Əliağa
Əlizadənin
anadan
olmasının
100 illiyinə
həsr olunmuş
elmi-praktik
konfrans
Qəzet 1933 -cü ildən çıxır. № 18 (1615) 30 oktyabr 2015 - ci il Qiyməti 40 qəpik
Bu tədris ilində Tibb
Universitetinin 300-
dək tələbəsi xaricdə
təcrübə keçib
Tibb
Universitetinə
qəbul
olunan xarici
tələbələrlə
görüş
BU SAYIMIZDA
5
4
5
5
3
7
2014-2015-ci tədris ilində Tibb Universiteti tələbələrinin
istehsalat təcrübəsinin yekunları müzakirə edilib
2
Oktyabrın 28-də Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular
Kompleksinin açılışı olub.
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak edib.
Prezident İlham Əliyev Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular
Kompleksini işə saldı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi:
“...
Ümumiyyətlə, Azərbaycanda infrastruktur
layihələrinin icrası prioritet məsələdir. Regi-
onların sosial-iqtisadi inkişafı Dövlət proq-
ramlarının əsas məqsədi də Bakıda və bütün
bölgələrdə müasir infrastrukturun yaradılması-
dır. Bu istiqamətdə son illər ərzində çox böyük
işlər görülmüşdür. Demək olar ki, elektrik
enerjisi ilə bağlı bütün problemlər öz həllini
tapmışdır. Biz əvvəlki illərdə xaricdən elektrik
enerjisi alırdıqsa, bu gün nəinki öz tələbatımızı
ödəyirik, eyni zamanda, xaricə də ixrac edirik.
Vaxt var idi ki, biz qaz
idxalı ilə məşğul idik, bizə
qaz çatmırdı. Hazırda
görülən işlər nəticəsində
Azərbaycan nəinki region-
da, dünyada qaz ixrac edən
ölkəyə çevrilir. Biz bütün
bunları son illər ərzində
əldə etmişik. Kənd yolları-
nın tikintisi, sosial infrast-
rukturun yaradılması həm
Bakıda, həm bölgələrdə
geniş vüsət almışdır.
Bu infrastruktur
layihələrinin içində, əlbəttə
ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır.
Çünki içməli su insanların həyatına birbaşa
təsir edən amildir. Şadam ki, bu gün Bakıda və
bütün bölgələrdə içməli su layihələri icra edilir.
Biz artıq bir çox şəhərlərimizdə mənim iştira-
kımla bu layihələrin açılışlarını etmişik. Hələ
ki bəzi rayonlarda işlər davam edir və qarşıya
məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün
şəhərlərində təmiz içməli su fasiləsiz və bütün
əhaliyə verilsin....”