Əlavə məlumat
Əlillərin hüquqlarının müdafiəsi üzrə konvensiya insan hüquqları sahəsində olan
boşluğu aradan qaldırır
Birləşmiş Millətlər Təşkilatı tərəfindən qadınların, uşaqların, miqrant işçilərin və əhalinin
digər təbəqələrinin hüquqlarının müdafiəsi üzrə yeddi konvensiya qəbul edilmişdir. Lakin, 3
may 2008-ci il tarixində qəbul edilmiş əlil şəxslərin hüquqları haqda Konvensiyanın qəbuluna
qədər, dünya əhalisinin ən az hissəsini təşkil edən məhdud imkanları olan insanların üçün heç
bir xüsusi beynəlxalq müqavilə yox idi.
Əksər insanlar belə hesab edirdilər ki, mövcud konvensiyalar digər insanların hüquqları ilə
yanaşı əlil şəxslərin də hüquqlarını müdafiə edir. Lakin, buna baxmayaraq aydın olurdu ki, bu
hüquqları təsdiq etmək üçün hüquqi əhəmiyyət daşıyan müqavilələr olmadan əlil insanlar
qanunda yaşadıqları cəmiyyətdə və beynəlxalq səviyyədə “gözəgörünməz” olaraq qalırdılar.
Bunun nəticəsində bir çox əlil şəxslər gündəlik həyatlarında böyük çətinliklər və ayrı-seçkilik
ilə qarşılaşırdılar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada təqribən 650 milyon nəfər
insan (dünya əhalisinin təqribən 10% - ) müxtəlif dərəcəli əlillikdən əziyyət çəkirlər. Əlillərin
8%-ı (təqribən 400 milyon insan) onların ehtiyaclarının qarşılanması üçün imkanların az
olduğu yoxsul ölkələrdə yaşayırlar. Dünya üzrə əlillər cəmiyyətə inteqrasiya etməkdə
çətinliklə üzləşir, eyni zamanda, aşağı həyat səviyyəsindən əziyyət çəkirlər.
Əgər əlil insanların ətrafında olan yaxın insanlarını da nəzərdə tutsaq, əlilliklə əlaqədar
problemlərlə üzləşən insanların sayı milyardı aşır. Əlilliyin, yoxsulluq göstəricilərinə təsirini,
təhsildən və səhiyyə vasitələrindən istifadəni məhdudlaşdırmasını, həmçinin əlillərin və
onların ailələrinin ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını nəzərdə tutsaq, onda bu məsələnin
nə dərəcədə mühüm olduğunu başa düşmək olar.
Maddə 1-də göstərildiyi kimi, Konvensiyanın əsas məqsədi “əlil insanlara insan
hüquqlarından və əsas azadlıqlarından tam və bərabər imkanlarla yararlanmalarına təkan
vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını
dəstəkləməsi”-dir.
Konvensiya əlillərin ictimaiyyət tərəfindən qəbul edilməsində mühüm irəliləyişi nəzərdə
tutur, belə ki, hər bir şəxs öz həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul insandır.
Bunun əsasında əlil insanlar özlərinə aidiyyatı olan plan və siyasətin tərtib olunması və həyata
keçirilməsi üçün tam hüquqla təmin olunaraq, “hüquq daşıyıcıları” və “hüquqi subyektə”
çevrilirlər.
Əlillik – cəmiyyət tərəfindən yaradılan problemdir
Konvensiya, əsas diqqəti maddi rifahdan, əlillərin fərd kimi ictimai həyatda iştirakı, səhiyyə,
təhsil, məşğulluq və inkişaf resurslarından istifadəsini məhdudlaşdıran bərabərlik və sosial
baryerlərin müəyyənləşdirilməsi probleminə yönəldir.
Konvensiyanı ratifikasiya edən ölkələr əlillərə təkcə zərər çəkmiş ictimai azlıq kimi yox,
dəqiq müəyyənləşdirilmiş hüquqlara malik olan hüquq subyektləri kimi davranmağa hüquqi
məsuliyyət daşıyırlar. Bu ölkələr, eyni zamanda yerli qanunvericiliklər müqavilədə nəzərdə
tutulan beynəlxalq standartlar ilə uyğunlaşdırmaq üçün öhdəlik daşıyırlar.
Uzun illər davam edən ayrı-seçkilikdən sonra Konvensiya, “əlil insanların problemlərinin
nəzərdə tutulduğu” və bütün vətəndaşların bərabərliyinin təbliğ edildiyi insan hüquqları
standartlarını müəyyən edilməsi və onların cəmiyyətdə tətbiqini təsdiqləyir.
Konvensiya, əlilliyi insana məxsus keyfiyyət kimi yox, fərdin və uyğun olmayan mühitin
qarşılıqlı təsirinin nəticəsi kimi göstərir. Bu halda əlilliyin köhnə “tibbi modeli” məhdud fiziki
imkanları olan insanların öz hüquqlarını həyata keçirməkdə imkanlarının ətraf mühit
tərəfindən məhdudlaşdırılmasını nəzərə alaraq insan hüquqlarının müdafiəsi prinsiplərinə
əsaslanan sosial model ilə əvəz olunur.
ÜST-nın tərkibində Beynəlxalq təsnifatın əlilliyi müəyyən etməyinin sosial rakursdan
göstərən yanaşmada əlliliyi müəyyən azlığın deyil, ümumilikdə cəmiyyətin problemi kimi
müəyyən edir: hər kəs sonda əlilliklə nəticələnən sağlamlığı ilə problemləri ola bilər.
Konvensiya əlillərin hüquqları sahəsində ümumdünya standartlarını müəyyən edir.
ÜST-ün müəyyən etdiyi kimi, əlilliyi olan şəxslərin sayı getdikcə artır. Bu növ artımı dünya
əhalisinin sayının artması, səhiyyənin inkişafı və dünya əhalisinin qocalması ilə də
əlaqələndirmək olar. Orta yaş həddi 70 yaş olan ölkələrdə təqribən 8 il müddətində insanlar
əlillikdən əziyyət çəkirlər, bu da onların həyatının 11,5%-ni təşkil edir.
Bir sıra ölkələrdə hələ də əlillik barədə qanun yoxdur. Parlamentlərarası birliyin
məlumatlarına əsasən yalnız ölkələrin üçdə-birində əlillərin hüquqlarını müdafiə edən xüsusi
qanunlar mövcuddur. Konvensiya, müəyyən olunmuş standartlara cavab vermək üçün,
hökumətləri oxşar hüquq normaları yaratmağa və ya mövcud qanunvericiliyə dəyişikliklər
etməyə çağırır.
Konvensiyanın əlavə müsbət tərəfləri də mövcuddur. Konvensiya, əlillərin hüquqları
sahəsində universal hüquqi standartları müəyyən edir; insan hüquqlarının əsas prinsiplərinin
mahiyyətini və əlillərə aid olan vəziyyətlərdə onların tətbiqini aydınlaşdırır; milli
qanunvericilik və dövlət siyasəti üçün dayaq rolunu oynayır; uyğun ekspert orqanı tərəfindən
aparılan nəzarət, eyni zamanda dövlətlərin hökumətləri və qeyri-hökumət təşkilatları
tərəfindən konvensiyanın şərtlərinin həyata keçirilməsi barədə hesabatların hazırlanmasını
nəzərdə tutan effektiv monitorinq mexanizmi təklif edir; eyni zamanda, beynəlxalq
əməkdaşlıq üçün zəmin yaradır. Bu, həmçinin, Konvensiyanı ratifikasiya etməmiş ölkələrdə
uyğun ictimai fikrin formalaşdırılmasına yardım edir.
Bu Konvensiya əlillərin reproduktiv sağlamlığını da nəzərdə tutur. Bu cəhətdən Konvensiya
cinsi və reproduktiv sağlamlığı nəzərdə tutan insan hüquqları sahəsində ilk beynəlxalq
müqavilədir. Aparılan tədqiqatların nəticələrinə əsasən, əlillər cinsi və fiziki zorakılıq hallar
ilə üç dəfə çox qarşılaşırlar, eyni zamanda, onlar HĐVAĐDS riski ilə daha tez-tez qarşılaşırlar.
Danışıqlarda əlil təşkilatların nümayəndələri iştirak etmişdirlər və Konvensiyanın layihəsinə
öz əhəmiyyətli töhfələrini vermişdirlər. Konvensiya müqavilənin şərtlərinin həyata
keçirilməsi və bu prosesin monitorinqini həyata keçirən müstəqil dövlət strukturlarının
yaradılmasını nəzərdə tutur. Əlillər və əlil təşkilatların nümayəndələri bu strukturların
tərkibinə daxil olmalıdırlar.
Əlillər müdafiə vasitəsi əldə edirlər
Könüllü protokolu ratifikasiya etmiş ölkələr üçün ekspertlərdən ibarət qrup məsələnin həll
olunması üçün ölkə daxilində bütün imkanların tükəndiyi halda müqavilənin şərtlərinin
uyğun şəkildə həyata keçirilməməyi barədə fərdi və ya qrup adından təqdim edilmiş
şikayətlərə baxacaq.
Konvensiyaya əsasən əlillər hüquqlarının müdafiələri üçün güclü vasitə əldə edirlər. “Təkcə
Konvensiyanın mövcudluğu əlillərə, onların təşkilatlarına öz ölkələrinin Konvensiyanın
şərtlərinə əməl etmək, onun həyata keçirilməsini xatırlatmaq məqsədi ilə müraciət etməyə
şərait yaradır” – deyə müqavilənin tərtib olunması ilə məşğul olan komitənin sədri Don
Makey bildirdi.
Lakin, Konvensiyada göstərilən hüquqların həyata keçirilməsi üçün ictimai fikrin əsaslı
dəyişdirilməsinə ehtiyac var. Konvensiyada əlillik – zədəli insanlar və ətrafdakı maneələr
arasında bu insanların digərləri ilə eyni əsaslarla cəmiyyətdə tam və effektiv iştirakına mane
olan qarşılıqlı münasibətin nəticəsi kimi müəyyən olunur. Konvensiyada müəyyən olunmuş
məqsədlərin həyata keçirilməsi üçün, əlillərə olan münasibətin dəyişdirilməsi çox vacibdir.
“Əsas mahiyyət neqativ fikrin aradan qaldırılmasıdır” – deyə Merrill Lynch bankının vitse-
prezidenti və anadangəlmə əlil olan Kris Sallivan bildirdi. “Đnsanda əlil deyil, şəxsiyyəti
görmək çox vacibdir. Bunun üçün bizim hə” birimizin düşüncəsinin dəyişdirilməsi lazımdır”
Bu barədə əlavə məlumatı http://www.un.org/disabilities veb saytında və ya BMT-nin
Đnformasiya və Nəşr Şöbəsində məlumat ala bilərsiniz. Bunun üçün bu adresə email
göndərməniz tələb olunur: mediainfo@un.org.