) – biliklərin, fəaliyyətin həcmi, əhatəliyi və
hərəkətlərin əhatəsi.
DİASPOR (yun. Diaspora - səpilmə) – ana bitkidən ayrılan hissə.
Bitkinin çoxalmasını və yayılmasını təmin edir. Vegetativ D.-a kök
yumrusu, soğanaq, tallidi, generativ D.-a isə sporlar, toxum, meyvə,
haşameyvə aiddir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
114
DİB BAKTERİYALARI – bax: bakteriobentos.
DİB ÇÖKÜNTÜLƏRİ – Daxili su hövzəsində təbii və texnogen
mənşəli maddələrlə gedən fiziki-kimyəvi və biokimyəvi proseslər
nəticəsində su obyektinin dibinə çökən gətirmələr və bərk hissəciklər.
D.ç. orqanizmin yaşaması üçün yararlı (daş, çınqıl, qum), həmçinin
oksidləşmə prosesi üstünlük etdiyi gil, lil, iri və xırda detrit və iri üzvi
qalıqlar orqanizmin yaşaması üçün yararsız (reduksiya prosesi üstünlük
təşkil etdiyi lil, iri və xırda detrit, iri üzvi qalıqlar, həmçinin antropogen
mənşəli qruntlar – sellülokağız fabrikinin ağac lifləri, səthi müxtəlif
qalınlıqda neft məhsulları ilə örtülən qruntlar) dib çöküntülərinə
bölünür.
DİB FAUNASI – bax: Zoobentos.
DİB FLORASI – bax: fitobentos.
DİFFUZİYA (lat. Diffusio – yayılma, axma) – bir-birinə toxunan
maddələrin atom və ya molekullarının istilik hərəkəti nəticəsində
qarşılıqlı nüfuz etməsi hadisəsi. Maddənin sistemdə qeyri-müntəzəm
paylanması. D. üçün əlverişli şəraitdir. Maddə D. edən hissəciklərin
sıxlığı çox olan yerdən sıxlığı az olan yerə doğru axır, nəticədə D.-edən
hissəciklər bütün sistemdə bərabər paylana bilir.
D. hadisəsi maye və bərk cisimlərdə də müşahidə olunur. Bərk
cisimlərdə D. ən kiçik, qazlarda isə ən böyük sürətə malik olur.
D. temperaturdan çox asılıdır. Eyni bir fazada temperatur yüksək
olduqda D. da böyük olur.
D. edən hissəciklər yüklü olduqda xarici elektrik sahəsi onların D.-
sını gücləndirir və ya zəiflədir. Bu hadisəyə elektrodiffuziya deyilir. D.
hadisəsindən texnikanın müxtəlif sahələrində istifadə olunur.
DİQRESSİYA – bax deqradasiya.
DİMORFİZM (di...+yun. Morphe - forma) – erkək və dişi fərdlərin
xarici görünüşcə (rəng, ölçü, kütlə və s.) fərqli olması.
DİNAMİK MÜVAZİNƏT – sistemin komponentlərinin və
strukturunun daimi təzələnməsi hesabına saxlanmış müvazinəti; –
sistemi (cocuoeko - sistemi) uzun müddət müəyyən keyfiyyət halında
saxlayan enerji, maddə və informasiyanın gəlir və çıxarının bərabərliyi
(balansı).
DİNCƏ QOYULMUŞ TORPAQ – uzun müddət (8-15 il)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
115
becərilməyən şumlanmış əkin yeri. Birinci 2-3 il D.q.t. sahəsində birillik
otlar, 5-7 il kökümsovlu bitkilər bitir, sonra isə sahənin bitki örtüyü təbii
çəmən və ya çöl örtüyünə uyğunlaşır. Dincə qoyulma dövründə
torpaqda üzvi maddələrin miqdarı artır, strukturu yaxşılaşır, alaqla
mübarizə asanlaşır. Torpağın dincə qoyulması gələcəkdə həmin sahədən
yüksək məhsul götürülməsinə imkan verir.
DİNEKOLOGİYA – (dinamiki ekologiya) – Ekologiyanın fərdlərin
və onların qruplarının dinamikasını və təkamül münasibətlərini öyrənən
bölməsi.
DİOKSİNLƏR – Bu günə qədər məlum olan ən zəhərli maddələr
qrupu. Onlar polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan
polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir. Üzvi maddələrdə həll
olur, kanserogen təsirə və davamlığa malikdir. Torpaqda dioksinlərin
yarımparçalanma dövrü 10-20 il təşkil edir.
DİSKLİMAKS – klimaksın dəyişilməsilə əlaqədar bitki örtüyünün
diqressiv sırası; məs. məhv edilmiş meşə sahəsində yaranmış sabit
(dəyişilməyən) otlaq.
DİSPERSANT (NEFT) (lat. dispersus – səpilmiş, seyrəlmiş,
dağılmış) – 1) sudakı neft təbəqəsini və ya neft topalarını xırda
hissəciklərə parçalayan, sudakı nefti təmizləmək üçün işlədilən maddə;
2) dispers fazası şəklində olan neft (suspenziya, emulsiya və s.).
DİSSİMİLYASİYA (biologiyada) (lat. Dissimilatio - bənzəməmə)
– maddələr mübadiləsində assimilyasiya prosesinin əksi; zülallar,
nuklein turşuları, yağlar və karbohidratların (o cümlədən qida ilə qəbul
edilən) çevrilməsi ilə gedən üzvi birləşmələrin bəsit maddələrə
parçalanması. D.-ya daxil olan tənəffüs, qıcqırma və qlikoliz prosesləri
maddələr mübadiləsində əsas yer tutur. D.-nın son məhsulu su, karbon
qazı və ammonyakdır.
D. ilə assimilyasiyanın qırılmaz əlaqəsi orqanizm toxumalarının
daim yeniləşməsini təmin edir. Assimilyasiyanın D.-dan üstün getməsi,
orqanizmin böyümə və inkişafını, yeni hüceyrə və toxumaların əmələ
gəlməsini, onun kütləcə artmasını təmin edir. Bəzi pataloji hallarda və
aclığa məruz qaldıqda D-nın assimilyasiyadan üstün getməsi orqanizmin
kütləcə azalmasına səbəb olur.
DİSTRES (ing. distress – kefsizləşmə, əziyyət çəkmə) – Canlı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
116
orqanizmin ona göstərilən istənilən xarici təsirə qarşı spesifik olmayan
mənfi reaksiyası (pis stres).
DİSTROF GÖL – humin turşuları ilə zəngin olan göl. tündsulu,
huminli və bataqlıq D.g. ayrılır.
DİSTROF SU HÖVZƏSİ – olduqca az miqdarda biogen maddə
olan (ona görə də kasat-həyati) su hövzəsi.
DİSTROFİYA (dis...+yun trophe - qidalanma) – orqan və
toxumalarda maddələr mübadiləsinin pozulmasından baş verən xəstəlik
halı. Səbəbi: orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması
və onların yaxşı mənimsənilməməsidir.
DODAQÇİÇƏKLİLƏR FƏSİLƏSİ (Lamiaceae) – fəsiləyə daxil
olan 100-dən artıq cinsdən Azərbaycanda biri – rozmarin becərilir.
Dərman rozmarini (Rosmarinus officinalis) – həmişəyaşıl sıx
budaqlı koldur. Aralıq dənizi sahili ölkələrində yayılıb. Yarpaq və
çiçəklərindən təbabətdə geniş istifadə olunur. Abşeronun bağ və
parklarında alçaq boylu bordür kimi geniş istifadə olunur.
DOĞUM SAYI – bir ildə və ya vahid vaxt ərzində nəslin orta sayı
(yüz və ya min doğuş verən fərdin).
DOQQUZDON FƏSİLƏSİ (Caprifoliaceae) – fəsilənin 15 cinsinə
400-dən çox növ daxildir. Qara gəndalaş (Sambucus nigra) – Boyu 8
m-ə çatan ağac və ya koldur. Azərbaycanda Böyük və Kiçik Qafqaz
meşələrində sulu dərələr boyunca bitir.
Otvari gəndalaş (S.ebulus) – Azərbaycanda düzən və dağətəyi
rayonlarında geniş yayılıb.
Başınağacı cinsi (Vibrunum) – həmişəyaşıl və yarpağını tökən ağac
və ya koldur.
Həmişəyaşıl başınağacı (V.tinus) – Vətəni Aralıq dənizi ölkələridir.
Azərbaycanın bir sıra yaşayış məntəqələrində dekorativ bitki kimi
becərilir.
Adi başınağacı (V.opulus) – Azərbaycanda meşələrdə, çay
vadilərində, dərələr boyunca yayılmışdır.
Dostları ilə paylaş: |