Ekoloji xarakterli fövqəladə hallar



Yüklə 42,58 Kb.
səhifə2/6
tarix25.04.2023
ölçüsü42,58 Kb.
#102168
1   2   3   4   5   6
489849206-Ekoloji-xarakterli-fovqəladə-hallar-2-docx

Ozon dəlikləri. Atmosferdə 20-25 km hündürlükdə böyük miqdarda ozon molekulları mövcuddur, onlar günəş spektrinin canlı orqanizmlər üçün zərərli hissəsini udur. Alimlərin apardıqları tədqiqatların nəticələrinə görə nəticədə dəri xərçəngi, katarakta kimi xəstəliklərin inkişafı, meşə və dəniz ekosistemlərinin pozulması baş verir. Alimlərin tədqiqatlarına görə ozon dəliklərinin əmələ gəlməsinin əsas səbəbi freonların (SFSl3, SF2Sl2), xlorun, karbon qazının atmosferdə toplanmasıdır. Freonlar atmosferda onillərlə qalır. Oradan stratosferaya keçir, günəş radiasiyasının təsirindən parcalanaraq xlor atomları əmələ gəlir, onlar da ozonun oksigenə çevrilməsini kataliz edir. Avropanın şimal reqionunda əhalinin sıx yaşadığı ərazilər üzərində ozon qatının qalınlığı 3% azalmışdır, nəticədə dəri xərçəngi, katarakta kimi xəstəliklərin inkişafı, meşə və dəniz ekosistemlərinin pozulması baş vermişdir. Ozon qatının 1% azalması onkoloji xəstəliklərin 6% artmasına səbəb olur. 
İstilikxana effekti. Bəzi atmosfer qazları günəşin görünən işıq şüalarını yaxşı keçirir və planetin istilik şüalanmasını udaraq ümumi istiləşməyə səbəb olur. Atmosferin yuxarı qatlarında toplanan karbon qazı yerlə kosmos arasında gedən istilik mübadiləsinə mane olur, nəticədə həm antropogen təsir, həm də vulkan püskürməsi və geotermal sulardan baş verən istilik yerdə temperaturun toplanaraq artmasına və istixana effektinə səbəb olur. İstixana effektinin səbəblərinin 50%-i karbon qazının, 18%-i metanın, 14%-i freonların payına düşür.XX əsrdə atmosferda karbon qazının miqdarı 25%, metanın miqdarı 100% artmışdır, bu da orta illik hərarəti 0,5 0 S artırmışdır. Əgər bu temp davam edərsə 50 ilə bu göstərici 3-50 arta bilər. Hesablamalar göstərir ki, qütb buzlaqlarının əriməsi dünya okeanında suyun səviyyəsinin 0,5-1,5 m qalxmasına səbəb olacaq. Yağıntıların ümumi miqdarı artacaq, lakin, qitələrin mərkəzlərində iqlim quraqlaşacaq, bu da məhsuldarlığı, xüsusilə də dənli və düyü əkinlərinin məhsuldarlığını xeyli aşağı salacaq.
Turşu yağışları (qar, duman) suda kükürd və azot oksidlərinin (SO2, NO2) həll olması nəticəsində yaranır. Kükürd oksidləri atmosferin əsas çirkləndiricilərindən olub, istilik stansiyalarında, qazanxanalarda karbohidrogenlərin (kömürün, neftin və digər üzvi yanacaqların) yanma məhsullarıdır. Turşu yağışları bitki və meşələri məhv edir, gölləri və çayları cansız hövzələrə çevirir, torpağın münbitliyini aşağı salır, flora və faunaya mənfi təsir edir.

Yüklə 42,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin