ƏLİ HƏSƏnov xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması



Yüklə 2.07 Mb.
PDF просмотр
səhifə1/22
tarix10.07.2017
ölçüsü2.07 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22

ƏLİ HƏSƏNOV 

Xocalı soyqırımı: Səbəbləri, nəticələri 

və beynəlxalq aləmdə tanınması 

 

ALİ HASANOV 

Hocalı Soykırımı: Nedenleri, Sonuçları ve Uluslararası 

Arenada Tanınması  

 

АЛИ ГАСАНОВ 

Ходжалинский геноцид: Причины, последствия и  

признание на международной арене  

 

ALI HASANOV 

Khojaly genocide: Causes, consequences 

 and international recognition 

 

ALI HASSANOV 

Le génocide de Khodjaly: Ses causes, ses conséquences  

et sa reconnaissance à l’échelle internationale  

 

ALI HASANOV 

Völkermord von Chodschali: Ursachen, Folgen 

und seine internationale Anerkennung 

 

فونسح يلع 



يلاجوخ ةرزجم

 :

يلودلا اھفارتعاو اھبقاوعو اھبابسأ

 

 

阿里·哈桑诺夫 


霍贾雷种族大屠杀的原因、后果以及 

在国际社会上得到的认可 



 

 

Bakı - 2017 



 

ƏLİ HƏSƏNOV 

 



Buraxılışa məsul:           Aslan Aslanov



  

Azərbaycan Dövlət İnformasiya                          

Agentliyinin (AZƏRTAC)  

baş direktoru 

 

Elmi redaktor:               Elçin Əhmədov 

siyasi elmlər doktoru 



 

 

Ə.M.HƏSƏNOV. Xocalı soyqırımı: Səbəbləri, nəticələri  və 

beynəlxalq aləmdə tanınması  (Azərbaycan, türk, rus, ingilis, fransız, 

alman, ərəb və Çin dillərində). Bakı, “Zərdabi LTD” MMC, 2017, 464 s. 

 

 



Səkkiz dildə  nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı 

erməni millətçiləri tərəfindən məqsədyönlü  şəkildə  həyata keçirilən etnik tə-

mizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illə-

rinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı  ərazi id-

diaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara 

qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, 

xüsusilə, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı 

bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi 

qiymətləndirilir.  

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən 

şəhərin işğalı zamanı  həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı 

törədilən vandalizm aktları xarici mənbələrə əsasən  geniş təhlil edilir. Xocalı 

soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymət verilməsi istiqa-

mətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı 

aktı kimi tanınması  məsələləri geniş  tədqiq edilir. Xüsusilə, kitabda Xocalı 

soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə veril-

mişdir. Kitab xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin 

geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.  



 

 

ISBN 978 9952 504 64 4 

© Ə.M. Həsənov, 2017 

© “Zərdabi LTD” MMC, 2017

      

 


 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

3

 



                                       MÜƏLLİFDƏN 

 

XX  əsrin 80-ci illərinin ikinci yarısında Ermənistanın 



Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, eləcə də 

azərbaycanlılara qarşı  həyata keçirdiyi etnik təmizləmə    və 

soyqırımı siyasətinin sistemli şəkildə öyrənilməsinə çox 

böyük ehtiyac duyulur. Bu problem indiyədək alimlər və 

mütəxəssislər tərəfindən araşdırılmış,  bir sıra müxtəlif elmi 

əsərlər, monoqrafiyalar yazılmışdır. 

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soy-

qırımı dünya tarixində yaddaşlardan heç vaxt silinməyən 

Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciə-

lərdən heç də geri qalmır. Hazırda Xocalı  həqiqətlərinin 

dünyaya çatdırılması  və beynəlxalq aləmdə daha geniş ya-

yılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət ve-

rilməsi istiqamətində atılan addımlar Heydər  Əliyev Fondu 

tərəfindən çox uğurla davam etdirilir. Fondun bu istiqamətdə 

fəaliyyəti nəticəsində dünya ölkələri erməni işğalçılarının 

Xocalıda insanlığa sığmayan qətlləri haqqında daha geniş 

məlumatlandırılır. 

Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və 

Çin dillərində  təqdim edilən kitabın  əsas məqsədi Xocalı 

soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə  ta-

nınması məsələlərinin daha dolğun və sistemli şəkildə öyrə-

nilməsidir. Bu baxımdan kitabda Ermənistan silahlı qüvvə-

ləri tərəfindən Xocalı  şəhərinin işğalı zamanı dinc azər-

baycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə 

əsasən  təhlil edilir, eləcə  də Xocalı soyqırımı ermənilərin 


 

ƏLİ HƏSƏNOV 

 



azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi 



ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın 

Dağlıq Qarabağ bölgəsində bu strateji əhəmiyyətli  ərazinin 

tarixinə  nəzər salınır, Xocalı  şəhərinin  əhəmiyyətini artıran 

səbəblər göstərilir. 

 Kitabda Xocalı soyqırımının dünyaya çatdırılması, ona 

siyasi-hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan 

dövlətinin gördüyü işlər, eləcə də Xocalı faciəsinin beynəl-

xalq aləmdə soyqırımı aktı kimi daha geniş tanınması məsə-

lələri tədqiq edilir, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar 

tərəfindən qəbul edilmiş  sənədlər araşdırılır. Xüsusilə, bu 

qırğını soyqırımı  və insanlığa qarşı cinayət kimi tanıyan 

İslam  Əməkdaşlıq Təşkilatının (İƏT) toplantılarında qəbul 

edilən sənədlər də ayrıca təhlil edilir.  

Kitabda Xocalı  şəhərinin tarixi, coğrafi mövqeyi, işğal 

statistikası da verilmişdir ki, bu da Dağlıq Qarabağda strateji 

əhəmiyyətli və əhalisi soyqırımına məruz qalmış ərazi haq-

qında daha ətraflı  məlumat almaq istəyən hər bir insanda 

geniş  təsəvvür yaradacaq. Bununla yanaşı, kitabda bir sıra 

dövlətlərin və  İƏT-in müxtəlif qurumları  tərəfindən Xocalı 

soyqırımının tanınması ilə bağlı  qəbul edilmiş  sənədlər, 

həmçinin BMT Baş  Məclisinin 1948-ci il 9 dekabr tarixli 

260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş və 1951-ci ildən 

qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması 

və cəzalandırılması haqqında” Konvensiya müxtəlif dillərdə 

verilmişdir. Hesab edirik ki, kitab xarici siyasət məsələləri 

ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu audito-

riyası üçün faydalı olacaqdır.  

 


 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

5

 



Xocalı soyqırımı: Səbəbləri, nəticələri  

və beynəlxalq aləmdə tanınması 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏLİ HƏSƏNOV 

 



 



XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara  

qarşı etnik təmizləmə və soyqırımı siyasəti 

 

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhə-



miyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq 

hissəsinə  İrandan və Türkiyədən çoxlu sayda erməni  əhali-

sinin köçürülməsinə XIX əsrin  əvvəllərində başlanmışdır. 

Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX 

əsrin  əvvəllərindən başlayaraq Azərbaycana qarşı  ərazi id-

diaları  və  təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb 

olmuşdur. 

 Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilə-

rinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə 

məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, 

qaçqın və məcburi köçkünə çevrilmişlər. XX əsrin əvvəllə-

rində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proq-

ramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaş-

dırmaq istiqamətində  fəaliyyətini genişləndirərək öz tarixi 

torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma 

yurdlarından qovmaqla etnik təmizləmə  və soyqırımı siya-

sətini həyata keçirməyə başladılar.  

1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qara-

bağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, 

Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbay-

canlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yeti-

rilmiş,  şəhər və  kəndlər yandırılmış  və dağıdılmışdır. Erməni 

silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan 

və  Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən 

artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşı-


 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

7

mız öz doğma yurdlarından qaçqın və  məcburi köçkün düş-



müşlər (2, s.14). Ermənilər 200 mindən artıq azərbaycanlını 

(uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə  həmin 

ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan döv-

ləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar.  

Bu siyasətin davamı olaraq, erməni silahlı qüvvələri tə-

rəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına 

qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngə-

zur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər 

bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və 

viran qoyulmuşdur. 1918-ci il martın 31-də  və aprelin ilk 

günlərində erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc 

azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı in-

sanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgən-

cələrlə və amansızlıqla öldürülmüşdür (3, s.176). Ermənilə-

rin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzin-

də Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla 

qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i 

hazırda mövcud deyil (19, s.47).  

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən 

törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, 

Lənkəranla yanaşı,  Şuşada,  İrəvan quberniyası  ərazisində, 

Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və baş-

qa bölgələrdə amansız  şəkildə davam etdirilməsi nəticəsində 

on minlərlə azərbaycanlı  ən qəddar üsullarla qətlə yetirilmiş, 

bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin 

salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfin-

dən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırıl-

mış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. 

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün 


 

ƏLİ HƏSƏNOV 

 



istifadə edən ermənilər 1920-ci ildə  Zəngəzuru və Azərbay-



canın bir sıra torpaqlarını Ermənistan SSR-yə daxil etməyə 

nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı 

salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı 

dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və 

digər  ərazilərdə  də tarixən yaşamış azərbaycanlıların depor-

tasiya edilməsi siyasətini daha da genişləndirdilər. Bu siyasə-

tin davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq 

hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 

7-də muxtar vilayət statusu verildi (22, s.152-153). Bu qərar 

sovet Rusiyasının himayəsi və  iştirakı ilə  həyata keçirildi. 

Halbuki, keçmiş SSRİ  məkanındakı digər respublikalarda 

Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırdı. 

Bundan başqa, Ermənistanda tarixən yaşayan azərbaycanlı-

ların sayının Qarabağ ermənilərindən dəfələrlə çox olmasına 

baxmayaraq, Azərbaycan onlar üçün Ermənistandan milli-

dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdi. 

Nəticədə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan 

Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş və 

Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan 

məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məc-

bur edilmişdi. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq 

Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə 

alınmadan və onların hüquqları kobudcasına pozularaq 

həyata keçirilmişdi. 

Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün 

pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək 

ərazi iddiaları üçün bir vasitə olmuş  və elə o vaxtdan da 

Dağlıq Qarabağ termini meydana çıxmışdır. Muxtariyyətin 

yaradılması haqqında qəbul edilən dekretdə vilayət mər-


 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

9

kəzinin Xankəndi olması göstərilsə  də, az sonra 1923-cü il 



sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin 

qərarı ilə Xankəndinin adı dəyişdirilib S.Şaumyanın şərəfinə 

Stepanakert adlandırıldı (22, s.187-188).  

Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağ-

lıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, 

sosial və  mədəni məsələləri  əhatə edən muxtariyyətə malik 

olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya 

atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin, bunun 

əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin 

“Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhali-

nin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 

haqqında” qərarına  əsasən 1948-53-cü illərdə azərbaycanlı-

ların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf 

rayonlarından kütləvi  şəkildə deportasiya olunması  nəticə-

sində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın 

aran rayonlarına köçürülmüşdür (30, 31). 



 

XX əsrin sonlarında Ermənistanın Azərbaycana  

qarşı ərazi iddiaları və hərbi təcavüzü 

 

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlə-



rinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə 

“Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaran-

mış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağ-

lıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər 

dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları  kənardan, məhz 

Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır.  

1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son 

dərəcə  gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə  çəkməyə 



 

ƏLİ HƏSƏNOV 

 

10 


çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən 

vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın 

Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazır-

lanmış plan üzrə Xankəndidə  və Yerevanda davamlı  tətillər 

keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil 

edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-

iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların Mər-

kəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin 

yalnız bəhanə,  əsas məqsədin isə Ermənistanın Azərbaycana 

qarşı ərazi iddiası olduğunu göstərdi. 

Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəb-

ləşdi ki, DQMV-nin azərbaycanlı  əhalisinə qarşı silahlı  tə-

cavüz oldu. Belə ki, avqustun axırı  və sentyabrın  əvvəllə-

rində  Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi 

hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə 

yaşayan 15 minə  qədər azərbaycanlını  şəhərdən zorakılıqla 

çıxardılar, onların evləri yandırıldı (6, s.57). 

Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il 

dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə 

pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haq-

qında Konstitusiyaya zidd qərar qəbul etdi (8, s.45). Sovet 

rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermə-

nipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində 

vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV 

və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində 

erməni təcavüzü daha geniş miqyas aldı. 

Bu illərdə Moskva-Bakı  sərnişin qatarlarında, Tbilisi-

Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrut-

ları üzrə avtomobillərdə törədilən terror aktları  nəticəsində 

yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə 



 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

11

azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə 



edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Təəs-

süf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qar-

şısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəti-

cədə, Ermənistandan göndərilən silahlı  dəstələr və  hərbi 

texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı 

cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiq-

yaslı müharibəyə çevrilməsinə səbəb oldu. 

1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən 

hadisələrin gərginliyi get-gedə artırdı. Həmin ilin iyun-

dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin 

Qaradağlı  və  Əsgəran rayonunun Meşəli kəndinə hücumu 

nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı (6, 

s.87). Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, 

Ağdam-Xocavənd və  Ağdam-Qaradağlı avtobuslarının er-

məni silahlı  dəstələri tərəfindən atəşə tutulması  nəticəsində 

17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı   

(6, s.77-78). 1991-ci il oktyabrın sonunda və noyabr ayı 

ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış 

məntəqəsi, o cümlədən Tuğ,  İmarət-Qərvənd, Sırxavənd, 

Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu 

kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər 

tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu 

bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşa-

yan sonuncu yaşayış  məntəqələrini də  işğal etdi. Belə ki, 

fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri 

Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 

13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı  kəndinə si-

lahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götü-


 

ƏLİ HƏSƏNOV 

 

12 


rülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni za-

manda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat 

quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nə-

fəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə 

əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıq-

ları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə sax-

lanılanlara qarşı  vəhşi, vandalizm hərəkətləri ilə davranıl-

ması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, 

dişlərinin zorla çıxarılması, ac-susuz saxlanılması, işgəncə 

verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cina-

yət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən  4 

nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın 

uşaq yetim qalmışdır. Ümumilikdə,  əhalisi ermənilər tərə-

findən  əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, 

yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yeti-

rilmişdir  (6, s.93). 



 

Xocalı soyqırımı – XX əsrin sonunda 

 ermənilərin azərbaycanlılara qarşı həyata  

keçirdiyi ən ağır cinayətdir  

 

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soy-

qırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cina-

yətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi 

yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, 

Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli fa-

ciələrdən heç də  fərqlənmir. Adı  çəkilən hadisələr mü-

haribələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş 

və bütün dünyada geniş əks-səda doğurmuşdur. 

Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 



 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

13

strateji  əhəmiyyətli  ərazi kimi ermənilərin işğalçılıq plan-



larına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km 

şimal-şərqdə, Ağdam-Şuşa və  Əsgəran-Xankəndi yollarının 

arasında yerləşirdi (5, s.10). Şəhərin  əhəmiyyətini artıran 

səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının 

məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı 

qüvvələrinin  əsas məqsədi Xocalıdan keçən  Əsgəran-

Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən 

aeroportu ələ keçirmək idi. 

Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçiri-

lən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azər-

baycanın bu qədim yaşayış məskəninin yer üzündən silinmə-

sini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı 

Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi 

tarix və  mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlı-

lardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 

926 kv.km.) ermənilər yaşayan kəndlərin  əhatəsində  ən 

böyük və qədim yaşayış məskəni olmuşdur (5, s.10). Burada 

qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. 

Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl 

XIV-VII  əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin 

nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silah-

lı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı 

alayının köməyi ilə Xocalı  əhalisini vəhşicəsinə  qırarkən, 

soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur 

hərəkətlərə  də  əl atmış  və Azərbaycan xalqı, eləcə  də  bə-

şəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələ-

rini də dağıtmışlar. 

Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın so-

nundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və 


 

ƏLİ HƏSƏNOV 

 

14 


Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, 

yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də  kəsil-

mişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgə-

ləri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə  nəqliyyat 

vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı 

ilə vertolyot əlaqəsi də  kəsildi. Yəni, 1992-ci ilin yanvarın 

28-də  Ağdamdan  Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çat-

mamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən ra-

ketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 

sərnişin həlak oldu (32, s.282). Bundan sonra isə Ermənistan 

ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar 

yaşayan sonuncu yaşayış  məntəqələrini də  işğal etdilər. 

1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan 

çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sır-

xavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər stra-

teji əhəmiyyətə malik Azərbaycanlılar yaşayan kəndlər ermə-

nilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi   (8, s.63). 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan 

silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-

cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı 

alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş 

maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi 

ilə Xocalını mühasirəyə aldı (32, с.284-286). Ermənilər  ən 

müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-

yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə da-

ğıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə ye-

tirilmişdir (38, s.8). Onların içərisində başları  kəsilən, göz-

ləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər 

şəklə salınanlar çoxluq təşkil edirdi.  

Bu soyqırımı  nəticəsində, rəsmi rəqəmlərə görə, 613 



 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

15

nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri 



qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində 

-  8 ailə tamamilə məhv edilmişdir; 

-  56 insan işgəncə ilə öldürülmüşdür; 

-  27 ailənin yalnız 1 üzvü qalmışdır; 

-  25 uşaq hər iki valideynini itirmişdir; 

-  130 uşaq valideynlərindən birini itirmişdir

-  230 ailə öz başçısını itirmişdir; 

-  487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-

buluğa çatmamışlardır); 

-  1275 insan əsir götürülmüşdür; 

-  1165 insan girovluqdan azad edilmişdir; 

-  150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat 

yoxdur (8, s.67-68). 

Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra 

Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə  qədər 

vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun 

özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən 

böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı 

erməni kəndlərinin mühasirəsində qalmış  şəhərin 3000 

nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq 

üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç 

bir kömək olmadığından həmin  əhalinin demək olar ki, 

böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi. 

İstintaq materiallarından məlum olur ki, hücuma rəh-

bərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran 

Ohanyanın, eləcə  də 366-cı alayın 3-cü batalyonunun ko-

mandiri Yevqeniy Nabokixinin komandasında  əlavə olaraq 

50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər (10, 

s.144-145) 


 

ƏLİ HƏSƏNOV 

 

16 


Bununla yanaşı, erməni-rus birləşmiş silahlı qüvvələ-

rinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan 

və misli görünməmiş  qəddarlığı hadisədən az sonra dün-

yanın  ən nüfuzlu mətbuat orqanlarının səhifələrində  də öz 

əksini tapmışdır. Erməni lobbisinin geniş  fəaliyyət göstər-

diyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 

1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzd-

lu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar 

regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlər-

lə birlikdə  ən müasir hərbi texnikaya, o cümlədən vertol-

yotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi 

düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ 

azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kən-

dində qırğın törətmişlər” (88).  

Bundan əlavə, Fransanın “Le Mond” qəzetində 1992-ci 

il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər 

haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xo-

calıda qətlə yetirilmiş qadınlar və  uşaqlar arasında başının 

dərisi soyulmuş, dırnaqları  çıxarılmış üç meyit görmüşlər. 

Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır” (82). 

Ermənilərin törətdiyi vəhşilikləri sağ qalmış xocalılı-

ların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci 

il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri 

yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 

450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu 

qadınlar və  uşaqlardır. Yüzlərlə, bəlkə  də minlərlə adam 

itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaq-

larla bir yerdə  Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, 

onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri 

yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə,  əri, 



 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

17

qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür” 



(83). Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir 

hərbi texnika ilə Xocalıya geniş miqyaslı hücum etməsi, 

eləcə  də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il 

fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The 

Sunday Times” (London) qəzetlərinin və martın 25-də 

“Krua l`Eveneman” (Paris)  jurnalının və bir sıra dövri 

nəşrlərin səhifələrində də əsaslı faktlar vardır (87, 86, 89). 

Hətta, Rusiya mətbuatında da erməni qəddarlığını sübut 

edən məqalələr yer almışdır. Belə ki, “İzvestiya” qəzetinin 

1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşa-

ğıdakı məlumat öz əksini tapmışdı: “Mayor Leonid Kravets: 

mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. 

Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldü-

rülmüş qadın, uşaq və qoca meyiti görünürdü” (79). Ermə-

nilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən 

Rusiyanın “Memorial” Hüquq-Müdafiə  Mərkəzinin məlu-

matında hətta, dörd gün ərzində Ağdama Xocalıda qətlə ye-

tirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyi-

tin təhqirə  məruz qalması faktı  aşkar edilmişdir. Ağdamda 

181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) 

məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza 

zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə 

yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 

nəfər küt alətlə vurularaq öldürülmüşdür (38, s.8). Bundan 

əlavə,  İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 

mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin 

olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-

cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq 

Qarabağda qalmışdır” (81).  


 

ƏLİ HƏSƏNOV 

 

18 


Bununla yanaşı, keçmiş SSRİ-nin 366-cı motoatıcı ala-

yının Xankəndindən çıxarılması zamanı 25 tank, 87 zirehli 

döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top 

sistemi ermənilərə qanunsuz verilmişdir (8, s.72). Belə ki, 

Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batal-

yonunda onlarca erməni zabiti və giziri iştirak etməsi istin-

taqla da sübuta yetirilmişdir. Xocalı soyqırımında izləri 

itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna 

məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə 

köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi 

heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdır 

(10, s.145). 

Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soy-

qırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb 

qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 

nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 

nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxın-

lığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt 

yolunun 86-cı kilometrində  və s. yerlərdə,  əsir götürülən-

lərdən 18 nəfərini isə  Əsgəran rayon daxili işlər  şöbəsində 

işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər (8, 

s.68-69). Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb eksper-

tizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş 

Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın 

hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağla-

sığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir. 

Bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ  və 

digər işğal olunmuş  ərazilərində, həmçinin Ermənistanda 

saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncə-

lər verilərək, onların bir qismi öldürülmüş və şikəst edilmiş-



 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

19

dir. 1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələri tərə-



findən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş 

ərazilərində, həmçinin Ermənistan  ərazisində saxlanılan 

azərbaycanlı  əsir və girovlara dözülməz işgəncələr veril-

məklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat 

və terror aktlarının törədilməsi,  əhalinin məcburi köçürül-

məsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədə-

niyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdik-

ləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və di-

gər hüquq-mühafizə orqanları  tərəfindən cinayət işləri baş-

lanmış, istintaq aparılmışdır (4). 

İstintaqla müəyyən edilmişdir ki, Ermənistan silahlı 

qüvvələri və keçmiş SSRİ-nin Xankəndində dislokasiya 

olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu 

əməldə Birləşmiş Millətlər Təşkilatının Baş  Məclisinin 

“Soyqırımı cinayətinin qarşısının alınması  və  cəzalandırıl-

ması haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında 

və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nə-

zərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır (13, s.34 ). 

Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 

Xocalı soyqırımını  həyata keçirən Ermənistanın hərbi bir-

ləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş 

sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının hərb-

çiləri tərəfindən beynəlxalq hüquq normalarına da riayət edil-

məmişdir. Xüsusilə, 1949-cu il 12 avqust tarixli “Döyüşən 

silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşı-

laşdırılması haqqında”, “Hərbi  əsirlərlə  rəftar haqqında” və 

“Müharibə zamanı mülki əhalinin qorunması haqqında” 

Cenevrə Konvensiyalarının müvafiq maddələrində  nəzərdə 

tutulan – döyüş  əməliyyatlarında bilavasitə  iştirak etməyən 


 

ƏLİ HƏSƏNOV 

 

20 


şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o 

cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddar-

casına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan 

ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı 

tərzdə  rəftar edilməsi kimi hərəkətlərin qadağan olunması 

barədə tələblər kobud surətdə pozulmuşdur (8, s.69). 

Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş 38 

nəfər – 366-cı alayın hərbi qulluqçuları  və digər  şəxslərin 

Azərbaycan Respublikası CM-in soyqırımına görə  məsu-

liyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq 

əleyhinə, müharibə cinayətlərinə görə  məsuliyyət nəzərdə 

tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi 

köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını 

və adətlərini pozma) maddələri ilə  nəzərdə tutulan cinayəti 

etməkdə  təqsirləndirilən  şəxs kimi cəlb olunmaları barədə 

qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs 

qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata 

keçirilməsi üçün müvafiq sənədlər  İnterpolun Azərbaycan 

Respublikası Milli Bürosuna göndərilmişdir (4). 

İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 2213 nəfər 

şahid və  zərərçəkmiş  şəxs qismində dindirilmiş, 800-dən 

artıq ekspertizalar keçirilmişdir. 366-cı alayın həlak olmuş 

və yaralanmış  hərbi qulluqçularının siyahısının təqdim 

edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçiril-

məsi və ya onlara verilməsi, habelə azərbaycanlıların ya-

şayış  məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə 

atəşə tutulması ilə  əlaqədar məlumatların alınması  və digər 

məsələlərlə bağlı Rusiya Federasiyası, Özbəkistan və 

Qazaxıstan Respublikaları Baş prokurorluqlarına hüquqi 

yardım göstərilməsi barədə təqdimatlar göndərilmişdir (4). 



 XOCALI SOYQIRIMI: SƏBƏBLƏRİ, NƏTİCƏLƏRİ  

VƏ BEYNƏLXALQ ALƏMDƏ TANINMASI 

 

21

Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı 



alayın 2-ci batalyonunun komandiri olmuş mayor Seyran 

Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Res-

publikasının müdafiə naziri vəzifəsində  işləmiş), 366-cı 

alayın 3-cü batalyonunun komandiri olmuş Yevgeni Nabo-

kixin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların 

toplanması  və Azərbaycan Respublikası CM-nin müvafiq 

maddələri ilə  nəzərdə tutulan cinayətləri törətməkdə  təq-

sirləndirilən  şəxslər kimi cəlb olunmaları, eləcə  də  əsir və 

girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə 

qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, 

Bağanıs-Ayrımda və digər yaşayış  məntəqələrində soy-

qırımı, həmçinin Azərbaycan millətindən olan yerli əhalinin 

qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salı-

naraq deportasiya etməklə xüsusilə  ağır cinayətlər törətmiş 

şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat 

tədbirləri davam etdirilir (4). 


  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə