62. Fransanın Ġstanbuldakı səfiri Müsyö Kambonun 1897-ci ildə Fransanın Xarici ĠĢlər naziri Qanota yazdığı məktubdan: «Bağımsız
Ermənistan haqqında düĢünməyinə dəyməz. Əgər ağlagəlməz Ģərtlər daxilində
Avropanın təklif etdiyi Ermənistan qurulsa, bu yeni dövlətin sərhədlərini cızmaq
belə mümkün olmayacaqdır»;
Yenə orada - «Ermənilər bolqarlar və yunanlar kimi təbii sərhədləri olan
bir dövlət yarada bilməzlər»;
63. Ġngilis müəllifləri S.C.ġou və E.K.ġou «Osmanlı imperiyasının tarixi və müasir Türkiyə» (London, 1979, 2 c.) kitabında yazırlar: «Rusiyanın Qafqaz
ordusu hücuma keçəndə tərkibinə çox miqdarda erməni könüllüləri daxil edildi.
Onlar 14 mayda Vanı ələ keçirdilər və son iki gün ərzində Ģəhərin yerli müsəlman
əhalisini kütləvi Ģəkildə qırıb-çatdılar. Rusların himayəsi altında Vanda erməni
dövləti qurdular. Bölgəni bütünlüklə müsəlman əhalisindən təmizləyən ermənilər
Ģəhərin qapılarını rus ordusunun üzünə açdılar. 18 may 1915-ci il tarixdə II
Nikolay sadiqlik nümayiĢ etdirdiklərinə görə Vanın erməni əhalisinə öz
təĢəkkürünü bildirdi. Aram Manukyan Vanın rus qubernatoru təyin edildi»;
Yenə orada - «Erməni inqilabçılarının erməni muxtar vilayəti qurmaq
cəhdləri boĢa çıxsa da, müsəlman əhalisini məhv etmək yolu ilə erməni azlığını
əksəriyyətə çevirmək istəkləri baĢ tutdu. Onlar rusların köməyi ilə əl-qol açır, hər
dəfə bu üsulla öz istəklərinə nail olurdular... Ruslar Ərzurumu götürdükləri zaman
bütün müharibə ərzində ən dəhĢətli qırğın hadisəsi baĢ verdi. Milyondan çox
müsəlman dinc əhali qırğınla üz-üzə qalaraq məcburi köçkünlüyə düçar oldular.
Onlardan minlərlə insan Ərzincana çəkilən Osmanlı ordusunun ardınca qaçmağa
can atarkən tikə-tikə doğrandı»;