Eksudativ kataral diatez



Yüklə 63,73 Kb.
səhifə1/25
tarix02.01.2022
ölçüsü63,73 Kb.
#43134
  1   2   3   4   5   6   7   8   9   ...   25
uşaq 3434-1


Eksudativ-kataral diatez

1. 5 aylıq uşaqda başın tüklü hissəsində piy qartmaqları – qneyslər, büküşlərdə bişməcələr, yanağıın dərisində süd qartmaqları əmələ gəlmişdir. Hansı xəstəlik haqqında düşünmək olar? Eksudativ kataral diatez


2. Konstitusiya anomaliyasının hansı formasında qalxanabənzər vəzin hipoplaziyası xarakterdir? liffatiko hipoplastik diatez
3.Limfatiko- hipoplastik anomaliya üçün nə xarakterikdir? qalxanabənzər vəzin hipoplaziyası, limfa toxumalarının hiperplaziyası.
4. Ekssudativ-kataral diatezdə dəridə əmələ gələn ilk dəyişiklik hansıdır? Bişməcələr, ekzema, süd qartmaqları, stofulus, qaşınma
5. Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır? orqanizmin allergik reaksiyaların və uzunsürən iltihabi proseslərin inkişafına irsi meyillik durur. bətndaxili inkişafın xoşagəlməz şəraitdə keçməsi imkan yaradır
6. EKD –li süni və qarışıq qidalanan uşaqlara nə təyin edilir? individual seçilmiş turş süd qarışıqlarından istifadə etməsi

7. EKD-də hiposensibilizasiya üsulları hansılardır? Qeyri spesifik antihistamin preparatlar (tavegil, suprastin, fenkarol) təyin olur spesifik və qeyri spesifik


8. EKD-də yaş ekzemanın müalicəsində nə istifadə edilmir? istifadə edilir 18-20 ℃ olan 0,02% furasilin, 0,05% li rivsnol məhlulu, 1-2% li rezorsin, 0,25% li gümş nitrat məhlulu ilə islatmlar tətbiq olunur. (qeyd - sipirtli məhlullar ilə islatma edilmir)

Tərkibində talk, sink oksid, qliserin olan qarışımlardan istifadə olunur. Dəridə olan yaşarmalar dayandıqdan sonra məlhəmlərdən istifadə etmək olar (anestezin, lanolin, salisil turşusu, sink oksid və s.)

Sümük sistemi

9. 20-30 ayda hansı dişlər çıxır? Arxa kiçik azı dişləri
10. 5-7 yaşda hansı dişlər çıxır? İlk böyük azı dişləri
11. 11-12 yaşda hansı dişlər çıxır? 2-ci böyük azı dişləri
12. 6-8 ayda hansı dişlər çıxır? İlk süd dişləri (yuxarı aşağı orta (mərkəzi) kəsici dişlər)
13. 8-12 ayda hansı dişlər çıxır? Yuxarı və aşağı yan kəsici dişlər
14. 16-20 ayda hansı dişlər çıxır? Köpək dişlər
15. Bel lordozu nə vaxt əmələ gəlir? 1 yaşda (uşağın yeriməsi ilə)
16. Döş kifozu nə vaxt əmələ gəlir? 6 ayında (uşağın ayağa qalması ilə)
17. Boyun lordozu nə vaxt əmələ gəlir? 2 ayında (uşaq başını tutu)
18.Böyük əmgək hansı sümüklərin arasında yerləşir? Alın və təpə sümükləri arasında
19.Kiçik əmgək hansı sümüklərin arasında yerləşir? Təpə və ənsə sümükləri arasında
20. Əzələ kütləsi hansı yaş dövründə daha intensiv artır? Cinsi yetişkənlik dövründə (12-16 yaş)
21.Uşaq həyatının ilk aylarında əzələ tonusu necə olur? Yüksək əzələ tonusu, fiziki hipertonusun olması
22. Böyük əmgəyin ölçüsü nə qədərdir? 2*2,5-3 sm
23.Kiçik əmgək nə formada olur? üçbucaq

24. Yenidoğulmuşun aşağı ətraflarının yığıcı əzələlərinin hipertonusu nə zaman itir? 3-4 ayında

25. Yenidoğulmuşun yuxarı ətraflarının yığıcı əzələlərinin hipertonusu nə zaman itir? 2-2,5 ayında

26.Kəskin vit.D intoksikasiyası hansı müddətdə böyük dozada vit. D



qəbul etdikdə əmələ gəlir? 2-10 həftə
27. Hipervitaminoz D-nin müalicəsində hansı preparatlardan istifadə olunur? Antidotların qəbulu göstərişdi A, E Na2 EDTA, prednizalon
28. Raxitin antenatal spesifik profilaktikası hamiləliyin neçənci həftəsindən aparılır? 28-32 həftəsində
29. Raxitin antenatal spesifik profilaktikasında vit. D neçə müddət verilir? 6-8 həftə
30. Raxitin spesifik müalicəsində vit.D neçə gün verilir? 42-56 gün
31.Raxitin posnatal qeyri-spesifik profilaktikası nə zaman başlayır? Uşaq həyatının ilk günlərində
32.Raxitin posnatal spesifik profilaktikası nə zaman başlayır? Yenidoğulmuşun 3-4 həftəliyində
33.Raxitin profilaktikasında nə istifadə olunmur? Olunur Profilaktika ikiyə bölünür. 1. Antenatal – spesifik və qeyri spesifik 2. Postnatal spesifik və qeyri spesifik Antenatal qeyri spesifik profilaktikaya daxildir: gündəlik aktiv hərəkətlər və təmiz hava, rasional qidalanma, hamiləliyin yarımçıq sonlanması və hestozların qarşısının alınması, digər xəstəliklərin müalicə və profilaktikası. Polivitamin qəbulu məsləhətdir. Antenatal spesifik profilaktika hamiləliyin 28-32-ci həftələrində sağlam qadınlara aparılır. (yay aylarını çıxmaq şərtilə) 6-8 həftə ərzində hamilə qadına sutkada 500V D vitamini yağlı məhlulu və ya draje verilir. 25 yaşa qədər risk qrupunda olan hamilə qadınlara 28-32 –ci həftədən başlayaraq 1000-1500 V dozda səkkiz həftə ərzində (fəsilədən asılı olmayaraq) D2 vitamini təyin olunur. Qış və yaz aylarında vitamin D 15-20 seans ultrabənövşəyi şüalanma ilə əvəz edilə bilər. Postnatal qeyri-spesifik profilaktika uşağın ilk günlərindən etibarən başlamalıdır. 1. Uşağa düzgün qulluq. 2. Süd verən ananın rasional qidalanması, polivitamin qəbulu 3. Ana südü ilə qidalandırmaya üstünlük verilməsi 4. Korreksiyaedici qidaların vaxtında əlavə edilməsi 5. Ana südü yetmədikdə qarışıq və ya süni qidalanmanın düzgün təşkili 6. Aktiv hərəkət rejiminin gözlənilməsi, gimnastika massaj aparılması Postnatal spesifik profilaktika vaxtında doğulmuşlara 3-4-cü həftələrdə başlayır, 0,125%-li və ya 0,0625%-li yağlı erqokalsiferol məhlulu ilə aparılır. İlin payız, qış və yaz aylarında 1-2 yaş müddətində sutkalıq doza 500V-dən D vitamini yəyin edilir. Uşaq yayda doğulubsa, profilaktika sentyabr ayında başlanır. Sutkalıq dozu 500 v = dir. Əgər uşşaq tərkibində Vitamin “D” olan adaptasiyalı qarışıqlarla qidalanırsa, o zaman bu da nəzərə alınmalıdır. 10-15 seans olmaqla payız və qışda iki kurs ultrabənövşəyi şüalanma da təyin edilə bilər. Seans aralarında Vit “D” yağlı məhlulu təyin edilir.
34.Raxitli uşağa hansı əlamət xarakter deyil? qurbağa qarın, alın və təpə çıxıntalarının olması, döş qəfədində olan patalogiya (toyuq, çəkməçi döş qəfəsi, olimpiya alnı, “X”və “O”-ya bənzər ayaqlar, mirvari dənələri, Tərləmə, narahatlıq, ənsədə tüklərin tökülməsi , kraniotabes, raxitik “təsbeh” olur MÖVZUNU TƏKRARLA
35. Tərləmə, narahatliq, ənsədə tüklərin tökülməsi , kraniotabes, raxitik “təsbeh”

əlamətləri neçənci dərəcəli raxitə xasdır? 1 dərəcə


36. Alin –təpə çıxıntıları, raxitik “bilərziklər”,”mirvari dənələri” əlamətləri neçənci dərəcəli raxitə xasdır? 2 dərəcə (orta ağır)
37. ”Olimpiya alni”, “toyuq” döş qəfəsi, “X”və “O”-ya bənzər ayaqlar, "çəkməçi döş qəfəsi" ,”qurbağa qarnı” əlamətləri neçənci dərəcəli raxitə xasdır? 3 dərəcə (ağır)
38.Aşkar spazmofiliyada hansı hal müşahidə olunmur? Olunur- larinqospazm, karpapedal spazm (akuşer əli, pəncə ayaq altına tərəf qatlanır), eklampsiya tutmaları (səs yarığının spazmı nəticəsində boğulma v.s)

Tənəffüs sistemi


39. Tənəffüs orqanlarının formalaşması nə vaxt başa çatır? 7 yaşında
40. Tənəffüs aritmiyası uşaqda nə vaxt olur? Yenidoğulmuşun 2-3 həftəsində
41. Yuxarı tənəffüs yollarına nə aiddir? Burun udlaq qırtlaq
42. Aşağı tənəffüs yollarına nə aiddir? Traxeya və bronxlar
43. Anginanın müalicəsində istifadə olunan dərman preparatları: Na-xlorid, furasilin 1:5000, çoban yastığı, adaçayı, evkalipt dəmləmələri, antibiotiklər, sulfanilamid preparatları, salisilatlar qəbul edilir. Desensibilizəedicilər və askorbin turşusu
44. İltihabi proses badamcıqların selikli qişasının səthində gedirsə, bu anginanın hansı formasıdır? kataral
45. İltihabi proses badamcıqların büküsündə gedirsə, bu anginanın hansı formasıdır? lakunar
46. İltihabi proses badamcıqların parenximasında gedirsə, bu anginanın hansı formasıdır? folikulyar
47.Bronxial astma tutması zamanı ilk olaraq nə təyin edilir? yüngül tutmalarda bronxospazmolitiklər (aerozol şəklində istifadə edilir) daxilə və inhalyasiyalar şəklində verilir. Orta ağırlıqlı tutmalarda isə əsasən parenteral üsuldan istifadə edilir. Tənəffüs gimnastikası kompleksi geniş istifadə edilir.
48. Ekspirator təngnəfəslik nədir? Nəfəs almanın qısalması, nəfəs vermənin yavaşıması
49. Bronxial astma zamanı qan analizi üçün xarakterikdir? Qanın analizində eozinofilərin miqdarının artması + immunqlobulin E artır

50.Şarko-Leyden kristalları bəlğəmdə hansı xəstəlik zamanı tapılır? Bronxial asma


51. Astmatik statusda proqressivləşmə prosesində hansı hal inkişaf edir? Hipoksemik koma
52. Bronxial astmanın tutmalar arası dövründə müalicəsi necə aparılır? Tutmalar arası dövrdə allergen aşkar olunduqdan sonra xəstəliyə səbəb olan allergenin dəri altına daxil edilməsi ilə spesifik hiposensibilizasiya aparılır. Histoqlobulinlə qeyri spesifik hiposensibilizaedici terapiya kursları
53. Qırtlağın kəskin stenozunun simptomları hansılardır? 3-lü triada - stenotik tənəffüs, səsin dəyişməsi və kobud öskürək.
Dispepsiyalar
54. Sadə dispepsiyanın əsas səbəbləri nədir? qidalandırma xətalarıdır: tələb olunandan tez-tez yedizdirmə, eləcə də çox yedizdirmək, məsələn ananın südü çox olduqda, lazım olduğundan çox süd əmərsə, təbii qidalanmadan birdən-birə süni qidalanmaya keçilməsidir, qida rasionuna uşağın yaşına uyğun olmayan, daha kobud qidaların daxil edilməsidir
55.Toksikozun gedişində hansı mərhələlər var? 1. Generalizasiya mərhələsi 2. Lokalizasiya mərhələsi
56.Eksikoz zamanı venadaxili damcı üsulu ilə yeridilən optimal məhlul hansıdır? Ringer məhlulu
57. Südəmər uşaqda qazanılma hipotrofiyanın əsas səbəbi hansıdır?

1) Alimentar faktorlar (balanslaşdırılmamış qidalanma,

uşağın yaşına uyğun olmayan qida, tam doyuzdurmama və s.)

2) İnfeksion faktorlar (kəskin və xroniki xəstəliklər, ilk

növbədə də həzm orqanlarının xəstəlikləri)

3) Ətraf – mühitin və olunan qulluğun nöqsanları (kifayət qədər diqqətin olmaması, uşağa mənfi emosional təsir, gündəlik rejimin və gigiyenik qulluq qaydalarının pozulması, hipodinamiya)

4) Bir sıra toksik maddələrin təsiri (dərman zəhərlənmələri, hipervitaminozlar

Endogen səbəblərinə anadangəlmə inkişaf qüsurları (üst dodağın və sərt damağın yarığı, qida borusunun atreziyası, pilorostenoz, bağırsaq stenozu, ürək qüsurları), bir sıra irsi, endokrin, immunodefisit xəstəliklər, mərkəzi sinir sisteminin zədələnmələri aiddir.


58.Toxumaların turqorunun enməsi, elastikliyinin olmaması, uşağın üzünün qoca adamın üzünə oxşaması, çəkinin 30% -dən çox itməsi hansı xəstəlik üçün xarakterikdir? 3 dərəcə

59.I dərəcəli hipotrofiya zamanı əsas simptomları hansılardır? ancaq diqqətli baxış zamanı aşkara çıxarıla bilər. Uşağın ümumi vəziyyəti kafi olur. İştaha cüzi azalmış olur. Uşaqlar narahat olur, yüksək oyanıqlılıqları və qeyri müntəzəm emosional vəziyyətləri ilə fərqlənirlər. Dəri örtükləri avazımış olur, toxumaların turqoru azalır. Dərialtı piy toxuması qarında itir, ətraflarda və üzdə saxlanmış olur. Norma ilə müqayisədə bədən kütləsində 10–20 % azalma qeyd olunur. Boyun uzunluğu yaşa uyğundur

60. 10-20% çəki çatmamazlığı neçənci dərəcəli hipotrofiyada rast gəlinir? 1 dərəcə
61. 21-30% çəki çatmamazlığı neçənci dərəcəli hipotrofiyada rast gəlinir? 2 dərəcə
62. 30%-dən çox çəki çatmamazlığı neçənci dərəcəli hipotrofiyada rast gəlinir? 3 dərəcə
63. Dəri avazıyir və turqoru azalır,dərialtı piy toxuması qarında itir, bədən çəkisi 10-20% azalır –bu əlamətlər hansı dərəcəli hipotrofiyada rast gəlinir? 1 dərəcə
64. Dərinin elastikliyi və turqoru azalır,dərialtı piy toxuması qarında,gövdədə və ətraflarda tam itir,bədən çəkisi 21-30% azalır,immunitet azalır,uşaq süst olur - bu simptomlar hansı dərəcəli hipotrofiyada rast gəlinir? 2 dərəcə
65. III dərəcəli hipotrofiya zamanı hansı simptomlar olmur? olur Uşaq ətrafındakılara laqeyd, ağlağan, əsəbi olur. İnkişafdan kəskin geriqalma, qazanılmış vərdiş və bacarıqların itirilməsi, anoreksiya qeyd olunur. Dəri quru, avazımış bozumtul rəngdə, sarı və bud nahiyəsində büküşlər şəklində sallanmış olur. Üzdə kəskin arıqlama nəticəsində, üz qırışmış qoca üzü şəklini alır. Xarici görünüşünə görə uşaq dəriyə bükülümüş skeleti xatırladır. Toxumalar tamamilə turqorunu itirir. Bədən çəkisi 30% - dən çox itirilmiş olur. Boyun uzunluğu normadan 5–6 sm və daha çox geri qalır. Polihipovitami­noz və susuzlaşma əlamətləri kəskin görünür (böyük əmgək batıqlaşmış olur, ağızın selikli qişası, konyuktiva və buynuz qişa quruyur, sidik və nəcisin miqdarı azalır, qan qatılaşmağa başlayır). Bədən temperaturu aşağı olur. Nəcis qeyri–müntəzəm olur. İmmunitet kəskin aşağı düşür, iltihabi xəstəliklər gizli gedir (temperatur yüksəlmədən), tez- tez ağırlaşmalarla nəticələnir
Həzm sistemi

66. Yenidoğulmuşlarda əmmə aktı neçə fazadan ibarətdir? 3


67. İnək südü uşağın mədəsində nə qədər qalır? 3-5 saat
68. Ana südü uşağın mədəsində nə qədər qalır? 2-3 saat
69. Uşaqlarda tüpürcək ifrazının artması nə vaxt başlayır? 4-6 aydan
70. Qida qəbulundan dərhal sonra epiqastral nahiyyədə tutmaşəkilli ağrılar, gecə vaxtı”sorulma”hissi hansı xəstəlikdə rast gəlinir? Mədə xorası xəstəliyi (3 cü mərhələ)
71. Qida qəbulundan 1-2 saat sonra baş verən ağrı hansı qastrit üçün xarakterikdir? Sekretor funksiyanın olduğu kimi saxlanan və ya artması ilə gedən (xroniki) qastrit
72.12 barmaq bağırsaq xorasında ağrı nə zaman baş verir? Qida qəbulundan 2-4 saat sonra
73. Yeməkdən dərhal sonra ağrı nə zaman baş verir? Mədə xorası (3 cü mərhələ)

74. Qida qəbulundan 2-4 saat sonra ağrı hansı xəstəlik zamanı baş verir? 12 b bağırsaq xorası


75. Ağrıların xarakterinin dəyişməsi xora xəstəliyinin hansı mərhələsində rast gəlir? 2 mərhlə
76. Ağrıların qeyri-müəyyən xarakter daşıması xora xəstəliyinin hansı mərhələsində rast gəlir? 1 mərhələ
77. Hansı dərman maddələri xora xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər? steroid hormonlar, indometasin, salisilatlar, butadion, rezerpin
78. 12.b.b xorası üçün hansı ağrılar xarakterikdir? qida qəbulundan 2 - 4saat sonra meydana çıxan (gec ağrılar), gecələr və aclıq zamanı baş qaldıran ağrılar xasdır. Ağrılar tutmaşəkilli, batıcı, kəsici xarakter daşıyır, kürəyə, qurşaq nahiyəsinə, epiqastral 195 nahiyəyə, sağ çiyinə və kürək sümüyünə irradiasiya edir (yayılır). Ağrılar müəyyən ritmə malik olur: aclıq – ağrı qida qəbulundan sonra müvəqqəti yüngülləşmə. Səthi və dərin palpasiya zamanı epiqastral nahiyyədə ağrı müəyyən olunur. Ağrı sindromu dispeptik pozğunluqlarla: qıcqırma, gəyirmə, ürəkbulanma, qusma, qəbizliklə müşaiyət olunur (səifə 194-95)

79.Qida qəbulundan 8-12 saat sonra uşaqda baş ağrısı, mədə bulanması, güclü və təkrari qusma, epiqastral nahiyyədə yayılmış ağrılar müşahidə edilir. Hansı xəstəlik haqqında düşünmək olar? Kəskin qastrit

80. Xora xəstəliyinin neçə mərhələsi var? 4
81. Uşaqlarda ac qarına turş iyli gəyirmə və qıcqırma hansı xəstəlikdə rast gəlinir? Xroniki qastrit

82. Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur? Klinik şəklində diskomfort əlamətləri üstünlük təşkil edir: ümumi halsızlıq, ürəkbulanma, mədə nahiyəsində ağırlıq hissi, tüpürcək axması, ağızda xoşagəlməz dadın olması. Eyni zamanda ümumi zəiflik, başağrısı, başgicəllənmə meydana çıxır. İştaha azalır, hətta bəzən qidaya ikrah hissi yaranır. Tezliklə qarının yuxarı yarısında yayılmış tutmaşəkilli ağrılar meydana gəlir. Çoxsaylı qusma, ağır hallarda isə dayanmadan qusma baş verir. Qusuntu kütlələri təzəcə yeyilmiş qida qalıqlarından, öd və selik qarışmış mayedən ibarət olur. Qusma yüngüllük gətirir. Baxış zamanı 190 uşaq avazımış, dil ağımtıl sarı ərplə örtülmüş olur, meteorizm meydana gəlir. Qarının palpasiyasında epiqastral nahiyə ağrılıdır. Sonrakı günlər süstlük, əzginlik davam edir. Xəstəliyin müddəti 2–5 gün olur. Toksiko–infeksion mənşəli qastrit intoksikasiya, febril temperatur, daha uzun müddət qusma və susuzlaşma ilə müşaiyət olunur.


83. Uşaqlarda mədə sekresiyası azalanda və 12 barmaq bagırsaq xəstəliyi zamanı nə tövsiyyə edilir? Şirə qovucu qidaların pəhrizə daxil edilməsi, ət, bulyon, turş kələm, gilə meyələr. (196 cı səifə)

84.“Qoxumuş hava” ilə gəyirmə hansı qastritdə rast gəlinir? Turşuluğun azalması ilə gedən xroniki qastrit

85.Mədə turşuluğunun artması zamanı nə xarakterikdir? dispeptik şikayətlər olduqca az rast gəlinir. İştaha yaxşı olur. Turş iyli gəyirmə, qıcqırma, qəbzliyə meyillik xarakterdir.

86.Kəskin qastritin əmələ gəlməsinə səbəb olan faktorlar hansılardır? qida toksikoinfeksiyası, keyfiyyətsiz qida qəbulu, mədənin həddindən çox yüklənməsi, bir sıra dərman preparatlarının uzunmüddətli qəbulu (salisilatlar, sulfanilamid preparatları), məişət zəhərləri ilə zəhərlənmə, allergiyadır.

Xolesistitlər
87. Öd kisəsi diskineziyasının hipertonik formasında hansı vannalar məsləhətdir? İstilik prosedurları, papaverin, novokainlə elektrofarez, ilıq (36,6 – 370 C) xvoy vannaları
88. Öd kisəsinin hipertonik diskeneziyasında hansı əlamətlər xarakterikdir? sağ qabırğaaltı və göbək nahiyəsində, bəzən sağ çiyinə və kürək sümüyünə irradiasiya edən qısamüddətli, tutmaşəkilli ağrılar xarakterikdir.

89. Kəskin xolesistit zamanı hansı simptom müşahidə edilmir? Edilir - Lenen, Kera, Ortner


90. Duodenal zondlamaya əks-göstəriş nədir? mədə və on iki barmaq bağırsağın xora xəstəliyi, kəskin angioxolesistit, mədə venalarının varikoz genişlənməsi və s
91. Duodenal zondlamadan 2-3 gün əvvəl uşağın qida rasionundan nə çıxarılmalıdır? qıcqırma və meteorizm yaradan məhsullar çıxarılır.
92. Zondun hərəkətinə nə kömək edir? Qida borusunun peristaltikası və başlığın ağırlığı
93.Fraksional duodenal zondlama neçə fazada aparılır? 5 fazada
94. Duodenal zondlama zamanı çəkilən möhtəviyyat mədədən gəlirsə lakmus kağızı hansı rəngə boyanır? qırmızı
95. Duodenal zondlama zamanı çəkilən möhtəviyyat 12barmaq bağırsaqdan gəlirsə lakmus kağızı hansı rəngə boyanır? açıq sarı (qızılı)
96. Duodenal zondlama zamanı çəkilən möhtəviyyat bağırsaqdan gəlirsə lakmus kağızı hansı rəngə boyanır? mavi

97. Duodenal zondun daxilolma dərinliyi nədən asılıdır? Uşağın yaşından bədən boyundan

98. Kəskin xolesistitin klinik simptomlarına nə xarakterikdir? xəstəlik kəskin başlayır, sağ qabırğa altı nahiyədə epiqastral və qarının digər nahiyələrində ağrılar meydana çıxır. Öd kisəsinin divarının iltihabı ilə əlaqədar olan ağrılar çox vaxt sağ çiyinə, sağ qurşaq nahiyəsinə, sağ qoltuq altına irradiasiya edir. Ağrı tutmaları əksər hallarda ürəkbulanma, qusma ilə müşaiyət olunur. uşaqlar narahat olur, rahat vəziyyət tapa bilmirlər. Temperatur yüksək rəqəmlərə qədər yüksəlir, ümumi vəziyyəti pisləşir, intoksikasiya güclənir. Dil quru, boz ərplə örtülmüş olur. Qarın bir qədər köpür. Sağ qabırğa altı nahiyə palpasiyada kəskin ağrılı olur. Qarın divarının əzələləri gərginləşmiş olur. Bir sıra simptomlar meydana çıxır. Kera simptomu–nəfəsalma zamanı öd kisəsi nahiyəsində ağrı baş verir. Ortner–sağ qabırğa qovsünü əllə silkələdikdə ağrı meydana çıxır. Lenen–sağ qabırğaaltı nahiyəsini barmağın ucu ilə təzyiq etdikdə ağrı baş verir. Periterik qanda - EÇS yüksəlir, sola meyilli leykositoz

99. Hansı simptom öd kisənin patologiyasında qeyd olunur? Kera, lenen, ortner

100. Hansı simptom öd kisənin patologiyasında qeyd olunur?

101. Hansı simptom öd kisənin patologiyasında qeyd olunur?

102. Xolesistitdə infeksiyanın inkişafına əlverişli şərait nə nə zaman yaranır? Ödün xaric olması pozulanda

103. Xolesistit necə başlayır? xəstəlik kəskin başlayır, sağ qabırğa altı nahiyədə epiqastral və qarının digər nahiyələrində ağrılar meydana çıxır


104. Xolesistit zamanı ağrılar hara irradiasiya edir? çox vaxt sağ çiyinə, sağ qurşaq nahiyəsinə, sağ qoltuq altına
105. Xolesistitdə ağrı tutmaları zamanı hansı simptomlar olur? ürəkbulanma, qusma ilə müşaiyət olunur. uşaqlar narahat olur, rahat vəziyyət tapa bilmirlər. Temperatur yüksək rəqəmlərə qədər yüksəlir, ümumi vəziyyəti pisləşir, intoksikasiya güclənir.
106. Kera simptomu hansı simptomdur? nəfəsalma zamanı öd kisəsi nahiyəsində ağrı baş verir
107. Ortner simptomu necə yoxlanılır? sağ qabırğa qovsünü əllə silkələdikdə ağrı meydana çıxır
108. Lenen simptomu necə yoxlanılır? sağ qabırğaaltı nahiyəsini barmağın ucu ilə təzyiq etdikdə ağrı baş verir.
109. Öd kisəsinin diskineziyası zamanı hansı pəhriz stolu təyin edilir? stol №5
110. Zondlama nə ilə aparılır? Zondlama 3-5 mm diametrli, 11,5 m uzunluqda rezin boru (duodenal zond) ilə aparılır.

111. Uşaqlarda duodenal zondlama hansı yaşlarda daha uğurlu olur? 3-5 yaşlı uşaqlar


112.Duodenal zondlamada B porsiyası nədir? B porsiyası – 20-25 dəqiqə davam edir. Tünd qəhvəyi rəngli, kisədən gələn öddür. B porsiyası hər 5 dəqiqədən bir ayrı şüşələrə yığılır.
113.Duodenal zondlamada B porsiyası nə rəngdə olur? Tünd qəhvəyi
114.Duodenal zondlamada tünd qəhvəyi rəng hansı porsiyada olur? B
115.Duodenal zondlamada öd kisəsindəki öd hansı porsiyada olur? B
116.Duodenal zondlamada C porsiyası nə rəngdə olur? sarı rəngli
117. Duiodenal zondlamada C porsiyası nədir? qara ciyər C porsiyası – qəhvəyi rəngli ifrazat kəsildiyi anda başlayır, açıq – sarı rəngli öd axmağa başlayır. (qaraciyər ödü)
118. Duodenal zondlamada açıq sarı rəng hansı porsiyada olur? C
119. Duiodenal zondlamada qaraciyər ödü hansı porsiyada olur? C
120. Lenen simptomu hansı xəstəlikdə qeyd olunur? xolesistit

121. Ortner simptomu hansı xəstəlikdə qeyd olunur? xolesistit

122. Kera simptomu hansı xəstəlikdə qeyd olunur? xolesistit

123.Od kisəsi diskineziyasının necə forması var? 2


124. Öd kisəsinin diskineziyasının hansı formaları var ? hipotonik, hipertonik
125. Hipertonik forma zamanı öd kisəsi və axarlarının sfinktorlarının tonusu

necə dəyişir? Tonusu artmış olur


126. Hipotonik forma zamanı öd kisəsinin tonus və hərəki aktivliyi necə olur? Azalmış olur
127. Öd yolları sfinktorunun hipotoniyası və davamlı spazmına nə səbəb olur? . Simpatik və parasimpatik sinir sistemlərinin tonusunun üstünlük etməsi

128. Öd kisəsi diskineziyasında bədən temperaturu necə dəyişir? Normal olur


129. Öd kisəsi diskineziyasında fraksion duodenal zondlamada nə aşkarlanır? “B” porsiyasının həcminin azalması və öd axının sürəti artmış olması aşkarlanır.
130. Hipotonik öd kisəsi diskineziyasında palpasiyada nə müəyyən olunur? Palpasiyada bəzən böyük atonik öd kisəsi əllənir.
131. Öd kisəsinin diskineziyası nədir? Öd kisəsinin və öd axacaqlarının tonusunun pozulmasıdır

132.Öd kisəsinin hipertoniyasında hansı mineral sular təyin edilir? aşağı mineralizasiyalı sular (“Esentuki” 4,20, “Narzan” 7, “Slavyanskaya”)

133. Öd kisəsinin hipotoniyasında hansı mineral sular? qazlı mineral sular, otaq temperaturunda (“Truskavets”, “Essentuki” 17, “Borjomi”)

Helmintozlar


134. Helmintozlara xas olmayan əlamət hansıdır? Ürək bulanma, işatahsızlıq, dispeptik pozuntular, qarın nahiyyəsində ağrı, zəiflik, ağızdan suyun gəlməsi (hiper salivasiya), öskürək, qarında ağrı, gecə dişləri qıcama, əsəbilik və s olur. MÖVZU
135. .Askaridoz zamanı hansı ağırlaşmaya rast gəlinir? Askaridlərin bağırsaqda çoxlu toplanması nəticəsində bağırsaq keçməməzliyi inkişaf edə bilər.

136. Helmintozlar hansı orqanizmlər tərəfindən törədilir? parazit qurdlar (helmintlər)


137. Uşaqlar arasında ən çox hansı qurdlar tərəfindən törədilən xəstəliklər geniş yayılıb? Uşaqlar arasında daha çox yumru qurdlar tərəfindən törədilən xəstəliklər geniş yayılmışdır: askaridoz, trixosefalyoz, enterobioz (biz quyruq)
138. Askaridlərin uzunluğu nə qədərdir? 25-40 sm
139. Askaridoz zamanı çox vaxt hansı xəstəliklər inkişaf edir? Çox vaxt bronxitlər, pnevmoniyalar, ağ ciyərlərdə eozonofil infiltratlar inkişaf edir. Subfebril temperatur ola bilər.
140. Askaridozun bağırsaq fazası üçün hansı simptomlar xarakterikdir? Bu faza üçün daha çox dispeptik pozğunluqlar xarakterikdir: iştahanın azalması, ürəkbulanma, qusma, çoxlu tüpürcək ifrazı, qarında ağrılar, ishal və ya qəbizlik. Uşaqlar əsəbi, tez qıcıqlanan olurlar, zəiflik, halsızlıq, baş ağrılarından şikayətlənirlər, narahat yatır, yuxuda dişlərini qıcırdadırlar. Askaridlərin bağırsaqda çoxlu toplanması nəticəsində bağırsaq keçməməzliyi inkişaf edə bilər. Periferik qanda–hipoxrom anemiya, eozinofiliya, EÇS–nin yüksəlməsi qeyd olunur.
141. Askaridoz zamanı periferik qanda dəyişikliklər hansılardır? hipoxrom anemiya, eozinofiliya, EÇS–nin yüksəlməsi qeyd olunur.
142. Askaridoz zamanı uşaqların əsas şikayətləri nədir? Uşaqlar əsəbi, tez qıcıqlanan olurlar, zəiflik, halsızlıq, baş ağrılarından şikayətlənirlər, narahat yatır, yuxuda dişlərini qıcırdadırlar.
143. Askaridoz zamanı bağırsaq keçməməzliyi nəyin nəticəsində baş verir? Askaridlərin bağırsaqda çoxlu toplanması nəticəsində
144. Askaridoz zamanı diaqnoz nəyin əsasında qoyulur? diaqnoz klinik simptomlara və nəcisdə askarid yumurtalarının tapılmasına əsasən qoyulur.
145. Trixosefalyoz xəstəliyinin törədicisi nədir? tükbaş qurdlar
146. Tükbaş qurdlar nə ilə qidalanırlar? qanla qidalanırlar.
147. Tükbaş qurdlar neçə il yaşayır? təxminən 5 il yaşayır.
148. Tükbaş qurdun yumurtaları neçə günə torpaqda yetişir? 30–40 gün
149. Trixosefalyoz zamanı klinik təzahürlər nədən asılıdır? invaziyanın intensivliyindən və sürəkliliyindən asılı olur
150. Trixosefalyoz zamanı klinik əlamətlər hansıdır? Uşaqlarda iştaha pisləşir, ürəkbulanma, qusma, tüpürcək axması, qarında,xüsusilədə sağ qabırğaaltı nahiyədə ağrılar meydana çıxır. Ağır hallarda sinir sisteminin zədələnmə simptomları qeyd olunur: baş ağrıları, başgicəllənmə, huşun qaralması, epilepsiyayabənzər tutmalar. Qanda hipoxrom anemiya, leykositoz qeyd olunur.
151. Enterobiozun törədicisi nədir? bizquyruq qurdları (qıl qurd)
152. Bizquyruğun ölçüsü nə qədərdir? 1 sm -ə qədər
153. Bizquyruqla yoluxma mənbəyi hansıdır? Bizquyruqlarla yeganə yoluxma mənbəyi insandır.
154. Uşaq bizquyruğu harada parazitlik edir? yoğun bağırsaqda və nazik bağırsağın aşağı şöbələrində parazitlik edirlər.
155. Enterobioz zamanı dişi qurd yumurtalarını hara qoyur? Dişi qurd sürünərək düz bağırsaqdan xaricə çıxır və perianal büküşlərə yumurtalarını qoyurlar
156. Uşaq bizquyruq qurdları neçə saata yetişir? 4–6 saat müddətində yetişirlər.
157. Enterobiozun ötürülmə faktorları hansıdır? Enterebiozun ötürülmə faktorları uşağın alt paltarları, yataq ağları, oyuncaqları, qarşoku və s. əşyaları ola bilər
158. Bizquyruğun yaşama müddəti nə qədərdir? 3–4 həftədir
159. Enterobioz zamanı əsas şikayət nədir? xəstəni perianal qaşınma narahat edir. Massiv reinvaziya zamanı qaşınma daimi və əzab verici olur.

160. Enterobiozun diaqnostikası zamanı qurd yumurtalarını aşkara çıxarmaq üçün hardan müayinə materialı götürülür? perianal büküşlərdən qaşıntı götürülür (yapışkan bantla (skoç\izolent) müayinə örnəyi götürülür


Qan və qanyaranma
161. Uşaqlarda aşağı ətraflardakı təzyiq yuxarı ətraflardakı təzyiqdən nə qədər çoxdur? 10 mm.c.süt. çox olur
162. Uşaqda diastolik təzyiq sistolik təzyiqin hansı hissəsini təşkil edir? 2/3 – 1/2–ni təşkil edir.
163. Yeni doğulmuşlarda ürək yığılmalarının tezliyi nə qədər olur? (ÜYT)–120–140–bir dəqiqədə qeyd olunur.
164. 5 yaşlı uşaqlarda ürək yığılmalarının tezliyi nə qədər olur? 5 yaşda–dəqiqədə 100
165. 12-13 yaşlı uşaqlarda ürək yığılmalarının tezliyi nə qədər olur? 12-13 yaşda isə – dəqiqədə 80-70 olur
166.Yenidoğulmuşlarda qanın hansı formalı elemetləri arasında I çarpazlaşma baş verir?
167. Böyük qan dövranında qan axının azalması ilə gedən qüsurlara nə aiddir? aortanin koarktasiyasi
168. Anadangəlmə ürək qüsuru zamanı hansı əlamət olur? Xəstələrdə sianoz (daimi, keçici və müvəqqəti), təngənəfəslik, ürək və damar­lar nahiyəsində küy meydana çıxır. Ürəyin sərhədləri böyüyür. Respirator infeksiyalara və uzunsürən təkrari pnevmoniyalara meyillik qeyd olunur. Uşaqlar fiziki inkişafdan geri qalır.
169.Fallo tetradası zamanı dəri örtüyü necə olur? göyümtül–mavi rəngdə-sianozlu
170.Fallo xəstəliyinin əlaməti deyil: sianoz, baraban çubuğuna oxşar barmaqlar, dırnaqlar saat şüşəsi kimi-dırnaq yatağı göyərir-göyümtül mavi rənkdə olur. ürəyin sərhədlərinin böyüməsi, döş sümüyünün sol kənarı boyunca kobud sistolik küy, ağ ciyər arterityası üzərində 2 ci ton ikiləşmə, təngnəfəslik və s MÖVZU 139-140 səifə
171.Kiçik qan dövranında artmış qan axını ilə olan qüsurlara aid deyil: aiddi

1) Açıq arterial axacaq.

2) Qulaqcıqlararası çəpərin (arakəsmənin) qüsuru

3) Mədəciklərarası çəpərin (arakəsmənin) qüsuru

172.Qulaqçıqlararası çəpərin qüsurunda nə qeyd olunur? Xəstələr təngənəfəslikdən, halsızlıqdan şikayətlənir, dəri örtükləri avazımış olur. Ürəyin sərhədləri eninə daha çox sağa doğru böyümüş olur. Döş sümüyündən sola II–III qabırğa arası nahiyədə sistolik küy eşidilir, ağ ciyər arteriyası üzərində II ton güclənmiş və parçalanmış olur


173.AÜQ –nın III terminal fazasını başqa sözlə necə adlandırmaq olar? Dekompensasiya (Üçüncü fazanın sonunda xəstənin ölümü qaçınılmazdır)
174.AÜQ –nın III –terminal (dekompensasiyası) fazası üçün nə xarakterikdir? Bu kompensator imkanlar tükənir və ürək əzələsində distrofik və degenerativ dəyişikliklər inkişaf edir. Üçüncü fazanın sonunda xəstənin ölümü qaçınılmazdır.
175.AÜQ –na hansı simptomlar xasdır? Sianoz, ürəkdə küyün eşidilməsi, ürək sərhədlərinin böyüməsi, ürək əzləsində distofik dəyişiklik və s
176.Fallo tetradasına nə aid deyil? Fallo xəstəliyi (triada, tetrada, pentada) Bunlardan ən geniş yayılmışı sianozla gedən Fallo tetradasıdır. Bu qüsur özündə 4 anomaliyanı birləşdirir: ağ ciyər arteriyasının stenozu, mədəciklərarası çəpərin qüsuru, aortanın sağa transpozisiyası (dekstapozisionu) və sağ mədəciyin hipertrofiyası
177.Fallo xəstəliyinin əlaməti deyil:
178. Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşaqda nə müşahidə edilir? Xəstələrdə sianoz (daimi, keçici və müvəqqəti), təngənəfəslik, ürək və damar­137 lar nahiyəsində küy meydana çıxır. Ürəyin sərhədləri böyüyür. Respirator infeksiyalara və uzunsürən təkrari pnevmoniyalara meyillik qeyd olunur. Uşaqlar fiziki inkişafdan geri qalır
179.Hansı xəstəlik trombositlərin azalması nəticəsində meydana çıxan

xəstəliklər qrupudur? Trombositopeniyalar


180. İmmun trombositopeniyanın əmələ gəlmə səbəbi nə ola bilməz? immun trombositopeniyalar isə çox vaxt virusların təsiri nəticəsində və ya dərman preparatlarının qəbulu nəticəsində antitrombositar antitellərin əmələ gəlməsi ilə meydana çıxır.
181. Trombositopeniya zamanı meydana çıxan hemorragiyaların xarakteri necədir?

Hemorragiyalar gövdənin ön səthində, ətraflarda yerləşir, çoxlu və polimorf xarakterli olurlar. Qansızmaların xüsusiyyəti assimmetrik olmaları və qaydasız bir şəkildə meydana çıxmalarıdır. Qansızmalar əvvəlcə tünd qırmızı rəngdə olur, sonralar isə müxtəlif çalarlı olurlar: göy, yaşılımtıl, sarı. Selikli qişalara qansızmalar nöqtəvari xarakter daşıyır, bərk və yumşaq damaqda, badamcıqlarda, udlağın arxa divarında lokalizə olunur. Ağır hallarda baş beyinə, göz dibinə, torlu qişaya qansızmalar baş verə bilər.
182. Trombositopeniyanın ağır formasına nə xarakterikdir? Ağır hallarda baş beyinə, göz dibinə, torlu qişaya qansızmalar baş verə bilər.
183. Trombositopeniya zamanı simptomatik olaraq hansı preparatlar təyin olunur? yerli və ümumi hemostatik preparatlardan istifadə olunur: aminokapron turşusu, disinon, adrokson, hemostatik qubka, trombin və s.
184. İmmun trombositopeniyanın əmələ gəlməsi səbəbi nədir? çox vaxt virusların təsiri nəticəsində və ya dərman preparatlarının qəbulu nəticəsində antitrombositar antitellərin əmələ gəlməsi ilə meydana çıxır.
185.Trombositopeniya zamanı qanaxmanın əsas səbəbi hansıdır? qanaxmanın əsas səbəbi trombositopeniyadır, bu zaman tam yararlı laxta formalaşa bilmir. Yaxşı trombositar kütlədən məhrum qalan damar divarı tezliklə distrofiyalaşır, bu da damarların keçiriciliyini artırır, spontan qanaxmalara səbəb olur.
186.Kəskin leykozun xarakter əlaməti nədir? Kəskin leykozun xarakter əlaməti sümük iliyində blast hüceyrələrin miqdarının artmasıdır.
187.Kəskin leykozun forması nəyə əsasən ayırd olunur? Hansı növ blastın (mieloblast, limfoblast, monoblast, eriitroblast və differensasiya olunmamış blastlar) olmasından asılı olaraq, kəskin leykozun formaları ayrıd edilir.
188.Leykoz xəstəliyində hissəvi remissiyanın kriteriyası nədir? mieloqrammanın normallaşması olmadan klinik vəziyyətin yaxşılaşması.
189.Leykoz xəstəliyində tam remissiyanın kriteriyalarına nə aid deyil? aiddi leykozun klinik əlamətlərinin olmaması, sümük iliyində blast hüceyrələrinin miqdarının 10% - dən az və leykositlərin 1,5x109 /l – dən çox olması
190.Leykoz xəstəliyinin müalicəsinə nə aid deyil? Aiddi leykoz şübhəsi olan və leykozlu xəstələr hematoloji şöbədə qospitalizə olunmalıdır. Müalicənin məqsədi leykoz hüceyrələrinin maksimal dərəcədə məhv edilməsi, remissiyanın əldə edilməsi və onun mümkün qədər uzadılmasıdır. Leykoz əleyhinə preparatlar 6 farmakoloji qrup təşkil edir: antimetabolitlər (metoteksat, sitozinarabinozid, və s.); alkozlaşdırıcı birləşmələr (tsiklofosfan, mielosan); alkaloid bitkilər (vinkristin), ferment preparatları (L - asparakinaza); şiş əleyhinə antibiotiklər (rubomisin); hormonlar (prednizolon). Neyroleykozun müalicəsi ümumi poliximioterapiya və rehidratasiya fonunda aparılır. Endolumbal sitostatiklər (metotreksat, sitozar) yeridilir. Effekt olmadıqda şüa terapiyası göstərişdir. Spesifik passiv immunoterapiya məqsədilə autoplazma, autoleykositlər (remissiya dövründə uşaqdan götürülmüş) istifadə olunur. Hemasorbsiya, plazmofarez, sümük iliyinin transplantasiyası (köçürülməsi) yaxşı effekt verir. Kəskin anemiya, hemorragik sindrom, kəskin leykopeniya, trombositopeniya zamanı qan komponentlərinin köçürülməsi göstərişdir.
191. Kəskin leykozun əsas hemotoloji əlaməti nə deyil? bunlardır


Yüklə 63,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin