Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Mopassan Mirələmov Saday Sadıqlını sanki ovsunlamaq istəyirdi



Yüklə 192,11 Kb.
səhifə8/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   4   5   6   7   8   9   10   11   ...   71
İndiyəcən 3 dəfə evlənsə də, indi bu şəhərdə onun yolunu gözləyən kimsə yox idi.

O, hələ 19-20 yaşlarında, ailə qurmağa ilk dəfə cəhd göstərmişdi: sevdiyi qızı nişansız, toysuz, cehizsiz maşına mindirib, Xırdalandakı ata evinə aparmışdı. Toy-nişan bir yana dursun, ər evinə cehizsiz gəlməyini Nüvarişin anası gəlininə heç cür bağışlaya bilməmişdi. Qayınanasının ayyarımlıq dil və dırnaq savaşından sonra qız bir gün pal-paltarını yığışdırıb, üsulluca həmişəlik çıxıb getmişdi.

Yenə də gəncliyində - hələ teatrda yalnız epizodik rollar oynadığı vaxtlarda -teatrın köhnə işçilərindən birinin “mənzil şəraitini yaxşılaşdırıb” onun Montindəki yarızirzəmi, rütubətli mənzilini Nüvarişə vermişdilər və özünün ikinci arvadı ilə Nüvariş o mənzildə cəmi 9 ay yaşamışdı: arvadı böyrək xərçəngindən dünyasını dəyişmişdi. Nüvariş Qarabağlının üçüncü arvadı Cülyetta teatrın adlı-sanlı artistlərindən birinin 36 yaşlı qarımış qızıydı. 4-5 il uşağı olmadı. Sonra bir oğlan uşağı doğdu və körpənin hələ heç 3 aylığı da tamam olmamış, bir gecə uşağa süd verdiyi yerdə dərin yuxuya gedən Cülyetta o yuxudan ayılanda öz döşlərinincə arasında körpənin boğulub-göyərmiş meyidini gördü. Uşağı əmizdirə-əmizdirə o təhər yuxuya getməyini Cülyetta özünə bağışlaya bilmədi. Ölən uşaq öləndən sonra da kirimədi, ağlayıb süd istədi. Özünü o uşağa mümkün qədər tez yetirmək üçün ana əlindən gələni elədi: yemədi, içmədi, yatmadı. Cülyetta uşağın ölümündən sonra heç 10 gün də yaşamadı. Arıqlayıb çöpə döndü, şam kimi əriyib yoxa çıxdı.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin