22 mart 1990-cı il: DaĢnak terrorçuları Qazax rayonunun AĢağı
Əskipara kəndinə həmlə etmiĢlər. Məmmədov Məhəmməd ağır güllə yarası
almıĢdır; 358. 24 mart 1990-cı il: DaĢnak terror qrupu Qazax rayonunun Ermənistan
SSR ilə həmsərhəd kəndi Bağanıs Ayrım kəndinə basqın edir. 100 evlik kənd yerlə
yeksan edilir. 1913-cü il təvəllüdlü kənd sakini Əliyev DadaĢ Bayram oğlu, həyat
yoldaĢı, 1921-ci il təvəllüdlü Bəkizar Qulu qızı, qızları - 1956-cı il təvəllüdlü
Havvaxanım, 1963-cü il təvəllüdlü Aliyə və ikiaylıq nəvəsi Hafizi ailənin iki
mərtəbəli evində diri-diri yandırırlar. Ələ diri keçirdikləri kənd sakini, 1941-ci il
təvəllüdlü Məmmədov Alməmməd Gülməmməd oğlunun əl-ayağını sarıyaraq
həyətindəcə üstə atdıqları alovlanan ot tayasında yandırırlar. Qaçıb canını
qurtarmağa çalıĢan Ənvər Əsgərovu və Məcid Əhmədovu yerlərindəcə
güllələyirlər. Milis baĢ leytenantı Zirəddin Əliyev isə yaralanır;