ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ (8.54) “Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!” Firon və onun xalqı Allahın onlara göstərilən möcüzələrinə iman gətirməkdən boyun qaçırdılar. Onlara qədər yaşamış kafirlər də belə etmişdilər və həmin xalqlardan hər biri törətdikləri cinayətlərin ağırlığına müvafiq olaraq cəza almışdılar. Məhv edilənlərin və amansız cəzaya məruz qoyulanların hamısı zalım günahkarlar idilər və özləri özlərini məhvə məhkum etmişdilər. Allah onlara zalımlıq etməmişdi, onları etmədikləri cinayətə görə cəzalandırmamışdı. Qoy insanlar zalımlıqdan çəkinsinlər, yoxsa, bir zamanlar onlardan əvvəlki pozğunluq törədənləri məhv etmiş cinayət onların da axırına çıxar!