Əlavə 2 layiHƏ TƏKLİFİ formasi



Yüklə 33.8 Kb.
tarix02.07.2017
ölçüsü33.8 Kb.
ƏLAVƏ 2

LAYİHƏ TƏKLİFİ FORMASI

  1. LAYİHƏNİN ADI

Meşə yanğınlarına qarşı ictimai mübarizənin təşkili və yanğın ərazilərində yaşıllaşdırma layihələrinin həyata keçirilməsinin təbliği




  1. LAYİHƏ NƏDƏN BƏHS EDİR

Azərbaycanın Şimal-Qərq rayonlarına (İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən) ictimai-ekololoji ekspedisiyalar təşkil olunacaq, meşə və yaşıllıqlarda baş vermiş yanğınlar, onların səbəbləri və nəticələri qiymətləndiriləcəkdir. Yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və yaşıllıqların bərpası üçün mövcud potensial qiymətləndiriləcək, onun yüksəldilməsi, habelə bu problemin həllində əhalinin geniş kütlələrinin iştirakı ilə KIV, görüşlər və Dəyirmi masalar vasitəsilə təbliğ olunacaqdır. Yanğın ərazisində yerli icmaların iştirakı ilə yaşıllaşdırma Layihələrinin həyata keçirilməsini təbliğ etmək vasitəsilə bu məsələyə ictimaiyyətin diqqəti cəlb olunacaqdır.


3. PROBLEMİN TƏSVİRİ
Son 100 ildə yalnız yanğınlar nəticəsində dünya meşə sahəsinin təxminən 56 faizi itirilib. Yanğınlar hər il orta hesabla yer kürəsində 20 milyon hektara qədər meşələrin məhvinə səbəb olur. Azərbaycan ərazisinin meşə ilə örtülü sahəsi 1 milyon 021 min hektar təşkil edir ki, bu da ümumi ölkə ərazisinin 11,8 faizi deməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səyi nəticəsində meşə fondu torpaqlarında meşə ilə örtülü ərazilər ilbəil artırılır. Bu ərazilərdə zəngin biomüxtəliflik mövcuddur və ümumilikdə ətraf mühit , insan həyatı və kənd təsərrüfatı üçün meşələr əlverişli şərait yaradır. Belə ki, ölkə meşələrində 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü mövcuddur ki, bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar bitir. Azərbaycan meşələrində 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur ki, onlardan 30 faizi istismar əhəmiyyətli məhsullardır. Yanğınlar biomüxtəlifliyin məhvinə, torpağın humus qatının parçalanmasına, səhralaşmaya yol açır, atmosferə “istixana effektinə” malik karbon, metan, azot oksidləri və s qazların atılmasına səbəb olur. Bununla da, ölkənin Tərəf kimi cıxış etdiyi BMT-nin “İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının ”, habelə “Biomüxtəliflik” və “Səhralaşmaya qarşı mübarizə” Konvensiyalarının və digər Beynəlxalq razılaşmaların tələblərinin yerinə yetirilməsində problemlər yaradır. Hər il cəbhə bölgəsində Ermənistan tərəfdən işğal olunmuş ərazilərdə yaşıllıqların yandırılması Azərbaycanın məhsuldar torpaqlarının keyfiyyətdən düşməsinə səbəb olur, cəbhə bölgəsində əhalinin təsərrüfatına külli miqdarda ziyan vurur. Baş verən yanğınların 90%-ə qədəri insanların təsərrüfat işləri, istirahət və səyahəti zamanı səhlənkarlığı ucbatından baş verir. ETSN meşə ərazilərinin ətrafında mühafizə zolaqları salmaqla, qadağalar və təbliğat vasitəsilə bu yanğınları azaltmağa cəhd göstərir. Fövqəladə hallar Nazirliyi də bu sahədə son illər ardıcıl fəaliyyət həyata keçirir . Bu tədbirlərə baxmayaraq 2004-cü ildə 77 ha, 2009-cu ildə 29 ha, 2014-cü ildə isə 14 yanğın hadisəsində 58 ha ərazidə yanğın baş vermişdir. Yaşıllıqlar, kolluqlar, kənd təsərrüfatı əraziləri, bələdiyyə ərazilərində baş verən yanğınların ərazisi bəzən bundan onlarla dəfə çox olur. İş burasındadır ki, meşə yanğınları da çox vaxt öz mənbəyini fermer təsərrüfatı torpaqlarının yandırılmasından götürür. Taxıl və digər kənd təsərrüfatı məhsullarının toplanmasından sonra, torpaq mülkiyyətçiləri yabanı bitkiləri və zərərvericiləri məhv etmək üçün özlərinə məxsus sahələri yandırırlar. Səhlənkarlıq ucbatından çox vaxt bu yanğınlar idarə oluna bilmir və meşə sahələrinə qədər inkişaf edirlər. Ölkənin qanunvericilik aktlarında (Məsələn,“Dövlət Meşə Fonduna daxil olmayan ağac-kol əkinlərinin mühafizə edilməsi haqqında” Əsasnamə) bu cür hallara qadağa qoyulsa da özəl təsərrüfatlarda bəzi hallarda buna məhəl qoyulmur, son nəticədə ətraf mühitə ciddi zərər vurulur.

Beləliklə, yaşıllıqların yandırılmasına qarşı ictimai mübarizənin təşkili üçün ilk növbədə əhalinin geniş kütlələri, xüsusilə bu problemlə birbaşa əlaqədar olan insanlar arasında ekoloji təbliğat işləri həyata keçirilməlidir. Təqdim olunan Layihənin əsas predmeti yaşıllıqların yandırılmasına qarşı ictimai mübarizənin təşkilindən ibarətdir.




  1. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ


Layihənin məqsədi meşə yanğınları sahəsində əhalinin məlumatlandırılması və maarifləndirilməsi üzrə təbliğatın təşkili və yanğın ərazisində yaşıllaşdırma Layihələrinin həyata keçirilməsi vasitəsilə ona qarşı ictimai hərəkatın formalaşdırılmasından ibarətdir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi planlaşdırılır:

- ETSN, Dövlət Statistika Komitəsi, FHN, MEA və QHT-in hesabatları və Layihə zonasına təşkil edilmiş ekspedisiya nəticəsində Azərbaycan ərazisində meşə və yaşıllıqlarda baş verən yanğınların səbəbləri və nəticələri, o cümlədən əhalinin təsərrüfatına və biomüxtəlifliyə vurduğu ziyanın qiymətləndirilməsi;

- Layihə zonasında meşə təsərrüfatı idarələri, bələdiyyələr, QHT-lər, KİV və başqa maraqlı tərəflərin meşə yanğınları və onların təsirləri barədə məlumatlılıq dərəcəsi və potensiallarının qiymətləndirilməsi;

- Meşə yanğınlarına qarşı təbliğat üçün materialların (qəzet məqalələrinin, təqdimatların) hazırlanması, KİV, görüşlər, Dəyirmi Masalar və digər vasitələrlə geniş ictimaiyyətə təqdim olunması;

- Layihə zonasında yerli icmaların və maraqlı tərəflərin iştirakı ilə yanğın ərazilərində yaşıllaşdırma aksiyalarının keçirilməsinə dair təbliğatın təşkili;

- Yaşıllaşdırma üçün meşə yanğını olmuş ərazilərin seçilməsi və Yaşıllaşdırma aksiyalarının təşkil olunması;

- Layihə nəticələrinin ictimaiyyətə təqdim olunması.



5. LAYİHƏDƏN FAYDALANANLAR

Layihə üzrə tədbirlərin həyata keçirildiyi ərazilərdə kənd əhalisi, xüsusilə fermerlər Layihədən birbaşa faydalanacaqlar. Kənd təsərrüfatı məhsulları ərazilərinin, xüsusilə məhsulu toplanmamış ərazilərin yanğından qorunması, torpaqların məhsuldarlığının saxlanılması, atmosferə zərərli tullantıların azaldılması bu ərazilərdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcəkdir. Layihənin müsbət nəticələri sahəsində məlumatlandırma genişləndikcə Layihə tövsiyələrindən istifadə edənlərin sayını artacaq və ondan faydalanların sayının artmasına gətirəcəkdir.



6. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanda meşələrin 95 faizə qədəri dağlıq və dağətəyi ərazilərdə yayılıb. Bunun da əsas hissəsi Böyük Qafqazın cənub yamaclarına aiddir. Digər tərəfdən, meşə yanğınlarının böyük qismi bu ərazilərdə baş verir. Ona görə də Layihənin həyata keçiriləcəyi ərazi olaraq İsmayıllı, Şəki, Qax, Zaqatala və Balakən seçilmişdir.

7. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR
- Azərbaycan ərazisində son 5 ildə baş verən meşə və yaşıllıqlarda baş verən yanğınlar haqqında xülasə hazırlanması. Yanğınların səbəbi və nəticələri, əhalinin təsərrüfatına və biomüxtəlifliyə vurduğu ziyanın qiymətləndirilməsi;

- Ölkənin Şimali-Qərb rayonlarına ekspedisiyaların təşkili. 5 rayonda meşə yanğınları olan ərazilərlə tanışlıq, yerli icma və əlaqədar dövlət Orqanları ilə görüşlərin keçirilməsi, xülasəyə əlavə materialların daxil edilməsi;

- Meşə yanğınlarına qarşı təbliğat materiallarının (banner, qəzet məqalələrinin, təqdimatların) hazırlanması, KİV, görüşlər və digər vasitələrlə ictimaiyyətə təqdim olunması;

- Rayonlarda meşə təsərrüfatı işçiləri, bələdiyyələr, QHT-lər, KİV və icmaların iştirakı ilə 3 Dəyirmi Masanın təşkili, Yanğın ərazilərində yaşıllaşdırma aksiyalarının hazırlığı üzrə təbliğatın təşkili;

- Yaşıllaşdırma üçün meşə yanğını olmuş ərazilərdə yaşıllaşdırma aksiyasının keçirilməsinin təbliği.

- Layihə nəticələrinin ictimaiyyətə təqdim olunması və hesabat.



8. LAYİHƏNİN İCRA MÜDDƏTİ
Layihənin müddəti- 7 ay

Başlama tarixi : 01 May 2016-cı il

Bitmə tarixi: 30 Noyabr 2016-cı il
9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR



  • Ölkədə meşə yanğınlarının səbəbləri, nəticələri və onların ətrafda yaşayan yerli icmaların sosial-iqtisadi vəziyyətinə təsiri haqqında ictimaiyyətin iştirakı ilə toplanmış dolğun və hərtərəfli məlumat bazası

  • Meşə yanğınlarına qarşı mübarizə üçün maarifləndirmə materiallari- qəzet məqalələri və təqdimatlarla olan tövsiyyələr

  • Meşə təsərrüfatı işçilərinin, fermerlərin və yerli icmaların meşə yanğınları haqqında məlumatlılıq dərəcəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi

  • Yanmış yaşıllıqların bərpası, bu aksiyanın digər ərazilərdə də təşkili üçün vətəndaş təşəbbüskarlığının meydana gəlməsi

  • Kənd təsərrüfatı ilə məşğul olan yerli əhalinin təsərrüfatlarında məhsuldarlığın qorunması, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələri və Səhralaşma proseslərinin zəiflədilməsi

Son nəticədə Layihə meşə yanğınlarına qarşı mübarizədə əhalinin müxtəlif təbəqələrinin fəal iştirakını stimullaşdıracaq, ətraf mühitin qorunması sahəsində ölkədə demokratik reformların həyata keçirilməsini sürətləndirəcək, əhalinin öz sosial-iqtisadi məsələlərinin həlli prosesində təşəbbüskarlığını artıracaq və onlarda digər sosial-iqtisadi problemlərinin öz gücləri ilə həllinə inam yaradacaqdır.
10. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI
Layihənin yerinə yetirilməsi barədə vaxtaşırı KİV-lərin vasitəsilə ümumi məlumatlar veriləcəkdir. Ayrı-ayrı təşkilatlara və icmalara aid spesifik məlumatlar və tövsiyyələr xüsusi görüşlər və informasiya məktubları vasitəsilə çatdırılacaqdır. Qəzetlərdə (5 rayon qəzeti və 1 mərkəzi qəzet) Layihə haqqında məlumatların verilməsi nəzərdə tutulmuşdur. “Ruzgar” Ekoloji İctimai Birliyinin informasiya bölməsi Layihəyə aid bütün məlumatları təşkilatın İnternet səhifəsində (http://ruzgar.ngo.org) yerləşdirəcəkdir.

Layihə 7 ay müddətində davam edəcəkdir və bu müddət ərzində artıq müəyyən nəticələr göz qarşısında olacaqdır. Xüsusilə yaşıllaşdırma layihələrinin icmaların gücü ilə həyata keçirilməsi, 2016-cı ilin məhsul toplanması və turizm mövsümündən sonra yanğınların azalmasının müşahidə olunması, maraqlı tərəflərin fəaliyyətində dəyişikliklər müsbət təsirini göstərəcəkdir. Bu müsbət dəyişikliklərin ictimaiyyətin təşəbbüskarlığı nəticəsində baş verməsi Layihənin davamlılığını təmin edəcəkdir. Layihədə iştirak edən yerli icma fəalları və məsul orqanların Layihədən sonrakı fəaliyyəti də bu davamlılığa dəstək olacaqdır. “Ruzgar” Ekoloji İctimai Birliyi öz yerli koordinatorları vasitəsilə Layihənin davamlı təsirini təmin edəcəkdir.



11. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI
Layihənin müvəffəqiyyəti aşağıdakı meyarlarla qiymətləndiriləcəkdir:

  • Meşə yanğınları barəsində ictimaiyyətin nəzərinə çatdırılan məlumatların dolğunluğu, orijinallığı və dəqiqliyi

  • Təqdim olunan təkliflərin və tövsiyyələrin yaşıllıqların yandırılmasına qarşı ictimai mübarizənin təşkilindəki səmərəliliyi

  • İctimaiyyətin bu məsələyə diqqətinin yönəldilməsi dərəcəsi

  • Layihənin yaratdığı ictimai rezonans

  • Əlaqədar təşkilatların və yerli icmaların qaldırılan problemlərə reaksiyasının operativliyi

Layihənin vaxtaşırı verilən hesabatı ayrı-ayrı mərhələ və tədbirlərə həsr olunmuş informasiyalar, pres-relizlər şəklində olacaqdır. Layihə çərçivəsində dərc olunacaq elektron informasiyalar və məqalələr mühüm nəticələri əhatə edəcəkdir. Layihə üzrə ümumi Proqram və Maliyyə hesabatları donorun tələb etdiyi formada və müddətdə təqdim olunacaqdır.

12. BÜDCƏ
Büdcə Şuranın təsdiq etdiyi təlimata uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.
Qoşmalar:



Sənədin adı

Forması

1

Layihə təklifi

Elektron formada tam layihə təklifi

2

Layihənin icra planı

Elektron formada icra planı

3

Layihənin xərclər smetası

  • Microsoft Excel proqramında tərtib olunmalıdır;

  • Hesablamalar baxımından proqramlaşdırılmış;

  • Elektron formada büdcə

Ruzgar” EİB-nin sədri İslam Mustafayev



Layihə rəhbəri


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə