ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

  
  
SƏRRAF ŞİRUYƏNİN TƏCNİS ÇƏLƏNGİ 
  
Çağdaş poeziyamızın sayılıb-seçilən, əsərləri ilə xalqın 
məhəbbət  və  ehtiramını  qazanan  simalarından  biri  də  döv-
rümüzün  ən  qüdrətli  təcnis  ustadlarından  olan  şair  Sərraf 
Şiruyədir – desək  yanılmarıq. Bu bir aksiomadır. İxtisasca 
riyaziyyatçı olsa da o, rəqəmlərin dili ilə deyil, daha çox sö-
zün sehri, ecazkar qüvvəsi ilə poeziyasevərlərin qəlbini ov-
sunlayıb, hakim kəsilib, ürəklərini fəth edib. Mən bu həqi-
qətin  düzgünlüyünə  şairin  2008-ci  ildə  “Nurlan”  nəşriy-
yatında çap edilmiş on cildlik kitabları seriyasından birinci 
cildlə  tanışlıqdan  sonra  bir  daha  əmin  oldum.  Şair,  təd-
qiqatçı Araz Yaquboğlunun tərtib etdiyi bu kitab Azərbay-
can Milli Elmlər Akademiyası Folklor İnstitutunun direkto-
ru,  filologiya  elmləri  doktoru,  professor  Hüseyn  İsmayı-
lovun “Azərbaycan təcnisinin Sərraf Şiruyə səhifəsi” yazısı 
ilə açılır. 
“Sərraf Şiruyənin yaratdığı cinaslar təkcə texniki ahən-
gi,  yəni  forma  estetikası  ilə  yox,  həm  də  məzmun-məna 
keyfiyyəti ilə seçilir. Şeirdə öz yerində və məqamında işlə-
dilmiş  cinaslar  ona  musiqililik,  melodiklik  gətirir,  forma 
gözəlliyini artırır”. 
Yaradıcılığı xalq şeirinin poetik ənənələri üzərində kök-
lənən, onun bütün imkanlarını özündə birləşdirən, etnik-mil-
li  dəyərlərə  söykənən  Sərraf  Şiruyə  təcnislərində  novator-
luq, forma və məzmun vəhdəti, xalq ruhuna yaxınlıq, leksik, 
qrammatik və fonetik normalara düzgün əməl edilməsi onun 
türk  dilinin  incəliklərinə  dərindən  bələd  olmasından,  xalq 
yaradıcılığından  qidalanıb,  ondan  rişə  almasından  xəbər 
verir. Təcnis janrının incəliklərinə dərindən bələd olmasının 

 
122 
nəticəsidir  ki,  Sərraf  Şiruyə  təcnisin  bir  çox  şəkillərinə  – 
dodaqdəyməz  təcnis,  dodaqdəyməz  cığalı  təcnis,  ayaqlı 
cığalı təcnis, cığalı təcnis, gəraylı təcnis və cinas bayatıların 
ən  gözəl  nümunələrini  yaratmışdır.  Qəlbinin  odunu,  közü-
nü,  gözünün  nurunu  poeziya  işığında  nurlandıran  şair  hə-
min şeirlərlə oxucularının mənəvi dünyasına işıq salır: 
 
Dahilər, şairlər yüzdü, mindimi, 
Başlayır o sayın ayağı məndən. 
Hikmətli sözümlə bal yedirtmişəm, 
Kimsəyə yetməyib ay ağı məndən. 
 
Bəli,  Sərraf  Şiruyə  yaradıcılığı  ilə  tanış  olduqca  onun 
söz  kürəsində  əriyə-əriyə  söz  xalısına  əsrarəngiz  naxışlar, 
ilmələr  toxuduğunun  şahidi  oluruq.  O,  cinaslardan  möhtə-
şəm bir qala qurur, elə bir qala ki, onun bir daşını yerindən 
tərpətsən  gözəlliyi  itər,  məğzi  və  məzmunu  dəyişər.  Cığalı 
təcnis  janrında  yazdığı  “Barı  gül”,  “Min  qala”,  “Oyana”, 
“Yar yara məni”, “Ay sinə-sinə”, “Ayağı gəzər”, “Ha yana 
indi”  şeirlərində  bu  xüsusiyyət  bir  daha  dediklərimizi  təs-
diqləyir: 
 
Ustadım həm Göyçə, həm Qarabağdı, 
Hər ikisi talan bir qara bağdı. 
Sərrafam, Qarabağdı, 
Bağımız qara bağdı. 
Nə karvandı yükü ağ, 
Çatısı qara bağdı. 
Qollarım zəncirdə qara bağdadı, 
Açmaq üçün dağıtginən min qala. 
 

 
123 
Sərraf  Şiruyə  “Qarabağdı”  sözünü  müxtəlif  məna  ça-
larında verməklə dilimizin zəngin, potensial imkanlarından 
məharətlə  bəhrələnmişdir.  Göründüyü  kimi  şair  “klassik 
ədəbiyyatdan  gələn  bənzətmələri  sadələşdirir,  sirli,  müəm-
malı  gözəllik  örtüyünü  götürüb  atır,  həyatın  ən  sadə  həqi-
qətlərindən  gözəllik  heykəli  ucaldır”.  Məhz  elə  buna  görə 
də  dodaqdəyməz  təcnis  janrında  yaradılmış  şeirlər  Sərraf 
Şiruyə qələmində əsas yerlərdən birini tutur. “Hey qala-qa-
la”, “Qan qala” şeirləri də onun söz boğçasının zəngin ol-
masından xəbər verir: 
 
Səyyad, səyyah gəzər dağı, aranı, 
Haqq, nahaq iş gərəkdir ki, aranı. 
Nakəs, nadan qarışdırdı aranı, 
Saldı yenə eli nahaq qan, qala. 
 
Birinci  misrada  “aran”  sözü  isti  yer,  məkan,  ikincidə 
araşdırmaq,  üçüncü  misrada  isə  aranı  qarışdırmaq  anla-
mında ifadə edilmişdir. 
Yaradıcılığında  yüksək  bədii  çaları  ilə  seçilən  və  aşıq 
poeziyasında  çox  az  təsadüf  edilən  gəraylı  təcnis  janrına 
müraciət  etməsi  isə  yüksək  bədii  gözəlliyi  və  təravəti  ilə 
oxucularda böyük maraq doğurur. “Ala dedi”, “Yara yana”, 
“O yar aya”, “Yarı gözlər”, “Yarı dağlar”, “Ay ağı var” və 
s.  əsərlər  öz  bədii  silqəti  ilə  Sərraf  Şiruyənin  mahir  təcnis 
yaradıcısı olmasından xəbər verir: 
 
Şiruyətək səyyada bax, 
Səy fikirdə, səy yada bax, 
Yara gülən səy yada bax: 
Hər gülüşü yarı dağlar. 
 

 
124 
Sərraf  Şiruyə  “səyyada”  sözünü  müxtəlif  məqamlarda 
işlətməklə  dilimizin  zəngin,  potensial  imkanlarından  mə-
harətlə  bəhrələnmişdir.  “Səyyad”  sözü  birinci  misrada  ov-
çu,  ikinci  misrada  səy  fikirli,  üçüncü  misrada  isə  ağıldan 
kəm,  özgə  mənalarında  işlədilmişdir.  “Lirika  ani  və  qüv-
vətli  həyəcanların  məhsuludur”  –  deyənlər  bu  fikirlərində 
həqiqətən də haqlıdırlar. 
Folklorun  ən  geniş  yayılmış  bayatı  janrında  lirik  hiss, 
duyum  və  deyim  tərzi  sadə  və  lakonikdir.  Lakin  eyni  za-
manda  dörd  misrada  öz  düşüncələrini  poetik  şəkildə  ifadə 
etməyin  də  çətinliklərini  hər  birimiz  yaxşı  bilirik.  Əsrlərin 
dərinliklərindən  süzülüb  gələn  bayatılarımızda  xalqımız 
yeri  düşdükcə  cinas  qafiyələrdən  gen-bol  istifadə  etməklə 
əvəzolunmaz  söz  inciləri  yaratmışlar. Əmani, Xətai, Vida-
di,  Vaqif,  Sarı  Aşıq  kimi  sənətkarların  yaradıcılığında  bu 
janra geniş şəkildə müraciət edilmişdir. Sərraf Şiruyənin də 
yaradıcılığında  bayatı janrı  əsas  yerlərdən birini tutur. Şai-
rin  on  cildlik  əsərlər  külliyatının  birinci  cildində  verilmiş 
668 cinas bayatısı dedikləmizi bir daha təsdiqləyir.  
 
Sərraf deyər, qara yaz, 
Nəfəs saldı qara yaz. 
Göyçənin dağlarından – 
Getdi tamam qar, ayaz. 
 
Və yaxud: 
 
Sərrafam, yamanam mən
Yamana yamanam mən. 
Ölüm o gün fərz olar, 
Yamana yamanam mən. 
 

 
125 
Birinci bayatının birinci misrasında “qara yaz” sözü ağ 
kağız  üstdə  qara  yazmaq,  ikinci  misrada  “yaz  nəfəs  salıb 
qarı  əritdi”  dördüncü  misrada  isə  “qar,  ayaz”  mənasında, 
ikinci  bayatının  birinci  misrasındakı  “yamanam  mən”  söz-
ləri “yamanam, hər işi bacaranam” ikinci misrada “pisə pi-
səm”, dördüncü misrada “yamana  yamandığım gün,  yama-
na  birləşdiyim  gün  ölüm  mənə  fərz  olar”  mənalarını  ifadə 
edir.  Əgər  onun  hər  bayatısını  ayrı-ayrılıqda  dağlarımızda 
bitən  rəngarəng  çiçəklərə  bənzətsək,  onda  bu  bayatılarda 
torpaqlarımızın ətrini, rahiyəsini, xalqımızın etnik milli psi-
xologiyasını, ruhunu, Vətənə, yurda, soykökə bağlılığını və 
şairin  könül  çırpıntılarının  əks-sədasını  geniş  mənada  hiss 
etmiş  olarıq.  Bir  sözlə  bu  bayatılar  forma  və  məzmunca  o 
qədər  bir-birinə  bağlıdır  ki,  onları  xalq  yaradıcılığı  nümu-
nələrindən ayırmaq olmur.  
Sərraf Şiruyə təcnislərinin ideya estetik qayəsi oxucuda 
qüvvətli  hiss-həyəcan  doğurması  müəyyən,  konkret  ha-
disələrin  təsviri  ilə  güclü  emosiya  yaratması  baxımından 
müasir  təcnis  yaradıcıları  içərisində  ən  qüdrətli  sənətkarla-
rımızdandır.  Buna  görə  də  hər  hansı  bir  məqalə  və  yaxud 
kiçik bir qəzet yazısında Sərraf Şiruyə kimi qüdrətli söz us-
tadının  təcnis  yaradıcılığını  geniş  şəkildə  tam  təfsilatı  ilə 
araşdırıb təcnissevər oxucu auditoriyasına çatdırmaq qeyri-
mümkündür.  Bu  folklorşünas  alimlərimizin  işidir  və  ina-
nırıq  ki,  Sərraf  Şiruyənin  təcnislərinin  elmi  araşdırılması 
tədqiqatçılarımızın nəzərindən qaçmayacaqdır. 
 “Ədalət” qəzeti, № 65(3141), 
18 aprel 2009-cu il 
 

 
126 
Gülnar SƏMA, 
Ədəbiyyatşünas 
 
ŞEİR BOYDA ŞAİR 
 
Uzun  illərdən  bəri  şirin-şirin  qoşmaları,  təcnisləri,  gə-
raylıları  aşıqların,  xanandələrin  ifasında,  poeziyasevərlərin 
dodağında  qanadlanan  Sərraf  Şiruyə  müasir  ədəbiyyatımı-
zın zənginləşməsində payı olan istedadlı şairlərimizdən biri 
kimi  –  özünü  belə  özününkiləşdirir;  “Görmürsənmi,  saç-
saqqalım qırovdu, Mənim  yurdum Xan Keytidi, Murovdu” 
– deyən şairin simasında vətənnüma bir əzəmətin kök sal-
dığını görürük. Ot kökü üstə necə bitibsə, onu yerindən tər-
pətmək mümkünsüzlüklə uğraşmağa bərabərdi: 
 
Şəhər gur olsa da, kənd əzəlimdi, 
Süslü qoşmalarım, tər qəzəlimdi. 
Yenilməz ərənim, şux gözəlimdi, 
Mən elsiz yaşaya bilmərəm, qardaş. 
 
Bu xitab boş-boşuna müraciət deyil. “Pozub bu yaşım-
da içdiyim andı, Mən elsiz yaşaya bilmərəm, qardaş”- söy-
ləyən  şairin  şəhərlə  kəndi  çox  ustalıqla  ikili  standartlarla 
müqayisəsi diqqəti cəlb edir. Gur şəhərlə müqayisəyə əzəli-
miz  olan  kəndi  nümunə  göstərir.  Sonra  da  onun  orijinal 
epitetlərini nümayiş etdirir; süslü qoşma, tər qəzəl. Maraqlı 
janrların ortaq nöqtəsi olmayan ortaqlığını göstərməyə can 
atır. Belə ki, milli janrımız olan qoşma heca vəznində bənd-
lərlə  yazılır,  lakin  əcnəbi  janr  olan  qəzəl  əruz  vəznində 
beytlərlə  yazılır. Bəs,  görəsən,  şair  nədən  bu iki janrın  ox-
şarlığını tapmağa  can  atıb!?  Yəqin  ki,  əsas  məsələ  onların 
hər  ikisinin  son  misralarının  eyni  qafiyəyə  tabe  olmasıdır. 
Qoşmada dördüncü, qəzəldə ikinci misralar həmişə öz həm-

 
127 
qafiyəsinə sadiqdir. Bu da sübut edir ki, şair ikinci misrada 
işlətdiyi  “qəzəl”  sözünü  sadəcə  “əzəl”  və  “gözəl”ə  qafiyə 
xatirinə  yazmayıb.  Kəndlərimiz  elə  doğma  ocaqlardır  ki, 
orada  qoşma  kimi  öz  qanımızdan  olanlar  da,  qəzəl  kimi 
bizə pənah gətirənlər də mehribanlıqla  yaşaya bilirlər. Şair 
bölgələrimizə  çəkinmədən  əsl  qiymətini  verir.  “Cənnət  dе-
dikləri  düzdürsə  əgər,  Cənnətdən  səfаlı  yеrdi  Kəlbəcər”. 
Vurğulanır ki, əgər həqiqətən  də dini dünyagörüşünə əsas-
lanan  cənnətməkan  bir  yer  varsa,  onu  bu  dünyada  da  gör-
mək olar.  Amma birdən  yada düşür ki,  Kəlbəcər nə vaxtdı 
əsl cəhənnəmi elə bu dünyada  yaşayır. Bu aqibəti yaşayan 
təkcə bir şəhər olsaydı nə vardı ki... 
 
Şişdağ Keyti səmtə gözünü dikib,  
Keyti ağı deyib, boynunu büküb.  
Deyirlər ki, Alagöldən perikib,  
Sonam, a Kəlbəcər, sonam, a Göyçə!  
Anam, a Kəlbəcər, anam, a Göyçə! 
 
Bənddə  məqsədyönlü  şəkildə  zəbt  olunmuş  toponomik 
ərazilərin  adı  çəkilir.  “İnan  bir  bu  sözümə:  sən  üçün  göz 
yaşlarım,  Göllənsə  ləpələri  ətək-ətəkdi,  Göyçə”.  Şair  qoy-
nunda doğulub, boy atdığı ana Göyçəni inandıracağına çə-
tinlik  çəkəcəyini  zənn  edir.  Lakin  son  ümidinin  hələ  də 
ümidləndiyini  xatırlayır.  “Ömrümün  son  anında  ümidim, 
gümanım  var,  Yanağım  torpağına  söykənəcəkdi,  Göyçə”. 
Bu  həsrətin  sona  yetməsinə  inamını  itirmək  istəmir,  çünki 
sonunda onu şirin vüsal gözlədiyindən əmindir: 
 
Şirin öpüş alım bulaqlarından,  
Sərin meh istəyim yaylaqlarından,  
Tökülüm sinənə yanaqlarından,  
Ağlar gözlərinin yaşına dönüm. 

 
128 
 
Doğma torpağının bulaqlarından alacağın öpüşə həsrət 
qalmağın  hüzünlü  aqibəti  hiss  olunur.  Hələ  özünü  istəyə 
bilmədiyimiz  yaylaqların  mehini  də  istəyə  biləcəyinə  ina-
nır. “Hüsnünə  tamaşa  eyləmək üçün, Uca  qayaların qaşına 
dönüm”  –  söyləyir. Bu məqsədin çox  yozumları  var.  Dili-
mizdə  qayaların  qaşı  anlamında  çoxmənalılıq  var.  Həm  də 
“qaşına dönüm” ifadəsində  “dönmək”  feili geriyə  qayıdım 
mənasını  da  verir.  Yurd-yuva  niskilli  şair  bu  geri  dönüşün 
vacibliyini də nəzərə çatdırır, çünki: 
 
Müşgülüm düşüb dərinə, 
Bir dərdim həsrət biri nə? 
Ər babamın yurd yerinə, 
Gəlib özgə dəyə düşüb. 
 
Özgələrin dəyə qurub, yurd saldığı yerlərdən bizim izi-
miz  silinməkdədir.  Bu  elə  bir  dərinliyə  düşmüş  müşküldi 
ki, onu hansı dəli quyuya atıbsa, indi dünyanın bütün ağıl-
lıları yığılır, çıxara bilmir. Bəlkə də, istəsələr o quyuya daş 
atanların  daşlarını  çoxdan  atardılar,  amma  nədənsə,  dərd-
lərimiz bir-birinə həsrət qala-qala qalıb. Bu da şairin əhva-
lına təsirsiz ötüşmür: 
 
Sərraf Şiruyəyəm, halım pərişan, 
Hər saçım həsrətdən verir bir nişan. 
 Gözlərim ağlardı, ürəyim şan-şan,  
Ömrümün sən görən vədəsi deyil. 
 
Göründüyü  kimi,  ustad  sənətkarın  yaradıcılığı  yalnız 
yurd  niskilli  əsərlərlə  məhdudlaşmır.  Didaktik  məzmunlu 
şeirlər də novatorluğu ilə seçilir: 

 
129 
 
Çoxu əməlinin oldu qurbanı,  
Bir kimsə demədi, günah öldürdü.  
Lənət də yağdırdı çoxu göylərə,  
Dedilər – yazığı Allah öldürdü.  
 
Etdiyimiz  əməlləri  törədərkən  nəyin  günah,  nəyin  sa-
vab  olduğunun  fərqinə  varmırıq.  Sən  demə,  ciddiyə  alma-
dığımız  bir  çox  şeylər  ömrümüzə  günah  kimi  yazılır.  Üzü 
göylərə  ünvanladığımız  lənətlərin  məhvimizə  bədəl  oldu-
ğunun fərqinə varmırıq. Amma unutmaq lazım deyil ki, hər 
“yazığın”  qismətində  Allah  tərəfindən  müəyyən  olunmuş 
bir ölüm ərməğanı var. Biz sadəcə olum və ölüm anları kə-
sişənə  qədər  bizə  verilən  zaman  kəsiyinə  məharətlə  sahib 
çıxmalıyıq.  “Tənbəl  hey  söylədi:  “Allaha  pənah”,  Bax,  o 
yazığı  da  pənah  öldürdü”.  Bu  doğrudan  da  belədir,  lazım 
olmayan  anda  həyatdan  “tayımaut”  götürməyin  də  nəticəsi 
ürək  açan  olmur.  “Çoxları  özünü  atdı  meydana,  Kürəyi 
dəyməyən yerə görmədim” – qənaətindən də belə nəticə çı-
xır ki, uduzacağını bilə-bilə qələbə eşqinə düşmək də məğ-
lubiyyətə  aparır.  “Yetişməmiş  meyvə,  dəyməmiş  bostan, 
Zavala düşməsə, dərilər? Yox, yox!” 
 
Qəm-kədər əlindən ürəyimdə yük,  
Gərgədan yükündən ağır olubdu.  
O qədər barmağım haqdan yazıbdı,  
Qatır beli kimi yağır olubdu. 
 
Bu bənddə şair çox maraqlı bir bənzətmə verir; haqdan 
yazan barmaqla  yağır olmuş qatır beli. Müqayisə qeyri-adi 
olsa da, düşündürücüdür. Yəni bu qədər haqqa çağırış mis-
siyalı  yazılar  yazılır,  onların  bir  xeyri  yoxdusa,  bu  qədər 

 
130 
əziyyəti  nə  üçün  çəkirik!?  Qəribə  budur  ki,  qatır  insanlar 
üçün işləyirsə, insanlar bundan yetərincə faydalanır, amma 
insan  insanı  haqqa  dəvət  edirsə,  bu  nəticəsiz  qalır.  Bu  da 
şairi  heyvanların  rəftarına  da  müdaxilə  etmək  zorunda 
qoyur: 
 
Sus! Ey qəlbi təşnə, yaralı bülbül, 
Sənin ki, səsinə biganələr var. 
Dağılma bəxtimtək, ey qara tellər, 
Səni darıyacaq yad şanələr var. 
 
Deyəsən,  bülbül  də  insanlar  üçün  haqq  nəğməsi  oxu-
yurmuş, ona görə də, onun da səsinə biganə qalırlar. Sənət-
kar  cansızlara  qədər  müraciətlərini  davam  etdirir.  “Yanıb 
külə  dönmə,  ey  şam,  ey  çıraq,  Yarasa  ürəkli  pərvanələr 
var”. Daha tutarlı əsaslara istinad edir. “Caynağı tutanların 
pulu  dağlar  oynadır,  Fəqir-füqara  üçün  pul  ova  dönüb 
indi”.  Əgər  vaxtı  ilə  dahi  şairimiz  Füzuli  eşqin  gücündən 
bir  dağı  bir  dırnaq  ilə  qoparırdısa,  indiki  pullular  bir  dağı 
bir  caynaq  ilə  də  qoparırlar.  Kasıb  fəqirlər  isə  pul  ovuna 
çıxsalar  da,  güllələri  boşa  çıxır.  Bunun  da  özəl  səbəbləri 
var. “Seyid tamahına satdı cəddini, Axund, molla din-imanı 
korladı”.  Aydınca  görünür ki, hər həs öz  ixtiyar  sahibi ol-
duğu sahəni korlayır: 
 
Gördükcə yaşılbaş, qırmızı donlu, 
Getdi qulluğuna xonçalı, xonlu. 
Zinalıq eylədi ətəyi unlu,  
Dəyirmançı dəyirmanı korladı. 
 
Ümumiyyətlə,  Sərraf  Şiruyənin  didaktik  fikirləri  yetə-
rincədir. Ustad şairin bu cürə əsərlərinin alt yapısında dün-

 
131 
yagörmüş bir el ağsaqqalının nurlu siması görünür. “Şamın 
şöləsinə  pərvanə  yanar,  Yarasa  ömründə  çıraq  görməyib” 
və  ya “Mən  yaltağı tanıyıram, Qurumsağın tayı kimi” mis-
raları fikrimizə haqq qazandırır: 
 
Çay var kükrəsə də, suyu içilməz,  
Sısqa var, damlası baldan seçilməz.  
Elə günah var ki, ondan keçilməz,  
Qan var bağışlanır, üzə çəkilmir.  
 
Bu  nümunədə  maraqlı  qarşılaşdırmalar  verilmişdir. 
Kükrəyən  çayın  suyunun  içilmək  şansı  olmaya  da  bilər. 
Amma  ki,  elə  sısqa  bulaq  olar  ki,  onun  bir  qətrə  suyu  bal-
dan  da  dadlı  olar.  Şair  bu  müqayisələrə  günahı  da  əlavə 
edir. “Günahdan keçilməz” ifadəsi  bir neçə  cür başa düşü-
lür.  Həm  günahından  keçmək  olmaz,  həm  də  elə  günahlar 
var ki, onlardan yan keçmək mümkün olmur. Məsələn: qanı 
bağışlamq  kimi.  Bu  da  iki  cür  anlaşıla  bilər.  Bir,  kimisə 
tökdüyü qana görə bağışlamaq, bir də, kimisə qana salmaq, 
onu  qan  tökməyə  məcbur  etmək.  Qanın  üzə  çəkilməsi  də 
müxtəlif  cür  anlaşıla  bilər.  Bu  yerdə  ikili  məna  ilə  qarşı-
laşırıq, həm həqiqi, həm də məcazi. Qoyunu qurban kəsən 
zaman  qanı  üzümüzə-alnımıza  çəkirik  ki,  bu  da  həqiqətən 
üzə  qan  çəkilməsidir.  Məcazi  mənada  qanın  üzə  çəkilməsi 
isə  o  deməkdir  ki,  tökülən  qanı  kiminsə  üzünə  çəkmək. 
Şairin  həyati  müşahidələri davam edir, “Kömür də  qaradı, 
ancaq  sürmətək, Nə  qaşa,  nə  də  ki,  gözə  çəkilmir”.  Bu 
misralarda isə eyni rəngliliyin müxtəlif çalarlılığı üzə çıxır. 
Bir  başqa  şeirində  isə  dilimizdə  işləkliyi  olmayan  sözün 
işlədilməsi maraq doğurur: 
 
 

 
132 
Düzlükdən dəm vuran yalançı imiş,  
İlandan qorxanlar ilançı imiş,  
Cərrah cərrah deyil, palançı imiş,  
Dünyada nə qədər palançı varmış. 
 
Bu bənddə diqqəti çəkən “ilançı” sözüdür ki, onun ədə-
bi dildə və  ya xalq  danışıq dilində istifadəsinə rast gəlmək 
olmur.  Başqa  bir  şeirində  isə  peyzaj  lirikasının  fərqli  rəs-
miylə qarşılaşırıq. 
 
Sərin meh  çöllərin təmiz nəfəsi, 
Yarpaq pıçıltısı, meşənin səsi. 
Duman dərələrin həya pərdəsi, 
Qayalar dağların oğludu, oğlu. 
 
Bəndin  hər  misrasında  bir  yenilik  nəfəsi  göz  oxşayır. 
Mehin  nəfəslə,  yarpaq  pıçıltısının  meşə  səsiylə,  dumanın 
həya pərdəsiylə təşbet edilməsi çox uğurlu alınıb. Qayaların 
dağlarla  belə  qan  qohumu  olması  fikri  isə  yeni  deyim 
formasıdır. Bu ata-balalar həmişə bir-birinə dayaq olubdur. 
Təbiətdən yazdığı şeirlərdəki özünəməxsusluğu onun sevgi 
tutumlu şeirərində də sezmək mümkündür: 
 
İlk eşqin həsrəti, ilk eşqin dağı, 
Sevən ürəklərdə xal kimi qalır. 
Dönür xatirəyə ilk görüş günü, 
İlk öpüş dodaqda bal kimi qalır. 
 
Bu  bənddə  dörd  dənə  ilki  olan  obyektin  poetik  məna-
landırılmasını görürük. Bunlar ilk eşqin həsrəti və dağı, ilk 
görüş və ilk öpüşdür. Əslində bu ilklər barədə ədəbiyyatda 
kifayət  qədər  poetik  nümunələr  var,  lakin  bunların  hamı-

 
133 
sının bir arada bu cür  əlaqələndirilməsi çox orijinal alınıb. 
Bu  üzdən  də  yazar  vurğulayır  ki,  “Mən  eşq  dəlisiyəm,  sən 
rütbə,  şöhrət,  Mən  səni  ağlayım,  sən  məni  ağla”.  Qəribə 
burasıdır ki, hərəsi bir şeyin dəlisi olan bu sevgi əhli - necə 
bir-biri üçün ağlaya bilər? Güman  ona qalır ki, “Bəlkə, ta-
leyimə, eşqimə mənim, Bitibsən, yeganə bənövşə gəl, gəl”. 
O bənövşə  misallı  gözəl üzünü  yan çevirəndə şair düşünür 
ki, “Fələyin verdiyi dərdlərdən betər, O qız ürəyimi dağladı 
getdi”. Bu  qız  üzünü  hansı  tərəfə  çevirdisə,  orada  bir  şeir 
çiçəklədi. 
 
Ayın yarısına yar vədə verib, 
Hesablayın görün, ay yarıdımı? 
Buludlu gecələr qoymur görünə, 
Bilinmir Ay bütöv, Ay yarıdımı. 
 
Sərraf  Şiruyə  yaradıcılığında  sevgi  rahiyəli  bu  cür 
təcnislər  az  deyil.  Onlardan  bir  neçəsini  maraqlı  örnəklər 
kimi göstərmək olar:  
 
Gördüm camalını, yar Aya dönüb, 
Bir günün çevrilib, yar, aya dönüb! 
Şiruyə, dərmansız yaraya dönüb, 
Az qalır canımı o gözlər ala. 
 
Yaradıcılığının ümümi mahiyyəti xalq şeirinin gələnək-
lərindən  bəhrələndiyi  üçün,  başqa  janırlara  nisbətən  təcnis 
janrında  yazmış  olduğu  şeirlərə  şairin  poeziyasında  daha 
çox  rast  gəlinir.  Ona  görə  də,  deyə  bilərik  ki,  poeziya-
sevərlərin  sənətkara  “Təcnis  Şiruyə”  adı  verməsi  heç  də 
təsadüfi  deyil.  Ümumiyyətlə,  təcnis  janrı  ünlü  şairin  yara-
dıcılığında  ayrıca  bir  tədqiqata  layiqdi.  Bu  təcnislər  ən 

 
134 
müxtəlif  mövzuları  əhatə  edə  bilər.  Hətta,  klassik  sənət-
karlarımıza ithaf olunanları da var. Nümunə üçün baxaq: 
 
Üfüqdən qızaran ağ da ban deyil, 
Qədəmi sayalı ağ daban deyil, 
Ağdaban sən görən Ağdaban deyil, 
Məzarı ay girov, ay əsir dədəm. 
 
Təcnisin  mövzusundan  şeirin  Aşıq  Şəmşirə  həsr  edil-
diyini  anlamaq  olur.  Bu  tipli  yetərincə  misallar  gətirə  bi-
lərik.  Çoxşaxəli  yaradıcılığa  malik  olan  Sərraf  Şiruyə  öz 
oxucularını həmişə düşünməyə dəvət edir. 
SENET.AZ  Ədəbiyyat və Sənət Dərgisi, 
23 mart 2015-ci il 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin