134. Qatı ermənipərəst rus jurnalisti Andrey Nuykin «Komsomolskaya pravda» qəzetinin 1992-ci il mart nömrəsində yazırdı: «Biz öz əllərimizlə
Qarabağlar yaradırıq»; 135. Bakı Ģəhərindəki rus millətindən olan müəllimlərin bir qrupu erməni muzdlusu Q.Starovoytovaya 20 mart 1992-ci il tarixdə ünvanladıqları məktubda yazırdılar: «Müharibə Azərbaycan torpağında gedir, beĢinci ildir ki,
bütün xalqların nümayəndələrinin qanı tökülür. Bu müharibə öz ərazisindən
tədricən bütün milli azlıqları sıxıĢdırıb çıxarmıĢ monomilli respublika tərəfindən
baĢlanmıĢdır. Sizin kimi «alim-siyasətçilərin» yazı-pozusunun nəticəsidir ki, indi
Azərbaycan xalqının birbaĢa məhv edilməsi baĢ verir... Siz erməni xalqının
genosidi barədə çox ağlayırsınız. Kim kimi məhv edir? Təkcə son ayda 30-dan çox
Azərbaycan kəndi məhv edilmiĢdir (qeyd edirik Azərbaycan ərazisində). Xocalı faciəsi tarixdə erməni bandaları və onların hüquq müdafiəçiləri:
Bonner, Balayan, Nuykin və xanım Starovoytova, məhz sizin Azərbaycan xalqına
qarĢı törətdiyiniz genosid kimi qalacaqdır. Gəlin kimə bəraət qazandırdığınızı öz
gözlərinizlə görün. Əlbəttə, əgər sizdə hələ bir damla rus qanı qalıbsa»;