ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ (5.11) «Ey iman gətirmişlər! Adamlar sizə əl qaldırmaq istədikdə, Allahın, sizi onların əlindən qurtarmaqla, sizə göstərdiyi mərhəmətini xatırlayın. Allahdan qorxun və qoy iman gətirənlər Allaha təvəkkül etsinlər”. Fövqəluca Allah mömin bəndələrinə bəxş etdiyi böyük nemətlərini yadlarına salır və insanları onları ürəklərində və dilləri ilə xatırlamağa çağırır. Onlar düşmənləri darmadağın etməyə, onların əmlakını və torpaqlarını ələ keçirməyə və bəzilərini əsir götürməyə nail olsalar, bunu Allahın mərhəməti sayarlar. Qoy onlar bilsinlər ki, Allah onları düşmənlərdən qoruyanda da möminlərə mərhəmətini göstərir və onların düşmənlərinin məkrli hiylələrini özlərinə qarşı yönəldir.
Düşmənlər həmişə plan çəkir və zənn edirlər ki, onları həyata keçirə biləcəklər. Onlar möminlər üzərində istədikləri qələbəni qazana bilmədikdə isə, bunu Allahın köməyi ilə möminlərin qələbəsi adlandırmaq olar. İman sahibləri Allaha bu köməyinə görə minnətdarlıq bildirməli, ibadət etməli və Onu xatırlamalıdırlar.
Bu ayə mömin müsəlmanlara pislik etmək niyyətində olan, lakin, Allahın müsəlmanlara yardım etməsi sayəsində, məqsədlərinə çata bilməyən bütün kafirlərə, müşriklərə və zülmkarlara şamil edilir. Həmin ayə onların hər birinə aiddir.
Sonra Allah möminlərə əmr edir ki, bütün qalan məsələlərdə, düşmənlə mübarizədə köməklə əlaqədar ancaq Ona yalvarmalıdırlar. Onlar Allaha təvəkkül etməli, yəni Ona ümid bəsləməlidirlər ki, dini və dünyəvi işlərdə xeyir əldə etməkdə O, onlara kömək etsin. Onlar öz qüvvə və bacarıqlarına bel bağlamamalı və qəti inanmalıdırlar ki, sevdiyi şeyləri əldə etmək üçün onlara təkcə Fövqəluca Allah yardım göstərəcəkdir.
Qulun Allaha təvəkkül etməsi onun imanından asılıdır və bu, insanın qəlbində gerçəkləşdirməli olduğu vacib əməllərdən biridir.