316. M.A.Skibitskinin 1899-cu ildə Tiflisdə nəĢr etdirdiyi «Materialı dlya ustroystva kazennıx letnix i zimnix pastbiĢ i dlya izuçeniya skotovodstva na Kavkaze» kitabında oxuyuruq: «Qarabağın yay otlaqları Qarabağ adlanan,
1828-ci ildə Rusiyaya birləĢənədək xüsusi Qarabağ xanlığını təĢkil edən
torpaqlarda yerləĢmiĢdir. O... uzunluqda 102,4 verst,.. enlikdə isə 146 verst uzanır
(nöqtə yerlərində dərəcə, dəqiqə və saniyələrlə Qarabağın dəqiq coğrafi
koordinatları göstərilir -Ə.Ə.). Təsvir edilən yaylaqlardan istifadə edənlərin ümumi
sayı 452 kənd arasında paylanmıĢ 26038 təsərrüfatdır. Onlardan 4048 təsərrüfat
Cəbrayıl qəzasının 81 kəndində, 5064 təsərrüfat CavanĢir qəzasının 102 kəndində,
331 təsərrüfat Yelizavetpol qəzasının 4 kəndində, 9432 təsərrüfat Zəngəzur
qəzasının 175 kəndində, 5223 təsərrüfat ġuĢa qəzasının 81 kəndində və 1940
təsərrüfat Cavad qəzasının 9 kəndində yaĢayırdı. Tayfa tərkibinə görə dediyimiz
yaylaqlar azərbaycanlılara, kürdlərə, ermənilərə və tatlara bölünür. 18919
təsərrüfatdan ibarət azərbaycanlılar - türklər (72,6%) bütün Qarabağ ərazisində
səpələnmiĢ 333 kənddə, 3510 təsərrüfatdan ibarət kürdlər (13,5%) Zəngəzur
107
qəzasının Həkərə və BərgüĢad çaylarının çökəkliyində, Tərtərdə və Tuxtuda, 3408
təsərrüfatdan ibarət ermənilər (13%) CavanĢir, Zəngəzur və Cəbrayıl qəzalarının
yüksəklik hissəsində 47 kənddə yaĢayırdı»;