249. 23 fevral 1988-ci il: DaĢnak terror qrupları Ermənistan SSR ərazisində
yaĢayan azərbaycanlıları ata-baba yurdlarından qovmaq üçün əvvəlcədən
hazırladıqları mənfur planlarını «etnik təmizləmə» siyasətlərini həyata keçirməyə
baĢladılar. Bu dəfə Qafan rayonunun azərbaycanlılar yaĢayan kəndlərinə kütləvi
basqınlar etdilər. 4000 əliyalın, dinc Azərbaycan türkünü döyüb təhqir edərək,
onları silah gücünə doğma yurd-yuvalarından qovdular. Qaçqınlar, demək olar ki,
bütünlüklə Sumqayıt Ģəhərinə və onun ətraf kəndlərinə üz tutdular;