158
çalıĢırlar. Bu məkrli plan baĢ tutmasa
da, 2800 hektar Kəlbəcər torpağı Ermənistan
SSR-ə bağıĢlanır.
1953-cü ilin dekabr ayında Ermənistan SSR Azərbaycan SSR-in Gədəbəy
rayonunun 730 hektarlıq ərazisini mübahisəli hesab edərək onun qaytarılmasını
SSRĠ hökumətindən tələb edir. Moskva nümayəndə heyəti yerdə yoxlama
apararkən müəyyən edir ki, qeyd olunan ərazi Ermənistan SSR ilə heç bir təmas
xəttinə malik deyil və sərhəddən 50 km aralıda yerləĢir. Ermənistan hökumətinin
iddiası əsassız hesab edilir. Lakin ermənilər bu məsələni 1968-ci ildə təkrar ittifaq
səviyyəsində qaldırırlar. Moskvada lövbər salmıĢ ermənilərin əli ilə Sov.ĠKP MK
özünün 23 iyun 1968-ci il tarixli sərəncamı ilə məsələni mübahisəli hesab edir. Bu
dəfə komissiya 1898 və 1903-cü illərin xəritələri üzrə bu mübahisəyə son qoyur.
Arxiv araĢdırmaları zamanı
aydın
olur ki, 1953-cü ildə Bakıda xəritələri tərtib edən
2 erməni – Kələntərov və Qadaqçiyev fırıldaq iĢlədərək belə bir ərazi
mübahisəsinin yaranmasına qəsdən fitva veriblər. Bütün bunlara baxmayaraq,
ermənilər 1986-cı ildə bu məsələni M.S.Qorbaçovun qarĢısında qaldırırlar.
M.S.Qorbaçov bu məsələni öz Ģəxsi nəzarətinə götürür. Lakin hadisələrin sonrakı
gediĢi ermənilərin bu torpaq iddialarını həyata keçirmələrinə mane olur.
1828-ci ildən keçən 140 il ərzində Qərbi Azərbaycandakı Azərbaycan
türklərinə məxsus torpaqların 87,1%-i ermənilər tərəfindən mənimsənilir.
1969-cu ilin mayında Laçın rayonunun Qaragöl yaylağı, Qazax rayonunun
Kəmərli kənd ərazisinin bir hissəsi, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin
bir hissəsi, Qubadlı rayonunun Çayzəmi ərazisi - ümumilikdə 18000 hektar torpaq
Ermənistan SSR-ə ilhaq edilir.
1982-ci ildə Qazax rayonunun Ġnçədərə yaylağı, Kəmərli, Aslanbəyli,
Qaynaqlı kəndlərinə məxsus 5000 ha ərazi Ermənistan SSR-ə ilhaq edilir.
1988-1991-ci illərdə azərbaycanlılar yaĢayan 172 türk kəndinin, 94 qarıĢıq
kəndin türk əhalisi Qərbi Azərbaycandakı (Ermənistan SSR) tarixi torpaqlarından
erməni-daĢnak faĢistləri tərəfindən qaçqın salınır. Sonuncu Azərbaycan kəndi olan
Nüvədi 8 avqust 1991-ci ildə boĢaldılır. Beləliklə, erməni-daĢnak faĢistləri
monoetnik, türksüz Ermənistan Respublikası yaratmaq «proqramını» həyata
keçirməyə müvəffəq olurlar. Azərbaycan türklərinə məxsus 8 min km
2
-dən çox
torpaq mənimsənilir.
Bununla kifayətlənməyən erməni-daĢnak faĢistləri DQMV-nin Ermənistan
Respublikasına qatılması üçün Azərbaycan Respublikasına qarĢı elan olunmamıĢ
lokal terror müharibəsinə baĢlayırlar. Nəticədə Azərbaycan Respublikasının 20%
torpaqlarını iĢğal edirlər. 900 yaĢayıĢ məntəqəsinin türk əhalisini yurd-yuvasından
didərgin salırlar. RF ilə hərbi ittifaqa girən ER DQMV-ni Ermənistana
birləĢdirmək niyyətdən heç cür əl çəkmək istəmir. Günü bu gün də AR-nın
ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarını iĢğal altında saxlayır.
Dostları ilə paylaş: