RADİASİYA BALANSI – Yer səthinin radiasiya balansı – Yer
səthinin horizontal sahəsinin mənimsədiyi ümumi günəşin radiasiyası ilə
effektiv şüalanma (çıxar radiasiya) arasındakı fərq. Yer səthinin istilik
balansının əsas komponentidir. R.b. kal-sm
3
-dəq. ilə ifadə olunur.
Xüsusi cihazla (balansomer) ölçülür. Orta iqlim kəmiyyətləri empirik
disturlar vasitəsilə də təyin olunur. Müsbət və mənfi ola bilər. İllik
miqdarı Yer səthinin çox hissəsində müsbət, Antraktida və Arktikanın
mərkəzi rayonlarında mənfidir. R.b.-nın illik miqdarı Azərbaycan
Respublikasında 15-20 kkal/sm
3
(yüksək dağlıq rayonlarda) ilə 58-60
kkal/sm
3
(Lənkəran ovalığında) arasında dəyişir.
RADİASİYA EKOLOGİYASI – Ekologiyanın bölməsi olub
radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem,
populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına
münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit,
xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və
miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin
radioekologiyasına bölünür.
RADİASİYA FONU – kosmik şüalanmanın torpaqdakı, hava və
ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların miqdarının
insan və digər orqanizmlər üçün zərər verməyən ionlaşmış radiasiyanın
təbii dərəcəsi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
367
RADİASİYA GENETİKASI – genetikanın şüalanma nəticəsində
orqanizmlərdə baş verən irsi dəyişkənliyi öyrənən elm.
RADİASİYA İNDEKSİ – (Yç) – radiasiya balansının (R)
buxaryaranmanın gizli istiliyinə (Y) olan nisbəti. M.İ.Budıkoya (1956)
görə şimal yarımkürəsində R.i. aşağıdakı qradiyentlərə malikdir:
cənub səhralar
– 5,6
tayqa
– 0,8-0,5
şimal səhralar
– 3,9
tundra
– 0,5-0,6
çöl
– 1,3
arktika tundrası –
0,3
yarpaqlı meşələr –1,0 arktika
səhrası –
1,03
RADİASİYA QƏZASI – müxtəlif mexanizm, cihaz və qurğuların
xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin
normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması.
RADİASİYA SUKSESSİYASI – uzun müddət yüksək dozalı
radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam
gətirən torpaq yosunları sayılır.
RADİASİYA TƏHLÜKƏSİZLİYİ – sənaye personalını və əhalini
ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər.
RADİASİYA YÜKÜ – radioaktivliyin (ionlaşmış şüaların) insan
orqanizminə təsiri. R.y. radiasiyanın udulmuş dozası ilə ölçülür.
RADİASİYADAN MÜHAFİZƏ – Kosmik gəmi (KG) heyətini
kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop
generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik
radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir. KG.-
nin örtüyü və onun avadanlığı öz-özlüyündə R.m. funksiyasını daşıyır.
Böyük intensivliyə malik kosmik-şüalanmadan (məs. Günəş
partlayışları zamanı) mühafizə üçün KG-nin heyəti yerləşən bölməsinin
avtonom mühafizə variantı əlverişlidir. Nüvə reaktoru şüalanmalarından
mühafizə vasitələri yalnız reaktorla KG bölmələri arasında yerləşdirilir.
RADİASİYAYA HƏSSAS NÖV – şüalanmanın kiçik dozalarından
asan zədələnən növ.
RADİOAKTİV ÇİRKLƏNMƏ – mühitdə radioaktiv maddələrin
təbii səviyyəsini ötüb keçməsilə əlaqədar fiziki çirklənmə forması.
RADİOAKTİV ELEMENTLƏR (lat. radius - şüa) – sabit
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
368
olmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85,
sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə
parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə
mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji
hadisələr törədə bilər.
RADİOAKTİV FİLİZLƏR – radioaktiv elementlərin mineralları
olan filizlər.
RADİOAKTİV İNDİQATORLAR – Bioloji kütləsində radioaktiv
maddələr toplayan orqanizmlər. Onun miqdarı ətraf mühitin
radioaktivliyi haqda fikir söyləməyə imkan yaradır.
RADİOAKTİV MADDƏLƏRİN KONSENTRASİYASI
(TOPLANMASI) ƏMSALI – bitki və heyvanlardakı radioizotopların
miqdarının qida məhlulunda, qidada və ya qida mühitindəki miqdarının
nisbəti.
RADİOAKTİV SULAR –tərkibində radioaktiv maddələr çox olan
təbii sular.
RADİOAKTİV TULLANTILAR – tərkibində müəyyən normadan
artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola
bilər. Maye R.t. atom elektrik stansiyalarında istifadə edilmiş nüvə
yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif
radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir.
RADİOAKTİV TULLANTILARIN YERİN
DƏRİNLİKLƏRİNDƏ BASDIRILMASI – radioaktiv tullantıların
yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların
basdırılması.
RADİOAKTİV ŞÜALANMA – Alfa, beta və qamma şüalarının
yayılması.
RADİOAKTİV ZƏHƏRLƏNMƏ – ətraf mühitə radioaktiv
parçalanma məhsullarının yayılması: nüvə döyüş sursatının
parçalanmasından yaranan dağıdıcı amillərdən biri. R.z. insan
orqanizminə zərərli təsir göstərir (şüa xəstəliyi törədir). Yeraltı, yerüstü,
sualtı və su üstündə nüvə partlayışlarından meydana gələn R.z. daha
təhlükəlidir. R.z. zamanı qrunta (suya) və havaya başlıca olaraq nüvə
atımının bölünmə məhsulları (izotoplar), radioaktiv maddələr, habelə
nüvə atımı atomlarının parçalanmayan hissəsi keçir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
369
RADİOAKTİVLİK SƏVİYYƏSİ
– mühitdə radioaktiv
elementlərin parçalanması intensivliyinin cəmi. Kyuri ilə ölçülür.
Radioaktivliyin təbii fonundan və mühitin antropogen radioaktiv
çirklənməsi miqdarından asılıdır.
RADİOAKTİVLİYƏ HƏSSASLIQ – orqanizmin, onun üzvlərinin,
toxumalarının və hüceyrələrinin ionlaşmış şüalanmaya həssaslığı.
RADİOBİOİNDİKATORLAR – ətraf mühitdə radioaktiv
maddələrin olmasını, konsentrasiyasını və yayılmasını təyin etməkdə
istifadə edilən orqanizmlər (populyasiya, növ). R.-ın əsası
N.V.Timofeyev–Resovski tərəfindən qoyulmuşdur.
RADİOBİOLOGİYA – ionlaşmış şüaların hüceyrə, toxuma və
bütövlüklə orqanizmə təsirini öyrənən və radiasiyaya qarşı mübarizə
metodlarını hazırlamaqla məşğul olan elm. Sərbəst elm kimi R. nüvə
fizikası və texnikasının sürətlə inkişafı ilə əlaqədar 20-ci əsrin I
yarısında formalaşmışdır. R. ekologiya ilə sıx bağlıdır. Ekoloji R.-ya
əsaslanır.
RADİOEKOLOGİYA – ekologiyanın biosferdə radioaktiv
nuklidlərin konsentrasiya və miqrasiyasını, ionlaşdırıcı şüaların
orqanizmlərə, onların populyasiyalarına və biosenozlara təsirini öyrənən
bölməsi. R.-nın təkliflərinə əsasən sənayedə nüvə reaktorlarının
soyudulması üçün qapalı sikllər, ətraf mühitə düşə bilən radioaktiv
aerozolları tutan alətlər, radioaktiv tullantıları mühafizə edən və
zərərsizləşdirən üsullar tətbiq edilir.
RADİOGENETİKA – genetikanın ionlaşmış radiasiyanın
orqanizmlərin nəslinə təsirini öyrənən bölməsi.
RADİOGİGİYENA, RADİASİYA GİGİYENASI – gigiyenanın
bir bölməsi; ionlaşmış şüalanmanın təsirini və insanı radiasiyadan
mühafizə etmək üsullarının hazıranmasını, həmçinin biosferdə və qida
məhsullarında radiasiya çirklənməsinin dözülən dərəcəsini öyrənir.
RADİOLOJİ SİLAH – radioaktiv döyüş maddələri ionlaşdırıcı
şüalar ilə zədələmək, ətraf mühit və obyektləri zəhərləmək üçün kütləvi
qırğın silahı növlərindən biri.
RADİOMETRLƏR (radio... və yun. metreo - ölçüləri) –
elektromaqnit şüalanmasını, radioaktiv maddələrin aktivliyini, müxtəlif
mühitlərdə radionuklidlərin konsentrasiyasını, həmçinin səthin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
370
radioaktiv çirklənmə dərəcəsini ölçmək üçün cihazlar.
RADİONUKLİD İNDİKASİYASI (radio... və lat. nucleus - nüvə)
– radionuklidlərin köməyi ilə populyasiyaları, onların energetik və qida
mənbələrini öyrənən bioloji tədqiqat metodu.
RADİONUKLİDLƏR – radioaktiv atomların ümumi adı. Ətraf
mühit üçün böyük təhlükə sayılır. Bəzi R. tibbdə, bioloji
eksperimentlərdə istifadə olunur.
RADİOREZİSTENTLİK, radiasiyaya davamlılıq – canlı
orqanizmlərin ionlaşmış şüalanmanın təsirinə davamlılığı. Ümumiy-
yətlə, üzvi aləmin mürəkkəbləşməsi ilə R. azalır; ibtidai orqanizmlərdə
R. maksimum, ali orqanizmlərdə isə minimum dərəcədə olur (məs.,
drozofillər üçün uçucu doza 85000, adi milçək üçün 10000, insan üçün
isə 400 rad. təşkil edir).
RADİOSTİMULYASİYA – kiçik dozalarla şüalandırdıqda
orqanizmdə yaşyış proseslərinin intensivləşməsi.
RADİOTOKSİKOLOGİYA
– toksikologiyanın radioaktiv
maddələr orqanizmin daxilinə düşdükdə şüalanma zədəsini öyrənən
bölməsi.
RADİOTOKSİNLƏR – radioaktiv şüalanmaya məruz qalmış bitki
və heyvan orqanizmində yığılıb qalan kimyəvi maddələr.
RADİOTOLERANTLIQ – orqanizmin ionlaşmış şüalanmanın
müəyyən dozasına davam gətirməsi qabiliyyəti.
RATİSİDLƏR (frans. Rat - siçovul) – siçovulları qırmaq üçün
işlədilən pestisid.
RAYONLAŞDIRMA – ərazinin inzibati, iqtisadi, təbii və s.
rayonlara bölünməsi sistemi.
REAİQLİMLƏŞDİRMƏ – Konkret rayonda katastrofik və ya
antropogen amillərin nəticəsində yoxa çıxan növün və ya
populyasiyanın həmin rayonda iqlimə uyğunlaşdırılması.
REAKSİYA YARANMAYAN SƏVİYYƏ – hər hansı
populyasiyada neqativ hal müşahidə edilməyən çirkləndirici maddənin
maksimum dozası.
REAKTİVLİK – canlı orqanizmlərin xarici mühitin təsirinə cavab
verməsi (reaksiyası). Növ, yaş, şəxsi-spesifik, fizioloji R. ayrılır.
REDUKSİYA, BİOLOGİYADA – orqanizmlərin fərdi (ontogenez)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
371
və ya tarixi (filogenez) inkişafı gedişində orqanların kiçilməsi,
quruluşunun sadələşməsi və çox vaxt onlara xas olan funksiyaların
itməsi. Bəzən orqanın və ya toxumanın tamamilə itməsi də R. adlanır.
REDUSENTLƏR (lat. reducentis – qayıdan, bərpa olunan) – Öz
həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin
mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO
2
, H
2
, O
2
, N
3
və s.)
çevirən (minerallaşdıran) orqanizmlər, bununla onların biota mühitində
biosenoloji mühitin abiotik blokuna və xarici mühitə qaytarılması
prosesinin yekunlaşması.
Redugentlərin son pilləsi bakteriolizdir – yəni bakterial örtüyün
(qişanın) fermentlərlə həll olunması və hüceyrələrin tərkibindən çıxıb
torpaq məhluluna daxil olması, sonra isə bu maddələrin digər
bakteriyalarla parçalanmasıdır. Bakteriyaların özünün üzvi maddələrinin
reduksiyasında bakteriofaqlar böyük rol oynayır.
REFİQİUM (lat. refigium - sığınacaq) – Müəyyən bir orqanizmin
onun üçün əlverişsiz olan dövrü vaxtilə yaşamış olduğu və hazırda
yaşadığı yer səthinin bir sahəsi.
REFLEKSLƏR (lat. reflexux – əks etmə) – Orqanizmin xarici və
daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin iştirakı ilə
verdiyi cavab reaksiyaları. R.-in bioloji əhəmiyyəti orqanizmin daxili
mühitinin sabitliyini saxlamaq üçün orqanların işinin
tənzimlənməsindən və onların funksional qarşılıqlı təsirini yaratmaqdan
ibarətdir. R.-iki böyük qrupa bölünür: anadangəlmə və ya şərtsiz R.-in
icrası üçün heç bir hazırlıq, şərt, təlim tələb olunmur (Məs., əmmə,
gözqırpımı, bəbək R.-i və s.). Demək hər heyvan növünün özünəməxsus
şərtsiz, irsi R.-i vardır. Şərti R. həyat prosesləri nəticəsində qazanılır. I-
cinin üzərində qurulur, dəyişkəndir, müvəqqətidir, fərdi xüsusiyyət
daşıyır, yəni R.-in yaranması üçün xüsusi şərtlər və vaxt lazımdır. «Şərti
R”.» terminini ilk dəfə elmə İ.P.Pavlov daxil etmişdir.
REGENERASİYA (lat. regeneratio – bərpa olunmaq) – orqanizm
və ya biosistemin itirdiyi bütöv hissəni tam və ya hissə-hissə əvəz
etməsi.
REGİON (lat. regio – vilayət) – iri fərdi ərazi vahidi, hər hansı bir
ərazinin müəyyən əlamətlərinə və ya xüsusiyyətlərinə görə, (iqtisadi-
coğrafi, tarixi-siyasi və s.) bölünməsi. Fiziki-coğrafiyada-regional
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
372
landşaft kompleksi. Regional – hər hansı müəyyən əraziyə (rayona,
vilayətə, ölkəyə, ölkələr qrupuna) aid olan.
REGİONAL ÇİRKLƏNMƏ – nisbətən geniş ərazinin (regionun)
çirklənməsi.
REİMMİQRASİYA – biocoğrafiyada: emiqrant orqanizmlərin təbii
mühitin fəlakətli dəyişilməsindən sonra öz keçmiş yerinə qayıtması,
bitki örtüyünün bərpası.
REİNTRODUKSİYA – heyvan və bitkinin vaxtilə olduğu, sonra
hər hansı səbəbdən yoxa çıxdığı ərazidə introduksiyası.
REKREASİYA (polyakca – recreacya – istirahət. Lat. recreatio –
istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri
yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması.
REKREASİYA DƏYİŞİLMƏLƏRİ – İstirahət edənlər və turistlər
tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və
xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin,
strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bit-
kinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır.
Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir.
REKREASİYA DİQRESSİYASI – əhalinin istirahəti üçün təbii
komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində
dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır:
mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal
qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk,
giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin
tapdanması və torpağın bərkiməsi) baş verir.
REKREASİYA COĞRAFİYASI – ərazi rekreasiya sisteminin –
planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin
yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi.
REKREASİYA ƏRAZİSİ – əhalinin istirahəti, sağlamlıq və əmək
fəaliyyətini bərpa etmək üçün təyin olunmuş quru və ya su səthi sahəsi.
REKREASİYA KADASTRI – insanın istirahəti və sağlamlığının
bərpası məqsədilə ayrılmış ərazilər haqqında məlumatların məcmusu.
R.k.-na obyektlərin estetik qiyməti, marşrutların mürəkkəblik dərəcəsi,
onların müxtəlif istirahətçi kateqoriyası üçün əlverişliliyi və s. göstərilir.
REKREASİYA MEŞƏLƏRİ – Əhalinin kütləvi istirahət və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
373
əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan
yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin
normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki,
meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri,
ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada
bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda
çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s.
yaradılması məsləhətdir. Park və qoruqdan fərqli olaraq R.m-nə gələn
vətəndaşlar müxtəlif istiqamətlərdə gəzintiyə çıxmaq, çiçək, göbələk,
meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik
ola bilər. Ona görə də R.m.-ndə xüsusi yollar, cığırlar şəbəkəsi də
planlaşdırılır.
Respublikamızda R.m. əsasən sanatoriya və kurortlar ətrafında
(İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında
yerləşir.
REKREASİYA OBYEKTİ – istirahət üçün ayrılmış kiçik təbiət
sahəsi(göl, nohur, meşə talası və s.).
REKREASİYA POTENSİALI – təbiət ərazisinin insana müsbət
fiziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı
təzahür edir.
REKREASİYA RESURSLARI – insanın istirahətini təmin edən,
onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar.
REKREASİYA SU HÖVZƏSİ – əhalinin kütləvi istirahəti
məqsədilə istifadə etdiyi su hövzəsi.
REKREASİYA YÜKÜ – istirahət edənlərin (balıqtutma, turist,
ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə və
rekreasiya obyektlərinə bilavasitə təsir dərəcəsi. Vahid sahəyə və ya
rekreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur.
REKULTİVASİYA (re... və lat. cultivo - becərirəm) – Torpaqların
məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün
kompleks tədbirlər. Torpağın pozulması faydalı qazıntı yataqlarından
istifadə etdikdə (əsasən açıq üsulla), geoloji kəşfiyyat-axtarış işləri
zamanı, tikintilər və s. işlər apardıqda baş verir. Bu zaman torpaq örtüyü
pozulur və ya tamamilə dağıdılır, hidroloji rejim pozulur, texnogen
relyef əmələ gəlir və s. R. nəticəsində pozulmuş torpaq sahələrindən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
374
kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su
hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir.
Torpağın rekultivasiyası adətən iki mərhələdə yerinə yetirilir: a) texniki
(səthin planirovkası, onun münbit qatla örtülməsi və ya torpağın
yaxşılaşdırılması, yolların salınması, hidrotexniki və meliorativ
qurğuların tikilməsi və b.) bioloji (rekultivasiya aparılan sahədə
aqrotexniki və fitomeliorasiya tədbirləri yerinə yetirərək münbitliyi
bərpa etmək, torpaqəmələgəlmə prosesini sürətləndirmək, flora və
faunanın bərpasına şərait yaratmaq). Bax: torpağın rekultivasiyası.
REKULTİVASİYA OLUNMUŞ TORPAQLARIN NÖVÜ –
rekultivasiya olunmuş torpaqların kənd təsərrüfatında istifadə növləri və
istiqamətləri (əkin, örüş, biçənək və çox illik bitkilər altında istifadəsi).
REKULTİVASİYA ÜSULLARI – torpaqların rekultivasiyasında
tətbiq olunan, daha doğrusu pozulmuş və çirklənmiş torpaqların
münbitliyinin bərpa olunmasına yönəldilən fəaliyyət və tədbirlər
sistemi. Bura töküntü süxurların yamaclarının bərkidilməsi, neftə
bulaşmış torpaqlarda texniki və bioloji rekultivasiya, münbit torpaq
qatınn qazılması, daşınması, bioloji preparatlarla neftli torpaqların
qatışdırılması, kanalların, karxanaların doldurulması, aqrotexniki,
fitomeliorativ, meliorativ və s. tədbirlərin həyata keçirilməsi kimi işlər
daxildir.
REKULTİVASİYANIN İSTİQAMƏTLƏRİ – rekultivasiya
olunmuş torpaqlardan xalq təsərrüfatında istifadə olunma istiqamətləri.
Bu torpaqlardan ən çox kənd, meşə, balıqçılıq təsərrüfatı, eləcə də
sanitar – gigiyena və rekreasiya məqsədilə istifadə edilməsi nəzərdə
tutulur.
REKULTİVASİYANIN PLANLAŞDIRILMASI – fəaliyəti
torpaqların pozulması ilə bağlı olan müəssisə, idarə və təşkilat
tərəfindən rekultivasiya işinin həcminin və qiymətinin planlaşdırılması.
REKULTİVASİYANIN LAYİHƏLƏNDİRİLMƏSİ – pozulmuş
və çirklənmiş torpaqların rekultivasiya olunması üçün (dağ texniki,
texniki, bioloji) layihə-smeta sənədlərinin hazırlanması prosesi.
REQRESSİYA (lat. regressus) – dənizin tədricən sahillərdən geri
çəkilməsi; qurunun qalxması və ya okean dibinin enməsi. Dünya okeanı
hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
375
nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) R.
iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması
ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə R.-ya məruz qalmışdır.
REQRESSİV ƏLAMƏTLƏR – bax: proqressiv və reqressiv
inkişafın əlamətləri.
RELİKT ENDEMLƏR (lat. relictum - qalıq) – keçmiş geoloji
dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud
sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoyya və b.)
həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr
reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac,
şabalıdyarpaq palıd və s.)
Dostları ilə paylaş: |