Əlisa əHMƏdov



Yüklə 374,65 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix26.12.2016
ölçüsü374,65 Kb.
#3390
1   2   3   4
Key  words:  moral  education,  spiritual  knowledge,  moral  support,  spiritual  life,  healthy  re-

quirements, self-expression 

   


Hazırkı  dövrdə  şəxsiyyətin  mədəni  səviyyəsinin  yüksəlməsində,  onun  mənəvi  aləminin 

zənginləşməsində  sağlam  tələbatın  böyük  rolu  vardır.  “Tələbatın  sağlamlığını,  ağlauyğunlu-

ğunu  qiymətləndirmək  həmişə  ictimai  etalonun  olmasını  nəzərdə  tutur.  Bu  etalona  uyğun 

gəlməyən tələbat qeyri-sağlam tələbatlar sırasına keçir”(1,с.19). 

Tələbatın  sağlamlığı,  ağlauyğunluğu  meyarları  ümumbəşəri  əxlaq  tərəfindən  hazırlan-

mışdır. Bu əxlaqın norma və tələbləri əsrlər boyunca formalaşmış, şifahi xalq yaradıcılığında, 

məişət  mərasimlərində  və  dini  mərasimlərdə,  gündəlik  həyat  tərzində  təcəssüm  tapmışdır. 

Xalq  təsəvvüründə  o  tələbat  sağlam  sayılmışdır  ki,  onun  təmin  edilməsi  insanın  özünə  zərər 

vermir,  haqq,  ədalət  tələblərinə,  düzlük  və  əməksevərlik  ideallarına  uyğun  gəlir.  Əksinə, 

tamahkarlıq,  acgözlük,  hədd-hüdud  bilməmək,  avaralıq  və  sairlə  bağlı  hər  şey  qeyri-sağlam 

tələbat adlandırılmışdır. 

Bizim  cəmiyyətdə  o  tələbat  qeyri-sağlam  tələbat  sayılır  ki,  onun  təmin  edilməsi  insan 

orqanizminin  normal  fəaliyyətinə  və  inkişafına  əngəl  törədir,  şəxsiyyətin  düşkünləşməsinə 

gətirib  çıxarır,  fərdin  və  ya  sosial  qrupun  daha  geniş  sosial  birliklərlə  və  bütövlükdə  cəmiy-

yətlə  ziddiyyətə  girməsinə  səbəb  olur.  Bu  mənada  qeyri-sağlam  tələbat  patoloji  tələbat  da 

adlandırıla bilər. Buraya həm fizioloji patologiya (spirtli içkilərə, papirosa, narkotik maddələrə 

həddindən  artıq  aludəçilik),  həm  də  sosial  patologiya  daxildir.  Sosial  patologiya  cəmiyyətə 

zidd  tələbatda  təzahür  edir.  Bu  cür  tələbatın  ödənilməsi  subyektin  antisosial  hərəkətləri 

hesabına başa gəlir.  

Sağlam, ağlauyğun istehlak və sağlam tələbat eyni şey deyildir. Əşyabazlıq və istehlakçı-

lııq haqqında diskussiyalarda çox vaxt belə bir mühakimə ilə qarşılaşırıq: insana istədiyi qədər 

maddi nemət verin, hədsiz istehlakın gərəksizliyini o özü başa düşəcəkdir. Son dərəcə  yanlış 

fikirdir! Hədsiz-hüdudsuz istehlak, ola bilsin, bədəni bəzəyir, lakin qəlbi əsarət altına alır. İs-

tehlakçı ideallarının təşəkkülünü özbaşına buraxmaq, istehlak mədəniyyəti formalaşdırmamaq 

meşşan  psixologiyasının  hücumları  qarşısında  geri  çəkilmək  demək  olardı.  Bu  psixologiya 

üçün  “kifayətdir”  sözü  mövcud  deyildir,  çünki  meşşanın,  istehlakçının  həyat  kredosu  daim 

tələb  edir:  “Yenə  verin!”,  “Azdır!”,  “Başqalarında  olduğundan  çox  istəyirəm!”.  Bu  isə,  öz 

növbəsində, o deməkdir ki, tələbatın şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafına uyğunluğu 

meyarı pozulmuşdur. 



168                                                                             Müasir dövr                                                                            

Tarix və onun problemləri, № 1 2013

 

 

B.S.Yerasovun  düzgün  qeyd  etdiyi  kimi,  “insan  tələbatının  sağlamlığı,  ağlauyğunluğu 



meyarları istehlaka münasibətdə həm də əxlaqi meyarlardır. Yüksək əxlaqi mədəniyyətə malik 

şəxsiyyət  cəmiyyətin  imkanları  ilə  hesablaşmaya  bilməz,  o  şeyi  tələb  etməz  ki,  cəmiyyət 

hələlik həmin tələbatı ödəmək iqtidarında deyildir” (2,c.45). 

Xüsusi  qeyd  etmək  lazımdır  ki,  insanların  ictimai  tələbatının  strukturunda  baş  verən 

keyfiyyət dəyişiklikləri sosial-mədəni tələbatın birinciliyini, şəxsiyyətin həyat fəaliyyətində bu 

tələbatın  mühüm  əhəmiyyətini  şübhə  altına  ala  bilməz.  Məlumdur  ki,  ən  zəruri  ehtiyac  və 

tələbat  ödəndikcə,  maddi  və  mənəvi  tələbatların  qarşılıqlı  nisbəti  dəyişir:  sosial,  yaradıcı, 

mənəvi tələbatın əhəmiyyəti və rolu getdikcə artır. 

Bəzən  deyirlər  ki,insana  az  şey  lazımdır.  Əgər  ən  adi  tələbat  nəzərdə  tutulursa,  bu, 

güman ki, belədir. Lakin insanı yaşadan yalnız belə adi tələbat deyildir. Tarixdə tələbatın süni 

surətdə məhdudlaşdırılması və özünüməhdudlaşdırma cəhdləri çox olmuşdur. Öz tələbatını sa-

dələşdirmək imkanı xülyasından  hətta L.N.Tolstoy kimi bir şəxsiyyət də  yaxa  qurtara  bilmə-

mişdir. Lakin böyük yazıçının özünüməhdudlaşdırma cəhdləri çox ciddi mənəvi əzablar baha-

sına başa gəlmişdir. A.P.Çexov L.N.Tolstoya məntiqli, dəlilli-sübutlu etiraz etmişdir: “Tolstoy 

deyir ki, insana cəmi-cümlətanı üç arşın  torpaq lazımdır. Boş  sözdür  – üç arşın torpaq ölüyə 

lazımdır, diriyə isə bütün yer kürəsi gərəkdir” (3, c.221). 

Şəxsiyyətin  sağlam,  ağlauyğun  tələbatının  formalaşmasından  danışarkən  maddi  tələbatı 

mənəvi tələbata, məişət tələbatını estetik tələbata və s. qarşı qoymaq, əlbəttə, düzgün olmazdı. 

İnsanın mədəni cəhətdən zənginliyi onun tələbatının zənginliyindən asılıdır. 

Özünüifadə tələbatı şəxsiyyətin tələbatlar sistemində xüsusi yer tutur. Digər tələbatlardan 

fərqli olaraq o, irəlicədən müəyyənləşdirilmiş obyektiv istiqamət tanımır.Məsələn, əgər maddi 

tələbatın obyekti maddi nemətlər, idrak tələbatının obyekti bilik, estetik tələbatın obyekti incə-

sənət və sairdirsə, özünüifadə tələbatı maddi nemətlərin istehlakı zamanı da, biliklərə  yiyələ-

nərkən də, bədii yaradıcılıqda da təmin oluna bilər. “Mədəniyyət: nəzəriyyələr və problemlər” 

adlı kitabda deyilir: “Tələbatın özünüifadəyə  hansı fəaliyyət növündə  yol tapmasından, daha 

doğrusu  bu  tələbatın  hansı  başqa  tələbata  qoşulmasından  asılı  olaraq  şəxsiyyətin  idrak,  icti-

mai-siyasi,  estetik  və  s.  meylindən  danışmaq  mümkündür”  (4,  c.47).  Əgər  nəzərə  alınsa  ki, 

mənəvi  tələbat  maddi  nemətlərin  istehlakında  və  istehsalında  öz  ifadəsini  tapa  bilər,  onda 

mənəvi-istehlakçı və mənəvi-yaradıcı meylləri fərqləndirmək qanunauyğun olar. 

Cəmiyyət insanın hansı özünüifadə, özünütəsdiq üsulu tapmasında maraqlıdır. Özünüifa-

də tələbatının ictimai-faydalı əməkdə təmin olunması bir şeydir, özünüifadənin ən yüksək for-

ması  kimi  köhnə  sikkələr  toplamaq  başqa  şeydir,  birisinin  özünü  xuliqanlıq  hərəkətləri  ilə 

təsdiq etməyə çalışması isə artıq tamamilə ayrı şeydir. Özünüifadə tələbatının saxta yolla ödə-

nilməsi saxta tələbat, saxta özünüifadə doğurur. İstehlakçılıq, fərdin özünü malik olduğu əşya-

larla  təsdiq  etmək,  ətrafındakıları  bahalı  zinət  əşyaları  ilə,  dəbin  “son  sözü”  ilə  heyrətləndir-

mək meyli saxta özünüifadəyə misal ola bilər. Əsl özünüifadə yalnız sağlam, ağlauyğun tələ-

batın ödənilməsi zamanı mümkündür. 

Şəxsiyyətin özünüifadəsi çoxcəhətlidir. Həm də insan mənəviyyatca nə qədər zəngindir-

sə, o, yeni özünüifadə üsullarını da bir o qədər asan tapır. Şəxsiyyətin özünüifadəsi meydanına 

çevrilə bilməkdən ötrü əmək istirahətlə növbələşməlidir. Əmək və istirahət, mənəvi dəyərlər 

yaradılması və onların istehlakı, elmi iş və bədii  yaradıcılıq-  özünüifadə tələbatı bu və buna 

bənzər  fəaliyyət  sahələrinin  növbələşməsində  təzahür  edir.  Görünür,  heç  kəs  buna  şübhə  et-

məz ki, Albert Eynşteyn üçün başlıca özünüifadə sahəsi skripkada çalmaq yox, elm olmuşdur. 

Lakin  məgər  skripkada  çalmaq  nisbilik  nəzəriyyəsi  yaradıcısı  “Mən”inin  təzahürünə  xidmət 

etməmişdirmi? Kim bilir, A.Eynşteyndə elmi  yaradıcılığa tələbatla yanaşı başqa  bir tələbat – 




Yüklə 374,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin