9.
Elektron
imzanın yaradılması və istifadəsi
Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi
məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi
zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir.
Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi
məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha
çox yayılır. Bundan başqa elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın
kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd
olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır. Elektron imza ideyası 20-ci
əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin
həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu
informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır. Hal-hazırda
elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur
və həmçinin belə ölkələrdə inkişaf daha da dinamik baş verir. Bu gün elektron
hökumətin əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla tətbiq
edilməkdədir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının
Q
anunu qəbul edildikdən sonra “elektron imza”nın reallaşdırılması mərkəzi icra orqanı
kimi Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırıldı. Bu
Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas
v
əzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün
proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. 2011-ci ilin
sentyabr ay
ından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə,
yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə,
həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imza xidmətlərini operativ
şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və
filiallarında, həmçinin ölkənin regionlarındakı poçt şöbələrində Qeydiyyat Mərkəzləri
təşkil olunmuşdur. Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək,
həmçinin onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin
mütəxəssisləri
tərəfindən www.e-imza.az saytı
hazırlanmışdır.
Sayt
vasitəsilə
vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı, elektron imzadan istifadə qaydaları, müxtəlif
təlimatlar, öz sertifikatları haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu gün
respublikamızda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron
xidmətlərin göstərilməsi gələcəkdə ölkəmizin dünya informasiya sisteminə, Avropaya
inteqrasiyasını daha da sürətləndirmiş olacaq.
|