Müqavilənin şərtləri
1. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.
2. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı _________________ kVts və dəyəri _____________ manat
Subabonentlər daxil olmaqla abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı _________ kVts və dəyəri _________________ manat
(subabonentlər haqqında məlumatlar bu müqaviləyə əlavə edilir).
3. İstifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorlann gücü ____________ kVA
4. kV gərginlikli tərəfdə qoşulmuş elektrik qəbuledicilərin gücü ____________ kVt
5. Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası
6. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti bu müqaviləyə əlavə olunmuş aktla müəyyən edilir.
7. Enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir.
8. Hesablaşma elektrik sayğacları: _______________ kV gərginlik tərəfində
__________________________________________________________________________________________
elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi
__________________________________________________________________________________________
elektrik qurğusunun adı, sayğac quraşdırıldığı yuvanın nömrəsi
9. Elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır ( ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla).
Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq, ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır, bu halda balans mənsubiyyəti sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə _________________ kVts (hesablaşma dövrü üçün) müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o, abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir.
Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi ( texnoloji sərfiyyat) hesabat yolu ilə __________ kVts ( hesablaşma dövrü üçün) müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır).
10. Elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi ________________ manat +(ƏDV) = ________________ manat tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu müqavilədə müvafiq dəyişikliklər edilir.
11. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur.
Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün ( ayının) ________ dək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Abonent hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından ona təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi beş bank günü ərzində enerjitəchizatı müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəniş sənədindəki məbləğin 0,01% miqdarında enerjitəchizatı müəssisəsinə dəbbə (penya) ödəyir. Elektrik enerjisi borcuna görə enerjitəchizatı müəssisəsi üç gün əvvəl xəbərdar etməklə abonentin enerjitəchizatını dayandırmaq hüququna malikdir və enerjitəchizatı dayandırıldığı müddət üçün dəbbə ( penya) tutulmur.
12. Tərəflər arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün nəzərdə tutulmuş hesablaşma elektrik sayğaclarının alınması, quraşdırılması, istismara qəbul edilməsi, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilməsi və istismarı “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı bəndinə uyğun həyata keçirilir.
Hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin _______________________________ üzərinə düşür.
13. Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkələrində təmir işlərinin aparılması ilə əlaqədar ehtiyat qida mənbəyi olmayan abonentin şəbəkədən açılması sayı və müddətləri
__________________________________________________________________________________________
(say və müddəti)
14. “Elektrik enerjisindən istifadə qaydaları”nın 4.1-ci bəndinə və müvafiq təlimata uyğun olaraq tərəflərin birgə hazırladığı enerjisistemdə güc, elektrik enerjisi çatışmazlığı ilə əlaqədar məhdudiyyət və birbaşa açılma qrafiklərinə əməl olunması abonent tərəfindən təmin olunur.
Qəzaların qarşısının alınması və ya ləğv edilməsi üçün enerjitəchizatı müəssisəsi istehlakçının (açılması insan həyatı üçün təhlükə yaradan, partlayışa, yanğına, məhsulun kütləvi zay olmasına, mürəkkəb texnoloji proseslərin pozulmasına və s. səbəb ola bilən elektrik qurğuları istisna olmaqla) elektrik qurğularını elektrik şəbəkəsindən açmaq hüququna malikdir.
15. Abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə, o on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir.
16. Abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edilir.
17. “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.12-ci bəndindəki hallara görə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin tələbinə əsasən və ya 9.13.3-cü yarımbəndindəki hallara görə enerjitəchizatı müəssisəsi əvvəlcədən xəbərdar etməklə abonentə elektrik enerjisi verilişini tam və ya qismən dayandıra bilər.
17-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.
18. Enerjitəchizatı müəssisəsinin abonent qarşısındakı məsuliyyəti “Elektrik enerjisindən istifadə qaydaları”nın 10-cu fəslinə uyğun müəyyən edilir.
19. Tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya abonent məhkəməyə müraciət edə bilər.
20. Tərəflərin hüquqi ünvanlan və onların hesablaşma hesabları:
Enerjitəchizatı müəssisəsi ____________________________________
(adı, ünvanı)
Bank rekvizitləri: H/h № ____________________
VÖEN: ____________________
Kod: ____________________
VÖEN: ____________________
M/h №: ____________________
Abonent _______________________________
(adı, ünvanı)
Bank rekvizitləri: H/h № ____________________
VÖEN: ____________________
Kod: ____________________
VÖEN: ____________________
M/h №:
21. Tərəflər öz rekvizitlərinin dəyişdirilməsi barədə vaxtında rəsmi yazılı məlumat verirlər.
22. Bu müqavilə iki nüsxədə tərtib olunmuşdur. Onlardan biri enerjitəchizatı müəssisəsinə, digəri isə abonentə verilir.
Dostları ilə paylaş: |