247. Erməni nümayəndə heyəti erməni məsələsinə dair proqram sənədlərini Berlin konqresinin sədri Bismarka vermək istəyəndə Bismark deyir: «Pomeranlı tək bir əsgərin sümüyünü bütün ermənilərə dəyiĢmərəm»; 248. Berlin konqresində Almaniya imperatoru I Vilhelmlə görüĢə bilməyən erməni nümayəndə heyəti üzvləri onun xanımının qəbuluna düĢmək istəyirlər. Bu hadisəni nümayəndə heyətinin üzvü Minas Çeraz belə təsvir edir: «Qapının ağzında bizi rəsmi geyimli nəhəng bir kiĢi qarĢıladı. Dedik ki,
imperatriçanı görmək istəyirik. Bunu eĢitcək o zorba kiĢi bizi söyməyə baĢladı.
YaxınlaĢıb Mkrtıç Xrimyana bir sillə çəkdi, çaĢıb qalmıĢdıq. Xrimyanın baĢı
hərləndi, papağı səkiyə düĢdü. Papağı götürüb, gəldiyimiz faytonla da
mehmanxanaya qayıtdıq. Hayrik qarĢıda əyləĢmiĢdi, dinib-danıĢmırdı, üzü gömgöy
göyərmiĢdi. Silləni tək ona deyil, elə bil böyük erməni xalqına vurmuĢdular.
Ümidlərimiz üzülmüĢ halda qayıdıb Konstantinopola gəldik»;