El çələngi (xalq şerindən seçmələr)



Yüklə 0.82 Mb.
Pdf просмотр
səhifə1/13
tarix29.05.2017
ölçüsü0.82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

 
 
 
El  çələngi 
(xalq şerindən seçmələr) 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
El  çələngi 
(xalq şerindən seçmələr) 
 
 
 
 
 
 
 
Bakı – 2004 

 

 
 
 
 
 
 
 
 
Redaktoru: 
 
Tərtib edəni və ön sözün müəllifi:  Qara Namazov  
 
 
 
 
 
 
Q. Namazov. El  çələngi (xalq şerindən seçmələr),Bakı, 2004 
 
 
 

El cələngi 
 
 El 
arasında şerə də söz deyiblər. Aşığa, şairə «bir söz oxu, 
bir söz de» -deyə müraciət etmişlər. El sözü, el türküsü elin özü 
qədər  qədimdir. İlkin nümunələri nə qədər bəstt olsa da təbiidir. 
El öz məişətində-təsərrüfatında, maldarlıqda, qoyunçuluqda, 
bağ-bostanda, əkin-biçində çeşit-çeşit mərasimlərində, xeyir və 
şərində, təbiətlə təmasda ülfətdə iç duyğularını sözlə-nəğmə və 
türkülərlə müşayət etmişlər. Bu nəğmələr dodaqlarda 
zaman-zaman sığallana-sığallana bir az yeniləşmiş, dildən-dilə, 
obadan-obaya keçdikcə  dəyişmiş, hətta variantlaşmışdır. Hər 
oba, hər oymaq onu özününküləşdirmişdir. Bununla belə  hər 
birnəğmənin ilkin şirəsi, ilkin rişəsi itməmişdir. 
 
Elin bu zəngin söz xəzinəsinə el özü də onun ritminə 
uyğun havalar bəstələmiş-dodaqaltı  qımqımlarla oxumuşlar. 
Buhavalar cilalana-cilalana sonrakı bəstəkarlıq sənəti üçün ilkin 
qaynaq olmuşlar. 
 Xalq 
yaratdığı bu nümunələrə məzmununa uyğun adlar 
vermişdir; «Əmək nəğmələri», «Mövsüm nəğmələri», 
«Mərasim nəğmələri», «Qəhrəmanlıq  nəğmələri», «Məhəbbət 
nəğmələri» və s. 
 
Əlbəttə,  yaranan hər bir sözün və ya nəğmənin ilk 
müəllifi olmuşdur. Zaman keçdikcə ilk müəllif unudulmuş, xalq 
onu dilində, hafizəsində yaratmış, özü onun qanuni müəllifi 
olmuşdur. Ona görə  də bu mənəvi sərvəti el ədəbiyyatı,  ağız 
ədəbiyyatı  xalq ədəbiyyatı adı ilə sevilə-sevilə, qoruna-qoruna 
yaşatmışdır. 
 
Əsrlər bir birini əvəz etmiş  zaman dəyişmiş, ancaq bu 
xalq inciləri  əbədiyaşar olmuşdur. Bu gün kompüter çağında 
torpaq nə  cütlə,  nə    də kotanla şumlanır. Ancaq məcğəl və  
hodaq yeri şumlarkən oxuduqları  holavarlar bu gün dəyərli bir 
miras kimi yaşanır. 
Öküz, öküz xan öküz, 
Boynu qızıl qan öküz,  

 

Çək çayır-çəməndən, 
Sənə can qurban öküz. 
 
 
Bu gün qoyun otaran çoban yenə də yaylaqda sürünü dağ 
döşünə yayıb, tütəyini cibindən çıxarıb «Qoyun qaytarması»nı 
çalır. Bu zərif tütək səsini, bu zövq-səfanı bəlkə də heç bir yad 
notla dəyişmək olmaz. 
 
Xalq tarix boyu yüzlərlə, bəlkə də minlərlə qəhrəmanlıq 
və  məhəbbət mahnıları qoşub düzmüş, hətta onları qoruyub 
hafizələrdə yaşatmaq üçün dastanlar yaratmış, bu nəğmələri 
onun məzmununda hifz etmişlər. «Koroğlu», «Əsli-Kərəm», 
«Qaçaq Nəbi» beləcə yüzlərlə dastanlar bu lirik duyğuları 
yaratmışdı. Bu məqamda aşıqların qədir-qiyməti unudulmazdır. 
 Musiqi 
ilə müşayət olunan yüzlərlə mahnılarımız xalqın 
bədii zövqünün tərcümanıdır. Və bu gün də onları xüsusi bir 
zövqlə dinləyirik. 
 Müxtəlif yaşlı balalarımızın bədii-estetik zövqünü, 
həyata hazırlığını, dilini, nitqini səlisləşdirmək, nitq 
mədəniyyətinə yiyələndirmək üçün çeşit-çeşit formalarda, 
oynaq ritmli düzgülər qoşmuşlar; laylalar, oxşamalar, vəsf hallar, 
sanamalar, düzgülər, tapmacalar, yanıltmacalar, dürlü-dürlü 
nəğmələr və s. bu gün də öz təravətini itirməmişdir. Bu gün də el, 
oba bu nümunələri yayır, yaşadır və gələcəkdə də yaşadacaqdır 
 
Qara Namazov 
 
 
 

 
VƏSF HALLAR 
 
Gülü tökdüm tabağa, 
Qoydum qala sabaha. 
Yar məni mehman eylər, 
Xonça düzər qabağa. 
 
Dolansın göz aramda, 
Danış, de söz aramda. 
Yar deyir bir sözüm var 
Səninlə öz aramda. 
 
Gənçənin oçağında, 
Şam yanır bucağında. 
Allah muradın versin 
Ağ oğlan quçağında. 
 
Bir daş atdım tovuza. 
Köynəyi qanovuza. 
Bu il toyum olmadı, 
Qaldı gələn payıza. 
 
Əzizim, arı şanda, 
Beçələr arı şanda. 
Mələklər şadlıq eyllr 
İki yar barışanda. 
 
Oğlan eylədin nala, 
Əlində var piyala. 
Məndən yaxşısın gordu, 
Düşdu özgə xəyala 
 
Corabımın ağına, 

 

Gül vurmuşam bağına. 
Əgər məni sevirsən, 
Gəl qonşunun bağına. 
 
Üzərrik dana-dana, 
Oçaqdan götür, sana. 
Nəzəri bəd olanın 
Gözləri odda yana. 
 
Samavar yana-yana
Buğlanır yana-yana. 
Danışırıq kağızla, 
Dil qalır yana-yana. 
 
Gedərəm, gedən olsa, 
Yolun öyrədən olsa. 
Yara namə yazmışam 
Yanına gedən olsa. 
 
Su gəlir, dolur çarxa, 
Tögülür bizim arxa. 
Burda bir yar sevmişəm 
Qardaşdan qorxa-qorxa. 
 
Armud ağaçı haça, 
Əlim dolaşdı saça. 
Bir mərd oqlan istərəm, 
Məni götürə qaça. 
 
Ağac başında papaq, 
Yarın əlnidə yarpaq. 
Gəlsin açım qəlbimi 
Bu sövdadan qurtaraq. 
 
 

Başımda sarı sançaq, 
Yarı gül, yari sançaq. 
Mani sənl verməzlər, 
Gərək mən qaçım ançaq. 
 
Göz üstə qoyub papaq, 
Gəzir elə keyfi çaq. 
Məndən üzün döndərib, 
Ürəyimə çəkib dağ. 
 
Bu dərədən qaz gedə, 
Qaqqıldaşa, qaz gedə. 
Tanrıya rəvadırmı . 
Dul kişiyə qız gedə? 
 
Çəpər çəpər oldu gəl 
Üstə quşlar doldu gəl. 
Vədəylə gedən oqlan, 
Vədən tamam oldu gəl. 
 
Yarı gördüm  göyəmdə 
Göyəm boynun əyəndə. 
Mənim toyum olacaq 
Şamamalar dəyəndə. 
 
Bir oğlan var biçində, 
Sarı sünbül içində. 
Nola onu görəydim 
Bu həftənin içində. 
 
Bir qız gördüm  biçində, 
Sarı sünbül içində. 
Burda bir toy olaçaq, 
Gələn ayın içində. 

 

 
Əziziyəm mina sən. 
Dürdanəsan, mina sən. 
Boz at gəlsin qapıya 
Atlanasan, minəsən. 
 
Yolum düşdü yad elə, 
Zülfüm gürdə yad elə. 
Çuxan sənə yaraşır, 
Ya bəzən gəl, ya belə. 
 
Mən aşiq yarımgilə, 
Qan qalıb yarım gilə 
Tanrı səbəb salaydı, 
Gedeydim yarımgilə. 
 
Oturmuşdum gəlinlə. 
Xına yaxdım əlimə. 
Yarı yuxuda gördüm, 
Bir evdəydi mənimlə. 
 
Dağlar başında lalə, 
Əlində var piyalə; 
Mən səninəm, ay oğlam, 
Düşmə özgə xəyalə. 
 
Dağa yağır qar yenə, 
Ov ovlayır sar, yenə. 
Bilmirəm niyə məni 
Bəyənməyir yar yenə? 
 
Əziziyəm yar yenə, 
Yaralandım, yar, yenə. 
Gör nə günə qalmışam 
 

Məndən qaçır yar, yenə? 
 
Heyranam boz börkünə, 
Qonubdu toz börkünə, 
Yayın, bədnəzər çoxdu, 
Dəyməsin göz börkünə. 
 
Yar yardan geri qalmaz 
Yarın əhdi pozlmaz. 
Heç pərvanə mənim tək 
Özünü oda salmaz. 
 
Zülfün qarara yetməz. 
Dərdin sinəmdən getməz 
Səni görən gözlərim 
Özgəyə nəzər etməz. 
 
Yar dedim, yalan oldu, 
Ömrumə talan oldu. 
Hamı yardan yarıdı, 
Mənimki yalan oldu. 
 
Gulümü şaxta vurdu, 
Nə yaman vaxta vurdu! 
Yarım məni vurmuşdu, 
Üstündən xalq da vurdu. 
 
Əzizim üzə düşdü, 
Sürmə çək, gözə düşdu. 
Hər kəs öz keyfindədir. 
Ayrılıq bizə düşdü 
 
Dərdli güldə yasa bax
Bülbül ağlar, yasa bax! 

 
10 
Səni yola salarlar, 
Ya bu gündür, ya sabah. 
 
Güldən dəstə bağladı, 
Verdi yara saxladı. 
Anam beiman olsun, 
Məni tez adaxladı. 
 
Kisə tikdim dolmadı, 
Suya saldım solmadı. 
Elçi gəldi qapıya, 
Özüm deyən olmadı. 
 
Əmim oğlu qalaydı, 
Boy-buxuna dolaydı. 
Hörəydim saçlarımı, 
Bəlkə məni alaydı. 
 
Bu yerdə yol yarıdı, 
Yolçu yolda qarıdı. 
Mən sevdiyim çalpapaq 
Başımın sərdarıdı. 
 
Dağda itirdim izi, 
Yar qoydu getdi bizi. 
Qara duvaqlı qalsın 
Yarı öyrədən qızı. 
 
Dolayı gəl, dolayı, 
Süpürmuşəm sarayı. 
Toyumuza az qalıb, 
Gözlərəm təzə ayı. 
 
Dağ başı qar məkanı, 
 
11
Bağçalar bar məkanı. 
Əyilsin uça dağlar, 
Görünsün yar məkanı. 
 
Qızıl üzük miyanı, 
Durmaz barmağın qanı. 
Bu gün-sabah gələçək 
Məhləmizin sultanı 
 
Araxçının haşımı, 
Hara qoyum başımı. 
Məni sənə verməzlər, 
Tökmə gözün yaşını. 
 
Gənçənin bu dağları, 
Gül açmış budaqları. 
Ölsəm sinəmdən getməz 
Yarımın bu dağları. 
 
Dağ ayrı, duman ayrı. 
Qaş ayrı, kaman ayrı. 
Ayrılaq, ayrı düşək, 
Gəzək bir zaman ayrı. 
 
Mis qazanın paxırı, 
Oğlan qaytar naxırı. 
Sən mənimsən, mən sənin, 
Budur sözün axırı. 
 
Mis qazanın paxırı, 
Çoban qaytar naxırı. 
Qəm çəkmə, gözəl oğlam, 
Qız sənindir axırı. 
 

 
12 
Əzizim bax çuxaya, 
Tökülüb yağ, çuxaya. 
Məni zorla verdilər 
Ağsaqqal, ağçuxaya. 
 
 
13
 
LAYLALAR 
 
Balam gəlir yatmağa, 
Böyüyüb boy atmağa. 
Sabah yuxusu şirin, 
Qıymıram oyatmağa. 
 
Quşlar uçdu havada, 
Balası var yuvada 
Gözüm bəndivandır, 
Dilim sənə duvada. 
 
Laylası dərin bala, 
Yuxusu sərin bala. 
Tanrıdan əhdim budur 
Toyunu görüm bala. 
 
Oxunur əzən bala, 
Dur geyin, bəzən, bala. 
Boyuna anan qurban, 
Tappatap gəzən bala. 
 
Lay-lay əməyim bala, 
Duzum çörəyim bala. 
Gözləyirəm böyürsən, 
Görüm köməyin bala. 
 
Lay-lay dedim yat, bala, 
Yuxuna şəkər qat, bala. 
Ümidim birçə sənsən, 
Boya-başa çat, bala. 
 
Sənə nolubdu, bala 

 
14 
Rəngin solubdu, bala. 
Oyan bir gül yuxundan 
Məmən dolubdur, bala. 
 
Yolun gedir dolama, 
Gəlir bizə salama. 
Obalar qurban olsun 
Mənim bircə balama 
 
Lay-lay dedim ağlama 
Ürəyimi dağlama 
Böyü bir qoç igid ol, 
Mənə ümid bağlama. 
 
Lay-lay quzum ağlama, 
Yrəyimi dağlama. 
Yat, yuxun şirin olsun, 
Yuxuma daş bağlama. 
 
Lay-lay dedim adına  
Haqq yetişsin dadına. 
Hər vaxt layla deyəndə, 
Balam düşər yadıma. 
 
Lay-lay dedim adına 
Hax yetişsin dadına 
Boya başa çatanda 
Məni də sal yadına. 
 
Laylayım el başına, 
Sançılsın tel başına. 
Səni kim istəməsə, 
Qalmasın il başına. 
 
 
15
Dağların lalasına, 
Gözlərin qarasına, 
Analar qurban olsun 
Öz körpə balasına. 
 
Bağçamızda miyana, 
Gül sünbülə dayana, 
Oxu bülbülüm oxu 
Bəlkə balam oyana. 
 
Bir gül əkdim boyunça, 
İyləmədim doyunca. 
Ömrüm günüm uzansın 
Bu balamın toyunca. 
 
Lay-lay dedim boyunça, 
Baş yastığa qoyunca. 
Pardaxlan, qızıl gülüm, 
Bir iyləyim doyunça. 
 
Lay-lay dedim yatınca, 
Gözlərəm ay batınca. 
Canım zinhara gəldi 
Sən hasilə çatınça. 
 
Evində, eşiyində, 
Yat quzum, beşiyində. 
Dan ulduzu, bir də mən 
Durmuşuq keşiyində. 
 
Balam yatır beşikdə, 
Bülbül oxur eşikdə. 
Sən yat yuxun alginən. 
Mən durmuşam keşikdə. 

 
16 
 
Anan tel düzər sənə, 
Baçın gül bəzər sənə. 
Tanrıdan əhdim budur, 
Dəyməsin nəzər sənə. 
 
Qurban aran, dağ sənə, 
Güllü bağça-bağ sənə. 
A lay-lay, oğlum lay-lay 
Tutmuşam qaymaq sənə. 
 
Bu yerlər qalın meşə, 
Yanımda ol həmişə. 
Aranında gul bitsin, 
Yaylağında bənövşə


 
Boya-buxuna dol, gəz, 
Boynuma dola qol, gəz. 
Cavanlar sirəmində 
Sən də bir ikid ol, gəz. 
 
Lay-lay de dolan, ölməz, 
Hər rəngi solan ölməz 
Sonsuzluq yaman şeydir, 
Balası olan ölməz. 
 
Yaxamdan al məməni, 
Tutmasın qal məməni. 
Ağlama, əziz balam, 
Ağzına sal məməni
∗∗

                                                           

 Лай-лай чалдым щямишя, 
Карван еняр енишя. 
Йастыьында эцл битсин, 
Дюшяйиндя бянювия. 
 
17
Atıban tutdum səni. 
Əçəb ovutdum səni. 
Ömür üzdüm, çəfa çəkdim, 
Şükür böyütdüm səni. 
 
Oxşasın dilim səni, 
Böyütsün elim səni. 
Meydanda at oynadan 
Bir igid bilim səni. 
 
Yurd yox taladan savay, 
Gül yox laladan savay. 
Anaya nə əzizdir 
Körpə baladan savay? 
  
Lay-lay beşiyim lay-lay
Evim, eşiyim lay-lay. 
Sən get şirin yuxuya, 
Çəkim keşiyin, lay-lay. 
 
A lay-lay, yenə lay-lay, 
Can deyim sənə lay-lay. 
Sənə gələn dərd, bəla 
Qoy gəlsin mənə, lay-lay. 
 
Əzizim as məməni, 
Sinəndən as məməni. 
Qoyma tifil ağlaya 
Ağzına bas məməni. 
                                                                                                                           
∗∗
 Елями сцрмя мяни, 
Чяк эюзя сурмя, мяни. 
Ушаг йатмыр, аьлайыр

Аьзына сцр мямяни
.
 
 

 
18 
 
Qızıl gül putam, lay-lay, 
Ətrinə batam, lay-lay. 
Balam ərsiyə gələ 
Toyunu tutam, lay-lay. 
A lay-lay, quzum lay-lay, 
Ayım, ulduzum lay-lay. 
Sən hasilə çatınca, 
Hər dərdə dözüm, lay-lay. 
 
A lay-lay, bəyim lay-lay, 
Gözəl-göyçəyim lay-lay, 
Qürbət ölkə, yad eldə, 
Arxam, köməyim lay-lay. 
 
Lay-lay, hər kəsim lay-lay, 
Sənə nər kəsim lay-lay. 
Yat yuxun olsun şirin, 
Uçalsın səsim, lay-lay. 
 
Lay-lay maralım, lay-lay, 
Səbrim qəralım lay-lay. 
Böyü, qoç bir igid ol, 
Sənə yar alım, lay-lay. 
 
Lay-lay, a balam, lay-lay, 
Alınmaz qalam, lay-lay. 
Sənə kəc baxanları, 
Yandırsın nalam lay-lay. 
 
Nərgizi üzüm lay-lay, 
Yaxana düzüm lay-lay. 
Sən böyü, mən qoçalım, 
Toyunda süzüm lay-lay. 
 
19
 
A lay-lay, butam lay-lay, 
Qardaşım, atam lay-lay. 
İntizaram, yatasan, 
Mən də bir yatam lay-lay. 
 
 
 
A lay-lay, gülüm lay-lay, 
Gülüm, bülbülüm lay-lay. 
Böyü, sənin sayəndə 
Mən də bir gülüm, lay-lay. 
  
Lay-lay beşiyim lay-lay, 
Evim eşiyim lay-lay. 
Sən get şirin yuxuya 
Çəkim keşiyin, lay-lay. 
 
Bürünüb dona bülbül, 
Köç edər sona bülbül. 
Balam dil açan günü, 
Mat qaldı ana bülbül. 
 
Mənnm gül butam oğul, 
Ətrinə batam oğul. 
Bir arzum var ürəkdə 
Toyunu tutam oğul. 
 
Yaralıyam, yazığam, 
Dərddən qəlbi qazığam. 
Mən ölsəm sənə qurban 
Sən ölmə mən yazığam.

 
                                                           

 Ащ чякмя, соларам мян, 
Сач-башым йоларам мян. 
Мян юлсям сяня гурбан, 
Сян юлсян ноларам мян?
 

 
20 
 
Qoçaqdı, şirdi balam, 
Qiblədi, pirdi balam. 
Gəl fələk, qıyma mənə, 
Yazığam, birdi balam. 
 
Yaylığı kirli balam, 
Qəlbi fikirli balam. 
Cahıl-cuhul içində 
Mənim şəkilli balam. 
 
Lay-lay balam, gül balam, 
Sən mənim sünbül balam. 
Laylayımla yatasan, 
Oyatsın bülbul, balam. 
 
Lay-lay dedim gül balam, 
Gül balam, bülbül balam. 
 Mən sevindim sənilən, 
Sən də sevin, gül,balam! 
 
Lay-lay balam, çan balam, 
Mən sənə qurban balam. 
Ağlayıban könlumü 
Gəl eyləmə qan, balam. 
 
Lay-lay dedim çan balam, 
Mən sənə qurban, balam. 
Bir belə yatmaq olmaz, 
Dur açılır dan, balam. 
 
Uyu balam, yat balam, 
Qızıl gülə bat, balam. 
                                                                                                                           
 
 
21
Şütük bağın bağlayım, 
Şirin-şirin yat, balam. 
 
Yol üstə bulaq ollam, 
Axaram, bulaq ollam. 
Sən mənim bir dənəmsən, 
Özüm göz-qulaq ollam. 
 
Dərya ollam, bulannam 
Suçaq ollam, sulannam. 
Sağ gözüm sənə qurban 
Sol gözümlə dolannam. 
 
Qərənfiləm qalxaram, 
Açılmağa qorxaram. 
Gecə çıqqırın çıxsa 
Yerimnən dik qalxaram. 
 
Mən bu dərddən ölmərəm, 
Dərdi dərdə bölmərəm. 
Əziz çanımdan dönsəm, 
Bir balamdan dönmərəm. 
 
Balam, gəl soyun körüm, 
Sərv tək boyun görüm. 
Tanrıdan arzum budur, 
Balamın toyun görüm. 
 
Qaya mənəm, dağ mənəm, 
Dağ üstə bulaq mənəm 
Arxan yox, köməyin yox, 
Sənə göz-qulaq mənəm. 
 
Balama çan demişəm, 

 
22 
Ağlama çan demişəm, 
Balam dil açan günə 
Quzu, qurban demişəm. 
 
Lay-lay dedim, can dedim, 
Yuxudan oyan dedim. 
Sən yuxudan durunça 
Canımı qurban dedim. 
 
Lay-lay dedim yat dedim, 
Yastığa baş at, dedim. 
Bala, çəkim nazını, 
Boya-başa çat, dedim. 
 
Mən sənə qalam deyim, 
Gül deyim, lalam deyim. 
Yat, inçitmə ananı, 
Sağ olsun balam, deyim. 
 
Lay-lay mənim bəbəynm, 
Bir arzum, bir diləyim. 
Bəd gündə, bəd ayaqda 
Sənsən mənim köməyim. 
 
Əzizim mən dolanım, 
Mən dönüm mən dolanım. 
Tanrı səni saxlasın, 
Sayəndə mən dolanım. 
 
Laylayım, sözüm qurban, 
Ağlasan gözüm qurban. 
Böyü, boya-başa çat
Boyuna özüm qurban. 
 
 
23
Mən aşiq quzu qurban, 
Qoç qurban, quzu qurban. 
Hər sabah boyun görsəm 
Kəsərəm quzu qurban. 
 
Lay-lay dedim uçadan, 
Səsim çıxmır baçadan. 
Tanrı səni saxlasın, 
Çiçəkdən, qızılçadan. 
 
Gözümün qarasınnan, 
Yaş axar arasınnan. 
Adam da əl çəkərmi, 
Öz çiyər parasından? 
 
Lay-lay dedim yatasan, 
Dərdi, qəmi atasan. 
Qızıl gül bağın olsui. 
Gül-çiçəyə batasan. 
 
Lay-lay deyim yatasan, 
Qızıl gülə batasan, 
 Qızıl gül kölgəsində 
Şirin yuxu tapasan. 
 
Üzərliksən, havasan, 
Hər bir dərdə davasan. 
Balama kəç baxanın 
Gözlərini ovasan. 
 
Lay-lay dedim ürəkdən. 
Qolum düşdü biləkdən. 
Boy at, igid, cavan ol, 
Məni salma diləkdən. 

 
24 
 
Bir səs gəlir, ellərdən, 
Şirin-şirin dillərdən. 
Tanrı balamı saxla, 
Ağır aylar, illərdən. 
 
Balamı tanıram mən, 
Hər sözün qanıram mən. 
Yuxuda ah çəkəndə 
Od tutub yanıram mən. 
 
Lay-lay deyim çarçı mən, 
Harayçı mən, çarçı mən. 
Toy günündə olaydım 
Küçələrdə çarçı mən. 
 
Dərya dolu dilinən, 
Balam oynar gülinən, 
Aləmə çan bağışlar, 
Məni saxlar dilinən. 
 
Balamsan sən, nəyimsən? 
Arxamsan, köməyimsən. 
Mən sənin əziz anan, 
Sən mənim diləyimsən. 
 
Məni oyaq qoyan sən, 
Qızıl gülə boyan sən 
Öpüm qara gözündən, 
Bəsdir yatdın, oyan sən. 
 
Balamsan, bir dənəsən, 
Sədəfsən, dürdənəsən. 
Mən ölsəm sənə qurban, 
 
25
Sən ölmə, bir dənəsən. 
 
Lay-lay dedim biləsən, 
Düşməyəsən dilə sən. 
Boy-buxuna çatıb, 
Oynayasan, güləsən. 
 
Xırdaçasan məzəsən, 
Sən hər güldən təzəsən. 
Qurban olum o günə 
Ayaq tutub gəzəsən. 
 
Oğul, gəl, yarağımsan, 
Güzgümsən, darağımsan. 
Hər gün lazım olmasan, 
Dar gündə gərəyimsən. 
 
Əziziyəm zirəsən, 
Zəfəransan,- zirəsən,  
Qurban olum o günə 
Bir qapıdan girəsən. 
 
Eni gül-çiçək olsun, 
Yarpağı ləçək olsun. 
Bir bala göstərin ki, 
Balamdan göyçək olsun. 
 
Bayram bayramın olsun, 
Ellər heyranın olsun. 
Niyə belə çox yatdın? 
Anan qurbanın olsun. 
 
Qızıl gül bağın olsun, 
Bağlar oylağın olsun. 

 
26 
Tanrıdan arzum budu 
At minən çağın olsun. 
 
Bağçamızda bar olsun, 
Heyva olsun nar olsun. 
Sən ayaq aç, gəz dolan, 
Düşmən görsün xar olsun 
 
Qurbanın quzu olsun, 
Quzunun yüzü olsun. 
Quzudan qurban olmaz, 
Ananın özü olsun. 
 
Bala ömrün çox olsun. 
Könlün, gözün tox olsun. 
Sənə layla çağırım, 
Düşmənlərin yox olsun. 
 
Bağçalar bağa dönsün
Bağım yaylağa dönsün. 
Birçə kəlmə din, danış, 
Ürəyim dağa dönsün. 
 
Əzizim hay mənimçün, 
Verəydin pay mənimçün. 
Mən ölsəm sənə qurban, 
Sən ölsən vay mənimçün. 
 
Balam oynur yatmayın, 
Sözünə söz qatmayın  
Layla deyin balama, 
Qoy yatsın oyatmayın. 
 
Maral gəzər talasın, 
 
27
Üzər gülün, lalasın. 
Mən balamı istərəm, 
Balam istər balasın. 
 
Dağ başında qalam var, 
Ürəyimdə nalam var. 
Xalxın dövləti, varı, 
Mənim də bir balam var. 
 
Sözü sözdən alan var, 
Zülfün üzə salan var. 
 Əziz oğlum tez böyü, 
Gözü yolda qalan var. 

 
28 
Dağ başına qar yağar, 
Bulud keçər ay doğar. 
Sənin tək ay parçasın 
Analar tək-tək doğar. 
 
Qalalar ay qalalar, 
Laçın orda balalar, 
Ana balasın verməz 
Bəlkə güçə salalar. 
 
Bala demə, qan olar, 
Yel əsər tufan olar. 
Bala gəzən yerlərə 
Analar qurban olar. 
 
Şan bağlayan arılar, 
Qonar gülə, sarılar. 
Balama qurban olsun 
Yaşı ötmüş qarılar. 
 
Qapımızda var çinar, 
Yarpağı dinar-dinar. 
Mənim balam körpədir 
Saxlasın pərvərdigar. 
 
Qoxusu güldən gəlir. 
Güldən bülbüldən gəlir 
Balamın gül beşikdə 
Yuxusu birdən gəlir. 
 
Göy üzündə ay mələr, 
Bulud altdan say mələr. 
Burda bir qoç quzum var, 
 
29
Acıb, salar hay, mələr.

 
 
İgid qalasın istər, 
Dağın lalasın istər. 
Mən balamı istərəm 
Balam balasın istər. 
 
 
Dağlara sərin düşər, 
Kölgəsi dərin düşər. 
Hər vaxt layla deyəndə 
Yadıma Pərim düşər. 
 
Bala dadı bal dadır, 
Bala adamı aldadır. 
Şirin sözün, söhbətin, 
Hələ sənin daldadır. 
  
Bu görünən Şirazdır, 
Şah mənzili Şirazdır. 
Tifilim sənə qurban, 
Məmə kiçik, şir azdır. 
 
 Elin dərdi azardır, 
Dərddən qəmdən bezardır. 
Bala baldan şirindir, 
Balasız ev məzardır. 
 
Bala dadı, bal dadır, 
Bala adamı aldadır. 
                                                           

 
Лай-лай дедим ай мяляр, 
Булуд алтдан ай мяляр

Эюзлярин ачан кими, 
Мямя дейян ай мяляр


 
30 
Yaxşısına mən qurban, 
Pisi yenə də bal dadır. 
 
Bağda bülbül oxuyur, 
Saça sünbül toxuyur. 
Balamı iyləyirəm 
Elə bil gül qoxuyur. 
 
Sən gedəli il oldu
Yandı bağrım gül oldu. 
Səninlə uçan quşlar 
Oxudu bülbül oldu. 
 
Ay doğdu yana döndü, 
Ulduzlar sana döndü. 
Bala dərdin çəkməkdən 
Ürəyim qana döndü. 
 
Qızıl gülun çanağı, 
Astanalar torpağı. 
Kim balamı istəməz 
Gözünə bibər yarpağı. 
 
Balamın əl yalığı, 
Ortası zər yaylığı. 
Hərə bir kərə desin 
Balama çan sağlığı. 
 
Göydən bir ulduz axdı, 
Axdı getdi, qonaxdı, 
Ana bala ucundan 
Çanını oda yaxdı. 
 
Göydə ulduz naşıdı, 
 
31
Kim balamın yaşıdı. 
Qız gözümün qarası, 
Oğlan ürək başıdı. 
 
Lay-lay toyun qurbanı, 
Kəsim qoyun qurbanı, 
Sən yeri bir, mən baxım, 
Olum boyun qurbanı. 
 
Atım, tutum bu balanı, 
Şəkərə qatım bu balanı. 
Atası evə gələndə 
Qabağa tutum bu balanı. 
 
Atın-tutun bu balanı, 
Şəkərə qatın bu balanı. 
Şəkərdən acı olsa, 
Götürün, atın bu balanı. 
 
Lay-lay deyim düz, barı 
Gəl dərdimi üz barı. 
Balama qurban olsun 
Yüz dul arvad, yüz qarı. 
 
Əlində var hanası 
Qulağında tanası 
Bir toyunu görəydim 
Olaydım bəy anası. 
 
Canım bala, gül bala, 
Ana qədrin bil bala. 
Yaman günün gərəyi, 
Çağıranda gəl bala. 
 

 
32 
Mən gördüm  haçan günü, 
Dağlardan qaçan günü. 
On iki qurban kəsərəm, 
Balam dil açan günü. 
 
Lay-lay bülbülüm lay-lay, 
Sarı sümbülüm lay-lay. 
Bağçalarda gül çoxdur, 
Bir qızıl gülüm lay-lay. 
 
Daqlarda lalam sənsən, 
Alınmaz qalam sənsən. 
Kimim yox, kimsənəm yox, 
Bir şirin balam sənsən. 
 
Mən əzizəm şonqarı, 
Dülgər yonar yonqarı. 
Balama qurban olsun 
Doqquz ğoça, on qarı. 
 
 
 
 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə