Ekoloji təmiz kənd təsərrüfatı haqqında



Yüklə 392.65 Kb.
səhifə1/5
tarix22.05.2017
ölçüsü392.65 Kb.
  1   2   3   4   5
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

Bakı şəhəri, 8 yanvar 2009-cu il

№ 5

Azərbaycan Respublikası Nazirlər



Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə



təsdiq edilmişdir
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı

QAYDALARI
1. Ümumi müddəa
1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını tənzimləyir.

1.2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalının məqsədi mövcud bazarın və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsini təmin etməkdir.


2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı
2.1. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, müşahidə və sertifikatlaşdırma orqanlarının nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən subyektin müraciəti əsasında ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əsaslanaraq, aşağıdakı müstəsna hallarda icazə verilir:

- kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda;

- ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində olan torpaq sahələri genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə;

- balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda və ya hər hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda;

- ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını almaq məqsədi ilə məcburən ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilməyən vasitələrdən istifadə edildikdə.

2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir.

2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə araşdırmalar, müşahidələr və təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışmasının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

- ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri) ayrıca aparılmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar olmalı və bu anbar işarələnməlidir;

- ekoloji təmiz kənd təsərrüfatı məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı və onlar işarələnib ayrıca saxlanılmalıdır;

- ekoloji təmiz kənd təsərrüfatı məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə imkan olmadıqda isə ekoloji məhsulların yığımından əvvəl həmin vasitələr yuyulub təmizlənməlidir.

2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.

2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində aşağıdakı şərtlərə əsasən otarıla bilər:

- bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa, digərlərindən istifadə edilməmiş olsun;

- saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun.

2.6. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq emal müəssisəsi olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir.


3. Hesabat və nəzarət
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsal edən subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə və sertifikatlaşma orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2009-cu il 8 yanvar

tarixli 5 nömrəli qərarı ilə



təsdiq edilmişdir
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı
1. Ümumi müddəa
Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal qaydalarını, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını müəyyən edir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalında aşağıdakı tələblərə əməl olunmalıdır:

- təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olmalı;

- torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, konpost, yaşıl gübrələr və s.) tənzimlənməli;

- bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə edilməli;

- ekoloji təmiz heyvandarlıq məhsulları və ekoloji təmiz bitkiçilik məhsulları istehsalı əlaqələndirilməli;

- bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər amillərə davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalı;

- xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi, farmasevtik preparatlardan və antibiotiklərdən mümkün qədər az istifadə edilməli və təbii müalicə üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük verilməlidir. Əgər yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar həkiminin nəzarəti altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə verilir. Həmin preparatların istifadəsi zamanı əvvəlcədən heyvana dəqiq diaqnoz qoyulmalı, doza seçilməli və müalicə kursu təyin edilməlidir. Bu zaman yekun heyvandarlıq məhsulunun növü nəzərə alınmalı (ət, süd, yumurta və s.) və bu barədə heyvan məhsulu realizə edilməkdən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarına məlumat verilməlidir;

- yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə istifadəsinə yol verilməməli;

- heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiya edilməsi mövcud qanunvericiliyə uyğun təşkil edilməli.

2.2. Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən və müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş təbii və qeyri-təbii vasitələrin siyahısı aşağıdakı qaydada müəyyən edilir:


1. Müxtəlif heyvan növlərinin yerləşdirilməsi üçün daxili və xarici minimum səth ərazisi


Qaramal, qoyun və donuzlar

Daxili ərazi

(sırf heyvanlara aid olan sahə)

Xarici ərazi (gəzinti ərazisi, örüş istisna

olunmaqla)




minimum diri

çəkisi


m2/baş

m2/baş

1

2

3

4

Damazlıq və kökəltmə üçün qaramal və atlar

100 kq

200 kq


350 kq

350 kq-dan yuxarı



1.5

2.5


4.0

5.0


(hər 100 kq-a

minimum 1 m2)



1.1

1.9


3.0

3.7


( hər 100 kq-a minimum 0,75 m2)

Südlük inəklər




6

4.5

Damazlıq buğalar




10

30

Qoyun və keçilər




1.5 qoyun/keçi 0.35 quzu /çəpiş

2.5 qoyun/keçi 2.5 ilə 0.5 quzu/çəpiş

40 günlük çoşqaları olan donuzlar




7.5

2.5

Ətlik donuzlar

50 kq yuxarı

85 kq yuxan

110 kq-dan

yuxan


0.8

1.1


1.3

0.6

0.8


1

Çoşqalar

40 gündən artıq və 30 kq-a qədər

0.6

0.4

Damazlıq donuzlar




2.5 dişi

6.0 erkək



1.9

8.0



2. Müxtəlif növ quşlan yerləşdirmək üçün daxili və xarici minimum səth ərazisi


Ev

quşları

Daxili ərazi ( heyvanlar üçün ayrılan ərazi)

Xarici ərazi

( bir baş üçün

m 2 ərazi)

heyvanların sayı (m2)

hər bir

heyvan üçün

olan tara

(sm)

yuva

1

2

3

4

5

Yumurtlayan toyuqlar

6

18

Hər hinə 8

yumurtlayan

toyuq və ya əgər hin ümumidirsə,

hər quşa 120 sm2



4, bir şərtlə ki, 170 kq

N/ha/il normasını

keçməməlidir


Ətlik toyuqlar (stasionar hinlərdə)

Hər m2-ə ümumi

diri çəkisi

maksimum 21 kq

olan 10 quş



20 (ancaq

Qvineya


quşlan üçün)




4 Broylerlər və

Qvineya ev quşları

üçün

4.5 ördək,



10 hinduşka,

15 qaz.


Bütün növlər üçün

yuxarıda qeyd olunan

limit l70kqN/ha/il

keçməməlidir



Ətlik

quşlar


(mobil

hinlərdə)



Mobil hinlərdə 16 quş (ancaq bir şərtlə ki, mobil hinlərin ərazisi 150 m2 keçməsin və gecələr açıq saxlansın və hər m2-ə maksimum 30 kq diri çəki düşsün)







2.5 - limiti 170 kq N/ha/il ötməməlidir


3. İstifadəsinə icazə verilən mineral mənşəli qida maddələri
1. Mineral mənşəli yemlər, mikro-elementlər, vitaminlər və ya provitaminlər ancaq təbii olduqları halda istifadə edilə bilər. Bu maddələrin olmadığı hallarda və ya müstəsna hallarda onların kimyəvi üsullarla müəyyən edilmiş əvəzedicilərinin istifadəsinə də icazə verilir.

2. Ancaq aşağıda göstərilən maddələr bu kateqoriyaya aiddir:




Natrium:




rafinə edilməmiş dəniz duzu




iri daş duz




natrium sulfat




natrium karbonat




natrium bikarbonat




natrium xlorid









Kalium:

kalium xlorid












Kalsium:




lithotamnion və merqqel



su heyvanlarının qabığı (həmçinin dəniz

molyusklarının sümükləri)






kalsium karbonat




kalsium laktat(süd turşusu)




kalsium qlükonat










Fosfor:




flüorsuzlaşdırlmış bi-kalsium




fosfat flüorsuzlaşdırılmış mono-kalsium fosfat




mono-natrium fosfat




kalsium-maqnezium fosfat




kalsium-natrium fosfat










Maqnezium:




maqnezium oksid (maqnezium anhidridi)




maqnezium sulfat




maqnezium xlorid




maqnezium karbonat maqnezium fosfat










Kükürd:




natrium sulfat

: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə