HƏYATİLİK FORMALARI – böyümə forması və inkişaf ritmi
oxşar olan bitki və heyvan növlərinin qrupları.
HƏYATİLİK QABİLİYYƏTİ – populyasiya və ya onun ayrı-ayrı
fərdlərinin verilən şəraitdə yaşaması və nəsil vermə qabiliyyəti.
HİBRİD TOXUM (lat. hibrida - mələz) – müxtəlif forma, sort, növ
və cinsə aid bitkilərin hibridləşdirilməsi nəticəsində alınan toxumlar.
H.t. başqa sortlara nisbətən daha yüksək məhsul verir. Səpində yalnız
H.t.-un 1-ci nəslindən istifadə edilir.
HİBRİDLƏŞDİRMƏ – İki və ya daha çox irsi əlamətləri ilə
fərqlənən, heyvan və bitkilərin çarpazlaşdırılması. Sortarası, növarası,
növdaxili və uzaq H. məlumdur. Heyvan cinsləri arasında aparılan cüt-
ləşdirmədən Azərbaycan dağ merinosu qoyunu, qırmızı səhra, qara-ala
və s. qaramal cinsləri alınmışdır. Bitki seleksiyasında buğda cinsinə
daxil olan növlər arasında geniş növarası H. aparılmışdır.
İ.D.Mustafayev və C.Ə.Əliyev H.-dən bir sıra buğda sortları almışlar.
HİDATOFİTLƏR (yun. hydos - su) – bütünlüklə və ya çox hissəsi
suyun altında olan bitkilər (bitkinin yalnız aşağı hissəsi suyun altında
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
198
olan hidrofitlərdən fərqli olaraq). Bunlardan bəzisi kökləri ilə qrunta
bitişmiş, digərləri bitişməmiş olur (məs., elodeya, suçiçəyi, suzanbağı).
HİDRİK SUKSESSİYA – kiçik göllərdə və üst bataqlıqlarda
müşahidə olunur. H.s. hər hansı səbəbə görə suyun səviyyəsinin aşağı
düşməsi və dib qruntunun aerasiyasının güclənməsi ilə də baş verə bilər.
Bataqlıqlarda H.s. hövzənin kənar hissəsindən başlayaraq, ora ilk dəfə
su bitkiləri ilə (cil, sfanqum mamırı) örtülür. Belə bataqlıq, adətən,
çeyillik adlanır. Bataqlığın kənarı çöküntü və detritlə dolduqca, torpaq
inkişaf etməyə başlayır və quru sahə ilə birləşir, əvvəlcə kolların, sonra
isə torf üzərində meşənin (küknar, qara şam) əmələ gəlməsi müşahidə
olunur, bu bitkilər isə nəhayət yerli klimaks növlərlə (tozağacı,
ağcaqayın ağ şam və s.) əvəz olunur. Bu H.s.-nın tipik misalıdır.
HİDROBİOLOGİYA – su orqanizmləri və onların xarici mühitlə
qarşılıqlı əlaqəsindən bəhs edən elm. H., əsasən, ekoloji elm olub
okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir.
HİDROBİONTLAR – bax: su heyvanları.
HİDROBİOSENOZLAR – su biosenozları.
HİDROFAUNA – Su heyvanları faunası.
HİDROFİLLƏR – Suda yaşayan heyvanlar. İti axan çayların
şəraitinə uyğunlaşan heyvanlar, xüsusi qrupa daxildir (reofillər).
HİDROFİTLƏR – Su hövzələrində sərbəst üzən və ya köklərilə
hövzənin dibinə bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən
yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). İtiaxan çaylarda
yaşayan bitkilər reofitlər adlanır.
HİDROFOB ÖRTÜKLƏR – su ilə islanmayan örtüklər – metalları
korroziyadan qorumaq, başqa materiallara islanmaq keyfiyyəti
verməmək üçün istifadə edilir.
HİDROFOBLAR – suya yaxın yerlərdən və ya suyun bolluğundan
çəkinən orqanizmlər (kaktuslar, bəzi çöl və yarımsəhra taxılotuları,
əqrəblər, çəyirtkə və s.).
HİDROXARİTLƏR – qrunta bərkiyən su bitkiləri (oxyarpaq, qamış
və s.).
HİDROXORLAR – Meyvələri, toxumları və digər rüşeymləri su
cərəyanı ilə yayılan bitkilər. Bataqlıq və su bitkiləri və bəzi göbələklər
H.-a aiddir. Belə yayılmaya içərisi hava ilə dolu və üzmə qovluğu kimi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
199
təsir edən müxtəlif şişkinliklər və çıxıntılardan ibarət uyğunlaşmalar
kömək edir. Oxyarpaq, suoxu və s. H.-a aiddir.
HİDROXORİYA – meyvə və toxumların su vasitəsilə yayılması.
HİDROGEN BOMBASI – böyük dağıdıcı qüvvəyə malik partlayış
yaradan bomba: nüvə silahının bir növü. Sintez reaksiyasının
başlanması üçün labüd olan on milyonlarla dərəcə istilik bombanın
daxilindəki atom atımının partladılması sayəsində alınır.
HİDROGEN DƏYİŞİLMƏLƏR – (suksessiyalar) – Ekzodinamik
dəyişilmə olub torpağı suyun basması ilə əlaqədar baş verir.
HİDROGEN SULFİD (H
2
S) – kəsgin iyə malik olub zülal
maddələrin parçalanması zamanı əmələ gəlir. Neft yataqlarından çıxan
qazların, təbii və vulkan qazlarının, mineral bulaqların tərkibində olur.
H.s. nefttəmizləmə, təbii və koks qazlarının təmizlənməsi zamanı əlavə
məhsul hesab olunur. H.s. çox zəhərlidir, onun havada insan üçün zərərli
olmayan az miqdarı (milyon hissədən 0,1 hissəsi) iyinə görə asan təyin
olunur. Yüksək dozada isə əksinə, insan tərəfindən qəbul olunmur. H.s.-
in miqdarı 250-500 ml/m
3
olduqda ağır zəhərlənmə baş verərək
nəfəsalmada iflic vəziyyət, ağciyərlərdə şirəburaxma müşahidə olunur.
HİDROGEOLOGİYA – Yeraltı sular haqqında elm: geologiyanın
bir sahəsi. Yeraltı suların əmələ gəlməsini, yatım şəraitini, hərəkət
qanunlarını, rejimini, ehtiyatını, fiziki və kimyəvi xassələrini, atmosfer
və yerüstü sularla qarşılıqlı əlaqəsini öyrənir.
HİDROKİMYA – Təbii suların kimyəvi tərkibi və onların ətraf
mühitdə gedən kimyəvi, fiziki və bioloji proseslərdən asılı olaraq
dəyişilməsinin qanunauyğunluqları haqqında elm.
HİDROKİMYƏVİ REJİM
– su mühitinin kimyəvi
xarakteristikasının məcmusu (asılı
və
həllolan maddələrin
konsentrasiyası və dinamikası, duzluluq, codluq, aktiv reaksiya,
oksidləşmə-reduksiya potensialı və b.). H.r. hidrobiontların böyüməsinə,
inkişafına, çoxalmasına, su ekosistemlərinin davamlılığına,
məhsuldarlığına və s. təsir göstərir. H.r. həmçinin su hövzəsinə
antropogen təsir dərəcəsindən, qismən tullanan çirkləndiricilərin həcmi
və kimyəvi tərkibindən asılıdır.
HİDROQRAFİK ŞƏBƏKƏ – Müəyyən ərazidə çay, göl, su anbarı
və bataqlıqların məcmusu.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
200
HİDROQRAFİYA – qurunun müəyyən su obyektlərini (çayları,
gölləri, bataqlıqları), onların mənşəyini, morfologiyasını, rejimini,
landşaftın başqa elementləri ilə əlaqəsini və coğrafi yayılmasını öyrənən
elm.
HİDROLOGİYA – təbii suları, onlarda gedən hadisələri və
prosesləri öyrənən elm. H. su obyektlərinin və onları öyrənmə
metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və
dənizlərin H-sı) və qurunun H.-sını (qurunun səth sularını) öyrənir;
potamologiya (çayların H.-sı), limnologiya (gölşünaslıq), qlyasiologiya,
bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya,
hidroqrafiya, hidrokimya daxildir. Müasir H.-nın əsas problemləri
təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri,
su obyektlərinin və ərazilərin və ümumiyyətlə Yerin hidroloji
elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan
analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar
edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar
arasında hidroloji proqnozlar tərtib edilir.
HİDROLOJİ XİDMƏT – su hövzələrinin, su axınlarının fiziki,
kimyəvi, bioloji parametrlərinin vəziyyətinin təbii və antropogen
dəyişməsinə nəzarət xidməti. Respublikamızda H.v. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Departamentinə həvalə
olunmuşdur.
HİDROLOJİ MÜHİT, SU MÜHİTİ – hidrosfer bütövlüklə, bütün
fiziki vəziyyətdə su (maye, bərk, qaz halında).
HİDROLOJİ ŞƏBƏKƏ – müəyyən ərazidə çayların və digər daimi
və ya müvəqqəti su axarları, göllər, bataqlıqların məcmusu.
HİDROMELİORASİYA – kənd təsərrüfatı istehsalının hidroloji
şəraitinin, həmçinin ətraf mühitin ümumi yaxşılaşdırılmasına yönəldilən
təşkilatı təsərrüfat və texniki tədbirlər sistemi. H.-ya suvarma, otlaqların
su ilə təmin edilməsi, çayların və səthi axımın tənzimlənməsi; şoran
torpaqların yuyulması; torpaq eroziyasının qarşısını almaq məqsədilə
hidrotexniki qurğuların tikilməsi və tirələrin düzəldilməsi aiddir. H.
yalnız meliorativ tədbirlərlə əlaqələndirildikdə maksimum təsərrüfat və
təbiəti mühafizə effekti verə bilər.
HİDROMETRİYA – su obyektlərinin rejimini, mayenin hərəkət və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
201
halını xarakterizə edən kəmiyyətlərin təyini üçün üsullar toplusu.
HİDROMODUL – suya xüsusi tələbat: müəyyən ərazidə hər hansı
bitkinin yetişdirilməsi üçün tələb olunan suvarma (irriqasiya) suları.
HİDROMORF TORPAQLAR – Səthə yaxın qrunt suları şəraitində
mezofil və hiqrofil bitki örtüyü ekosistemlərində formalaşan qleyli-
çəmən, çəmən və qaratorpaq-çəmən torpaqları.
HİDROPONİKA (yun. hydor – su, pohos - iş) – bitkilərin süni
mühitdə, torpaqsız becərilməsi. Bu zaman bitkinin kök sistemi bərk
substrat (qida əhəmiyyəti olmayan) üzərində, suda, yaxud rütubətli
havada (aeroponika) inkişaf edir. Bitkilər qidanı kökləri əhatə edən
qidalı məhluldan alırlar.
HİDROPSAMMON – dəniz, çay, göl və su anbarlarının sahilində
nəmli qumlarda yaşayan su orqanizmlərinin məcmusu. H.-lara
nematodlar, malyusklar, həşərat sürfələri və s. aiddir.
HİDROSFER – Yerin su təbəqəsi; atmosferlə litosfer arasında
yerləşir. Yer səthinin 70,8%-ni təşkil edir. H.-in həcminin təqribən 94%-
i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida
və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır
(çay, göl, bataqlıq). H. atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı
əlaqədədir.
HİDROSFER TƏZYİQ – Su hövzələrində su kütləsinin dibinin
səthinə təzyiqi. Təzyiqin dərinlik əmsalı təqribən hər 10 m-ə 1 atm-ə
(101325 N/m
2
) çatır. Dərinliklərdə yaşayan heyvanlar təzyiqin gücünə
bu və ya digər dərəcədə adaptasiyaya malikdirlər.
HİDROSFERİN ÇİRKLƏNMƏSİ – Hidrosferə müəyyən
miqdarda və qatılıqda çirkləndirici maddələrin daxil olması ilə iri su
obyektlərinin (çay, su anbarı, göl, okean, dəniz, qrunt suları) mühitinin
normal şəraitinin pozulması.
HİDROTEXNİKİ QURĞULAR – təbii su ehtiyatlarından (çay,
göl, dəniz, yeraltı sular) istifadə etmək məqsədilə, yaxud suyun (selin)
zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğuları.
HİDROTERMİK ƏMSALLAR – İqlimin nəmlik göstəricisidir.
M.İ.Budıkoya (1930) görə Kh=R/Zr; burada K – radiasiya balansı; Z –
buxarlanmanın gizli istiliyi və r – yağıntının miqdarı. A.M.Ryabçikova
(1972) görə: K=W/R, w – məhsuldar nəmlikdir (ildə mm-lə). Bu əmsal
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
202
səhra üçün 2-dən aşağı, yarımsəhra üçün 2-4, çöl üçün 4-7, meşə-çöl
üçün 7-10, yarpaqlı meşələr və tayqa üçün 10-13, meşə tundra üçün 13-
dən yuxarıdır.
HİDROTERMLƏR – Yerin dərinliklərindən daxil olan yüksək
temperaturlu suların mənbələri. H.-rə həm quruda, həm də okeanların
dibində rast gəlinir.
HİQROFİLLƏR (yun. hygros - rütubətli) – Rütubətsevən
heyvanlar.
HİQROFİTLƏR – Rütubətli yerlərdə bitən bitkilər. H.-in əsas
xüsusiyyəti onlarda su sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır.
H. üçün katikula buxarlanması xarakterikdir.
HİQROMORFİZM – havanın yüksək rütubətlik şəraitində bitən
bitkilərin quruluşunun xüsusiyyətləri. Belə bitkilər üçün transpirasiyanın
güclənməsi şəraitinə uyğunlaşmaq qabiliyyəti səciyyəvidir, bu qida
məhlullarının zoğlara doğru intensiv hərəkətini təmin edir.
HİQROTOPLAR – substratın rütubətlik şəraitinə görə ayrılır.
adətən 6 əsas rütubətlik pilləsi (qrupu) ayırırlar: “0”-çox quru, 1-quru, 2
təzə (azrütubətli), 3-rütubətli, 4-nəm, 5-yaş. Hiqrotopları ayırmaq üçün
indiqator bitkilərdən istifadə olunur. Bu bitkilər bölünür: kserofitlər (“0”
və 1 qrupları), mezofitlər (2, 3), hiqrofitlər (4, 5). Bəzən əlavə olaraq
ultrakserofitlər (0 qrupu), mezokserofitlər (1, 2), ultrahiqrofitlər (5)
ayrılır.
HİPERGENEZ ZONASI – Yer qabığının üst hissəsində fiziki,
kimyəvi və bioloji xarakterli aşınma gedən dağ süxurlarının dağılması,
mineral-geokimyəvi dəyişməsi zonası.
HİPERKAPNİYA (qiper və yun. kaphos - tüstü) – qanda və ya
digər toxumalarda CO
2
-in yüksək miqdarı ilə əlaqədar orqanizmin xəstə
vəziyyəti.
HİPERTROFİYA – bir sıra bitki və heyvanlarda orqanizmin bəzi
toxuma və ayrı-ayrı hissələrinin, həcminin qeyri adi pataloji böyüməsi.
Məs., bakteriya, göbələk və həşəratların neqativ təsirinə reaksiya kimi
bitkidə fırların əmələ gəlməsi; virus, patogen bakteriyalar və b. ilə
heyvan və insanda şişin əmələ gəlməsi.
HİPERYIRTICI – bir yırtıcının digər yırtıcının hesabına yaşaması
(məs., qartal kərtənkələ ilə qidalanır, kərtənkələ isə öz növbəsində
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
203
onurğasızlar və ya kiçik onurğalılarla qidalanır və s.). Yırtıcı və H.
arasında müəyyən təbii tarazlıq vardır, o, insan tərəfindən
pozulmamalıdır.
HİPOBİOSFER (yun. hypo – altında, aşağı) – yaşayış üçün
litosferin qeyri əlverişli qatı; canlı orqanizmlər təsadüf düşsə də orada
müvəqqəti yaşayır, ancaq çoxala bilmir.
HİPOEKOSİSTEM – Tam struktura malik olmayan ekosistemlər
(məs, çay və mağara ekosistemləri, takır və çaybasar, həmçinin
səhralarda bərkiməmiş qumların ekosistemləri).
HİPOKSİYA – orqanizmin üzvləri və toxumalarının kifayət qədər
oksigen almadığından ekstremal vəziyyəti.
HİPOLİMNİON – dərin göllərin soyuq, oksigenlə zəngin olmayan
dərin qatı. H.-də yaşıl bitki yoxdur, belə ki, ora atmosferin oksigeni
daxil olmur. Bununla bərabər qışda müsbət temperatur olduğundan su
hövzəsinin üst qatında yaşayan orqanizmlər üçün özünəməxsus
sığınacaq hesab olunur.
HİPONEYSTON – suyun üst qatında (5 sm qalınlığında) yaşayan
orqanizmlərin məcmusu.
HİPOTERRABİOSFER – litobiosferin aerob orqanizmlərin yaşaya
bildiyi hissəsi.
HİPSOFİL BİTKİLƏR – əsasən gipslə zəngin olan torpaqda bitən
bitkilər (kəkotu, bəzi gəvən növləri və s.).
HİS – karbohidrogenlərin yarım yanması zamanı əmələ gələn yüksək
dispers məhsul, tərkibində 88-89% – karbon, 03-08% – hidrogen, 10%-ə
qədər oksigen (adsorblaşmış), az miqdarda mineral hisəciklər, həmçinin
adsorbsiya olunmuş qazlar və su buxarı olur. H. qara rəngdə olub yaxşı
texniki – molyar xassələrə malikdir. H.-in bütün növlərindən lak-boya
materialları, nəşr boyası, elektrod, linelium, ebonit, qrammafon lövhəsi,
yazı maşını lenti və s. almaqda geniş istifadə olunur. H.-in əsas
istehsalçısı rezin sənayesi (80%-ə qədər) hesab olunur.
HİSSƏ-HİSSƏ OTARMA (Zaqon) – Otarma üsulu, kənd
təsərrüfatı heyvanlarını otarmaq üçün otlaq ərazisi hissə-hissə sahələrə
(bölmələrə) bölünür və heyvanların otarma təqvimi, otlaq dövriyyəsi
nizamlanır. Bölmələri bir-birindən ayırmaq üçün araları hasarlanır və ya
səmtləşdirilir. Xarici ölkələrdə bölmələrin sərhədlərinə elektrik
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
204
məftilləri («elekrik çobanı»”) çəkilir. Belə otarma üsulunda otlaqların
məhsuldarlığı nizama salınır.
HOLOGENETİK DƏYİŞİLMƏLƏR (yun. holos -bütöv) – coğrafi
mühitin bütövlüklə tədricən dəyişilməsilə əlaqədar qruplaşmaların
uzunmüddətli dəyişilməsi. Termini V.N.Sukaçov (1945) irəli
sürmüşdür.
HOLOHİDROBİONTLAR – yalnız su mühitində yaşamağa
uyğunlaşan növlər.
HOLOSEN – buzlaqlardan sonrakı epoxa-müasir geoloji epoxa.
Yerin geoloji tarixinin Antropogen dövrünün sonuncu, bitməmiş
hissəsidir. Təqr. 10 min il vaxtı əhatə edir.
HOMEOSTAZ – insan, heyvan və bitki orqanizminin əsas fizioloji
funksiyalarının davamlılığı və daxili mühitinin tərkib və xassələrinin
nisbi dinamik sabitliyi, insanda, quşlarda, məməlilərdə hidrogen ionları
konsentrasiyasının və qanın tərkibinin, osmotik təzyiqin, bədən
temperaturunun, qan təzyiqinin və s. funksiyaların sabitliyi H-a daxildir.
HOMOXROMİYA – heyvanlarda bədənin rəngi ətraf mühitin, o
cümlədən substratın rənginə uyğunluğu. Bəzi həşəratların (kəpənəklər),
balıq (kambala), suda-quruda yaşayanlar (qurbağa), quşlar, məməlilər
(qütb ayısı) və b. H. populyasiyalararası və populyasiyadaxili əlaqələrdə
böyük rol oynayır.
HOMOMORF ORQANİZMLƏR – bədənin forması və rəngi
yaşadığı mühitin forma və rənginə uyğun olan heyvanlar.
HOMOSFER – Atmosferin Yer səthindən 90-95 km hündürlüyə
qədər olan qatı, burada hava yaxşı qarışmış və qazların faizlə qarşılıqlı
nisbəti yer səthi sahələrdəki kimi qalır.
HOMOYOTERM HEYVANLAR (yun. homos – bərabər, eyni,
ümumi) – istiqanlı heyvanlar-bədəninin temperaturu dəyişməyən və
ətraf mühitin temperaturundan asılı olmayan heyvanlar. Bunlara quşlar
və məməlilər daxildir. Müxtəlif növlərin bədəninin temperaturu
müxtəlifdir (35-45
°) və mühitin temperaturundan yüksəkdir.
HORMONLAR, İNKRETLƏR (yun. hormoc - oyatmaq) –
endokrin vəziləri, yaxud daxili sekresiya vəzilərinin hasil etdiyi və
bilavastə qana ifraz olunan mürəkkəb kimyəvi təbiətli bioloji aktiv
maddələr (zülallar, amin turşuları, polipeptidlər, steroidlər və s.). H.-ın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
205
əsas funksiyası ayrı-ayrı orqanların, sistemlərin və bütövlükdə
orqanizmin fəaliyyətini hormonal tənzim etməsidir. H. həm heyvan,
həm də bitki orqanizmlərində sintez olunur. Termin E.Starlinq (1905)
tərfindən irəli sürülüb.
HÖVZƏ – 1) Səth axını olmayan alçaq sahə (axarsız hövzə). 2)
Dəniz dibinin bu və ya digər dərəcədə izometrik formaya malik alçaq
sahəsi, çökəklik. 3) Yağıntının yerə hopduğu və yığıldığı sahə. 4) Yer
qabığının çökmə örtüyünün əyilmiş iri strukturu. 5) Forması və təşkil
olunduğu süxurların xüsusiyyətlərinə əsasən suları özündə toplayan
relyef forması və ya yeraltı struktur (məs. Artezian hövzəsi). 6) Buzlaq
və onun qollarının qidalandığı sahə. 7) Ayrıca çaya və ya çay sisteminə
axan suların əhatə etdiyi yer səthinin bir hissəsi.
HUMİD İQLİM (lat. humidus - rütubətli) – rütubətliyi artıq olan
iqlim. H.i.-də yağıntının miqdarı buxarlanan və yerə hopan suyun
miqdarından xeyli çox olur və artıq qalan su yer səthində çay şəbəkəsi,
yəni çay dərələrinin əmələ gəlməsinə səbəb olur. H.i. şəraitində çay
dərələri və yarğanlar geniş inkişaf etmişdir.
HUMİDLİK – torpaqda və ya suda bitgi və heyvan qalıqlarının
humidləşmə dərəcəsi.
HUMİN MADDƏLƏRİ –humusun komponenti, turşu və
qələvilərdə həll olmur, torpağın qeyri üzvi fraksiyaları ilə bərk
kompleks əmələ gətirir.
HUMUS, ÇÜRÜNTÜ (lat. humus – torpaq, yer) – torpağın bitki və
heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd
rəngli üzvi hissəsi. H.-un tərkibinə humin turşuları (torpağın
məhsuldarlığı üçün ən vacib olan) və fulvoturşular daxildir. H.-da
mikroorqanizmlərin köməyi ilə bitkilərin ala bildiyi əsas qida
elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. H. torpağın
məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir.
HUMUSLU SU HÖVZƏSİ – tünd qırmızı rəngli su hövzəsi; bitki
və heyvan qalıqlarının mikrobioloji çürüməsi nəticəsində əmələ
gəlmişdir (tundra və tayqa zonasının bir çox su hövzələri).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
206
X
XAÇÇİÇƏKLİLƏR (Cruciferae) – ikiləpəli bitki fəsiləsi. Otlar,
bəzən yarımkollar və ya növbəli düzülüşlü sadə yarpaqlı kollardır.
Azərbaycanda 66 cinsi (240-dan çox növü) məlumdur. X. fəsiləsində
çoxlu faydalı bitkilər – tərəvəz (kələm, turp), yağlı (şalğamturp,
vəzərək, yağçiçəyi və s.) ədviyyat (xardal, qatıqotu), dərman
(sarılıqotu), balverən, boyaq bitkiləri və s. var. Bəziləri (turpəng,
vəzərək, quşəppəyi, yarğa otu və s.) geniş yayılmış alaq otlarıdır.
Dostları ilə paylaş: |