2. Göndərişlərin verilməsi qaydası
2.1. G
öndəriş verilməsi üçün şəxs (qanuni nümayəndəsi) və ya müalicə həkimi tibb
müəssisəsinin Komissiyasına müraciət edir.
2.2. Sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə Komissiya bu qaydanın
1.4.2-ci
yarımbəndində göstərilən hallarda 5 (beş) iş günü ərzində, digər hallarda 10 (on) iş
günündən gec olmayaraq şəxsin tibbi müayinələrinin və müalicəsinin nəticələrini araşdırır,
o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır. Diaqnozun dəqiqləşdirilməsi məqsədi
ilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə bu müddət əlavə olaraq 10 (on)
iş günü artırılır.
2.3. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə əsasən Komissiya tibbi-
sosial ekspertiza müayinəsinə göndərişin verilib-verilməməsi ilə bağlı müvafiq qərar qəbul
edir. Qərar protokolla rəsmiləşdirilir, protokol Komissiyanın sədri və üzvləri tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.
2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o
Komissiya
tərəfindən olduğu yerdə müayinə olunur və bu barədə protokolda və göndərişdə
müvafiq qeydlər aparılır.
2.5. Rəsmiləşdirilmiş protokol əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN),
əlilliyə səbəb olan əsas diaqnoz, onun ağırlaşmaları, yanaşı xəstəliklər və əlilliyin müəyyən
edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir.
2.6. Tərtib edilmiş göndəriş 3 (üç) iş günü müddətində Komissiyanın sədri və üzvləri
tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan
elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə
(bundan sonra
– Reyestr) daxil edilir və şəxsə bu barədə məlumat verilir.
2.7.
Dövlət səhiyyə müəssisələri göndərişin vaxtında verilməsi və yazılmış
diaqnozların dəqiqliyi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır.
2.8.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reyestrə çıxışı təmin edilir.
2.9. B
u Qaydanın 1.4-cü bəndində nəzərdə tutulmayan hallarda göndərişin
verilməsindən imtina edilir.